Abel Məhərrəmovun 510 səhifəlik “biblioqrafiya”sı heyrət doğurur - O,mal-mülk topladığı kimi,bütün elmi nailiyyətləri də öz adına çıxıb
Tarix: 5-12-2018, 11:47 | Çap et
Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun adı müxtəlif səbəblərdən hər zaman mətbuatın gündəmində olub. O gah BDU-da baş verən münaqişələrlə, neqativ hallarla , gah rektorluqdan kənarlaşdırılacağı ilə bağlı, son bir-iki ildə isə təhsil naziri olmağa can atması ilə əlaqədar diqqət çəkib. Son bir həftədə Abel Məhərrəmov haqqında yazılanlar da hər kəsə bəllidir.Onun rektor vəzifəsindən azad edilməsi nə qədər təbii qarşılandısa,adamın çoxlu sayda restoranlarının,villalarının,evlərinin və bahalı maşınlarının üzə çıxması bir o qədər şok effekti yaratdı.Alim olasan,adının əvvəlində akademik yazıla,ancaq bir çox məşhur biznesmenlərdə olmayan varidata sahib çıxasan.Heç Nobel mükafatı alan dünya şöhrətli alimlərin bu qədər sərvəti yoxdur.Sıradan bir elm adamı olasan,beynəlxalq səviyyədə qəbul olunan bir elmi kəşfin olmasın,amma yüz milyonlara sahib olasan.
Faktinfo.az xatırladır ki, Abel Məhərrəmov BDU-ya rəhbərlik etdiyi illər ərzində tək sərvət toplamaqla kifayətlənməyib,eləcə də elm adına nə varsa,hamısını öz adına çıxmaqdan ötrü əlindən gələni edib. Sabiq rektorun bir neçə il əvvəl özü haqqında çap etdirdiyi 510 səhifəlik “biblioqrafiya” belə düşünməyə zəmin yaradır. Elə burdaca “xoruzun quyruğu” görsənir. Doğrudan da,“kitab”la tanışlıq adamda əməlli-başlı heyrət doğurur. Adi elmi nəticələrini fantastik dərəcədə şişirtmək, özünü dahi alim, elm fədaisi kimi təqdim etmək ali məktəb rəhbərinə, əsl ziyalıya yaraşarmı?
Konkret faktlara müraciət edək:
Yüksək vəzifə daşımadığı 20 ildə (1973-1993-cü illər) cəmi 2 dərslik və dərs vəsaitinin, 50 elmi məqalə və tezisin, 2 patentin müəllifi olub.
Kimya fakültəsinin dekanı işlədiyi 5 ildə isə (1993-1998-ci illər) 45 elmi məqalə və tezisin, 8 dərslik və dərs vəsaitinin müəllifi olub, 1 dissertasiyaya elmi rəhbərlik edib, müxtəlif mövzulara həsr olunmuş məqalələri, 4 müsahibəsi dərc olunub.
Rektor olduğu ilk 10 ildə (1999-2009-cu illər) 612 elmi məqalə və tezisin müəllifi olub, 9 kitabı, 48 dərsliyi və dərs vəsaiti çıxıb, 23 namizədlik, 2 doktorluq dissertasiyasına elmi rəhbərlik edib, 5 kitabın redaktoru olub, ictimai-siyasi çalışmaları ilə bağlı 101 məqalə, müxtəlif mövzulara həsr olunmuş 61 məqaləsi, 81 müsahibəsi dərc edilib, 240 çıxışı baş tutub.
“Biblioqrafiya”nın çapdan çıxdığı 2009-cu ildə 108 elmi məqalə və tezis dərc etdirib, 8 dərslik və dərs vəsaiti yazılıb, 7 patent alınıb, 3 dissertasiyaya apponentlik edilib, 1 namizədlik, 2 doktorluq dissertasiyasına elmi rəhbərliyi gerçəkləşdirilib, 8 ictimai-siyasi mövzulu məqaləsi, 3 müsahibəsi dərc olunub. Həmçinin, deputat kimi Milli Məclisin iclaslarında iştirak edib, rektor kimi ölkənin ən böyük ali məktəbini idarə edib, “BDU-nun Elmi Xəbərləri” jurnalının baş redaktoru, YAP İdarə Heyətinin üzvü, BDU-da doktorluq və namizədlik Dissertasiya Şurasının sədri, BDU-nun “Üzvi kimya” kafedrasının müdiri, Qara Dəniz Hövzəsi ölkələri Universitetləri Assosasiyasının prezidenti, AMEA kimya elmləri bölməsinin büro üzvü, Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının və Azərbaycan Milli Ensiklopediyası redaksiyası heyətinin üzvü kimi fəaliyyət göstərib.
Doğrudan da, adam heyrətə gəlir, təəccüblənməyə bilmirsən . Bütün bu işlərə bir insanın gücü, vaxtı yetərmi? Əlbəttə ki, yox! Demək belə nəticə çıxır ki, bu "uğur"lar sadəcə onun adına çıxılıb,mal-mülk topladığı kimi,bütün elmi nailiyyətləri də öz adına çıxıb.
Abel Məhərrəmovun təmsil olduğu qurumların işində necə fəaliyyət göstərməsi, vaxtlı-vaxtında iştirak edib-etməməsi ilə bağlı dəqiq söz deyə bilmərik, ancaq onun “yaradıcılıq” uğurlarının maraqlı açıqlaması var. Belə ki, özünün baş redaktor olduğu “Bakı Universitetinin Xəbərləri”ndə və təşkil etdiyi elmi konfransların materiallarında, BDU nəşriyyatında kimya ilə bağlı dərc olunan bütün elmi məqalə, tezis, monoqrafiya, dərslik və dərs vəsaitlərində rektorun avtorluğu qaçılmaz olub. O, universitet əməkdaşlarının başqa ölkələrdə də dərc olunan yaradıcılıq məhsullarına şəriklik edib.
“Bakı Universiteti Xəbərləri”nin bir sayında onun adı ilə bağlı olan elmi məqalələrin sayı 10-dan artıq olub, təşkil etdiyi elmi konfransların materiallarında bu rəqəm 20-ni keçib.
Vaxtilə KİV-lərdə gedən yazılarda təkrar- təkrar vurğulanırdı ki, bu cür “məhsuldarlığa”, əslində isə bu cür anormallığa dünyanın heç bir yerində rast gəlmək mümkün deyil.Həm bu qədər "elmi uğurlar"ın olsun,həm də yüz milyonlarla varidat sahibi olasan - bu ancaq bizdə mümkündür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|