"Dəfələrlə Siyəzən Rayon İcra Hakimiyyətinə getmişəm..." - GİLEY
Tarix: 19-06-2019, 16:04 | Çap et
“Sosial Müdafiə Fondu icra hakimiyyətinə yönəldir, onlar da mənə kömək eləməkdən boyun qaçırır” Yenikənd qəbiristanlığının lap kənarında miskin görkəmli daxma gözə dəyir. Siyəzənli Qarabağ müharibəsi əlili Natiq Dadaşov ailəsi ilə o birotaqlı komada yaşayır. Daxma bataqlıq ilə əhatə olunub.
Əlilliyi olan şəxsin həyatı
Natiq Dadaşov 3-cü qrup əlilidir. 1993-cü ilin yanvarında Kəlbəcərdə ayaqlarını don vurub. Sağ ayağının barmaqlarını, sol ayağının dabanını kəsiblər. Üç dəfə əməliyyat olunub. Ayağının hissələrini parça-parça itirib: “Soyuqlar düşən kimi ayaqlarım şişir, gömgöy olur. İynə vurdururam. Birtəhər dözürəm”. Natiq çox çətinliklə gəzir. Günün asudə vaxtında daha çox oturmağa, uzanmağa çalışır. Əlillik dərəcəsindən də narazıdır: “Heç olmasa, ikinci qrup verərdilər. İmran həkim o vaxt 160 manat pul aldı məndən, amma üçüncü qrup yazdı”. Natiqin söhbətdə adını çəkdiyi İmran Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri idi. Bir müddət əvvəl o, əlillik dərəcəsinin təyin edilməsi üçün adamlardan rüşvət almaq ittihamıyla həbs olunmuşdu. Müharibə əlili qayğı görməməsindən şikayət eləyir: “Vətən yolunda canımızı qoymaq borcumuzdu. Amma sabah-birisigün uşaqlarım çöldə qalacaq. Hər qış fikirləşirəm ki, daxma bu dəqiqə uçacaq”. Natiq deyir ki, televizorda başqa yerlərdə müharibə veteranlarına, əlillərə ev verilməsini görəndə bir ayaqlarına, bir də dörd nəfərlik ailəsi ilə yaşadığı daxmaya baxır. İllərdir bu şəraitsizliyə dözürlər.
“Bircə ev məsələsi düzəlsin”
Natiq ailəsi ilə ağır şərtlər altında yaşayır. Daxma palçıq kərpicdən tikilib. Hər an uçmaq təhlükəsi var. Damına şifer vurulmayıb, sadəcə, köhnə materialla örtülüb, üstünə daş qoyulub. Danışır ki, uzun illər müxtəlif dövlət orqanlarına ayaq döyəndən sonra qəbiristanlığın kənarında bataqlıqla əhatə olan bu yarımtikilini ona veriblər: “Bu illər ərzində dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna yazmışam, Siyəzən Rayon İcra Hakimiyyətinə getmişəm. Baxan yoxdu. Yiyəsizəm. İcra Hakimiyyətində məni başlarından eləyirlər. Sosial Müdafiə Fondu icra hakimiyyətinə yönəldir, onlar da mənə kömək eləməkdən boyun qaçırır”.
Natiq deyir ki, onun ev məsələsi müzakirə olunanda hələ uşaqları dünyaya gəlməmişdi. İndi qızının 14, oğlunun 12 yaşı var: “Sosial yardım vermirlər. Deyirlər ki, ayağında 12 sot pay torpaq var. Nəyimə lazımdı o torpaq? Əlil adamam mən. Gəlib tiksinlər. Mənim üçün fərqi yoxdu. Əsas ev olsun. Lap kənddən kənarda da yaşamağa razıyam. Çox acınacaqlı vəziyyətdə yaşayırıq, hər şeyi demək istəmirəm”. Kərpic kəsməklə yaşamaq
Natiq nə qədər səfalət içində yaşadıqlarını demək istəmir. Qonşular onun əvəzindən danışır. Deyirlər ki, bəlkə də, onların evində yalnız Natiq pensiya alanda qazan asılır
Qonşusu Pənah deyir ki, bir işığı çəkmədilər onun üçün. Natiq daxmanı öz gücünə bu vəziyyətə gətirib. Qazı və içməli suyu yoxdu. Qonşular su, yandırmağa odun verir.
Natiqin sözlərinə görə, icra strukturları vəziyyətinin nə qədər acınacaqlı olduğunu bilir, amma əl tutmaq istəmirlər: “Bələdiyyə yalnız özünü fikirləşir. Əvvəllər yardım verirdilər, onu da kəsdilər. Bir az ərzaq verirdilər, təzə kənd soveti gələndən sonra ləğv elətdirdi. İndi 172 manat pensiyanın ümidinə qalmışam”.
Natiq aclıqla mübarizə aparmaq üçün kərpic kəsib atır. Hərdən oğlu da ona kömək eləyir. Daxmanın arxasında kərpiclər sıra ilə düzülüb. Natiq kəsdiklərinin hamısını sata bilsə, evdə bayram olur: “Birini 20 qəpiyə satıram. Bəzən sata bilmirəm, qış gəlir, kəsdiklərim xarab olur. Bu qış 1000 kərpic sıradan çıxdı. Nə zülmlə kəsirəm, bir bilsəz…”
Natiqin daxmasının ətrafında kölgəsinə sığınacaq bir ağac belə, yoxdur. Ən adi qayğıların öhdəsindən gəlmək mümkün deyil. Amma müharibə əlilini ev qayğısı hər şeydən çox narahat eləyir: “Fikir verirsizsə, aclıqdan, dərmansızlıqdan heç danışmıram. Bircə ev versinlər…”
O, dövlətin müharibə əlilinə kömək eləyəcəyinə ümidini itirmir. Bir az uzaqlaşandan sonra arxadan səsi gəlir: “Müştəri olsa, hər gün kərpic kəsərəm…”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|