Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                 

"Seta" MTK-nın arxasında kim dayanır? - İlginc iddialar
Tarix: 2-08-2016, 11:13 | Çap et
"Seta" MTK-nın arxasında kim dayanır?
İyul ayının 14-ü və 21-i tarixlərində “Bizim Dövr” qəzetinin səhifələrində müvafiq olaraq, “Ağ Şəhər”in üzüqara işbazları” və “SETA” MTK dövlət əhəmiyyətli layihəni nüfuzdan salır sərlövhəli iki tənqidi material dərc olunmuşdu. Həmin yazılarda biz bir daha, artıq uzun müddətdən bəri ölkə mətbuatında öz aktuallığını saxlayan bir mövzuya, müxtəlif sahələrdə müvvəqəti işlərə cəlb olunan və sonradan qazandıqları pulları ala bilməyən insanların problemləri mövzusuna toxunmuşduq. Bu xüsusda redaksiyamıza daxil olmuş şikayət ərizəsində Elçin Məmmədov, Mehdi Hüseynov, Elvin Məmmədov, Daməd Məmmədov, Xalid Cəbrayılov və daha bir neçə nəfər vətəndaşlar bildirmişdilər ki, son on beş ay ərzində onlar paytaxtın Xətai rayonu ərazisində, Bakı Ağ Şəhər layihəsi çərçivəsində inşa olunan “Ağ şəhər” yaşayış kompleksinin 5-6-7 mərtəbəli, 7 girişli yaşayış binasının təmir-tikinti işlərində çalışıblar. Bir daha qeyd edək ki, həmin tikintinin qarşısında yerləşdirilmiş məlumat lövhəsində obyektin “SETA” MTK tərəfindən sifariş olunduğu, podratçı kimi isə, “Union Construktion” MMC-nin (lisenziya № 022543) çıxış etdiyi bildirilir. Şikayətçilər öz ərizələrində göstərimişdilər ki, tikintidə işlədikləri müddət ərzində onlar tərəfindən 350 kv.m sahədə makina suvağı və astar-üzlük alçı vurulması işləri görülüb. İş prosesi zamanı usta və fəhlələrə müəyyən məbləğlər ödənilsə də, işlər tamamlandıqdan sonra şirkətin işçilərə külli-miqdarda borcu qalıb. Həmçinin bizimdovr.az-a təqdim olunmuş ərizədə işi qəbul edən şəxs kimi Fuad adlı bir nəfərin və onun köməkçiləri olaraq, Mikayıl və Ərəstunun adları qeyd olunub. Şikayətçilər bildirirlər ki, işi təhvil verdikləri gündən artıq altı aya yaxın bir müddət keçməsinə baxmayaraq, onlar hələ də öz halal pullarını Fuad müəllimdən ala bilmirlər. Bir qədər təkid etdikdə isə, usta və fəhlələr hətta qarşı tərəfdən hədə və təhdidlərə belə məruz qoyulurlar.

Əslində biz ümid edirdik ki, sözü gedən materialların dərcindən sonra, şikayətçilərin bizə “SETA” MTK-nın rəhbərləri kimi təqdim etdikləri Sudaxan müəllim və Tofiq müəllim bu problemin tez bir zamanda həllini tapması üçün müvafiq addımlar atacaqlar. Amma hadisələrin sonrakı inkişafı bu şəxslərin də, onların göstərişlərini yerinə yetirənlərin və arxalarında duranların da tamamilə başqa fikirdə olduqlarını göstərmiş oldu. Belə ki, həm şikayətçilərə, həm də bizə qarşı “əks-həmlə” taktikasını seçməyə qərar vermiş “SETA” MTK-nın rəhbərliyi məsələni məhkəmə zalına keçirməyə üstünlük verdi. Həm də çox maraqlıdır ki, məhkəməyə şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsi iddiası ilə müraciət etmək üçün, bu “işbazlar şəbəkəsi”nin ən aşağı pilləsində duran icraçılardan biri, Ərəstun Şabanov seçildi. Diqqət edin, görün şikayətçilər Ərəstunun bu şəbəkədə mövqeyini necə təsvir edirlər: “İşlərin başında duran şəxs Fuad Verdiyevdir. O, baş ofisdə əyləşməklə, bilavasitə “Ağ Şəhər” kompleksinə aid binaların satışına baxır. Eləcə də, tikinti sifarişlərini digər şirkətlərə, o cümlədən “SETA” MTK-ya Fuad müəllim verir. Mikayıl Fuad Verdiyevin qohumudur. Buna görə də Fuad müəllimin tövsiyyəsilə “SETA” MTK müəyyən təmir işlərini podratçı qismində Mikayıla tapşırır. Ərəstun Şabanov isə, Mikayılın tanışıdır. Onun da əsas funksiyası Mikayılın götürdüyü işləri artıq bilavasitə icra edəcək usta və fəhlələrin tapılmasında “makler”lik etməkdir...”

Amma istənilən halda, hər bir vətəndaş məhkəməyə müraciət edə bilər və əslində məhkəmə araşdırması yenə də şikayətçilərin xeyrinə işləyəcək bir proses ola bilər. Digər tərəfdən isə, “SETA” MTK-nın arxasında duran şəxsin kimliyi daha böyük maraq doğurur. Həm də ona görə ki, bu şəxsin özü də sırf təsadüf nəticəsində, qəzetimizin məhz 14.07.2016-cı il tarixli sayında dərc olunmuş tənqidi materiallardan birinin anti-qəhrəmanı olmuşdu. “Dövlət Əmək Müfəttişliyi Xidməti funksionallığını itirib” sərlövhəli həmin yazıda biz, redaksiyamıza daxil olan məlumatlara istinadən, bu qurumun rəis müavini Anar Quliyevin bəzi müəssisə rəhbərləri ilə qanunsuz sövdələşmələrə girərək pul yığımları həyata keçirdiyindən bəhs etmişdik. Yazıda qeyd olunmuşdu ki, artıq uzun müddətdən bəri redaksiyamıza daxil olan şikayət məktublarında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX)d bir çox şəhər və bölgələrdə fəaliyyət göstərən regional müfəttişliklərində müşahidə olunan qanun pozuntuları barədə açıqlamalar təqdim olunur. Həmçinin biz qeyd etmişdik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, cənab Səlim Müslümov da öz çıxışlarında dəfələrlə bu orqanın fəaliyyətinin bu gün heç də qənaətbəxş səviyyədə olmadığını konkret faktlar əsasında diqqətə çatdırıb. Nazir bu sahədə fəaliyyət mexanizminin müasir tələblərə uyğun şəkildə yenidən qurulması və müfəttişliklərin öz vəzifə funksiyalarına yanaşmalarında icra məsuliyyətinin artırılması üçün ciddi tədbirlərin görülməsinin vacibliyini bildirib. Lakin bu gün də davam edən müəyyən prosesləri müşahidə etməklə belə qənaətə gəlmək olur ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadəni və xüsusilə də Xidmətin rəis müavini Anar Quliyevi mövcud durum tamamilə qane edir. Belə ki, aldığımız məlumatlarda Xidmətin struktur bölmələrinin işində müşahidə olunan bütün qanun pozuntularının başında məhz Anar Quliyevin durduğu iddia olunur. Artıq qeyd olunduğu kimi, Xidmətin regionlarda fəaliyyət göstərən müfəttişlikləri yerli müəssisələrdə əmək məcəlləsinin maddələrinə riayət olunmasına, eləcə də həmin müəssisələrdə çalışan insanların hüquqlarının təmin olunmasına nəzarəti həyata keçirməlidirlər. Lakin müxtəlif mənbələrin iddiasına görə bu qurumlardan əksəriyyətinin rəhbərləri daha çox nəzarət etdikləri müəssisələrin rəhbərləri ilə yolverilməz sövdələşmələrə girərək, işçi və fəhlələrin qanuni hüquqlarının pozulması hesabına şəxsi mənfəət əldə etmək taktikasına üstünlük verirlər. Belə ki, müfəttişliklər tərəfindən müəssisələrdə yoxlamalar subyektiv yanaşmalar əsasında tərtib olunmuş siyahılar üzrə, bir sıra hallarda isə, aidiyyəti olan dövlət qurumunun müvafiq çıxarışları olmadan aparılır. Halbuki, Dövlət Əmək Müfəttişliyi tərəfindən hər hansı bir idarə, müəssisə və təşkilatda yoxlama bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti rəisinin

yazılı əmri və ya sərəncamı əsasında həyata keçirilə bilər. Həmin əmrin və ya sərəncamın əsli idarə, müəssisə və təşkilata təqdim olunmalıdır. Bəzi hallarda isə, ayrı-ayrı müəssisələr fəaliyyət göstərdiyi halda onlarda yoxlamaların guya ki, “müəssisənin fəaliyyətinin dayanması” səbəbindən təxirə salındığı barədə yuxarı instansiyaya məruzə edilir. Eyni zamanda da bəzi müfəttişliklərin qeyri-leqal məşğulluq hallarının aşkar edilərək aradan qaldırılması ilə bağlı göstəricilərinin xeyli aşağı olduğu da diqqəti cəlb edir. Məlumatlarda bildirilir ki, Anar Quliyev sürəkli olaraq müfəttişlikləri müəssisələrdən rüşvət toplamağa təhrik edir.

İndi isə, “SETA” MTK ilə bağlı problemin müzakirəsində Anar Quliyevi xatırlamağımızın səbəbini açıqlayaq. Məsələ bundadır ki, dünən yenidən redaksiyamıza gəlmiş Elçin Məmmədov və Mehdi Hüseynov qarşılaşdıqları problemin həllini tapmaq üçün bir neçə dəfə DƏMX-in Xətai rayonunda yerləşən 23 saylı Əmək Müfəttişliyinə müraciət etdiklərini, lakin orada məsələyə baxılmadığını bildiriblər. Bu səbəbdən şikayətçilər elə dünən Dövlət Əmək Müfəttişliyi Xidmətinə yollanıblar. Lakin burada da onları dinləyən olmayıb. Məlum olub ki, Xidmətin rəis müavini Anar Quliyev, sən demə “SETA” MTK-nın rəhbəri olan Sudaxan müəllimlə həmyerlidir. Yəni bu şəxslərin hər ikisi əslən Şəmkir rayonundandır. Məhz elə bu səbəbdən də, “SETA” MTK-nın rəhbərliyi bir neçə fəhlənin pulunun kəsilməsi kimi “xırda” bir işin həlli üçün özünə əziyyət verməmək və Ərəstun Şabanovu “irəli vermək” qərarına belə rahatlıqla gəlib. Amma Sudaxan müəllim unutmasın ki, Anar Quliyevin keçmiş MTN generalı Akif Çovdarovla yaxın qohumluq əlaqələri səbəbindən, qılıncının hər iki üzünün kəsdiyi vaxtlar artıq çoxdan keçib...

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru