Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                 

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda nə baş verir? - Akif Əlizadəyə müraciət
Tarix: 23-08-2016, 11:36 | Çap et
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda nə baş verir?
...Təxminən 2-3 il əvvəl, “ilin-günün düz vaxtında” AMEA Memarlıq və İncəsənət İnstitutunun (Mİİ) “Elanlar lövhəsi” qarşısında qeyri-adi seyrəkliyi görüb diqqət verdim. Oradakılar deyəsən elə indicə asılmış elanda oxuyurdular: “O, BİZƏ MAL-QARA KİMİ BAXIR”.

Düşünürəm ki, belə bir elanın bütöv bir institutun və “Şərq kitabxanası”nın qapısı önündə sərgiləndirilməsi bütövlükdə AMEA-nın bütün “qımızı lampalarının” yanması demək idi! Çox keçmədən elan lövhədən götürüldü - “astaca və sakitcə”. Heç nə olmamış kimi heç üstü də vurulmadı. Hər halda Mİİ-də bunun kimin işi ola bilməsi barəsində zənlər qarışıqlığı cərəyan etdiyi halda, maraq məni düz bir nəfərin üstünə gətirdi və səhv etməmişdim. Kifayət qədər düşüncə sahibi kimi tanıdığım və bir o qədər də söz sahibi olmayan həmkarımın bərk əsəbləşdiyinin şahidi olurkən, deyəsən, haqqına girilmişdi. Nə vaxtsa, gileylərimin birində mən də yazmışdım - “AMEA Mİİ sənin kooperativin deyil”. Buradan da bu sərlövhə formalaşdı. Amma birinci deyim hələ də institutda tez-tez xatırlanır və artıq aforizmə çevrilmişdir... Uzun illər, düz 40 il AMEA Memarlıq və İncəsənət İnstitutunun rəsmi rəhbəri olmuş, əslində sabiq Sovetlər İttifaqı və Azərbaycan SSR-in memarşünaslıq elmi və funksional şəhərsalma korifeyi, 50-70 illərdə Bakının yarısını tikmiş və “Yeni Bakının müəllifi” mərhum akademik Mikayıl Hüseynovun rəhbərliyində onun Mİİ-dəki direktor səlahiyyətlərini dolayısı ilə və lakin tamamilə həyata keçirmiş Əbdül-Vahab Rəhim oğlu Salamzadə idarəçiliyində hazırda ötmüş bu zaman haşiyəsinin kənarından bəzi “ştrixlər” sezilsə də, institut indi olduğu kimi hələ onda belə bir “kooperativə” çevrilməmişdi. AMEA Mİİ-də hələ də danışılır ki, Ə.R.Salamzadənin zavxozu F.Rzayev bir dəfə azyaşlı qızı ilə işə gələndə uşaq təxəyyülü təəccüblərini gizlədə bilməmiş və nəyi görmüşdüsə, rusca “Bundan bizim evdə var, a bundan da bizdə var, bizdə bu da var...” - deyə bu qədər məişətində ona “doğma” olan əşyaların hamılıqla başqa bir təsadüfi yerdəki əşyalarla uzlaşması uşaqcığazı tamamilə heyrətləndirmişdi. Onda kadrlar şöbəsində 200 kq.-lıq dəmir seyf uşağa göstərilmiş və eyhamla soruşmuşdular: “doçka, gör, bundan da sizin evdə varmı?”.
***
...Zaman bir qədər dəyişmişdir. Yazı masası, telefon aparatı, kreslo-stullar uşağı heyrətləndirmiş, evdəki və institutdakı pərdələrin eyniliyi və s. əşyalar heç kimə lazım deyil və indi bunları AMEA institutundan heç kəs daşıyıb dağıtmır, indi götürən pul götürür, ancaq - PUL! AMEA Mİİ də öz növbəsində pul gətirən təsərrüfata, fazendaya, lap elə fermaya çevrilibdir: hər gün süd sağılan və ət tədarük olunmaqla gəlir gətirən və hətta “bu əti, südü verən” və ətraflarında nələrin baş verdiyini nəinki dərk etməyən, hətta başa düşməkdən çəkinən və bəziləri isə bundan nümayişkəranə tərzdə imtina edən “mal-qaranın saxlandığı - fermaya”!
Bu yerdə, bircə dəfə olduğum - Ağcabədidəki “ATENA” süd məhsulları şirkətinin “ATROPATENA” yardımçı şirkəti var ki, bunun da nəzdində bütün Zaqafqaziyada örnək ola biləcək mal-qaranın xoşbəxt həyat sürdüyü tam təchizatlı modern fermaları yadıma düşür. Amma Ağcabədi fermalarında mal-qara biri-birindən fərqləndirilmir, fermer hamıya bir gözlə baxır, fermalarının maliyyə vəsaitləri və fondları mənimsənilərək oğurlanmır, hətta direktor iki ay öncədən maaş cədvəllərini cibişdanına boşaldaraq məsələni bir o qədər də suçlu olan və bu vəsaitləri öz aralarında bölüşdüyü baş mühasibin üzərinə yükləmir, həmin fermalarda sonradan bu maaşları almayaraq cədvəlləri 2 ay öncədən bütün personala imzalatmaqla, direktoru vəziyyətdən çıxarmaq məcburiyyəti tətbiq edilmir. Yenə də həmin fermalarda direktorun, Respublikanın təsviri sənət fondlarından səyyar sərgi adıyla ölkədən aparılan ekspozisiyasındakı şedevrləri xaricdə satmaqla suçlanan və Bayıl türməsində yatan oğlunun adı işdə olmaqla aylarla maaş cədvəllərindən, o dövrdə müavin olmuş, indi isə direktor - Ə.Ə.Salamzadənin imzası və təsdiqi ilə maaşlarının verilməsi və bundan irəli gələn digər biabırçı hallar heç bir fermada deyil, məhz AMEA Mİİ-də yaşanmışdır! Ağcabədinin bütün ferma resurslarından istifadə edən xoşbəxt inəklərindən fərqli olaraq AMEA Mİİ-də “artıq şəxslərə” institutun informasiya-xidmət sektorunun İKT Qrupuna, kadrlar şöbəsinə, arxivinə, kitabxanasına və mühasibata nəinki daxil olmaq və hətta yaxınlaşmaq qadağası mövcuddur və bu barədə direktor müavininin, buna dair “direktorun mövcud qəzəbi barəsində” tapşırığı yayımlanır!
Ümumiyyətlə, bu yaşanmış - AMEA Mİİ-yə rəhbərlik edən kəslərin “əsilzadə”sindən kənar olan “ata-övladlıqlar” praktikası mərhum Mikayıl Hüseynovu çıxmaqla son 30 illik müddət üzrə bütün direktorların Mİİ-yə divan və maliyyə ekzekutsiyaları xətti olmuşdur. Fətullayevlər (iki qızları ilə), Kərimovlar (ata-oğulluğu), Əfəndiyevlər (ata-oğulluğu) və indi də Salamzadələr cütlüyü!
Bir qədər öncə “daşıyıb-dağıtmadan” söz açılınca, əslində, nəzərdən qaçırılmamalıdır ki, AMEA Mİİ-də daşıyıb dağıtmalar həmişə olub. Kristal kimi saf və məsum bir şəxs - adı illərlə direktor olub, özü heç nəyə baş qoşmayan və buna vaxtı olmayan, milli memarlıqla məşğul olmuş akademik Mikayıl Hüseynovun vaxtında da olub, artıq talama həddlərində və cinayət işlərinin açılması ilə AMEA Mİİ-yə 5 il ərzində rəhbərlik etmiş, institutda avtomaşın olmadığı halda avto-ehtiyat hissələrinin çoxsaylı “beztovarnıy operasiyalarını” etmiş və büdcədən vəsaitlər silmiş akademik Şamil Fətullayevin vaxtında özünün pik hədlərində olub. Ondan sonra bu hal yenə də 16 il ərzində direktorumuz akademik Rasim Əfəndiyevin bir çox qanunsuz həddlərində yenə də AMEA Mİİ-yə müstəntiqlərin az-qalsın ki, təkrarən ürcah olunacağının, AMEA rəhbərliyinin birbaşa işə qarışması və qarşısı alınmaqla, Mİİ-mühasibi ilə əlbir olmuş bu nəfsi-iti direktorun öz müavininin imzası və birbaşa məsuliyyəti arxasından maaş cədvəllərindəki falsifikasiyası və maaş fonduna birgə əl qatmaları və s. çoxsaylı maliyyə-yeyinti və digər cinayət tərkibli əməllərilə olub. Daha sonra isə, hazırda AMEA Mİİ-yə artıq bir seçim dövrü - 5 il direktor olmuş və təzəcə təkrarən seçilərək rəhbərlik edən və seyfində hələ də o dövrdəki əməllərini təmizə çıxaracağını zənn etməklə kompromat saxlamaqda olan Ərtegin Əbdül-Vahab oğlu Salamzadənin icraatında R.Əfəndiyevin yetirməsi və müavini olduğu zamanlardan başlayaraq olub. Elə indi də olur: özü də yaman olur! Və bunları görə-görə gəlirik. Kimin buna etirazı varsa da, qoy qarşımıza çıxsın; sübutlarla ağzını yumaq! Bunu da xatırladıram ki, maaş cədvəlləri və digər maliyyə sənədlərinin arxivlərdə saxlanc müddəti 75 ildir.
Mən çəkinmədən ötən bu illər ərzində AMEA-nın institutları siyahısında faktiki ən axırda duran və ən kiçiklərindən olan bu kateqoriyasız institutu indiyədək yeyinti və talanların sayına və miqyasına görə ən birinci yerdə buraxıram və ona bəzi rəhbərlər sırasından canını qurtara bilməyən ləzzətli tikə - “QUZĞUNLAR QƏNŞƏRİNƏ QOYULMUŞ QUZU” kimi baxıram! Yazıqlar olsun - sizlərə, sizlərin özünüzdən sonra qoyub getdiyiniz akademik adlarınıza, dırnaqlarınızla, caynaqlarınızla yığdıqlarınızı yeyərək qurtara bilməmiş və camaatın gözünün içinə dik baxa bilməyən, dili qısa və qorxaq nəzərli, gözü kölgəli, həmişə və elə indinin özündə də “ağzı yeyən və üzü utanan” o nəfsinizə! Bizim haqlarımız haramlarınız olsun, necə ki, oldu da və necə ki, olur da! Necə ki, burnunuzdan və gözlərinizdən gildir-gildir gəlir tökülür də! Ümumiyyətlə, salındığım mövcud vəziyyət və şərait indi bir kitab üzərində daha ciddi çalışmamı zəruri etmiş və AMEA-da yayımlanmaq üçün nəzərdə tutulan bu kitabı artıq yazmağa başlamışam.
İndi gəlin mətləbə keçək, nəzər-diqqətlərə təqdim edirəm ki, mövcud qanunvericilik müddəaları ilə hər bir təşkilat rəsmən və ya qeyri-rəsmi olaraq ildə bir dəfə audit prosedurundan keçirilməlidir. AMEA kimi iri təşkilatlarda AMEA Mİİ kimi struktur qurumlarının maliyyə-təsərrüfat fəaliyyəti sahəsində kurasiyanı həyata keçirən bir məsul şəxs olmalıdır və çox güman ki, bu şəxsin fəaliyyəti AMEA üzrə həyata keçirilir.
Elə isə, bildirirəm ki, Mİİ-də çalışdığım ötən bu müddət ərzində İnstitut bircə dəfə də olsun belə bir nə AMEA və nə də Vergilər Nazirliyinin müvafiq qurumu tərəfindən ciddi “auditə” məruz qoyulmamışdır. Eşitmədik də ki, instituta bircə dəfə bir “təftiş komissiyası” gələrək ciddi yoxlamalar aparmışdır.

“Artıq 5 ildir ki, Mİİ-də Ümumi yığıncaqlar və ya ilbaşı yekun yığıncaqlar keçirilmir...”

Bəlkə də əvvəli və sonluğu restoranlarda hüdudlanan bu kimi yoxlamalar kağızlarda mövcuddur. Şübhəsiz ki, belə bir mövcudiyyət olmasa da bundan sonra tez-bazar toparlanıb bu kimi kağızları tərtib edib hansısa qovluqlara soxuşduracaqlar. Lakin görmədik də ki, analoji yoxlamalardan çıxan institutun belə yoxlamalardan üzü ağ çıxdığından sonra həmin yoxlamaların nəticələri ümumi yığıncaqların yekun fazasında institut əməkdaşları qarşısında hesabat dinləmələrinə təqdim edilsin.
Artıq 5 ildir ki, Mİİ-də Ümumi yığıncaqlar və ya ilbaşı yekun yığıncaqlar keçirilmir. Artıq 5 ildir ki, Mİİ-də Həmkarlar İttifaqının Hesabat yığıncaqları keçirilmir və hesabatlar dinlənilmir. AMEA Mİİ-nin çoxdan ferma çamırına bulaşmış Həmkarlar təşkilatından tutmuş AMEA Birləşmiş Həmkarlar İttifaqları Təşkilatınadək sorğulayacağınız hər bir məsələ barəsində məlumat sizə məhz AR Əmək qanunvericiliyinin uyğun müddəalarına zidd olaraq - konfidensial saxlanıldığına görə təqdim edilməyəcəkdir. Ancaq tam əmin edə bilərəm ki, AMEA Mİİ-nin Direktor fondundan qidalandırılan bu Yerli təşkilat demək olar ki, öz vəsaitlərini hər rübdə və bəzən rübdə iki dəfə olmaqla, müəmmalı tərzdə eyni şəxslərə yönəldir və oradan da “obratka” və “otkatlar” baş verir. Eyni zamanda, bu və ya digər səbəblə maliyyə fondlarında yığılıb qalmış hansısa vəsaitlərin ilin sonunda institutun maaş-mükafat fonduna yönədilməsini bircə dəfə də olsun görmədik.
Əsas binada yerləşən AMEA Mİİ də digər institutlar kimi 2008-2009 illərdə ilk dəfə təmirdən çıxdı və institutda təmir sonrası inventar təchizatı ajiotajı yaşanmağa başladı. Digərlərindən daha çox hərəkətə keçmiş rəhbərlik mal alışına başladı: ilk-əvvəl təmirli iş otaqlarında mebel görünməyə başladı. Lakin bu mebel, akademik elmi-tədqiqat institutunun elmi personalı səviyyələri üçün deyil, aşağı sinif orta məktəb şagirdlərinin yazı masası səviyyələrində olan mebel olaraq sifariş edildi. Nə Mİİ-nin otaq komponovkaları şəraiti, nə bu mebellərin istifadəçilərinin sağ və ya sol əlli ola bilmələri xüsusları, nə memarlıq layihələndirilməsində və nə də sənətşünaslıq- rəngkarlıq qrafikası sahəsində işlərinin zəruriliyi, yeşiklərinin siyirmə və ya şkaf tipli ola bilməsi və digər tərtibatlar və s. spesifik hallar nəzərə alınmadan bu mebellər sifariş edildi.
Mİİ-də hələ də bircə dənə də olsun “Kulman” yoxdur və memarların çoxu demək olar ki, hələ onun üzünü belə görməyiblər. Elmi işçilər üçün şöbələrdə bircə dənə də olsun nə divar və nə də əlaltı rəflər yoxdur. Masalar kompüterləşmə üçün nəzərdə tutulmamışdır və sanki bu iş masaları yaradıcı alimlər üçün deyil, “upravdom” işçiləri üçün alınmışdır. Mebellər hissə-hissə gətirildikcə əməkdaşlar etirazlarını bildirməyə başladılar ki, - “onsuz da, buna bu pullar xərclənir, sifariş verəndə biləydilər ki, nə alırlar”.
Əziz həmkarlar, məsələ burasındadır ki, bu 80-90 illər üslubundakı primitiv və səviyyəsiz yazı masalarına, məhz elə müasir çoxprinsipli qrafiki yaradıcılıq və kompüter işlərinin icra edilməsi üçün nəzərdə tutulmalı olan səviyyələrdə pullar xərclənib. Aydındır ki, nəticə etibarı ilə həm memarlar və həm də, sənətşünaslar üçün məhz həmin spesifik masalar sifariş edilməli idi!
Bu uyğunsuz mebellərin ardınca şöbə otaqlarına təxminən 2010-cu ildən başlayaraq kondisionerlər gətirilməyə başlandı. Şöbələrdə bircə dənə də olsun təzə alınmış kondisioner müşahidə olunmadı. Kadrlar şöbəsində, Elmi katibin otağında və daha belə bir təzə alınmış mini kondisionerdən başqa bütün kondisionerlər köhnə olaraq gətirilmişdir. Bircə-bircə haradansa tapılıb gətirilmiş bu kondisionerlər bəzən də işləmədiyi üçün quraşdırıldığı şöbələrdəki əməkdaşların etirazları ilə onların ani servis təmirləri tələb edilirdi və Mİİ rəhbərliyi isə ehtiyat hissələrin ciddi axtarışında olduğu ilə tələbkarları sakitləşdirirdi. Mal əgər təzədirsə alıcı “zəmanət-servis təmiri”ni tələb etməli və daha özü hansısa qovşağa əvəz axtarmalı deyil. Nə vaxtsa, Mİİ arxiv işçisi E.S.İbrahimovanın haqlı və publik tələbləri, diqqətləri məhz bu kimi hallara cəlb etmiş oldu.

“Çalışdığım təzəcə təmirdən çıxmış Şəhərsalma şöbəsində də ələ alınarkən nimdaşlığı və üzərindəki çirk dolmuş cızıqları olan, sınıq və içi tökülməməsi üçün qabığı skoçla bandajlanmış pultu olan köhnə kondisioner quraşdırılmışdır...”

Artıq bir neçə aydır ki, yenə də yenidənqurma nəticəsində İnstitutun 3 şöbəsi yeni təmirdən çıxmış otaqlara köçürülsə də, bu otaqlara da köhnə kondisionerlər qoyulmaqdadır. Marka, sahə-həcm, güc, model, modifikasiya, texniki komplekləşmə uyğunsuzluğu baxımından şöbələrə ötmüş müxtəlif istismar dövrlü kondisionerlərin quraşdırılması buradakı nataraz və qeyri-sağlam haldan xəbər verir. Çalışdığım tam təzəcə təmirdən çıxmış Şəhərsalma şöbəsində də ələ alınarkən nimdaşlığı və üzərindəki çirk dolmuş cızıqları ilə toxunmaqdan ikrah edilən, sınıq və içi tökülməməsi üçün qabığı skoçla bandajlanmış pultu olan belə köhnə kondisioner quraşdırılmışdır ki, Allah bilir Mİİ mühasibliyində neçə manat alış məbləğinə oturdulmuşdur!?
Bəzən splitlərlə kompressor aqreqatlarının texniki uzlaşmaması da diqqəti çəkir. Bu 3 yeni otaqdan birində hələ də kondisioner yoxdur və yayın artıq ötdüyünə baxmayaraq bu musiqi şöbəsində kondisioner quraşdırılmamışdır. Mən də üzümü bu həmkarlarıma tutub deyirəm: onsuz da sizin üçün direktor əlini cibinə vurub təzə kondisioner almayacaq, çünki bunu başqaları üçün də etməyib. Darıxmayın və yenə də növbənizi gözləyin, haradansa yenə bir “spisannıy” kondisioner tapılacaq və “əl gəzdirilib” Sizə iltifat ediləcəkdir.
Sanıram ki, mal bir yerdən alınar, bir dəfəyə realizə edilər ki, ucuz başa gəlsin və bir markadan olar ki, inventarın ehtiyat hissə və digər problemlərinin həlli, onlara xidmət problemləri və s. yüngül olsun. Məncə belə bir böyük bazarlıq üçün iqtisad elminə dərindən yiyələnməyə lüzum yoxdur. Bazarlığın öz kanonları vardır: “birbaşa optimal” və “dolayısı müəmmalı” alış-veriş. Biz də fermamızın akademik direktorunun seçdiyi 2-ci metodu hamılıqla ürəkdən bəyənirik və dəstəkləyirik! Hər halda, kişi nə etdiyini yaxşı bilir. O, bizə bir pislik olsun - istəməz!
Bu yerdə, uzun illər bir qədər cürətsiz və lakin ürəyi “iri vəsaitlər” məftunu - R.Əfəndiyevin elmi işlər üzrə müavini, həm zavxozu, mal alışını da uzun illər heç kimə etibar etmədən özü icra etmiş şərikləri ilə bölgüdə düz olan və bircə dəfə də onları haq-hesabda aldatmayan, eyni zamanda da cürətli, işbaz, indi də direktor olduğu halda, bu ümdə vəzifəni heç kəsə etibar etmədən yenə də özü icra edən və çoxsaylı Mİİ baş mühasiblərini öncədən onlar üçün qoyduğu gəlir bölgülərində “verdiyi vədlərə” baxmayaraq onları sonda çığırdan və qalmaqallı səs-küylərdən sonra AMEA Mİİ-də cəza tədbirlərini həyata keçirən həyat yoldaşının əli ilə işdən uzaqlaşdıran və s. - direktorum Ə.Ə.Salamzadəyə halal olsun deyirəm! Deyərdim ki, bu qədər işin öhdəsindən kişi kimi gəlir. Amma onun bu institutun idarəçiliyində bu kimi işlərdə ona daim yardımçı, məsləhətçi və başına ağıl qoyub yol göstərən həyat yoldaşı da xüsusi yad edilməlidir. Lap elə ona da halal olsun! Yad əllərə verməyin a institutu, yoxsa, kimsə özgə gəlib bu institutu tarimar edər. Birdə ki, “əl qoyanda” da adamın özününkü ola! Onlara halaldır və hər halda ikilikdə can qoyurlar.
Lakin bu yerdə Şeytan dinc qalmayıb yenə də, vəsvəsə verir ki, Mİİ-də kompüterləşməni də yad et! Məsələyə gəlincə isə, AMEA Mİİ-də hələ də məqsədli şəkildə bu proses tam aparılmamışdır. Qeyd etdiyim musiqi şöbəsindəki kondisionersiz vəziyyət bu sahədə də davam edir. Mİİ-dəki kompüterlərin biri də digərinə oxşamayan, köhnə və köhnə sistemli, yaddaş və digər əməliyyat keyfiyyətləri aşağı, üzərinə 7-ci versiya proqramı belə yazılması imkanları olmayan, keysləri tamamilə fərqli və çirkli, düz dünyanı “LCD” monitorları ağzına alırkən “İt ilindən qalma” kamerasız “Plazma” monitorlarının haradan bu qədər tapılaraq buraya cəm edilməsinin nəyə xidmət etməsini dərk etmək o qədər də dərin şüur tələb etmir.

Bəs elmə ayrılan o qədər vəsait hara sovrulur?

Yaradıcı-qrafik işlərin heç biri üçün yaramayan və bir sözlə, çoxdan çıxdaş edilməli texniki zibildən sair bir şey olmayan bu kompüterlər elə zibil yeşiklərinə də atılma gündəmindədir. Şöbələrdə konkret olaraq əıməkdaşların istifadəsində 2, tək hallarda 3 kompüterin olması istifadəsində dərin mübahisələr doğurduğuna baxmayaraq kompüter alışı edilmir ki, edilmir. Bəs elmə ayrılan o qədər vəsait hara sovrulur???
Hərdənbir köhnə bir kompüter tapılaraq kiməsə lütf edilir. Görəsən, bu köhnə zir-zibili AMEA Mİİ-yə neçəyə və haradan sırıyırlar? Çünki belə orq.texnikanı ancaq Sabunçunun, köhnə ət çəkən maşın, kiminsə qızlıq basanoşkaları və ya stalinski obajurların satıldığı “Babuşkalar talkuçkası”ndan yığıb almaq olar, ancaq bu sayda yox. Yenə də ümüdünüzü üzməyin, AMEA Mİİ-də direktor tərəfindən “Kompüter təchizatı bölməsi” də, yaradılmışdır ki, oradan sizi kompütersiz qoymazlar - lap elə ölünün 2-sindən, 3-ündən birini yığıb “əlinizi yerdən götürərlər”. Buxalteriya da həmin texnikanı boş buraxmaz, qaydasınca malı nə vaxtsa alınmış mal kimi “sklada oprixodıvat” edər.
Kompüter və kondisionerlərdən tam fərqli olaraq, AMEA Mİİ-də konkret şeylər də vardır ki, onlar konkret yerlərdən alınır və bu yerlərlə “Mİİ alıcısı” arasında “qaydalar” mövcuddur. Publikasiyaların çapı konkret yerdən, dəftərxana ləvazimatı və ya texniki ləvazimat konkret yerdən, mebel sifarişi Alayın sexindən, gələn qonaqların yerləşdirilməsi konkret mehmanxanada, qonaqlar üçün avtomaşınların xərci institutdan silinməklə, təqdimatı nazirlikdə çalışan yaxın dost tərəfindən, aviabiletlərin alışı konkret kassadan və s. Aydındır ki, bu kimi konkretliyin hər birində bir saziş və razılaşma və bundan da dolayı “otkatlar”, gələndə gözləri alay-bulay vurduran, başı ətləndirən, boynu yoğunladan - mənfəətlər vardır. Lakin bu bəlaya bir bədbəxt düşdü. 12-14 may 2014-cü il tarixlərində Ufa şəhərində keçirilmiş “Ural-Altay. Əsrlərdən gələcəyə” adlı IV Ümumrusiya Türkoloji Konfransında iştirak qazanmış AMEA Mİİ-nin direktor müavini üçün direktor tərəfindən Ufa şəhərinə tranzit dayanacaqlı alınmış aviabilet həmin zavallı müavin tərəfindən imkan düşən kimi birbaşa reys biletinə dəyişdirildiyi və bununla da həddini aşdığı üçün ona ciddi xəbərdarlıq elan edilmiş və ertəsi gün başqalarına dərs olsun deyə, onun işdən getməsinə dair ərizəsi alınmışdır. AMEA RH-nin Qərarı ilə 5 illik dövrə seçilmiş bu alimin heç bir güzəşt edilmədən və vəzifə dövrünün bitməsi belə gözlənilmədən bu kimi cəzalandırılmasına - olmayan yerdə ar və həyalar olsun!
AMEA Mİİ-də qurulmuş bu analoji “Ferma rejimi”, ancaq 1976-1979 illərdə siyasi rezonans doğurmuş Qırmızı kxmerlərin “Kombodja rejimi” ilə müqaisə edilə bilər. Əslində, Ə.Ə.Salamzadə və o dövrkü Kombodja Baş naziri Pol Pot təkcə əməlləri ilə deyil, həm də zahirən oxşardırlar desək yanılmarıq.
Əzizim Ə.Ə.Salamzadə, bu 30 illik iş təcrübəmdəki bütün olmuş “yeyimcil” Mİİ direktorları sırasında səni ən “nəqşi gətirmiş” sayıram. İnstitut binasının istifadəsindən bəri ilk təmiri və bundan irəli gələn təminat-təchizat məsələləri məhz sənin vaxtına düşdü və sanıram ki, hər halda bununla da özünü yaxşıca tutmusan! İndi görürsən ki, hesablamaların düz çıxmadı, bu dəfə mənlə üzləşdiyində məni güdazına vermək istədiyin Azərbaycan Milli Elmlər Akademiyasının Rəhbərliyi sənə nəinki dəstək vermədi və hətta meydanda tək qalmısan! Deyərdim ki, bütün AMEA direktorları da düşdüyün və qabartdığın bu situasiyalara görə sənə - “elə sən bizə (elandan) baxdığın gözlə baxırlar”! Unutma ki, həqiqətlərin üzərindən adlamaq olmur, hər dəfə plankanı bir qədər də qaldırıram və çətin ki, bu dəfə onun üzərindən adlaya biləsən. İnşallah gələn dəfə isə, səni boyundan da hündür olacaq bir “otmetka” gözləyir. Bu institutda 20 il ərzində səni maddi-məsul şəxs etmiş və hər şeyi sənin icraatına buraxmış və özü də sənin əlinə baxmış R.Əfəndiyevə müavinlik etdiyin müddət ərzində vurduğun ziyan maddiyyatının və eləcə də götürdüklərinin sayı yoxdur. Bir qədər nəfsini hüdudla, bu qədər yediyin haramlarla gedib bir yerə çıxa bilməzsən!
Əzizim Ərtegin, sənin direktor seçkin və məzuniyyətin keçdi, bu, mənim növbəti cavabımdır - qəbul et! Bu dəfə isə, yazımı “Qur`ani-Kərim”in uyğun ayələri ilə tamamlayıram:
“168. Ey insanlar! Yer üzərindəki şeylərin təmiz və halal olanını yeyin, Şeytanın izi ilə getməyin!... 169. O sizə ancaq pis və murdar [həyasız] işləri görməyi ... əmr edər. 170. ... “Allahın göndərdiyinə [Qur`ana] tabe olun!” - deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik” - deyirlər. Bəs ataları bir şey anlamayıb, doğru yolda deyildilərsə, necə? 171. Kafirlər səda və nidadan [çığırtı və bağırtıdan] başqa bir şey anlamayanlara [heyvanlara] bənzərlər. Onlar kar, lal və kordurlar. Buna görə də [haqqı] dərk etməzlər. 172. Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz və halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, [bu nemətlərə görə] Ona şükr edin!” (“əl-Bəqarə” surəsi).
“De ki: “[Ey insan!] Murdar [haram] şeyin çoxluğu xoşuna gəlsə belə, murdarla təmiz [haramla halal] bir ola bilməz”...” (“əl-Maidə” surəsi, ayə 100).

Elşad Ə.HÜSEYNOV,
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, dosent

"Təzadlar" qəzeti








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru