2 saylı Dəri Zöhrəvi Dispanseri həkimlərsiz qalıb - ŞİKAYƏT VAR
Tarix: 11-08-2016, 12:10 | Çap et
Redaksiyamıza yeni daxil olan məlumatlarda Bakı şəhər 2 saylı Dəri Zöhrəvi Dispanserinin fəaliyyətndə müşahidə olunan nöqsanlardan bəhs edilir. Açıqlamalarda bildirilir ki, bu tibb müəssisəsinin baş həkimi Arif Hasilov tərəfindən tətbiq olunan idarəçilik üsulları hazırda dispanserdə rüşvətxorluq və korrupsiya hallarının çiçəklənməsi üçün əlverişli şərait yaratmışdır. Mənbənin verdiyi açıqlamaya görə, 2 saylı dispanserə müayinə və müalicə məqsədilə müraciət edən əksər xəstələr bu fikirdədilər ki, yaşı artıq çoxdan 60-ı ötmüş Arif Hasilov, hazırda tutduğu vəzifənin tələb kimi irəli sürdüyü meyarlara qətiyyən cavab vermir. Məlum olduğu kimi bir vaxtlar respublikanın Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən dövlətə məxsus xidməti vəzifələrin, əmək haqqı formasında ayrılan dövlət vəsaitlərinin və digər səlahiyyət və imtiyazların öz şəxsi rəyləri əsasında seçilmiş kadrlara təqdim olunması və bu yolla himayədarlığın nümayiş etdirilməsi bir tendensiya halını almışdı. Bu səbəbdən də bir çox elmi, tədris və müalicə-profilaktik müəssisələrə rəhbərlik səriştəsiz, vəzifələrdən doğan tələblərə cavab verməyən kadrlara həvalə olunurdu. Belə vəziyyət isə, az müddət sonra bir sıra problemlərə yol açmış oldu. Bu cür təcrübələr eyni zamanda həm ümumilikdə səhiyyənin inkişafını ləngidir, həm də konkret müəssisənin funksional fəaliyyətini əngəlləyir. Bu isə, həmin müəssisələrin məxsusi hansı sahəyə aidiyyatından asılı olaraq daha ciddi problemlərin baş verməsinə, o cümlədən ölkə daxilində müəyyən xəstəlik və epidemiyaların da yayılmasına yol aça bilər. Təsadüfi deyildir ki, bu gün səhiyyəmizin məhz dəri-zöhrəvi xəstəlikləri sahəsində mövcud olan xoşagəlməz durum həm ictimaiyyətin, həm də mütəxəssislərin diqqətini getdikcə daha çox cəlb edir. Belə ki, son illər dəri üzərində gicişmə, göynəmə, ağrı, dartılma, yandırma, bir sıra hissiyyat pozulmaları, eləcə də ümumi üşütmə-qızdırma, yuxusuzluq, iştahasızlıq və əsəbiliklə müşahidə olunan xəstəliklər insanları daha çox narahat edir. Təbii ki, əgər vatxında müdaxilə olunmasa, bu xəstəliklər insan orqanizmi üçün ciddi fəsadlar törədə bilər. Bəzən bu cür xəstəliklərə tutulan şəxs hətta müalicə almasına baxmayaraq, uzun müddət əziyyət çəkir. Bu vəziyyət isə, həm də 2 saylı Dəri Zöhrəvi Dispanserinin qeyri-qənaətbəxş fəaliyyətinin nəticəsidir. Aldığımız məlumatlarda bildirilir ki, dəri-zöhrəvi xəstələrinin müalicəsi zamanı onlara verilən dərmanların keyfiyyətsiz olması səbəbindən 2 saylı dispanserə müraciət edən şəxslər arzuolunmaz durumla üzləşməli olurlar. Mütəxəssislər hesab edirlər ki, bu tibb müəssisəsində xəstələrin dəri-zöhrəvi xəstəliklərindən şəfa tapmaları üçün zəruri şərtlər belə mövcud deyil. Digər tərəfdən isə, aldığımız məlumatlarda vurğulanır ki, Səhiyyə naziri Oqtay Şirəliyev özü bir vaxtlar məhz Arif Hasilovun rəhbərliyi altında çalışıb. Bu səbəbdən də indi bu baş həkimin bir çox özbaşınalıqlarına yuxarı instansiya tərəfindən göz yumulur. Belə ki, aldığımız məlumatlarda Arif Hasilovun özünün dispanserin fəaliyyətində elə də aktiv iştirak etmədiyi qeyd olunur. Açıqlamaya görə, baş həkim rəhbərlik etdiyi müəssisəyə həftə ərzində 1-2 dəfə gəlir. Həmçinin iddia olunur ki, belə bir tendensiya bəzi həkimlərə də sirayət etmişdir. Mənbənin verdiyi açıqlamaya görə, 2 saylı Dəri Zöhrəvi Dispanserinin iki həkimi, Təranə Nəsibova və Lalə İsgəndərova artıq üç ildir ki, Türkiyədə yaşayırlar. Buna baxmayaraq, hər iki həkimin adları dispanserin ştat cədvəlində qeyd olunub. Qeyd edək ki, məsələyə aydınlıq gətirmək məqsədilə əməkdaşımız Arif Hasilovla telefon əlaqəsi saxlamışdır. Baş həkim bildirmişdir ki, Lalə İsgəndərova hal-hazırda dispanserdə işdədir. Təranə Nəsibovanın isə, işdən azad olunması barədə əmr verilmişdir. Öz növbəmizdə biz də dəqiqləşdirmə apardıq. Məlum oldu ki, Lalə İsgəndərova həqiqətən də bu yaxınlarda Bakıya gəlib. Amma, sadəcə olaraq sertifikasiya imtahanı vermək üçün. Digər tərəfdən isə, Təranə Nəsibovanın da yalnız üç il işə çıxmadıqdan sonra barəsində əmr verilməsi xüsusi maraq doğurur...
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|