Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                 

Qaynata ilə kürəkənin davasına "Xalqbank" qarışdı... - Mal-mülk davası...
Tarix: 20-09-2016, 11:51 | Çap et
Qaynata ilə kürəkənin davasına "Xalqbank" qarışdı...
Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Yevlax rayon Malbinəsi kənd sakini Vüqar Vahid oğlu Muxtarov bildirib ki, keçmiş qayınatası Yaşar Abdullayev tərəfindən əmlakı və pulları qəsb olunub. O qeyd edib ki, Şəki Apellyasiya Məhkəməsi isə onun sabiq həyat yoldaşı Elmira Abdullayeva (Muxtarova) ilə birgə nikah dövründə aldığı evə hüququ barədə Mingəçevir Rayon Məhkəməsinin qətnaməsini ləğv edib. “Birgə nikah dövründə qazandığımız əmlaklar (Mingəçevir şəhərində Puşkin küçəsi ,bina 10-da 2 otaqlı 5 nömrəli mənzil, 18792 manat bank əmanəti, əmək haqlarımızdan yığılan mənzilimizdə olan 9000 manat pul vəsaiti, 6444 manat dəyərində elektrik, məişət-mebel avadanlıqları və qızıl zinət əşyaları) keçmiş həyat yoldaşım Elmira Yaşar qızı Abdullayeva (Muxtarova) və atası Yaşar Səməd oğlu Abdullayev tərəfindən qanunsuz yollarla ələ keçirilib. Biz 6 il birlikdə yaşamışdıq. “XalqBank”ın Yevlax filalında kassir işləyirdim.Mingəçevirdə ev alandan sonra, iş yerimi bankın Mingəçevir filialına dəyişdik. Evi yoldaşımın adına keçirmişdim. Yoldaşımın tibbi problemi olduğuna görə, illərimiz müayinə və müalicələrdə keçdi. Hətta İrana da getmişdik. Mən buna rəğmən ailəmizin dağılmasını istəmir, kənardan uşaq götürməyi təklif edirdim. İranda həkimlər bizə məsləhət bildirmişdi ki, qanunla icazə olan ölkələrdə surroqat ana üsulundan faydalanmaq mümkündür. Mənsə Quran oxuyan adamam, buna qarşı çıxdım. Bundan sonra bir qədər mübahisələr yarandı, amma boşanma həddində olacaq bir şey baş verməmişdi. Yoldaşımın adına Beynəlxalq Bankın Mingəçevir filialında 18 min 792 manatlıq hesab var idi, iyunun 11-də məndən xəbərsiz o pulu bankdan çıxardılar. Bunu lap sonradan bildim. İyunun 22-də isə işdən evə gələndə gördüm ki, qıfılı dəyişiblər. Evin içində olan əşyaları, birgə nikah dövründə aldığımız qır-qızılı bölüşdürməyi təklif etdik. Rəhmətlik atam Vahid Muxtarov onun atası Yaşar Abdullayevlə görüşüb təklif etdi ki, əmlakı bölüşsünlər. Lakin Yaşar Abdullayev boyun qaçırdı. Bundan sonra, biz məhkəməyə müraciət etdik. Birgə nikah dövründə alınan əşyaları və pulu bölüşməyi tələb etdik. Lakin məhkəmə tələbimi qismən təmin etdi, o da evi bölüşdürməkdən ibarət idi. Mən buna da razı idim. Hakimin sözünə görə, pul birgə nikah dövründə bankdan çıxarılmışdı. Amma Yaşar Abdullayev məhkəmədə hakimə qışqırdı ki, mən gedəcəm başqa yerdə pul verəcəm, amma evi ona verməyəcəm”, – deyə V.Muxtarov Qafqaznews.az-a qeyd etdi. Onun sözlərinə görə, 2012-2013-cü illərdə evin qiyməti 36 min manatdan çox idi və qayınatası ondan mənimsədiyi 18 min manatı verərək məsələni bağlaya bilərdi: “Lakin o, mənimlə ədavətə üstünlük verdi, qızı da onun sözündən çıxmadı. Şəki Apellyasiya Məhkəməsinin hakimləri Elbrus Məmmədov, Namiq Məmmədov, Elman Rəhimovun və Ali Məhkəmənin “əməkdar hüquqşünası” Əsədov Bağır Həbib oğlunun məni birgə nikah dövründə qazandığımız əmlakların bərabər payda bölgüsündən məhrum edən Azərbaycan Qanunvericiliyinə uyğun olmayan qətnamə və qərarlarından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin www.president.az saytına şikayət etdim. 03 dekabr.2013-cü il tarixdə “Xalq Bank”ın Mərkəzi İcra Aparatının rəhbəri İbrahim Rzayev mənə dedi ki, “sən kimsən,Prezidentə şikayət edirsən?” və ərizə yazıb işdən çıxmağımı tələb etdi. Mən Yevlax filialının direktoru işləyən Sərxan Qurban oğlu Xubanlıya (onun əmisi Vadim Xubanov Mərkəzi Bankın sədr müavini vəzifəsində işləyir – red.) ərizə yazmayacağımı dedikdə, o, mənə məsləhət gördü ki, əmək kitabçam korlanmamış ərizəmi yazıb könüllü işdən çıxım.Mən də ərizə yazıb işdən çıxdım. İndi çox çətin vəziyyətdə, qardaşımın yanında yaşayıram”. V.Muxtarov ona MTN tərəfindən də təzyiqlər olunduğunu əlavə etdi: “10 dekabr 2013-cü il tarixdə məni Milli Təhlükəsizlik Nazirliyinin Yevlax rayon şöbəsinə çağırdılar. Atam da mənimlə birlikdə getdi. MTN Yevlax rayon şöbəsinin rəhbəri Vahid Məmmədov iş otağında atam və mənimlə birlikdə söhbət etdikdən sonra, mənim çölə çıxmağımı bildirdi. Atam otaqdan çıxdıqdan sonra dedi, oğul MTN rayon şöbəsinin rəhbəri mənimlə açıq danışdı və sonda dedi: “Vahid müəllim, sizi istəyib deyirəm, bir daha heç yerə şikayət etməyin, əgər şikayət etsəniz o biri uşaqların da işdən çıxarılacaq, pis günə qalacaqsınız”. Bu hadisədən təxminən 6 ay sonra atam ürək çatmazlığından dünyasını dəyişdi. Dünyasını dəyişməmişdən 1 gün əvvəl mənə bərk-bərk tapşırdı ki, heç bir yerə şikayət eləmə, şikayətə baxan yoxdur. Atan, anan yox, qardaşlarının da ailələri, balaları var, onları da işdən çıxararlar. Ümid edirəm ki, sizə müraciətimdən sonra mənə və ailəmə yeni problemlər yaradılmayacaq”. Qafqaznews.az saytının əməkdaşı Yaşar Abdullayevlə əlaqə saxladı. “Evi mən almışdım, qızımçün almışdım… Məhkəmədə də sübut eləmişik”, – deyə Y.Abdullayev bildirdi. “Necə sübut etmisiniz?” sualına Yaşar Abdullayev “Sübut eləmişik də”, – deyə cavab verdi. “Bəs 18 min 792 manat pulun bankdan xəbərsiz çıxarılması ilə bağlı nə deyə bilərsiniz? O pul sizin idi?”, – deyə soruşduq. “Bilmirəm, mənim puldan xəbərim yoxdur. Mənə zəng eləməyin”, – deyə Yaşar Abdullayev dəstəyi atdı. Biz “Xalqbank”ın baş ofisi ilə əlaqə saxladıq. Özünün kadrlar şöbəsinin müdiri olduğunu deyən, amma ad-soyadını bildirməyən xanım əməkdaş Qafqaznews.az-a dedi ki, Vüqar Muxtarov 2013-cü ilin dekabrın 4-də öz ərizəsiylə işdən çıxıb. “Onun şəxsi məsələsidir, hara şikayət edib, nədən şikayət edib. Bunun bizə aidiyyatı yoxdur. İşdən çıxıb, məzuniyyət günlərinə görə də kompensasiya alıb. Sübut eləsin ki, onu məcburən işdən çıxarmışıq”, – deyə bank nümayəndəsi Qafqaznews.az-a əlavə etdi. Adı keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq. Araşdırmamız davam edir.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru