GÖMRÜK–KARQO “OYUNUNUN” ƏSAS İŞTİRAKÇLARI KİMLƏRDİR? - “Can Karqo”, “Gültekin Nakliyyat”…
Tarix: 20-06-2019, 12:03 | Çap et
Bu yaxınlarda “AzPolitika.info”nun poçtuna özlərini türkiyəli iş adamları kimi təqdim edən sahibkarların adından daxil olan və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə ünvanlanan məktubda deyilirdi ki, karqolar təkcə öz birbaşa vəzifələrilə, yəni sadəcə malların daşınmasıyla məşğul deyillər. Onlar, həm də idxal olunan malların vergi və gömrük rüsumundan müxtəlif yollarla yayındırılmaqla sənədləşdirilməsini həyata keçirirlər: “Ölkə rəhbərliyinin məlum qərarları ilə sahibkarlar xarici ölkələrdən idxal etdikləri malların gömrük rüsumlarını öz “VÖEN”ləri vasitəsilə ödəyəcəklərdi. Və bununla da məlum karqo sistemi ləğv olunacaqdı. Hətta bu işə görə bir çox gömrük məmurları da dəyişdirildi. Bəs hanı karqoların məlum “xidmətləri” ləğv ediləcəkdi, rəqabət olacaqdı, hər kəs gətirdiyi malların gömrük rüsumunu ödəyəcəkdi?…”
Eyni mövzu ilə bağlı “AzPolitika.info”-ya daxil olan və Mehmet Arılı adlı türkiyəli iş adamının adından DGK-ya və Vergilər Nazirliyinə ünvanlanan yeni məktubda isə qeyd olunur ki, karqo şirkətlərinin fəaliyyəti həm Azərbaycana mal ixrac edən, həm də həmin malı burada qəbul edən şirkətlərin saxtakarlığa yol verməsinə, nəticədə qeyri-sağlam rəqabət mühitinin yaranmasına xidmət edir: “2016-cı ildən bu günə kimi gömrük sistemində köklü islahatların getdiyini görürük və dəstəkləyirik. Lakin bəzi karqo şirkətləri öz köhnə adətlərindən əl çəkmirlər, köhnə və qanunsuz üsullarla işləməyə davam edirlər. Biz, Türkiyə dövlətində çalışan və kabel istehsalı ilə məşğul olan iş adamı Mehmet Arılının adından müraciət edirik. Biz, Azərbaycandakı bir neçə şirkətə kabel satışını həyata keçiririk. Bizimlə çalışan şirkətlər malın invoys dəyərini bank yolu ilə rəsmi qaydada bizim hesabımıza göndərirlər. Biz də bunun qarşılığında rəsmi invoysla malı ölkəmizdən ixrac edirik. Mal rəsmi invoysla Azərbaycana daxil olur, müştəri gömrük rüsumunu ödəyərək, malını çıxarır…”
Ancaq məktubda deyilir ki, bəzi müştərilər türkiyəli iş adamlarından sənədləşməni karqolarla həyata keçirmələrini istəyirlər: “Bəzi müştərilərimiz malların karqoya verilməsini tələb edir, karqo şirkətinin yaratdığı şirkətin adına faktura kəsməmizi israr edirlər. Problem də bundan sonra başlayır. Karqo şirkəti bizə zəng edib malın onların yaratdığı şirkətin adına ixrac olunmasını və invoys dəyərinin yarıbayarı azaldılmasını, pulun bank yolu ilə deyil, əldən-ələ veriləcəyini şərt kimi qarşımıza qoyurlar. Biz də şirkət olaraq belə saxtakarlığa yol verə bilmirik. Çünki biz Azərbaycana rəsmi qaydada mal ixrac etdikdə 18% ƏDV-ni dövlətimizdən geri alırıq. Amma karqonun bu tələblərini yerinə yetirdikdə, ƏDV-dən məhrum olunuruq. Həm də Azərbaycanda rəsmi işləyən müştərimizi sıxıntıya salırıq…”
Daha sonra məktubda karqoların “xidmətinin” ölkəyə mal idxal edən şirkətlər üçün eyni malın fərqli qiymətlərə başa gəlməsinə və haqsız rəqabətə gətirib çıxardığı vurğulanır. Məktubda bu işlə məşğul olan karqo şirkətlərinin adları da çəkilir: “Bu səbəbdən rəsmi şəkildə mal idxal edən sahibkar, eyni malı karqonun əli ilə gətirən sahibkardan baha satış etdiyi üçün haqqsız rəqabət yaranmış olur. Həm sahibkar, həm də karqo bununla da vergidən yayınmış olurlar. Dünya təcrübəsinə görə, karqo şirkətləri yalnız malın daşınması üçün göstədikləri xidmətin haqqını almalıdırlar. Malların gömrük rəsmiləşdirilməsini öz firmalarının adlarına həyata keçirməməlidirlər. Sizdə isə karqo şirkətləri bir tırın içərisinə 30-40 iş adamının malını yükləyib, karqo şirkətinin özünün yaratdığı 7-8 fiziki şəxsin adına gömrük dəyərini endirərək, Azərbaycana idxal edirlər.
Belə karqo şirkətlərindən Bakıda fəaliyyət göstərən “Can Karqo”, “Gültekin Nakliyyat” bu işlərin içindədirlər. Sizdən xahiş edirik ki, karqo şirkətlərinə nəzarəti gücləndirəsiniz və onların yalnız malların daşınması ilə məşqul olmasını və gömrük işlərindən kənarda qalmasını təmin edəsiniz…”
Məktubda qeyd olunanlardan belə anlaşılır ki, Azərbaycanda fəaliyyət göstərən bəzi karqo şirkətlərinin bu “xidmətlərindən” nəinki yerli, xarici şirkətlər də yaxşı xəbərdardır. Ancaq belə görünür ki, hamının xəbəri var, təkcə Dövlət Gömrük Komitəsindən başqa…
Saytımız yazıda adı keçən şirkətlərin və DGK-nın mövqeyini dərc etməyə hazırdır./azpolitik.info/
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|