Daha bir təhsil ocağında biabırçı mənzərə - İDDİA
Tarix: 12-10-2016, 13:14 | Çap et
Bir müddət bundan əvvəl qəzetimizin səhifələrində 6 saylı Bakı peşə məktəbinin fəaliyyətində müşahidə edilən bəzi neqativ hallardan bəhs edən materiallar dərc olunmuşdu. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, hazırda bu məktəbin fəaliyyəti ciddi nöqsanlarla müşayiət olunmaqdadır. Açıqlama verən mənbənin sözlərinə görə, məhz məktəbin direktoru Nurəddin Cahangirovun yol verdiyi bir çox qanun pozuntuları səbəbindən son vaxtlar bu tədris müəssisəsinin fəaliyyəti tənəzzülə uğramaqdadır. İrəli sürülən iradlar isə, ilk növbədə məktəbdə dərslərə davamiyyətin aşağı olması xüsusundadır. Mənbə iddia edir ki, bu gün 6 saylı Bakı peşə məktəbində bir çox şagirdin adları sinif jurnallarında qeyd olunsa da, əslində onlar dərslərdə iştirak etmirlər. Çünki burada təhsil alan şagirdlərin bir qismi müxtəlif səbəblər üzündən “aylığa” buraxılırlar. Bunun müqabilində isə, həmin şagirdlər hər ay məktəb direktoruna müəyyən məbləğdə ödəniş edirlər. Daha sonra məlumatlarda məktəbdə mütəmadi olaraq müxtəlif bəhanələrlə pul yığımlarının da həyata keçirildiyi vurğulanır.
Bir daha xatırlatmaq istərdik ki, bir vaxtlar Abşeron rayonu Binə peşə məktəbinə rəhbərlik edən Nurəddin Cahangirov qəsəbə sakinlərinin yaddaşlarında məktəbyanı əraziləri qeyri-qanuni olaraq satması ilə qalmışdı. Bu gün isə, o, öz bədxah əməllərini artıq 6 saylı Bakı peşə məktəbinin direktoru vəzifəsində davam etdirir. Redaksiyamıza daxil olan məlumatlarda bu da bildirilir ki, bu məktəbdə təhsil alan şagirdlərin valideynlərindən mütəmadi olaraq ən müxtəlif bəhanələrlə pul vəsaitləri toplansa da, bu yığımlar belə direktorun tələblərini tam ödəyə bilmir. İddialara görə, Nurəddin Cahangirov hətta şagirdlərə dövlət tərəfindən ayrılmış təqaüdlərə belə göz dikməkdən çəkinmir. Belə ki, peşə məktəbinin şagirdləri onlara ayrılmış aylıq 30 manat məbləğində təqaüdü plastik kartlar vasitəsilə almalı olduqları halda, Nurəddin müəllim həmin kartları bütün şagirdlərdən yığaraq, onları özündə saxlayır. Həmçinin bir müddət əvvəl aldığımız məlumatlarda xüsusi olaraq belə bir məqam da qeyd olunmuşdu ki, Nurəddin Cahangirovun oğlu da onunla birlikdə 6 saylı Bakı peşə məktəbində işləyir. Görünür təhsil sahəsində korrupsiyanı artıq ailə biznesinə çevirmiş Cahangirovlar bu sahədə uzunmüddətli ənənələrin əsasını qoymaqda israrlıdırlar. Bunu da qeyd etməliyik ki, aldığımız məlumatlarda irəli sürülən ittihamlara münasibətini bildirmək üçün biz dəfələrlə Nurəddin müəllimlə əlaqə saxlamağa cəhd göstərmişik. Lakin məktəb direktoru hər dəfə bir bəhanə ilə dialoqdan boyun qaçırmaqla suallarımızı cavabsız qoyub. Bu isə təbii ki, şikayətlərdə təqdim olunan faktların dürüstlüyünü bir daha təsdiq etmiş olur. Elə buna görə də, 6 saylı Bakı peşə məktəbində yer almış neqativ hallar, burada təhsil alan şagirdlərin valideynləri tərəfindən bir çox digər instansiyalara ünvanlanan şikayət məktublarında da öz əksini tapmaqdadır. Bütün bu müraciətlərdə isə birmənalı olaraq bildirilir ki, Nurəddin Cahangirovun rəhbərlik etdiyi peşə məktəbində bu gün normal təhsildən əsər-əlamət belə yoxdur. Məhz bu səbəbdən də, məktəbin məzunları ixtisaslarına uyğun işlə təmin olunmaq məqsədilə müraciət etdikləri müəssisə və şirkətlərdə qeyri-peşəkar kadrlar kimi qarşılanırlar.
Təəssüflər olsun ki, dərc etdiyimiz materiallarda təqdim olunan faktlara Nurəddin Cahangirov tərəfindən indiyədək hələ də heç bir münasibət bildirilməyib. Digər tərəfdən isə, 6 saylı Bakı peşə məktəbində baş verənlərin Təhsil Nazirliyinin xüsusi komissiyası tərəfindən araşdırılması daha məqsədəuyğun olardı.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|