Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib .....                     Ermənistana qaz sataq? .....                     Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... .....                     "Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir .....                     Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? .....                     Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu .....                     "Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" .....                     Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ .....                     Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Silah siyasətimiz neft siyasətimizdən önə keçir .....                     Ən çox zərər edən 10 Rusiya şirkəti .....                     “Access Bank” medianı susdurmağa çalışır? .....                     Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu .....                     Döyülən xəstəxana direktoruna cinayət işi açıldı .....                     "Uşaqlarım beton üstündə yatır..." .....                     Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ .....                     Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır .....                     Masaya yalnız bir variant qoydular .....                     “Kəpəz”in ən böyük problemi nədir? .....                     “TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi .....                     Bank of Baku-da .....                     Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub .....                     Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında .....                     Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... .....                     “İkinci NATO” olmayacaq .....                     Paşinyan rəsmən BURCUDUR... .....                     "Hər şeydən əlini üzən müğənni olur" .....                     1 milyon “qanpulu”nu belə “yeyib”lər .....                     Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib .....                     ”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib .....                     "Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" .....                     Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb .....                     ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! .....                     Bakı-Balakən dəmiryol xətti niyə işləmir? .....                     Xalqın və dövlətin TRİBUNASI… .....                     "Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" .....                     İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... .....                     Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... .....                     Bostankeşdən... Dİ GƏL KEÇ... .....                 

"Cənub Qaz Dəhlizi": Nəinki Avropanın, ABŞ-ın da gözü Azərbaycandadır - TƏHLİL
Tarix: 24-02-2017, 15:45 | Çap et
"Cənub Qaz Dəhlizi": Nəinki Avropanın, ABŞ-ın da gözü Azərbaycandadır
Azərbaycan qazı Avropa üçün vacibdir və "Köhnə qitə"nin qazın mənbələrinin diversifikasiyasına xidmət edəcək. Bir neçə il öncə bu, yalnız bir tezis idisə, hazırda bütün maraqlı tərəflərin məqsədidir. Bu faktın əhəmiyyətini daha da qabardan hadisələrdən biri də "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin III toplantısının Bakıda keçirilməsidir. Tədbirdə səsləndirilən bəyanatların təhlili onu göstərir ki, layihənin reallaşmasını səbirsizliklə gözləyənlərin sayı çoxdur.

Toplantıda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, "Cənub Qaz Dəhlizi"nin əsas parçası olan TANAP layihəsi çərçivəsində işlərin 65%-i, "Cənub Qafqaz Boru Xətti" layihəsinin 80%-i, Trans-Adriatik Qaz Boru Xətti (TAP) layihəsinin 35%-i tamamlanıb. Ölkə başçısı əlavə edib ki, "Şahdəniz" yatağının 90%-i işlənilib. "2011-ci ildə Rəcəb Tayyib Ərdoğanla TANAP-a imza atdıq. İstanbuldakı imzalanma mərasimi dönüş nöqtəsi oldu. Bundan sonra digər anlaşmalar imzalandı. TANAP anlaşması olmasaydı, bu layihə reallaşmazdı", - deyə prezident vurğulayıb.

Ölkə başçısı onu da qeyd edib ki, TANAP layihəsinin icrası zamanı optimallaşdırma işləri aparılıb və layihənin xərcləri azaldılıb.

"Cənub Qaz Dəhlizi" layihəsinin icrasına heç nə mane ola bilməz. Layihənin icrasında gecikmələrə yol verilməməlidir. Ekoloji problemləri bəhanə edənlər ola bilər. Layihə çərçivəsində ekoloji tələblərə tam riayət olunur. Nəticənin müsbət olacağına əminəm. Bir daha qeyd edirəm ki, layihə vaxtında icra olunacaq", - deyə o bildirib. Prezident qeyd edib ki, bu cür toplantılar layihənin vaxtında və keyfiyyətli icra olunmasında xüsusi rol oynayır: “Ötənilki görüşdən sonra bir çox irəliləyiş olub. Azərbaycan "Abşeron" qaz yatağının da işlənilməsinə başlayıb. Bu, Azərbaycanın qaz potensialının yalnız “Şahdəniz”lə məhdudlaşmadığını göstərir. 21-ci əsrin layihəsi olan Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində beynəlxalq maliyyə qurumlarının fəaliyyətini qeyd etmək istəyirəm. Avropa maliyyə təşkilatlarının da layihənin icra olunmasında yaxından iştirak etməsi əhəmiyyətli olacaq.

Öz növbəsində energetika naziri Natiq Əliyev bəyan edib ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclasının keçirilməsi Azərbaycan üçün önəmli bir hadisədir. Nazir açıq bildirib ki, bu gün Avropa ölkələrinin gözü Azərbaycandadır. Və bu hər hansı bir şişirmə və ya sarkazm deyil. "Avropanın gözü Azərbaycandadır" deyərkən nazir Azərbaycan qazını nəzərdə tutur.

Natiq Əliyevin sözlərini Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç da təsdiqləyib: "Əslində bu layihənin bütün hissələrində irəliləyən addımlar barədə məlumatları eşitməkdən məmnun olduq. "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində olduqca böyük irəliləyişlər var. Bu gün biz layihəni üçüncü dəfə nəzərdən keçirdik. Bunun üçün də biz Azərbaycan hökumətinə, marşrut boyu yerləşən ölkələrin rəhbərlərinə, layihəni maliyyələşdirəcək maliyyə institutlarına öz təşəkkürümüzü bildiririk. "Cənub Qaz Dəhlizi" layihəsi marşrut boyunca yerləşən ölkələrə fayda verəcək və bu ölkələrin istehlakçıları bundan bəhrələnəcək. Layihənin icrası ilə bağlı ləngimələrlə bağlı narazılıqlar var idi. Lakin müasir dövrün çağırışları da nəzərə alınmalıdır. Biz bu narazılıqları İtaliya hökumətinə çatdırdıq. Hesab edirik ki, bütün "Cənub Qaz Dəhlizi" bütün iştirakçılar, xüsusilə də İtaliya üçün mühüm bir layihədir. Çünki bu qaz ilk olaraq İtaliyaya çatdırılacaq. Biz istəyirik ki, ilk qaz 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılsın. Biz buna nail olacağıq". Avropa Komissiyasının yüksək rütbəli məmuru bəyan edir ki, hətta bəzi narazılıqlara baxmayaraq, İtaliya üçün bu qaz çox əhəmiyyətlidir. Hətta cənab Şefçoviç qeyd edib ki, narazılıqlar İtaliya hökuməti ilə müzakirə ediləcək.

Növbəti bəyanat isə göstərir ki, yalnız Avropanın deyil, eyni zamanda ABŞ-ın da gözü Azərbaycandadır. ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan deyir: "Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra olunur və bu layihə ABŞ üçün strateji layihə olaraq qalır". Onun sözlərinə görə, bu layihə Avropanın enerji təhlükəsizliyi üçün mühüm layihələrdəndir: "Avropa istehlakçıları üçün "Cənub Qaz Dəhlizi" bir çox imkanlar açır. Bu, ilk növbədə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, rəqabət baxımından sərfəli qiymətlər deməkdir. Biz bu istiqamətdə bu gün əldə edilən irəliləyişlərin şahidi olduq. Bəzi çağırışlar mövcuddur. ABŞ olaraq biz hesab edirik ki, birgə şəkildə bu çətinliklərin öhdəsindən gələcəyik və Xəzərdə hasil olunan karbohidrogenlərin Avropaya çatdırılmasına nail olacağıq".

ABŞ rəsmisinin bəyanatını yadda saxlayın. Bu məsələyə bir daha qayıdacağıq. Bundan öncə qeyd etmək yerinə düşər ki, Avropa Rusiya qazından asılılığını çoxdan çözmək istəyir və Azərbaycanla qurulan əməkdaşlığın təməlində dayanan əsas amil də budur. Məhz bunun üçün Azərbaycan qazı Avropa üçün qiymətsizdir. Rusiya isə bundan narahatdır. Məhz bu yerdə xanım Danniqanın bəyanatına qayıtmaq olar. Unutmaq olmaz ki, Avropa-Rusiya münasibətləri çoxdan gərgindir. Son zamanlar Rusiya mətbuatında daha bir mövzu aktiv şəkildə müzakirə olunur: ABŞ Avropanın Rusiya qazından asılılığının azaldılmasına yönələn bütün addımları dəstəkləyəcək. Heç şübhəsiz ki, belə layihələr arasında ilk yeri "Cənub Qaz Dəhlizi" tutur. Lakin bəziləri unudur ki, Azərbaycan qazı azı həcm baxımından Rusiya qazı ilə müqayisəolunmazdır. Rəqəmlərə nəzər salaq. Rusiya Avropaya ildə 200 mlrd. kubmetr qaz satırsa, Azərbaycan avropalı istehlakçılara il ərzində 10-20 mlrd. kubmetr qaz çatdıracaq. Azərbaycan qazı "Cənub Qaz Dəhlizi" layihəsinin marşrutu boyunca yerləşən ölkələrin daxili tələbatının ödənilməsinə yardım edəcək. Türkiyə, Albaniya, Bolqarıstan, Yunanıstan, İtaliya kimi ölkələrdə isə tələbat ilbəil artır. Bu baxımdan Azərbaycan qazının vacibliyi bir daha ortaya çıxır.

Maroş Şefçoviçin sözləri fikrimizi ifadə etsək, Azərbaycan enerji sektorunda Avropanın strateji tərəfdaşıdır. Fikrimizcə, tərəflər bunu əməldə də, yəni "Cənub Qaz Dəhlizi" kimi əhəmiyyətli layihənin icrası ilə isbat edir.

Vahab Rzayev, APA Analitik Mərkəzi









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib
Bu gün, 14:17
Ermənistana qaz sataq? – İrəvan Moskvadan Bakıya sığınmaq istəyir
Bu gün, 14:02
Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... - GƏLİŞMƏ
Bu gün, 14:00
"Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir
Bu gün, 13:56
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Bu gün, 13:09
Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu – Məhkəmə təcrübəsini müəyyənləşdirən qərar
Bu gün, 13:06
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" - Ekspert
Bu gün, 13:03
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Bu gün, 12:59
Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Bu gün, 12:55
Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:53
Silah siyasətimiz neft siyasətimizdən önə keçir -ŞƏRH
Bu gün, 12:48
Ən çox zərər edən 10 Rusiya şirkəti - SİYAHI
Bu gün, 12:43
“Access Bank” medianı susdurmağa çalışır? - BU NƏDİ BELƏ?!
Bu gün, 12:40
Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu - Paşinyan
Bu gün, 12:38
Döyülən xəstəxana direktoruna cinayət işi açıldı - HƏBS OLUNUR?
Bu gün, 12:22
"Uşaqlarım beton üstündə yatır..." - GİLEY
Bu gün, 12:20
Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ – “Mal-qaradan çox, özümüzə görə narahatıq”
Bu gün, 12:16
Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:07
Masaya yalnız bir variant qoydular - “İran məhv edilməlidir”
Bu gün, 12:05
“Kəpəz”in ən böyük problemi nədir? - AÇIQLAMA
Bu gün, 12:04
“TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi - SƏBƏB
Bu gün, 12:00
Bank of Baku-da - YENİ TƏYİNAT
Bu gün, 11:48
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub - MƏQALƏ
Bu gün, 11:44
Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında –QAN DAVASININ CİNAYƏT DOSYESİ
Bu gün, 11:41
Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... - CAVAB VERMƏLİDİRLƏR NƏHAYƏTDƏ...
Bu gün, 11:37
“İkinci NATO” olmayacaq - GƏLİŞMƏ
Bu gün, 11:30
Paşinyan rəsmən BURCUDUR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:28
"Hər şeydən əlini üzən müğənni olur" - Xalq artisti
Bu gün, 11:26
1 milyon “qanpulu”nu belə “yeyib”lər – “Ona bu şəraiti baş həkim Xuraman xanım yaratmışdı”
Bu gün, 11:24
Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib - ƏMR
Bu gün, 11:11
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
Bu gün, 11:09
"Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" - 160 minlik avtomobil verilən deputat
Bu gün, 11:07
Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb – Problem qarşısında “JEK” də ACİZDİR
Bu gün, 11:05
ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! - vətəndaş üçün DAHA BİR TƏLƏ
Bu gün, 11:02
Bakı-Balakən dəmiryol xətti niyə işləmir? - "ADY-nin monopoliyasına son qoyulmalıdır"
Bu gün, 10:58
Xalqın və dövlətin TRİBUNASI… – 15 illik yol
Bu gün, 10:55
"Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" - ŞƏRH
Bu gün, 10:48
İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... - Xaçikyan
Bu gün, 10:41
Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... - GİLEY
Bu gün, 10:37
Bostankeşdən... Dİ GƏL KEÇ... - RİH-in İŞİ YARIMÇIQ QALIB!
Bu gün, 10:27
"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." - Bir acı AMEA gerçəkliyi...
Bu gün, 10:19
Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN - FOTO
Bu gün, 10:09
Ermənistan qarşısında iki TƏLƏB! - Prezidentdən MÜHÜM MESAJLAR
Bu gün, 10:05
Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ - Əks cəbhələrdə döyüşürdülər...
Bu gün, 10:04
Ermənistan sülh prosesindən çəkilir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:01
"Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" - deputat
Bu gün, 09:59
Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... - Samvel Babayanı özünə tərəf çəkir
Bu gün, 09:57
PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi
Bu gün, 09:54
Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək
Bu gün, 09:49
"Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" - İmişlidə ETİRAZ EDƏN müəllimə
Bu gün, 09:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru