“Sədərək” bazarından İŞİD-ə gedən yol - Erməni kənardadır, üzbəüzük, onlar isə içimizdədir, görə bilmirik...
Tarix: 3-09-2016, 14:50 | Çap et
Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan daha bir azərbaycanlının – 1979-cu il təvəllüdlü Zöhrab Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Azər Orucov sədrlik edib.
“Cəbhət ən Nusra”, yoxsa Azad Suriya Ordusu?
İstintaqla müəyyən edilib ki, Zöhrab Məmmədov Suriya ərazisindəki silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə 12 dekabr 2012-ci ildə Türkiyəyə, oradansa Suriyanın Artma vilayətinə keçərək “Cəbhət ən-Nusra”nın tərkibinə daxil olan, “Abu Yəhya” ləqəbli Nicat Aşurovun rəhbərlik etdiyi “Mühacirin və Ansar” adlı silahlı birləşməyə qoşulub. 2013-cü ilin yanvar ayında Sfera qəsəbəsi uğrunda hökumət qüvvələrinə qarşı aparılan döyüş əməliyyatı zamanı yaralanıb. Uzun müddət Türkiyədə müalicə olunduqdan sonra 2 aprel 2013-cü ildə Azərbaycana qayıdıb.
Z.Məmmədov 29 dekabr 2015-ci ildə keçmiş MTN əməkdaşları tərəfindən həbs olunub. Onun barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Əslən Qərbi Azərbaycandan olan Zöhrab Məmmədov Suriyada Azad Suriya Ordusunun tərkibində gedən döyüşlərə qoşulduğunu təsdiq etsə də, İŞİD-lə əlaqəsi olmasını inkar edib. O, nə İŞİD-in, nə də “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tərkibinə daxil olan “Mühacirin və Ansar” adlı silahlı birləşməyə qoşulmadığını deyib.
“Cihadda iştirak etmək fərzdir”
İlkin dindirmə zamanı Z.Məmmədov ifadəsində göstərib ki, 2012-ci ilin avqust ayından etibarən İslam dininin əhli-sünnə məzhəbi üzrə ibadət etməyə başlayıb, mütəmadi olaraq internetdə Suriyada gedən prosesləri izləyib. Orada hökumət qüvvələrinə qarşı açıq şəkildə cihadın olduğunu, cihadda iştirakın fərz olduğunu düşünərək Suriyaya getməyi və cihada qoşulmağı qərara alıb. Həmin ərəfədə “Sədərək” bazarında bir nəfərin Suriyaya azərbaycanlıların getməsində köməklik göstərdiyini öyrənərək onunla görüşüb. Adını xatırlamadığı həmin şəxsin Suriyadakı “Muhacirin və Ansar” qruplaşmasının azərbaycanlı rəhbəri, dini adı “Abu Yəhya” olan Nicatla yaxın əlaqəsi olub. Həmin şəxs telefonla Nicatla əlaqə saxlayaraq onun cihadda iştirak etmək istədiyini bildirib. “Abu Yəhya” bunu çox yaxşı qarşılayıb və cavabında İstanbula çatarkən onu məlumatlandırmasını tapşırıb.
Həmədanda gedən döyüşlər
12 dekabr 2012-ci ildə Z.Məmmədov avtobusla Türkiyəyə yola düşüb. İstanbula çatdıqdan sonra “Abu Yəhya”nın telefonuna zəng vurub. “Abu Yəhya” ona Hatay şəhərinə getməyi tapşırıb. Hataya gələn Zöhrabı bir nəfər ərəb qaçaqçısı qarşılayıb. O, qaçaqçının vasitəsilə sərhəddə keçərək Artmaya gəlib. Cihada yeni qoşulanların toplaşma məntəqəsini soruşub, onu 3 mərtəbəli yaşayış evinə aparıblar. Həmin evdə 150-200 nəfər mücahidin olduğunu görən Z.Məmmədov 12 gün orada qalıb və Hamadanda döyüşdə olan “Abu Yəhya”nın gəlişini gözləyib. “Abu Yəhya” qayıdandandan sonra onunla görüşüb, sonuncu onu özüylə döyüşə aparıb.
Suriyada yaralandı, Türkiyədə müalicə olundu
Z.Məmmədov ifadəsində göstərib ki, 14 yanvar 2013-cü ildə Sfera qəsəbəsində döyüş başlamazdan əvvəl “Abu Yəhya” ona bir ədəd avtomat silah və iki ədəd patron dolu daraq verib. Həmin ərazidə azərbaycanlılardan ibarət 30 nəfərlik silahlı dəstə Suriya hökumətinə qarşı döyüşlər təşkil edib. Döyüş kəskin şəkildə başladığından mühasirəyə düşüblər. Elə həmin döyüşdə Z.Məmmədov snayperlə vurulub: “Güllə çənə nahiyəmdən dəydi, ağzımın bir tərəfindən deşib, digər tərəfindən çıxdı, yerə yıxıldım. Yerdə olarkən də qarnımdan kürəyimdən güllə yarası aldım, huşumu itirdim. Gözümü açanda Türkiyənin Kayseri şəhər xəstəxanasında olduğumu gördüm. İki ay müalicə olundum, üç dəfə əməliyyat keçirdim”.
Görmə qabiliyyətini itirən döyüşçü
Z.Məmmədov 2013-cü ilin mart ayında xəstəxanadan çıxaraq Azərbaycana qayıdıb. Döyüş zamanı aldığı xəsarətlər səhhətində ciddi problemlər yaradıb. Sol gözünün görmə qabiliyyəti tamamilə itib. Uzun müddət müalicələr heç bir nəticə verməyib. Sağ gözünü də itirmək təhlükəsi ilə üzləşən Z.Məmmədov İstanbul şəhərinə gedərək “Dünya Göz Klinikasın”a müraciət edib. Əməliyyata 6 min avro pul ödəməli olduğu bildirilib. Amma o qədər pulu olmadığından əməliyyat oluna bilməyib. Həmin ərəfədə bir nəfər “Amr” adlı azərbaycanlı ona “döyüşdə yaralan mücahidlərə “Muhacir və Ansar”qruplaşması kifayət qədər pul ayırır, Suriyaya get, bu məsələlərə rəhbərlik edən şəxslərlə görüş, hansı döyüşdə yaralanmağın barədə məlumat ver, qoy onlar müalicə olunmağına kömək etsinlər” deyir.
İŞİD-lə əlaqəsinin olmadığını deyən döyüşçü 2 ay Rakkada qalıb
“Amr”in köməkliyi ilə Z.Məmmədov 2014-cü ilin iyul ayında yenidən Suriya ərazisinə keçib. Ray şəhərinə keçərək “Xalid dayı” ləqəbli Rövşən Bədəlovla (R.Bədəlov 2014-cü ilin oktyabr ayında koalisiya qüvvələrinin Kobanidə həyata keçirdikləri bombardman zamanı 25 adamı ilə birlikdə öldürülüb. Qeyd edək ki, 2000-2001-ci illərdə Pankisi ərazisində “Qarabağ Partizanları” qrupunu yaradan Bədəlov həmin birləşməyə liderlik edib. 2002-ci illərdə dəstəsi ilə birlikdə Azərbaycana qayıdaraq Qarabağda döyüşmək istəyən R.Bədəlov saxlanılaraq 10 il həbsə məhkum olunub. 2013-cü ildə həbsdən çıxan Rövşən Bədəlov 1 aydan sonra Suriyaya gedib, İŞİD sıralarına qoşulub. Gənc və təcrübəsiz İŞİD yaraqlılarının arasında döyüş təcrübəsinə malik olan R.Bədəlov qısa müddət ərzində Qafqaz əmiri vəzifəsinə yüksəlib – virtualaz.org) görüşüb, bir il öncə döyüşdə yaralandığını deyib. R.Bədəlov ona müalicə məsələləri ilə məşğul olan “Divan-Sıxna” adlı idarəyə müraciət etməyi məsləhət görüb. Bundan sonra Z.Məmmədov Rakkaya gələrək həmin idarəni tapıb, döyüşdə yaralanması barədə ətraflı məlumat versə də, ona köməklik göstərməkdən imtina ediblər. Z.Məmmədov müalicə pulunun ödənilməsini tələb etdikdə burada qalıb müəyyən həkim ekspertizalardan keçməyin lazım olduğunu bildiriblər. İki aya yaxın Rakka şəhərində qalan Z.Məmmədov ona yardım edilməyəcəyini görüb Ray şəhərinə qayıdıb. 28 dekabr 2015-ci ildə Azərbaycana geri dönərkən hava limanında saxlanılıb.
“İŞİD-lə əlaqəm olmayıb, mən Azad Suriya Ordusunda olmuşam”
Təqsirləndirilən şəxs qismində dindirilən Zöhrab Məmmədov məhkəmə prosesində ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. O, ifadəsində Suriyaya orada yaşayan türkmənlərin müdafiəsi üçün getdiyini deyib. Heç bir silahlı birləşmənin tərkibində döyüşmədiyini, əlinə silah almadığını bildirib. Suriya ərazisinə çatan kimi mühasirəyə alınıb, göz, bədən, ayaq nahiyələrindən güllə yarası alıb: “Heç vaxt “Cəbhət ən-Nusra”nın tərkibində döyüşməmişəm, amma türkmənlərdən ibarət Azad Suriya Ordusunda olmuşam. Hərbi əməliyyatlarda iştirak etməmişəm. Avtobusla Sfera qəsəbəsinə gedərkən mühasirəyə düşmüşəm, ağır bədən xəsarətləri almışam. Bu hadisədən 12 gün sonra komadan ayılanda xəstəxanasında olduğumu görmüşəm”.
Məhkəmə prosesi sentyabrın 6-da davam edəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|