“Gümrü-Qars dəmir yolu...” .....                     Bakı şəhər DYP-dən MÜHÜM TƏDBİR .....                     Burada təhsildən daha çox puldan danışılır... .....                     Ermənistanın ədliyyə naziri istefa verib .....                     KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq .....                     “Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” .....                     Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? .....                     Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır .....                     "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib .....                     KAPİTAL BANK müştəriləri belə risqə atır... .....                     Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? .....                     İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər .....                     Pənah Hüseyn niyə istefa vermədi? .....                     Bu şirkət nizamnamə kapitalını yenə azaltdı .....                     “BazarStore”da yeni təyinat .....                     Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... .....                     "Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" .....                     Bıçaqlanan məktəb direktoru ilə katibə arasında .....                     23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən .....                     Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan .....                     "Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..." .....                     Nazir rektorun oğluna yeni vəzifə verdi .....                     Mişustini İrəvana aparan DAHA BİR SƏBƏB .....                     İsrailin bu hücumda iki cari hədəfi var... .....                     Naxçıvanda `Xan` gedib... `Canişin` gəlib... .....                     "Gah deyirlər olacaq, gah da deyirlər, mümkün deyil" .....                     5 yerə bölünəcək İrandan BİZƏ PAY VARMI? .....                     Aşıq Ələsgərin heykəli tənqid olundu .....                     ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün .....                     BRİCS-ə üzvlük müraciətindən nə xəbər? .....                     “Bank Respublika”nın uğursuz yatırımı .....                     Kəsilən pensiya və pulsuzluğun yaratdığı ailə faciəsi .....                     Göyçayda fermerlər ÇƏTİN DURUMDA .....                     Xeyir mənşəcə yalandır! .....                     Hindistan Ermənistana ballistik raket satmağa hazırlaşır .....                     "Azərbaycan da hazır olsun!..." .....                     Dəmir Yollarında NƏ BAŞ VERİR? .....                     Aşıq Ələsgər irsi yaddaşlara əbədi həkk olunub .....                     “Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb .....                     "Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." .....                 

Səlim Müslümovun işçisi şəhid ailəsinin haqqına girib... - Prezidentə şikayət olundu
Tarix: 14-05-2016, 11:27 | Çap et
Səlim Müslümovun işçisi şəhid ailəsinin haqqına girib...
Bərdə rayonu, Mustafaağalı kəndində yaşayan şəhid anası Muradova Əsli Həmid qızı üzləşdiyi problemlə bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Şəhid anası qeyd edir ki, onu bu məktubu yazmağa vadar edən səbəb bir sıra məmurların ona və şəhid oğluna qarşı göstərdikləri hörmətsizlik, ədalətsiz və qanunsuz münasibətdir.

Ə.Muradova yazır: "Mən həyat yoldaşımı erkən itirmişəm və öz halal zəhmətimlə 9 uşaq böyütmüşəm. Lakin həyatda heç nə məni övladımı itirməyim və uğrunda şəhid olduğu vətənində məmurların ona qarşı heç bir qanuna, etikaya sığmayan hərəkətləri qədər yaralamayıb. Bu münasibət məni həyatımdan belə küsdürüb. Amma qərara gəlmişəm ki, son nəfəsimə qədər şəhid balamın haqqını yeyənlərə qarşı mübarizə aparım".

Şəhid anası başına gələn faciəni yazır: "1995-ci ilin 27 dekabrında oğlum Mübariz Muradovun əsgərlikdən cənazəsini üstümə gətirdilər. Hərbi hissənin zabit heyəti, rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndələri, “oğlunuz şəhiddir”, deyə mənə təskinlik verdilər. O, günlərdə tək təsəllim oğlumun məhz şəhidlik zirvəsinə yüksəlməsi idi. Hərbi hissənin verdiyi arayışda da oğlumun Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olduğu göstərilmişdi.
Bərdə Rayon İcra Hakimiyyətindən mənə oğlumun şəhid statusunu təsdiq edən şəhid ailəsinin vəsiqəsi verilmişdir. “Təkcə mənim övladım şəhid olmayıb ki, elnən gələn qara gün toy-bayramdır” - deyə özümə təsəlli verirdim. Amma Bərdə rayon ƏSMM mənim yaramın üstünə duz tökdü, balamın şəhid adını şübhə altına aldı. Əlbəttə nə şəhid adı, nə hansısa fəxri ad, nə milli qəhrəman statusu, nə də hər hansı imtiyaz, vəsait mənim balamı geri gətirmək qüdrətində deyil. Əgər verə bilirlərsə, balamı geri versinlər. Çünki məndən ötrü dünyada balamdan qiymətli heç nə yoxdur. Əgər balamı geri verə bilmirlərsə, heç olmasa onun ruhunu incitməsinlər, onun anasının, doğmalarının heysiyyatı ilə oynamasınlar".

Ə.Muradova yazır ki, oğlu 1995-ci ilin iyulunda hərbi xidmətə çağrılıb, həkim komissiyasından keçirilib, xidmətə yararlı sayılıb. Hərbi xidmət müddətində bir gün olsun belə hospitalda olmayıb: "Oğlum Murovdağda ön mövqedə xidmətə cəlb olunub. Ölümündən sonra da hərbi hissənin komandiri şəraiti, vəziyyəti əks etdirən arayış verib. Ölümün səbəbi barədə çox aydın şəkildə yazılıbki, Azərbaycanın ərazi bütövlüyü uğrunda Murovdağ bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olub. Bu o vaxt idi ki, o, zaman nə AXC-Musavat hakimiyyətdəydi, nə də könüllü batalyonların dövranıydı.
Cənab Prezident! 2006-cı ilin dekabrında “Şəhid Ailələrinin Sosial müdafiəsini gücləndirmək” məqsədilə verdiyinız fərmana uyğun olaraq, 2007-ci ilin yanvarından dekabrına qədər hər ay 100 manat olmaqla prezident təqaüdü almışam. 2008–ci ildən isə Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən mənə bu vəsaitin dayandırıldığı bildirilib. Prezident təqaüdünün verilməsi üçün Hərbi Komissarlıqdan şəhid statusu barədə arayış tələb ediblər.Hərbi Komissarlığa müraciət etsəmdə, Komissarlıq Hərbi hissənin arayışında “ölümün səbəbi barədə aydın yazılmadığını”bəhanə gətirərəkoğlumun şəhid olmasını təsdiq edən arayışı verməkdən imtina edib. Hərbi Komissarlıqoğluma şəhid statusunun verilməsi üçün bizəməhkəməyə müraciət etməyi məsləhət görüb.

Həmin vaxt, yəni 2008-ci ilin fevralında Sizin adınıza məktub yazıb kömək istədim. Bir surəti Bərdə Hərbi komissarlığına, digəri mənə aid olmaqla məktub göndərildi. Həmin məktubda da mənim statusla bağlı Hərbi komissarlıqdan arayış ala bilmədiyim, mənə verilən prezident təqaüdünün dayandırıldığı göstərilmişdi.

Bu münasibətdən incidiyim üçün bir daha nə Hərbi komissarlığa, nə də Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon ƏSMM-ə müraciət etmədim.Buna heç səhhətimdə yaranan problemlər də imkan vermədi. Hazırda hepatit virusunun daşıyıcısı kimi müalicə alır, baş ağrılarından əziyyət çəkirəm. Üstəlik gözlərimdə də ciddi problemlər var.
2014-cü ilin noyabrında isə Bərdə rayon ƏSMM-dən mənə şəhid statusunu təqdim etmək üçünməktub göndərildi. Burada qeyd olunmuşdu ki, oğlumun şəhid olması barədə Hərbi komissarlıqdan arayış təqdim edim. Yenədə Hərbi komissarlıqdan arayış ala bilmədim.
2015-ci ilin iyun ayında bildim ki, Bərdə rayon ƏSMM-də mənim adımdan 2008-ci ildən üzü bəri bütün təqaüdlər alınıb. Şəhid anasına dayandırılan vəsaitin kim tərəfindən alındığını aydınlaşdırmaq məqsədilə Bərdə rayon ƏSMM-in direktoru Raquf Məmtiyevə ərizə ilə müraciət olunub.Bu əsasla Bərdə RPŞ-nın müstəntiqi A.Mehdiyevin apardığı təhqiqat işi, cinayət əməli kimi qiymətləndirməyərək rədd edilib. Hansı ki, şəhid anasına çatmalı olan ümumilikdə 11350 manat pulun kim tərəfindən mənimsənildiyini aşkar etmək lazım idi. Bu vəsaiti faktiki olaraq mən almamışam. Çünki əlimdə fakt olaraq, bu vəsaitin dayandırılması barədə Prezidentə ünvanladığım məktub var. Məntiqlə,o pulu ala bilmək üçün Hərbi Komissarlıq mənə oğlumun şəhid olması barədə arayışı verməli idi. Axı Hərbi Komissarlıq onu verməkdən imtina edib. Bəs necə olub ki, ƏSMM tələb olunan arayış ona təqdim edilməmiş mənə vəsait ayırıb?

2015-ci ilin 2 noyabrında Bərdə rayon Prokurorluğuna edilən müraciət əsasında RPŞ-nın qərardadı ləğv edilərək yenidən polis təhqiqatına göndərilib.O vaxtdan bəri xeyli müddət keçsə də, hələdə təhqiqatdan bir xəbər yoxdur.

Mən neçə aydı xəstə canımla yollarda, məmurların qapılarında qalmışam. Mən nəinki övladımın şəhidlik statusunu məmurlara qəbul etdirə bilirəm, üstəlik mənə çatacaq vəsaiti mənimsəmiş o məmurların şərinə, böhtanına məruz qalıram. Hələdə DSTX-nin Bərdə rayon ƏSMM və Azərbaycan Respublikasının Hərbi Səfərbərlik, Xidmətə Çağırış Xidməti mənim şəhid ailəsi statusumu təmin etmir. Onlar qanunsuz yollarla mənimsədikləri pullarıda utanmadan mənim üzərimə atırlar".

Şəhid anası yazır: "Cənab Prezident, bir şəhid anasının məmurlar tərəfindən incidilməsinin, alçaldılmasının, təhqirə, şərə, böhtana məruz qalmasının, hüquqlarının tapdanmasının qarşını almaq Sizə düşər! Şəhid anasının adından sui-istifadə edərək ona dövlət tərəfindən ödəniləcək vəsaitlərin mənimsənilməsi cinayət əməlidir. Hüquq-mühafizə orqanlarının araşdırmaqdan, günahkarları taparaq cəzalandırmaqdan imtina etməsinin qarşısını da yalnız Siz ala bilərsiz. Çünki bunun üçün sizin əlinizdə geniş səlahiyyətlər və nüfuzunuz var.
Bir şəhid anası olaraq, Sizdən, dövlətimizin başçısından mənim məmurlar tərəfindən tapdanmış hüquqlarımın bərpasına yardım etmənizi xahiş edirəm! Ümid edirəm ki, Siz bir şəhid əsgər anasına bunları rəva görməzsiz və bu əməllərin torpaqları işğal altında olan, müharibə vəziyyətində yaşayan Azərbaycan dövlətinə baş ucalığı gətirmədiyini də məndən daha yaxşı bilirsiz.

Sizdən, vətəndaşınıza, rəhmətlik atanız, ümummilli lider Heydər Əliyevin əsgəri Mübariz Muradova və onun anasına sahib çıxmanızı istəyirəm. Onların haqlarının bərpasına, günahkarların isə cəzalandırılmasına yardım etməyinizi xahiş edirəm!"

Səlim Müslümovun işçisi şəhid ailəsinin haqqına girib...
Səlim Müslümovun işçisi şəhid ailəsinin haqqına girib...
Səlim Müslümovun işçisi şəhid ailəsinin haqqına girib...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Gümrü-Qars dəmir yolu...” - Erməni nazirin müavini
Bu gün, 11:27
Bakı şəhər DYP-dən MÜHÜM TƏDBİR - FOTO
Bu gün, 11:24
Burada təhsildən daha çox puldan danışılır... - Və yaxud Əmrullayevin YIXDIĞI EV...
Bu gün, 11:21
Ermənistanın ədliyyə naziri istefa verib - KİV
Bu gün, 11:15
KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq - DETALLAR
Bu gün, 11:10
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” - NARAZILIQ VAR...
Bu gün, 11:04
Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? - “Ay xanım, siz kimsiniz, məni niyə narahat edirsiniz?”
Bu gün, 11:01
Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:54
"Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
Bu gün, 10:40
KAPİTAL BANK müştəriləri belə risqə atır... - BU DA FAKT!!!
Bu gün, 10:39
Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? - ETİRAZ VAR...
Bu gün, 10:30
İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər - Ekspert danışır...
Bu gün, 10:19
Pənah Hüseyn niyə istefa vermədi? - Özü açıqladı
Bu gün, 10:16
Bu şirkət nizamnamə kapitalını yenə azaltdı - bu dəfə 1,2 milyon manat vəsait geri çəkildi
Bu gün, 10:14
“BazarStore”da yeni təyinat - FOTO
Bu gün, 10:14
Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... - NARAZILIQ VAR...
Bu gün, 10:06
"Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" - REAKSİYA
Bu gün, 10:01
Bıçaqlanan məktəb direktoru ilə katibə arasında məhkəmə çəkişməsi davam edir
Bu gün, 09:58
23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar barədə qərar açıqlanıb
Bu gün, 09:57
Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan iş adamının şirkəti ilə bağlı qərar verdi
Bu gün, 09:56
"Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..." - deputat
Bu gün, 09:54
Nazir rektorun oğluna yeni vəzifə verdi - ƏMR
Bu gün, 09:50
Mişustini İrəvana aparan DAHA BİR SƏBƏB - AKTUAL
Bu gün, 09:46
İsrailin bu hücumda iki cari hədəfi var... - İNCƏLƏMƏ
Bu gün, 09:44
Naxçıvanda `Xan` gedib... `Canişin` gəlib... - DƏYİŞƏN HEÇ NƏ YOXDUR...
Bu gün, 09:42
"Gah deyirlər olacaq, gah da deyirlər, mümkün deyil" - GİLEY
Bu gün, 09:33
5 yerə bölünəcək İrandan BİZƏ PAY VARMI? - HAZIR OLMALIYIQ...
Bu gün, 09:28
Aşıq Ələsgərin heykəli tənqid olundu - Müəllifin cavabı...
Bu gün, 09:26
ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana 47 milyon ABŞ dolları ayırır
Bu gün, 09:25
BRİCS-ə üzvlük müraciətindən nə xəbər? - prosedurların ikisi keçilib, sonra...
Bu gün, 09:24
“Bank Respublika”nın uğursuz yatırımı - Şirkətin biznesi sürətlə əriyir
Bu gün, 09:22
Kəsilən pensiya və pulsuzluğun yaratdığı ailə faciəsi - TƏFƏRRÜAT
Bu gün, 09:21
Göyçayda fermerlər ÇƏTİN DURUMDA - "Bir budaqda üç nar var, üçü də çürükdür..."
Bu gün, 09:19
Xeyir mənşəcə yalandır! - Aqşin Yenisey yazır...
Bu gün, 09:14
Hindistan Ermənistana ballistik raket satmağa hazırlaşır
Bu gün, 09:08
"Azərbaycan da hazır olsun!..." - Qonşuluqda qalanan TONQAL
Bu gün, 09:05
Dəmir Yollarında NƏ BAŞ VERİR? - İşçilərə TƏZYİQ OLUNUR?
Bu gün, 09:02
Aşıq Ələsgər irsi yaddaşlara əbədi həkk olunub - İsrafil Kərimovun yazısı
Bu gün, 08:54
“Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb
Bu gün, 08:50
"Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." - VİDEO
Bu gün, 07:33
Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… - AXI NİYƏ?..
Bu gün, 07:29
Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... - DİQQƏT
Bu gün, 07:22
Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... - AÇIQLAMA
Bu gün, 07:19
Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar
Bu gün, 07:05
Gəncədəki klinikanın rəhbərindən ETİRAZ - "Həqiqəti əks etdirməyən məlumatlara görə..."
Bu gün, 07:02
Naxçıvanın KÖNTÖY MƏMURLARI - vətəndaşı ÇİLƏDƏN ÇIXARIB...
Bu gün, 06:57
Zibilliyə atılan NEMƏT... - Qarşısını ala bilməyəcəyik...
Bu gün, 06:52
Mənsum İbrahimova qarşı saxtakarlıq - FOTO
Bu gün, 06:48
Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət - GƏLİŞMƏ
Bu gün, 01:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru