“Bank Respublika” məhkəmə icraçısı ilə qanunsuz iş birliyində - ŞİKAYƏT VAR
Tarix: 24-06-2016, 12:05 | Çap et
Müxtəlif banklarla məhkəmə qərarlarının icra şöbələri əmkdaşları arasında şübhəli “sazişlərin” bağlanaraq, vətəndaşlara məxsus əmlakın qeyri-qanuni yollarla ələ keçirilməsi faktları artıq tendensiya halını almaqdadır. Bu günlərdə növbəti belə bir addım da “Bank Respublika” və Ədliyyə Nazirliyinin Nəsimi rayonu İcra Şöbəsi tərəfindən Bakı sakininə qarşı atılmışdır. Həm də indiyədək müşahidə etdiyimiz bir çox oxşar vəziyyətlərdə bank və ya icra məmurları rəsmi də olsa, qanuni əsasları gözləməyə çalışırdılarsa, baxdığımız halda vətəndaşa qarşı açıq-aşkar kobud qanun pozuntusuna yol verilmiş, vətəndaşın mülkiyyətində olan avtomobil faktiki olaraq, icra məmuru tərəfindən oğurlanmış və hal-hazırda naməlum məkanda saxlanılır. Bu barədə bizimdovr.az-a açıqlama verən vətəndaş bildirir ki, o, bir müddət bundan əvvəl “Bank Respublika” ASC-də kreditləşdirmə yolu ilə, avtomobil almışdır. Kreditin ödənilməsi üçün nəzərdə tutulmuş müddətin böyük bir hissəsi ərzində vətəndaş heç bir gecikmələrə yol vermədən, aylıq ödənişləri həyata keçirmişdir. Lakin, təxminən üç ay bundan öncə yaranmış maliyyə problemləri səbəbindən vətəndaş ödənişləri gecikdirmiş, nəticədə bu günədək yaranan borc 2500 manatdan bir qədər az məbləğdə qeydə alınmışdır. Bundan sonra, “Bank Respublika” ASC Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinə müraciət edərək, “müqavilənin ləğv edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi” tələbilə məhkəmədə iddia qaldırmışdır. 09.06.2016-cı il tarixində iddiaya hakim Xumar Mərdanovanın sədrliyi ilə keçirilmiş məhkəmə iclasında baxılmış və tələbin qismən təmin olunması, avtomobilə həbs qoyulması barədə qərar qəbul edilmişdir. Qeyd edək ki, qərarın surəti avtomobilin sahibinə yalnız 16.06.2016-cı il tarixində poçt vasitəsilə çatdırılmışdır. Bu isə o deməkdir ki, vətəndaşın həmin qərardaddan apellyasiya şikayəti vermək üçün 26.06.2016-cı il tarixinədək (10 gün ərzində) vaxtı vardır. Lakin, “Bank Respublika” ASC-nin bu barədə özünün fərqli rəyi olub. Belə ki, bank əməkdaşları mübahisə predmeti olan avtomobilin vətəndaşdan alınması tələbilə Ədliyyə Nazirliyinin Nəsimi rayonu İcra Şöbəsinə müraciət ediblər. Həmin şöbədən isə, bu “şərəfli” işi yerinə yetirməyi icra məmuru Ramiz Quliyev öz üzərinə götürüb. Birinci dəfə avtomobili vətəndaşın iş yerinin qarşısından aparmağa cəhd olunsa da, avtomobilin sahibi buna mane ola bilib. Əslində avtomobili müsadirə etmək üçün əlində heç bir qanuni əsas olmadığını bilən icra məmuru da təkid etmədən oradan uzaqlaşıb. İyun ayının 22-də isə, Ramiz Quliyev vətəndaşa telefonla zəng edərək, məsələni “yoluna qoymağı” təklif edib. Bunun üçün icra məmuru vətəndaşdan 400 manat rüşvət istəyib, əks halda isə, avtomobili müsadirə edəcəyini bildirb. Lakin avtomobilin sahibi artıq banka olan borcunu (həmin günə qədər olan hissəni) tam ödəməyə hazır olduğunu və elə həmin gün 2500 manat ödəmək istədiyini bildirib. Bunun cavabında isə dünən Ramiz Quliyev təklif edib ki, birlikdə məhkəməyə gedib məsələni orada aydınlaşdırsınlar. Vətəndaş bu təklifə razılaşıb və öz avtomobilində Nəsimi rayon Məhkəməsinə Ramiz Quliyev və bankın əməkdaşı ilə birlikdə yollanıb. Məhkəmədə avtomobilin sahibi hakim Xumar Mərdanovanın qəbulunda olub. Söhbət əsnasında hakim vətəndaşın haqlı olduğunu, yəni qərarda avtomobilin müsadirə olunmasının deyil, onun üçüncü şəxsə satılmasını istisna etmək üçün üzərinə həbs qoyulduğunu vurğulayıb. Vətəndaşın banka olan borcunu ödədikdən sonra isə, avtomobilin üzərindən həbs qərarının da götürülməsinin mümkünlüyünü bildirib. Lakin bu arada Ramiz Quliyev bir dəfə məhkəmənin binasını tərk etməklə, öz “gizli planını” həyata keçirib. Belə ki, məhkəmədən çıxdıqda vətəndaş avtomobilinin dayanacaqdan aparıldığını, əgər baş verən hadisəni öz adı ilə adlandırsaq, oğurlandığını görüb. Bundan sonra banka gedən vətəndaş 2500 manat ödəməyə hazır olduğunu bildirib. Lakin bankın əməkdaşı bu təklifi qəbul etməyib və bəyan edib ki, ya kredit dərhal tam olaraq bağlanmalıdır, ya da avtomobil hərraca çıxarılacaq. Vətəndaş öz hüquqlarını tələb etməyə başladıqda isə, bankın əməkdaşı və icra məmuru avtomobilin aparılmasına görə məsuliyyəti bir-birilərinin üzərinə atmağa başlayıblar. Vətəndaş avtomobildə vacib sənədlərin və müəyyən məbləğdə nəğd pul vəsaitinin olduğu vurğuladıqda isə, Ramiz Quliyev avtomobil sahibinə bəyan edib ki, həmin maşına narkotik də qoya bilər.
Ola bilsin ki, məhkəmə icraçısı üçün narkotik vasitələr əldə etmək həqiqətən də çətin iş deyil. Amma avtomobilin sahibi də öz hüquqlarını müdafiə etmək fikrində qərarlıdır. Buna görə də, vətəndaş hakim Xumar Mərdanovanın məsləhətini də nəzərə alaraq, icra məmuru Ramiz Quliyevin qanunsuz əməllərindən və rüşvət tələbindən Ədliyyə Nazirliyinin qaynar xətt xidmətinə (539-76-75), eləcə də Korrupsiya ilə Mübarizə Baş İdarəsinin qaynar xətt xidmətinə (161) zəng edərək məlumat verib. Bütün bunların nə ilə nəticələnəcəyini isə, yəqin ki, yaxın günlərdə biləcəyik.
Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|