Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                 

“Azəristiliktəchizat” suyu yox, milyonları buxara çevirir - İTTİHAM VAR
Tarix: 20-10-2016, 13:05 | Çap et
“Azəristiliktəchizat” suyu yox, milyonları buxara çevirir
Havaların getdikcə soyuması ilə əlaqədar “Azəristiliktəchizat” ASC-nin yarıtmaz fəaliyyətindən dolayı müxtəlif instansiyalara, o cümlədən ölkə mətbuatına daxil olan şikayətlərin də sayı artır. Bu tendensiya artıq bir neçə ildir ki, olduğu kimi təkrarlanır və hətta artıq bəzi instansiyalarda normal bir hal kimi qəbul da edilir. Düzdür, 2016-2017-ci illər üçün isitmə mövsümünə hələ start verilməyib. Ancaq ötən illərin də təcrübəsi göstərir ki, ASC-nin fəaliyyətində müsbətə doğru hər hansı dəyişiklik gözləməyə hələ ki, heç bir əsas yoxdur. Çünki mövsümə hazırlıq dövründə görülməli olan və görülən işlər də eynilə ötən illərdə olduğu kimi, ASC rəhbərliyinin öz “planları” əsasında, müxtəlif nöqsan və çatışmazlıqlarla həyata keçirilib. Bu sahədə heç axsamayan yeganə məqam isə, dövlət tərəfindən hər il binaların istiliklə təchizatının yüksək səviyyədə təmin olunması məqsədilə külli-miqdarda vəsaitlərin ayrılması və bir də bu vəsaitlərin Yaşar Həsənovun rəhbərlik etdiyi qurum tərəfindən istehsal olunan buxar kimi “yoxa çıxarılması” ilə bağlıdır. Ekspertlər bu mövzuda mətbuata verdikləri açıqlamada bildirirlər ki, “Azəristiliktəchizat” ASC-yə hər il dövlət tərəfindən 35-40 milyon manat civarında vəsait ayrılır. Məlumdur ki, “Azəristiliktəchizat” ASC 2006-cı ildə yaradılıb. Elə həmin ildən də quruma büdcədən iki kanalla pul ayrılmağa başlanılıb. Aşıqlamalara görə, 2008-2013-cü illərdə büdcədən mənzil-kommunal təsərrüfatı sektorunda istilik sisteminə 112 milyon manat vəsait ayrılıb. İnvestisiya xərclərində isə, 2007-2013 illər üçün 109 milyon manat yönəldilib. Təxminən 220 milyon manata qədər vəsait bu sahənin inkişafı üçün böyük məbləğdir. Lakin, yenə də ekspertlərin rəyinə görə, “Azəristiliktəchizat” ASC-də mənimsəmələrə yol açan əsas səbəblərdən biri də budur ki, maliyyə vəsaitlərinin ayrılması zamanı öhdəliklər nəzərə alınmır. Təbii ki, hesabatlarda haradasa qazanxana tikildiyi, təmir işləri aparıldığı haqda məlumatlar yer alır. Amma maliyyə vəsaitləri ayrılmadan əvvəl müvafiq proqram hazırlansa, Bakıda və digər iri şəhərlərdə istilik sisteminin qurulmasına ehtiyac olan binaların, o cümlədən yenidən qurulacaq, təmir ediləcək binaların sayı öyrənilsə, həmçinin tikiləcək qazanxanaların sayı da nəzərə alınandan sonra pul ayrılsa, bu zaman həmin vəsaitlərin məqsədyönlü şəkildə xərclənməsinə nəzarəti həyata keçirmək də daha asan olar. Bu gün isə, maliyyə vəsaitlərinin xərclənməsinə nəzarət imkanı son dərəcə məhduddur. Keçən ilə nisbətən nə qədər binanın istiliklə təmin olunduğunu, üstəlik keyfiyyətin artıb-azaldığını yoxlamaq mümkün deyil. Başqa sözlə, istilik sisteminə ayrılan vəsaitin xərclənmə mexanizmi açıq deyil. Belə vəziyyət isə, yalnız “Azəristiliktəchizat”ın rəhbərliyi üçün əlverişli hesab oluna bilər.

Məlumdur ki, ASC-yə ayrılan dövlət vəsaitindən əlavə, qurum tərəfindən həmçinin istilikhaqqı da yığılır. Maraqlıdır ki, mətbuat tərəfindən ASC-yə sorğu göndərilməsinə baxmayaraq, “Azəristiliktəchizat” mövsüm ərzində istilik üçün ödənişlərin məbləğini açıqlamır. Yalnız bu vəsaitin qurumun saxlanılmasına yönəldiyi bildirilir. Halbuki, ekspertlər hər ay yüz minlərlə manat vəsaitin toplandığını vurğulayırlar.

Lakin Yaşar Həsənovun rəhbərlik etdiyi qurumun daxilində olan bəzi mənbələr, ASC-də dövlət vəsaitlərinin mənimsənilməsinə dair daha konkret və kəskin ittihamlar irəli sürürlər. Belə məlumatlardan birində deyilir: “Təkcə 2012-2013 cü illər ərzində “Azəristilitəchizat” ASC-yə 30 milyon manata yaxın vəsait ayrılıb. Bu vəsaitin təxminən 19,5 milyonu 2012-ci ildə, 10,9 milyonu isə, 2013-cü ildə ayrılıb. Ayrılan vəsaitlər guya ki, əsasən Bakı şəhərində yaşayış və istehsalat obyektlərinin istilik sistemlərinin, xətlərinin əsaslı təmiri üçün xərclənib. Qurum bu iki il ərzində yaşayış və istehsalat binalarındakı istilik sistemlərinin, xətlərinin əsaslı təmirinə 20 milyon manata yaxın vəsait xərcləyib. Müxtəlif şirkətlərlə (məsələn, HTM Holdinq MMC) müqavilələr bağlanaraq, bu işlərin görülməsi üçün həmin şirkətlərə qeyd etdiyimiz vəsaitlər köçürülüb. Yerdə qalan vəsaitlər isə, qazanxana, istilik şəbəkələri, elektirik naqillləri, avadanlıqları, nasoslar, nəzarət ölçən cihazlar, generatorlar, müxtəlif növ boruların, maşın mexanizmlərinin, ehtiyyat hissələrinin, tikinti və zəruri matrealların alınmasına xərclənib. Elə Yaşar Həsənovun əsas gəlir yeri də məhz ehtiyyat hissələrinin, tikinti matreallarının və zəruri avadanlıqların alınmasıdır və bu lahiyələrin həyata keçirilməsində ciddi şəkildə yeyintilər yer alıb. Bu məqsədlə alınan generatorların, polad boruların, elektirik naqil və

avadanlıqların, nasosların, maşın mexanizmlərinin, qazanxanaların satın alınma qiymətlərində də şişirdilmələr olub. Tikinti matrealların alınması üçün “Uhud” MMC-yə 1 milyon manatdan çox vəsait ödənilib. ASC-nin həyata keçirdiyi satınalınmalarda maliyyə maxinasiyaları qurumun Tikinti və İnkşaf şöbəsinin əli ilə həyata keçirilir. Buna görə də, bu şöbənin rəisi ASC sədri Yaşar Həsənova ən yaxın olan şəxslərdən biridir. Qiymətlərin şişirdilməsindən ASC rəhbərliyi il ərzində 3-4 milyon manatdan çox vəsait mənmsəyir. Bundan başqa “Azəristiliktəchizat” ASC-nin özünü maliyyələşdirən bir qurum kimi fəaliyyət göstərməsi Yaşar Həsənovun əl qolunu açır. Çünki Bakı şəhərində istiliklə təmin edilən bina sakinlərindən hər mənzil üçün yığılan pulların hara və necə xərclənməsi qeyri şəffafdır və heç də kiçik olmayan bu məbləğin böyük bir hissəsi müxtəlif yollarla mənisənilir...”

Lakin, ötən saylarımızdan birində dərc etdiyimiz materialda qeyd olunduğu kimi, “Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənov gəlir əldə etmək məqsədilə bir çox digər maxinasiyalara da davamlı olaraq əl atır. Bu barədə bir qədər əvvəl redaksiyamıza açıqlama verən mənbə bildirmişdi ki, belə maxinasiyalardan bir qismi də istilik təchizatı borularının qanunsuz yerdəyişdirilmələri ilə bağlıdır: “Tutaq ki, siz hansısa ərazini alıb, orada müəyyən bir obyekt tikmək istəyirsiniz. Amma tərslikdən də, həmin ərazidən binaları istiliklə təmin edən (daha doğrusu, təmin etməli olan) boru xətləri keçir. Aydındır ki, bu boruların yaxın ətrafında hər hansı tikinti işi aparmaq qanunla qadağandır. Amma bu qanuna əməl olunmasına nəzarət etmək Yaşar Həsənova həvalə olunubsa, bu zaman işləri “yoluna qoymaq” mümkündür. Belə ki, Yaşar müəllimdən yaxşı-yaxşı xahiş etsəniz, həmin boruların yerini müəyyən qədər dəyişmək olar. Elə bir müddət əvvəl Xətai rayonunda da belə bir yerdəyişmə əməliyyatı həyata keçirilib. İstilik boruları xeyli kənara çəkilib və nəticədə bir kafenin inşası üçün “boş” ərazi əldə olunub. Amma düşünməyin ki, belə əməliyyatlar sadəcə xahiş müqabilində həyata keçirilə bilər. Əsla. Əgər sizin bu xahişiniz külli-miqdarda pul vəsaiti ilə dəstəklənməsə, Yaşar müəllim nəinki boruların yerini dəyişməz, heç üzünüzə öz kabinetinin qapısını da açmaz. Elə Xətai rayonundakı kafenin sahibi də bu məqsədlə Yaşar Həsənova nə az-nə çox, düz iyirmi min manat pul ödəməli olub. Hərçənd deyilənə görə, bu məbləğin düz yarısına da Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi şərik olub...”

Sonda Yaşar Həsənovun sahibkarlıq fəaliyyəti barədə aldığımız maraqlı bir məlumatı da xatırlatmaq istəyirik. Məsələ bundadır ki, dərc etdiyimiz ötən yazıda ASC sədrinin qazanxanalardan birinin ərazisində özünə “Troya” adlı restoran tikdirdiyi qeyd olunmuşdu. Bundan sonra redaksiyamıza daxil olmuş açıqlamada isə, bu restoranın Yaşar Həsənova Bakıda məxsus olan kommersiya obyektləri arasında bəlkə də ən “xırda”larından biri olduğu vurğulanır. Mənbə iddia edir ki, hazırda paytaxtın müxtəlif ərazilərində “Azəristiliktəchizat” ASC sədrinin sahib olduğu bu obyektlər, əslində vahid bir biznes şəbəkəsi kimi fəaliyyət göstərməkdədirlər.

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru