"Həkimlər dərman firmaları ilə əlbir işləyir..." - NARAZILIQ VAR...
Tarix: 27-08-2016, 12:21 | Çap et
Nədənsə son zamanlar bir sıra özəl tibb müəssisələrində pasiyentlərə göstərilən tibbi xidmətin qarşılığında tələb olunan ödənişlərdə ciddi artım müşahidə olunur. Misal kimi, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 2 ünvanında yerləşən, Alim Həmzə oğlu Şıxəliyevin baş həkimi olduğu «Əhmədli» Tibb Mərkəzini göstərmək olar. Beləliklə, baş həkimin ixtisasca kardioloq, terapevt olduğunu qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada deyilir ki, Azərbaycan Tibb Universiteti və Moskva Tibb İnstitutunda təhsil alan Alim Şıxəliyevin rəhbərlik etdiyi tibb müəssisəsində xəstələrə ödədikləri pulun qarşılığında normal tibbi xidmət göstərilmir. Hazırda «Əhmədli» Klinikasında terapiya, kardiologiya, nevralogiya, endokrinologiya, dermatologiya, stomatologiya, pediatriya, ozonoterapiya, fizioterapiya, refleksoterapiya, USM, damar doppleri, EXOKQ, EKQ, xolter monitor, laboratoriya: biokimya, kliniki analizlər, PCR analizləri, hormonlar və infeksiyalar üzrə xidmət göstərildiyini deyən mənbə bildirir ki, vətəndaşlar buradakı qiymətlərin bahalığından fəryad edirlər: «Deyilənlərə görə, «Əhmədli» Klinikasında tariflər müayinələr zamanı istifadə olunan materialların qiymətinə əsasən müəyyənləşdirilir. Məsələn, əgər söhbət qan analizinin qiymətindən gedirsə, burada tarifi, əsasən, qanın yoxlanılması üçün istifadə edilən «reaktiv»in qiymətilə uyğunlaşdırırlar. Lakin həmin məbləğə laboratoriyada çalışan işçilərin əməkhaqqı və kommunal xidmətlərə çəkilən xərc, hətta həkimlərin əməkhaqlarının faizi də aiddir. Alim Şıxəliyevin rəhbərlik etdiyi tibb müəssisəsində alınan xarici aparatla müayinələrdə isə qiymət müəyyən olunarkən, həmin cihazın alınmasına çəkilən xərc əsas götürülür. Tibb cihazı nə qədər bahalıdırsa, onunla müayinə üçün müəyyənləşdirilən qiymətlər də bir o qədər baha olur. Aparatın qiyməti çıxarılsa da, «Əhmədli» Klinikasında qiymətlər aşağı düşmür. Deyilənlərə görə, əgər adıçəkilən tibb ocağında qan analizi və yaxud hər hansısa müayinə üçün vətəndaşlar növbə gözləyirlərsə, təbii ki, qiymətlər bir az da bahalaşdırılır. Buradan da belə çıxır ki, Alim Şıxəliyev öz gəlirini heç kəsin maraqlarına qurban vermir. Bu səbəbdən də «Əhmədli» Klinikasında tələbatın çox olduğunu görüb qiyməti sanki süni şəkildə artırırlar». Bu arada, təxminən 6 il bundan öncə «Əhmədli» Klinikasına basqın olduğunu və bu zaman Fərid Şıxəliyev adlı şəxsin adıçəkilən tibb müəssisəsinin rəhbəri Alim Şıxəliyevlə yanaşı, stomatoloq Elnur Şıxəliyevə və digər həkim Mais Cəfərova bir neçə bıçaq zərbəsi endirdiyini, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyini vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi bilgilərə görə, həmin cinayət hadisəsini törədən Fərid Şıxəliyev klinikanın baş həkiminin əmisi oğludur: «Deyilənlərə görə, həmin vaxt baş həkim bu məsələnin ört-basdır edilməsi məqsədilə bir xeyli tərləməli olub. Məhz elə bu səbəbdən də Fərid Şıxəliyevin hansı səbəbdən cinayətə əl atdığına dair hələ də dəqiq məlumat yoxdur. Sadəcə bununla əlaqədar bir neçə versiya səslənirdi ki, onlardan biri də sözügedən cinayətin məhz qısqanclıq zəminində baş verməsinə dair iddialardır. Onu da qeyd edim ki, «Əhmədli» Klinikasının baş həkimi əslən Lerik rayonundandır. Onun atası İkinci Dünya müharibəsində Mozdokdan Berlinədək döyüş yolu keçmiş Həmzə Şıxəliyevdir. Lakin deyilənlərə görə, baş həkim atası kimi uğurlu həyat yolu keçməyib. Belə ki, hazırda onun rəhbərlik etdiyi klinikada yaşanan olaylar, tətbiq olunan qiymətlər belə deməyə əsas verir. Bildirilir ki, «Əhmədli» Tibb Mərkəzindəki tibbi xidmətlər arasında ən bahalı olanı cərrahiyyə əməliyyatlarıdır. Xüsusilə ürək əməliyyatlarının qiyməti orta hesabla 2-10 min manat arasında dəyişir. Qanın ümumi müayinələri orta hesabla 20-40 manat, ultrasəs müayinəsi 20-50 manat, tomoqrafiya müayinəsi isə 60-140 manatdır. Təkcə xəstə qəbulu, məsləhət 30-50 manata başa gəlir. Xəstəni qəbul edən həkim əcnəbi və ya elmi dərəcəlidirsə, bu qiymət hətta 100-150 manata qədər artır. Nəzərinizə çatdırım ki, sözügedən səhiyyə ocağında insanlar tibbi xidmət müqabilində yüksək məbləğdə pul ödəsələr də, bunun qarşılığında həkimlər tərəfindən yaxşı xidmət göstərilmir. Vətəndaşlar müayinə və həkim məsləhətləri üçün tələb olunan məbləğin həddən artıq yüksək olmasından şikayətlənirlər. Bundan başqa, həkimlərin firmalarla əlbir olub onların dərman peraparatlarının faydası və zərəri haqqında məlumatı olub-olmadan, xəstələrə həmin dərmanları yazıb pul qazanırlar. «Əhmədli» Klinikasının tibb personalının xəstələrdən təyin etdikləri dərmanların qablarını tələb etməsi isə deyilənlərin sübutu kimi qədul edilməlidir».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|