Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                 

Çernobl əlilləri rəhbərliyə qarşı üsyan edir... - ŞİKAYƏT VAR
Tarix: 20-06-2016, 11:34 | Çap et
Çernobl əlilləri rəhbərliyə qarşı üsyan edir...
Mingəçevir şəhərində yaşayan bir qrup Çernobl əlili tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Məktubda Cernobl əlillərinə olunan haqsızlıqdan, məmur özbaşınalığından və Çernobl Əlillər Cəmiyyətinin saxta arayışları ilə ev və təqaüd alan bəzi şəxslərin adları açıqlanır. Bu müraciətdən sonra deyilən faktları daha ətraflı araşdırmaq üçün məktub müəllifləri ilə şəxsən görüşüb, onların problemlərini qəzetimizdə işıqlandırmağı qərara aldıq.
Əzizov Niyətullah Həmdulla oğlu deyir ki, bütövlükdə Cernobl əlillərinə dövlət tərəfindən kifayət qədər yardım ayrılıb, lakin onlar bu dəstəkdən kənarda qalıb. İstər N.Əzizov, istər fə onun ətrafında olan digər Çernobl əlilləri bu qayğıdan məhrum olunmalarının əsas səbəbini məmur özbaşnalığında görürlər. Dediklərinə görə, Mingəçevir şəhərində Çernobl əlillərinə lazımi yardım ayrılsa da, həmin yardımlar bir qrup məmur tərəfindən hələ də mənimsənilir.
Çernobl əlilləri iddia edirlər ki, Azərbaycan Çernobl Əlilləri Cəmiyyətinin rəhbəri Mirhəsən Həsənov və Mingəçevir şəhəri üzrə filialının sədri (həm də 12 region üzrə QHT-nın direktoru) Füzuli Əsədov dəfələrlə kobud qanun pozuntularına yol verərək, Çernobl əlillərini aldadıb, dövlət tərəfindən onlara ayrılmış ərzaq və pul yardımlarını mənimsəyiblər: “Füzuli Əsədov icra aparatı tərəfindən ayrılmış bayram sovqatlarını, hərbidə xidmət etmiş bəzi Çernobl əlillərinə vermək əvəzinə, özləri tərəfindən saxtalaşdırılmış və Çernoblda olmayan bir qrup adama, yaxın qohumlarına verməkdə davam edir”.
Şikayətçilər deyir ki, bu məsələ ilə bağlı aidiyyatı qrumlara və təşkilatlara, o cümlədən Mingəçevir şəhər Prokurorluğuna, polisə, məhkəməyə və rayon icra strukturlarına dəfələrlə yazlı şəkildə müraciət etsələr də, onların şikayətinə baxılmır.

“Bir adam qapını döyüb maraqlanmır ki...”

Şikayətçi N.Əzizov deyir ki, SSRİ dönəmindən indiyə qədər çıxılmaz bir vəziyyətdə yaşayırlar: “Bir adam qapını döyüb maraqlanmır ki, görüm burada sağlamlığını itirmiş o adam ölüb, ya qalıb? Biz sağlamlıq baxımından həyatdan məhrum olmuş insanlarıq. Evimiz yox, kirayələrdə qalırıq. Sağlam ailəmiz yox ki, baxıb qəlbimiz açılsın. Biz Çernoblda sağlamlığımızı itirdiyimiz üçün, bizim övladlarımız da sağlamlıq baxımından həyatdan məhrum olublar, əbədi sikəst böyüyürlər.
Bizim haqqımıza girən bir sıra oğru tayfalara demək istəyirik ki, 140, ya da 150 manatla onlar öz ailələrini saxlaya bilərlərmi? Nəinki, ailə saxlamaq, hətta tək adama da o pul çatmaz. Çünki kirayə tutduğumuz evin aylıq qiyməti elə 140-150 manatdır.
1990-cı ildə Mingəçevir şəhərində, yeni avtovağzalla üzbəüz Çernobl əlillərinə 10 hektar və “Az.gres” qəsəbəsində 5 hektar torpaq ayrılmışdı. 1995-ci ildə torpağı ulu öndərimiz Heydər Əliyev pay şəklində Çernobl əlillərinə bağışlamışdır. Ancaq F.Əsədov, M.Həsənov icra aparatında çalışan Ə.Sahib, Ə.Mahir və Etibar məllim kimi məmurlar əlillərin həmin torpaqlara yiyələnməsinə, sənədləşdirməsinə maneəçilik törədirlər. Bu vaxta qədər F.Əsədovla M.Həsənov torpaqları icarəyə verib, əlil həmkarlarına vermədən bu pulları mənimsəyiblər.
Onu da əlavə edim ki, 2 hektarı da hansı vasitəyləsə mənimsəyiblər. Biz oraya 6 mindən çox ağac əkmişdik, F.Əsədov ağacları kəsdirib, yerinə yonca və arpa əkdirib, xeyli sayda xeyir götürür. Bu haqsızlığa və ədalətsizliyə nə vaxta qədər dözməliyik?! Niyə yuxarı təşkilatlar belə məmur özbaşınalığına göz yumurlar?
Mingəçevirdə AES əlillərinə dövlət tərəfindən verilmiş obyektlər var idi (televizor, ayaqqabı təmiri sexi, bərbərxana, üç dənə ofis, çexol sexi, mağazalar və s.), F.Əsədov həmin obyektləri özəlləşdirib satıb. Əlil yoldaşlarına isə heç nə vermədən pulu mənimsəmişdir.
Hər-kəs və adıçəkilən məmurlar çox yaxşı bilirlər ki, Çernobl əlillərinə hər il dövlət tərəfindən pul yardımları ayrılır. Ancaq M.Həsənovun ucbatından əlillərin 3% -indən başqa heç kim o pulu almayıb. Halbuki, bu yardım bütün Çernobl iştirakçılarına şamildir. Amma M Həsənov, F Əsədov, Ə.Sahib, Ə.Mahir və Etibar adlı bu şəxslər tərəfindən öz şəxsi ata mülkləri kimi mənimsənilir”.

“Bizim adımızı siyahıya salmayıblar”

Şikayətçi deyir ki, bu məsələ ilə bağlı nazir Səlim Müslümovun qəbulunda olublar: “S Müslümov öz işçisi olan Saday müəllimdən soruşdu ki, niyə əlillərin 97%-i maddi yardımı almayıb? Saday müəllimin cavabı bu oldu ki, M.Həsənovun bizə verdiyi siyahıda həmin Çernobl əlillərinin adları olmayıb və biz həmin siyahıda adları gedən əlillərə pul buraxmışıq. Deməli, belə çixir ki, kimlər M.Həsənova yaltaqlansa, onların adını siyahıya salacaq?”Çernobl əlilləri rəhbərliyə qarşı üsyan edir...
N.Əzizov deyir ki, Mingəçevirdə son illər 48 nəfər Çernobl əlili dünyasını dəyişib: “Qanunla dünyasını dəyişən əlillərə minumum əmək haqqının 10 misli düşür. Ancaq Mirhəsən Həsənov rəhmətə gedənlərin ailəsindən ölüm sənədlərini yığsa da, pulu vermir. M.Həsənov rəhmətə gedən əlillərin həyat yoldaşlarına torpaq verməkdən də imtina edir. Hazırda Çernobl əlillərinin təqaüdləri çox aşağıdır. Biz heç olmasa ildə 3-4 dəfə müalicə götürməliyik. Amma aldığımız təqaüdlər 140-150 manat civarında olduğuna görə, bizə çatmır.
Cənab nazirimiz S.Müslümov söz vermişdi ki, 2006-cı ilə qədər təqaüdə çıxanların təqaüdləri indeksləşdirilib təzədən hesablanacaq, amma on il keçməsinə baxmayaraq hələ də gözləyirik”.

“Əlillərin 7-8 aylıq prezident təqaüdü hələ də verilməyib”

Çernobl əlili onu da əlavə etdi ki, 10 il ərizndə TSEK məmurları tərəfindən hərbi xidmət zamanı zədə almış Çernobl əlillərinin təqaüdləri peşə xəstəliyi kimi hesablnıb: “Lakin kimlərinsə səhvləri ucbatından zərərini də qaytarıb ödəmədilər. Bu olaylardan sonrada 10 sentyabr 2008-ci ildə çıxan qərarla əlaqədar hərbi toplanışla, aparılmış Çernobl əlillərini tora salıb prezident təqaüdü ilə əlaqədar 160-300 manat rüşvət yığan F.Əsədovla M.Həsənovun ucbatından əlillərin 7-8 aylıq prezident təqaüdü hələ də verilməyib.
Biz maşın növbəsinə durmaq üçün f-88 sənəddən ötrü, həkimlərə müraciət edəndə Mingəçevir şəhər 2 №-li poliklinikanın bəzi həkimləri bizi incidirlər. Konkret olaraq baş həkim Nailə xanım, mavini N.Dilbazi, əsəb həkkimi C.Cəfərov və şəhər baş həkimin müavini İlham həkim. Rüşvət verməyəndə deyirlər ki, bizə yuxarıdan tapşırıq var”.

“İldə 30 manat da üzvlük haqqı yığırlar”

Şikayətçi onu da dedi ki, Çernobl əlilləri ev növbəsinə də rüçvət ilə yazılır: “Mingəçevir şəhər icra aparatında hüquq üzrə şöbə müdüri Ə.Mahir evi olmayan və yataqxanada yaşayan Çernobl əlillərini 500 manat rüşvət verdiyi zaman ev növbəsinə götürür. Səbəbini soruşanda deyir ki, prezidentin qərarı var, Qarabağ və şəhid ailələri evnən təmin olunandan sonra sizi ev növbəsinə götürəcəyik. Əgər həqiqətən də belədirsə, F.Əsədov necə növbədənkənar ev aldı? Yaxud rüşvət almamısansa, qalanları niyə ev növbəsinə götürmüsən?
Çox maraqlıdır, Mirhəsən Həsənov görəsən dövlət tərəfindən verilən pulsuz maşına necə yiyələnə bildi. Yaxud da, Sumqayıt üzrə Çernobl Əlilləri Cəmiyyətinin sədri Bəylər Hacıyev necə pulsuz maşına sahib dura bildi? Bəs görəsən Mingəçevir şəhər Çernobl Əlilləri Cəmiyyətinin sədri Füzuli Əsədov niyə pulsuz verilən maşına yiyələnə bilmədi? Onlar düşünür ki, kiməsə rüşvət verib maşın almaqdansa, Çernobl əlillərini aldadıb 160-300 manatdan pul yığıb “Jip Nissan” almaq daha sərfəlidir və həm də büdcələrinə uyğundur. Hələ əlillərin təqaüdlərinə də göz dikib, ildə 30 manat üzvlük haqqı da yığırlar”.
Niyyətullah Əzizov problemlərinin həlli ilə bağlı yetkili şəxslərə də müraciət etdi: “Nazir Səlim Müslümovdan xahişimiz budur ki, biz Mingəçevir şəhər Çernobl əlillərinin haqlarını tapdalayan cinayətkarları araşdırıb üzə çıxartmaq üçün Mingəçevir şəhərinə komissiya göndərəsin və onlar gəlib birinci bizi görsün ki, deyilən faktları araşdırmağa kömək edə bilək”.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı bütün güc strukturlarına yazılı müracit ediblər: “Bizim işimizə baxılmadığını görüb, məcbur olduq ki, prezidentə, XİN-ə, DİN-ə, MTN-ə, Baş Prokurorluğa, Milli Məclisə və İnsan Hüquqları üzrə Ombudsman Elmira Süleymanovaya müraciyət edək. Əfsuslar olsun ki, hələ də şikayətlərimizə baxan olmayıb. Düşünürük ki, bu dəfə də şikayətimiz baxılmamış qalsa, Azərbaycan vətəndaşdıqından imtina edib, xarici dövlətlərdən sığınacaq istəyək”.
Xatırladaq ki, bir neçə gün əvvəl Sumqayıt şəhərində yaşayan bir qrup Çernobl əlilləri tərəfindən də redaksiyamıza analoji şikayət məktub daxil olmuşdu. Məktubda əlillərə qarşı haqsızlıqlardan bəhs edilirdi.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru