“Prezidentin ayırdığı pul bizim yolumuzun da təmirinə xərclənsin” - Tovuzda ön cəbhədə yol problemi...
Tarix: 9-09-2016, 10:51 | Çap et
Tovuz rayonu Ağdam kənd sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayətlidirlər. Ermənistanla həmsərhəd olan kəndin rayon mərkəzindən çox da uzaqda yerləşmədiyini Hurriyyet.org-a yazan sakinlər bildirirlər ki, ümumi uzunluğu 12 kilometr olan yolun 8 kilometrədək hissəsi tam təmirsiz vəziyyətdə, zığ, palçıq içərisindədir. Redaksiyaya göndərilən videomaterialdan da bu mənzərə aydın görünür.
Palçıqlı yolağadan qan aparan yaralını keçirmək dərdi
Sakinlər yazırlar ki, Ermənistanla həmsərhəddə, dəfələrlə düşmən tərəfdən təhlükəli həmlələrə rast gəlmələrinə baxmayaraq, nə qorxub, nə qaçıblar. Kəndin müdafiəsində döyüşənləri də olub, kəndə atılan mərmilərdən yaralananları da. Amma qan aparan yaralının xilası üçün onlara ilk növbədə təmirli, asfalt yol lazımdır. 1970-ci ildən salınan bu yol isə elə sovetlər dönəmindən təmir olunub, asfaltı sürtülüb, dağılıb, kələ-kötür, palçıqlı yolağaya çevrilib.
“Yuxarılara səhv məlumat verilir”
Sakinləron sözlərinə görə, bu problemlə bağlı tez-tez yuxarılara yazırlar, amma yuxarı instansiyalara yanlış məlumat çatdırılır ki, sərhəd bölgəsi olduğundan Ağdam kəndinə yetərincə dövlət qayğısı var. Əslində isə belə deyil. Məktubdan sətirlər: “Necə olur ki, Tovuzun bütün kənd yolları asfalt olur, təkcə bizim kənddən başqa. Rayon mərkəzindən kəndə gələn yolun müəyyən hissəsi təmir olunub, yarımçıq saxlanıb. Nə səbəbə bilmirirk. Ermənilərlə aramızda 30-40 metr məsafə var. Hər anımız təhlükəlidir. Hər cəhətdən vəziyyətimiz bərbaddır. İndi də dolu vurub, bütün təsərrüfatımız batıb, kənddə dolanışıq çox çətinləşib. Bütün problemlərimizi, güzəranımızı zor-güc həll edərik, təki bizim yolumuz düzəlsin”.
Prezidentin Tovuza ayırdığı pul kəndimizin yoluna da sərf edilsin “Qarşıdan kəskin qış gəlir, bizi daha böyük çətinliklər gözləyir. Maşını olanların bu yolda qazandıqları ancaq maşınların hissələrinin təmirinə gedir. Bir dəfə maşın qırıldı, yaralını zor-güclə rayon mərkəzinə çatdırdıq. 10 dəqiqəlik yolu 30-40 dəqiqəyə getməli oluruq. Sovetlər dönəmində bu yolda nəqliyyatın gedişhaqqı 30 qəpik idi, indi adambaşına 1 manatdır. Arzumuz budur ki, prezidentin ayırdığı puldan bizim yollarımızın da bərpasına sərf edilsin”.
İcra hakimiyyəti rəsmisi: “Məsələni şişirdirlər...”
Tovuz rayon İcra Hakimiyyətiylə əlaqə saxladıq. Özünü icra hakimiyyətində İdarəetmə şöbəsinin əməkdaşı Cəlal Abbasov kimi təqdim edən şəxs bildirdi ki, kənd yolunun cəmi 20 faizi təmir olunmamış vəziyyətdədir və planlaşdırılıb ki, həmin hissə də təmir edilsin: “Əslində kənd sakinlərindən tək-tük adam şikayət edə bilər. Belə şikayətçilər də hər yerdə var. Yaxşısı budu kənd icra nümayəndəliyilə, bələdiyyəsiylə bir əlaqə saxlayasız. Yəqin ki, bu məsələni şişirdən tək-tük sakindir. O kəndin elə də ciddi problemi yoxdur. Kənd icra başçısının xüsusi diqqətindədir. Yolun qalan hissəsi də layihəyə salınıb, Allahın köməkliyilə problem aradan qaldırılacaq”.
Sakinlərsə İH rəsmisinin yalanını üzə çıxarır... Ağdam rayon orta məktəbinin direktoru Şahnaz Əliyeva (?) ilə əlaqə saxladıq. Direktor dedi ki, kənd yolunda vəziyyət həqiqətən də heç abad deyil. Bu səbəbdəndir ki, bəzi müəllimlər məktəbə gəlməyə imtina edirlər və dərslərin tədrisi prosesində çox çətinliklər olur. Kənd icra nümayəndəsi Həqiqət Məmmədova da bildirdi ki, kəndin sosial problemi əsas yolla bağlıdır: “Dərdin alım, əsas şikayət yoldandır. Yolun təxminən 7 kilometri çox bərbaddır. Bir də elektrik dirəklərinin bəziləri dayanıqsızdı, aşa bilər. Qalan məsələlər pis deyil. Amma bu yaxınlarda dolu vurub, təsərrüfatımıza da ziyanlar dəyib”. İcra nümayəndəsi olaraq aidiyyəti dairələr qarşısında məsələ qaldırmaq səlahiyyətiniz yoxdurmu? Həqiqət Məmmədova: “Qənirə xanım kəndimizə gələndə deyirəm. Elə dünən də burdaydı. Yenə dedim, ona...”
Qənirə Paşayeva: “Bu məsələyə görə baş nazirin qəbuluna gedəcəm”
Millət vəkili Qənirə Paşayeva ilə saxladıq. Millət vəkili dedi ki, hazırda Tovuzdadır. Tovuzda baş verən təbii fəlakətlə əlaqədar, dolu yağıntısı ilə bağlı bəzi kəndlərə ciddi ziyan dəyib, o cümlədən də ön cəbhə bölgəsində olan Ağdam kəndinə. Ona görə rayona öz seçicilərilə görüşə gedib. Ağdamın yol məsələsinə gəlincə, millət vəkili dedi ki, iki dəfə bu məsələni parlamentdə hökumətin nazirlərin iştirakıyla keçirdiyi hesabatında səsləndirib: “Çox ehtiyac var ki, Ağdam kəndinin yolları daha da yaxşı olsun. Çünki ön cəbhəyə yolun biri də bu kənddən keçir. Bu yolda zaman-zaman müəyyən işlər görülüb. Tovuzdan Ağdam kəndinə qədər təmir olunub, o hissədə vəziyyət normaldır, amma kəndin içərisindəki ana yolda yüksək səviyyədə əsaslı təmir-bərpanın aparılmasına ehtiyac var. O hissəyə müəyyən vaxtlarda xırlar tökülüb, müəyyən işlər görülüb. Bununla bağlı biz rəsmi qurumlarla da söhbətlər aparmışıq. Tovuzun ön cəbhə kəndlərinə gedən yollar tamamilə bərpa olundu. Məsələn, Əlibəyli yolu, Tovuz-Qaralar yolu ən yüksək səviyyədə düzəldildi, indi o kəndlərdə vəziyyət şəhər yollarındakı kimidir. İndi də hökumətin rəsmi nümayəndələri Ağdam yolunun da düzəlməsi üçün addımlar atacaqlarını deyirlər. Ağdam sakinləri də çox istəyirlər ki, onların da yolu bu cür olsun. Ağdam kənd sakinlərinin mərdliyi, mətanətliliyi düşmən tərəfə çox böyük bir zərbədir və təmirli yol məhz öncə cənhə kənd sakinlərinin şücaətinin haqqıdır. Mən də vətəndaşlarımızın bu istiqamətdə, həm təkliflərini, həm narahatlıqlarını hökumət nümayəndələrinə çatdırmışam. Özəlliklə qış aylarında o yolun yaxşı səviyyədə olmasına çox ehtiyac yaranır. Mən kəndin fəal sakinlərilə, rəsmilərilə də görüşdüm. Onlar xahiş etdilər ki, bu məsələni təkrar qaldırım. Mən də rayondan paytaxta döndükdən sonra Ağdam kənd sakinlərimizin bu xahişini ölkəmizin baş naziri Artur Rəsizadəyə həm yazılı şəkildə müraciət etməklə, həm də qəbulunda olmaqla çatdıraram və qısa zamanda bu məsələnin həllinə nail olmağa bacardığım qədər çalışacam”. Söhbət yüzlərlə zərə görmüş evdən gedir
Qənirə Paşayeva eyni zamanda bildirdi ki, Tovuzda və bəzi kəndlərində, o cümlədən Ağdamda dolu yağması nəticəsində bəzi problemlər yaranıb. Bir çox evlərin dam örtüyü yararsız hala düşüb, elektrik xətləri kəsilib, təsərrüfatlara zərər dəyib: “Söhbət yüzlərlə evdən gedir. İcra hakimiyyətiylə Fövqəladə Hallar Nazirliyinin yerli nümayəndələri araşdırma aparıb, dəymiş ziyanı hesablayaraq Bakıya hesabat göndəriblər. Mən də Bakıya qayıtdıqdan sonra Fövqəladə Hallar Nazirliyində olacam, yerində aydınlaşdırdığım məsələləri bir daha onların diqqətinə çatdıracağam ki, problemin həllində yardımçı olum”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|