
Cənubi Qafqazın aparıcı telekommunikasiya operatorlarından biri olan KATV1 şirkəti cari ilin qəbul imtahanlarında 700 bal toplayan bütün abiturientləri mükafatlandıracaq.
700 bal toplayan hər bir abituriyent hədiyyə olaraq təhsil aldığı 4 il ərzində KATV1-in pulsuz yüksəksürətli interneti ilə təmin olunacaq, o cümlədən Wi-Fi ruter və HD-qəbuledici əldə edəcəklər.
KATV1 şirkəti gəncləri təhsil almağa həvəsləndirmək məqsədilə sözügedən kampaniyanı hər il keçirəcəyini bəyan etdi.