ŞOU-BİZNESDƏ BELƏSİ DƏ VAR
Tarix: 14-07-2012, 13:33 | Çap et
SƏKİNƏ İSMAYILOVA TƏLƏBLƏRİNƏ NƏYİ MƏSLƏHƏT GÖRÜR?
Su həyat mənbəyidir. Onsuz bir canlı belə mövcud ola bilməz. Bəlkə elə ona görədir ki, sənətkarı dəryaya bənzədirlər. Onun zəngin sənətini isə su şırıltısı, dəniz ləpəsi, şəlalə nərəsi ilə müqayisə edirlər. Su həm də saflıq rəmzidir.
Bugünkü həmsöhbətim sənətə həsrət dodaqlara bir içim su ola biləcək, həyatı da su qədər saf duyğularla dolu olan Səkinə İsmayılovadır.
- Sizi sevənlərə özünüz haqda məlumat verərdiniz?
- Əslim Bakılıdır. “Sovetski məhəlləsində” böyümüşəm. Başqaları kimi yaşımı gizlətməyəcəm. 1956-cı ildə anadan olmuşam. Təhsilim alidir. 1983-cü ildən bəri 40-dan çox ölkədə olmuşam, Azərbaycanımızı təmsil etmişəm. Muğamımıza çox dəyər vermişəm, təbliğ etmişəm. Ailədə iki bacı, iki qardaşıq. Bizim hər birimizi uşaq vaxtından valideynlərimiz musiqi məktəbinə aparıb. Milli Konservatoriyada İncəsənət kafedrasında dərs deyirəm. Ailəliyəm.
- Bəs necə oldu ki, bu sənəti seçdiniz?
- Mən uşaqlıq illərində həmişə fikirləşirdim ki, hüquqşünas olacağam. Bir gün musiqi məktəbində müəllimim Vidadi Xəlilov mənə dedi ki, sənin çox gözəl səsin var, bu İlahi vergisidir. Mən də müəllimimin sözünü dəyərləndirdim və məhz muğam janrını seçdim. Asəf Zeynallını bitirdim. 1980-ci ildən sonra tez bir zamanda professional sənətə gəldim. Sənətimin vurğunuyam.
- Ən yadda qalan, ən əziz gününüz hansı gün oldu həyatınızda?
- Bu sənətdə bir çox sənətkarlarımızla bir səhnəni paylaşmağım, Fəxri adlarla təltif olunduğum günlər mənim üçün ən əziz günlərdir.
- Səkinə xanım, uşaqlıq dövründə necə olmusunuz?
- Sakit, ciddi uşaq olmuşam. Öz daxili dünyam olub. “Sovetski” küçəsində göz açmışam. Bizim məhəllədə ədəb-ərkan, qayda-qanun çox yüksək olub. Uşaqlıq illərindən yadımda qalan bir hadisə var, onu deyəcəyəm. Bizim həyətimizdə bir tut ağacı var idi, indidə o ağac durur. Həmişə çıxıb o tut ağacının başında durub mahnılar ifa edirdim. Uşaqlar da yığılırdı ağacın altına. Dünya vecimə olmurdu, ürəkdən oxuyurdum. Amma aşağı düşəndə nə qədər deyirdilər ifa elə, utandığımdan oxumurdum. Özü də bizim dövrdə Zeynəb Xanlarovanın, Rübabə Muradovanın mahnılarını əzbərdən ifa edirdim. Evdə valideynlərim elə bildi uşaqlıq həvəsimdi, keçib gedər, amma bu sənəti seçdim.
- Bəs sonralar valideynləriniz sizi bu sənətdən uzaqlaşdırmaq mane olmadılar ki?
- Bilirsiniz, mən tez bir zamanda sevildim. 1980-81-ci ildə 21 yaşında ilk dəfə Leylini oynadım. Mətbuatda işıqlandırıldım. Təbii ki, valideynlərim bu uğurlarımı görüb, öz fikirlərindən yayındılar. Hər uğuruma da sevinirdilər. Leyli rolunu ifa edəndən altı ay sonra demək olar ki, hamı məni tanıdı.
- Bəzən deyillər ki, istedadlı ifaçıya savad, təhsil önəmli deyil. Onsuz da istedadının işığında parlayacaq. Bəs siz necə düşünürsünüz?
- Bilirsiniz, istedad Allah tərəfindən verilib. Sadəcə istedadlı təkmilləşməlidir. Əgər muğamla məşğul olursa, yaxud estrada janrında məşğul olursa, bütün incəlikləri bilməlidir. Əgər istedadlı sənətin hər bir sirrini bilirsə, dəryaya burax, üzüb çıxacaq, əgər bilmirsə, dəryada üzə bilməyib, batacaq. Mən səkkiz-doqquz yaşında oxumağa başlayanda bütün dərnəklərə gedirdim. Çalışırdım hər bir detalı xanəndələrdən öyrənim. Savad budur. Muğam böyük Dəsgah elmidir. Öyrənirsən, ustadın da ustadı olur, öyrəniblər. Muğamı da ilk dəfə Seyid Şuşinski necə gözəl təbliğ edib, dərslik vasitələrində var, oxuyub, öyrənib, bəhrələnsinlər. Mənim fikrimcə, istedadlının təhsili olmalıdır.
- Həmkarlarınızdan küsülü olduğunuz varmı?
- İnanın, yoxdur. Hamıyla mehribanam. Sağ olsunlar, hörmətimi tuturlar. Hər yerdə hiss edirəm.
- Ötən illər sizə nələri öyrətdi?
- İllər mənə xalqın sevgisini, məhəbbətini qazandırdı. Çəkdiyim əziyyətlər boşa getmədi. Hər yerdə sevilirəm. Bir də görürsən gənc qızdı, oğlandı, on beş-on altı yaşı var, mənə deyir ki, Səkinə xanım, sizin ifalarınıza qulaq asıb bu sənəti seçdim. Bu mənə böyük zövq verir, sevinirəm. Orta nəsil də, gənc nəsil də mənim bugünkü ifama qulaq asıb dinləyirsə, bu mənim üçün böyük uğurdur. Bu sahəyə gəlmək üçün illərim hədər getmədi. Muğam mənim həyatımdı, saf dünyası var. Təsəvvür edin, məktəb illərində həmişə deyirdim ki, mən Mədinəyə Həccə gedəcəm. Tale elə gətirdi ki, bu sənətimlə dünyanı gəzdim. İki dəfə Mədinəni ziyarət etdim. Həci xanım oldum. Bundan böyük xoşbəxtlik nə ola bilər ki, Allah-Təala hamıya qismət etsin. Bu sənəti də, istedadı da Tanrı qismətimə yazdı. Mən heç vaxt qismətimdən narazı olmamışam. Əgər bir şey pisliyə olmalıdırsa, demək, Tanrı yazıb, olmalıdır. Tanrının yazısını heç kim poza bilməz, çünki bugünkü uğurlarım da alın yazımdır.
- Sizcə, 40 yaşından sonra həyat yenidən başlayır?
- (Gülür) Bilirsiniz, mən həmişə fikirləşirdim ki, 40 yaşım olanda saçımı kəsəcəm, uzundur. Sonra 40 yaşım olanda güzgüyə baxdım ki, bu saç mənə yaraşır axı, niyə kəsməliyəm ki, elə bil iyirmi beş yaşında görsənirəm. Hər yaşın öz gözəlliyi var, otuz altı - qırx beş - əlli. (Gülür.) Bu yaş dövrlərində hər birinin öz gözəlliyini yaşayıram, yaşayacağam da. Bundan sonra fikirləşirəm ki, dəyişəm. Yəni imicimdə dəyişiklik etməyi xoşlayıram, amma saçlarımı heç vaxt kəsdirmərəm, çünki mənə çox gözəl yaraşır.
- Xanəndəlikdən başqa qazanc yeriniz varmı?
- Bilirsiniz, səmimi olacam. Deməsəm, yalan olar. Hər toylara getmirəm. İldə bir-iki dəfə olur ki, seçilmiş, sanballı toylara gedirəm. on beş - iyirmi dəqiqə ifa edib gedirəm. Mən həmişə səviyyəmi gözləyən xanımam. Şəxsi dəvətlər olur, tədbirlərə gedirəm. Prezidentin fərdi təqaüdünü, Heydər Əliyev Fondunun mükafatını alıram. Konservatoriyada, İncəsənət Universitetində dərs deyirəm. Şəxsi tələbələrim var, onları hazırlayıram. Naşükür insan deyiləm. Bu günə də min şükür.
- Qısqanc insansınız?
- Qətiyyən qısqanclıq məndə yoxdur.
- Qalmaqal nə deməkdir sizin üçün?
- Qalmaqalı özləri yaradır. Mənim üçün qalmaqal yoxdur. Hamı mehriban olsun. Tədbirlərdə olanda da yalnız isti münasibət görürəm. Təbiətimə uyğun deyil qalmaqal.
- Qadına xoşbəxt olmaq üçün nə lazımdır həyatda?
- Mən belə düşünürəm ki, qadına da, kişiyə də onu başa düşən yarısı lazımdır.
- Sənətdə söz demiş bir sənətkar kimi bu gün sizi nə qane etmir?
- Bir də görürsən, çıxıb bir kuplet muğam oxuyur. Bütün muğamın qabırğasını sındırıb qoyurlar. Muğamı şərafətlə oxumaq lazımdır. Muğam oxuyanda səhnə mədəniyyətinə, geyiminə fikir vermək lazımdır. Yoxsa muğamı çıxıb ifa edir, bərbad günə qoyursan. Bu təbii ki, mənə xoş gəlmir. Oxuyanlar fikirləşirlər ki, oxusunlar, toyları olsun, maddi durumu düzəlsin. Amma 1980-ci ildə mən operada ifa eləyəndə heç vaxt maddi durumumu fikirləşməmişəm. Amma çətinliklər olub. Muğam mənim üçün müqəddəsdir, həmişə sənətlə məşğul olmuşam. Qismətimlə qane olan insanam. Amma bu gün mən haradasa məclisdə ifa edirəmsə, mənə diqqətlə qulaq asırlarsa, bu, mənə zövq verir, ləzzət verir. Mənim fikrimcə, gərək bu sənətdə heç vaxt madiyyat haqda fikirləşməyəsən.
- Səkinə xanım, şou-bizneslə nə dərəcədə maraqlanırsınız? Bu gün “bizdə şou-biznes yoxdur” deyənlərin tərəfindəsiniz?
- Efirdə izləyirəm, baxıram. Amma işim yoxdur. Hamıya uğurlar. Heç nə deyə bilmərəm.
- Yaradıcılığınızda nə kimi yeniliklər var?
- Bu yaxınlarda Astarada hərbi hissədə, Lənkəranda Daxili Qoşunların qarşısında oxuduq. Hava isti olsa da, inanın, zövq aldıq. Xəzər TV-də iki veriliş çəkildi. Altıncı gün efirə gedəcək. Keçən ay Almaniyada, Fransada konsertimiz oldu.
- Nə zaman haqsızlığın qurbanı olmuşsunuz?
- Haqsızlıq hər zaman var, olacaq da. Sadəcə, mən ruhdan düşmürəm. Dinə bağlı olan insanam. Ümumiyyətlə, heç vaxt belə şeylərə fikir vermirəm. Haqq gec-tez öz yerini tutur.
- Çoxları deyir ki, Səkinə xanım özündənrazı insan təəssüratı yaradır. Səbəb nədir?
- Hamı çox vaxt deyir, inanın, bu fikirlə çox rastlaşıram. Zahirən ciddi görsənirəm, Tanrının bəxş etdiyi simadır. Bir də görürsən kimsə yaxınlaşıb, bir söz deyən kimi “ay can” deyirəm, öpürəm, qucaqlayıram. Qarşımda olan xanım deyir: “Mən sizi belə bilmirdim, qaraqabaq görsənirsiniz”. Bəlkə də mənim ifa tərzimdən irəli gəlir. Amma çox sadə, mehriban xanımam.
- Sənət sizi seçdi, yoxsa siz sənəti?
- Bilmirəm, sənət seçdi, mən seçdim, bir də gördüm ki, bu sənətdəyəm. Peşman da deyiləm. Xalqın hörmətini, məhəbbətini verdi bu sənət mənə. Mən necə peşman olaram? Heç vaxt. Hər adama qismət olmur ki, bu cür sənəti olsun. Sənətim elədi ki, min cür dənə hadisələrlə rastlaşırıq. Bir dəfə Amerikaya uçurduq. Amerikaya gedənlər bilirlər. Deməli, okeanın üstündən uçanda aşağıda boşluq var, salon boşluq tərəfə düşür, qalxır. İnanın, çox qorxuludur, vahiməlidir. Əl-ayağım yerdən üzüldü, dedim, daha axırımızdır. Çox qorxur insan. Onda fikirləşdim ki, daha təyyarəyə minən deyiləm. Amma gedib gələndən sonra yenə gedirsən. Sənətdə stress olur, əziyyət çəkirsən. Təsəvvür edin, sənəti təbliğ edirsən, təyyarə ilə ölkələrə gedirsən. Hər şey Allahın əlindədir. Hadisə olanda olur. Bilmək olmur. Amma yenə də mən sənəti sevirəm.
- Tanınmış, populyar olmaq həyatda kömək edir, yoxsa maneçilik törədir?
- Bizim sənətimiz elədir ki, hamı bizi tanıyır. Düzdür, çölə çıxanda, dükana gedəndə problem yaradır. Ürəyin istəyən kimi seçim edə bilmirsən. Ona görə də mən bütün geyimlərimi xarici ölkələrdən alıram. İnanın, orada çox rahat oluram, doyunca gəzirəm, zövq alıram, ürəyim istəyən geyimdə çıxıram, alış-veriş edirəm. Məsələn, mən evdə olanda iki gün harasa qonaq gedirəmsə, kosmetikadan istifadə etmirəm, təbiiliyi çox sevirəm. Ancaq harasa məclisə gedəndə istifadə edirəm.
- Sevgi nə deməkdir sizin üçün? İlk dəfə neçə yaşında sevmisiniz?
- (Gülür.) Sevgi mənim səsimdir, sənətimdir. İnanın ki, səhnə mənim ən böyük sevgimdir. Sevgi torpağa, valideynə, hamıya qarşı olur. Çoxları Füzulini oxuyur. Elə bilirlər ki, ancaq sevgi haqda yazıb. Füzulinin yazdığı beytlərin hamısı Allahla bağlıdır. İyirmi bir yaşında sevmişəm. Bilirsiniz ki, həyat yoldaşım bibim oğludur. Biz bir yerdə böyümüşük. Mənim sənətimə mane olmadı, heç bir şərt qoymadı. Mənə çox dəstək oldu. Sənət aləmində ailə ilə yürümək çox çətindir. Şükürlər olsun ki, sənətimi də, ailəmi də qorudum. Heç birini bir-birinə qurban vermədim. Mən tələbələrimə həmişə məsləhət verirəm ki, birinci növbədə ailəniz olsun. Ailə çox gözəl şeydir. Təsəvvür edin ki, sənətim var, uğur qazanıram. Evə gəlirəm, qapını özüm açıram, uğuruma evdə sevinənim yoxdur, qabağıma çay qoyanım yoxdur. Onda insan necə olar? Amma evə girəsən, qarşına həyat yoldaşın, balan çıxa, uğuruna sevinə, ondan isti qida alırsan, enerjin tükənmir. Mən hər kəsə, bu sənət aləmində olan xanımlarımıza ailə arzu edirəm. Əgər sənətlə birgə ailən olacaqsa, sevgi içində olacaqsan. Bir məsəl var: “Gedər bu gözəllik, sənə də qalmaz”. Hər zaman dərs keçəndə də həmişə bunu deyirəm, ailə önəmlidir, birincidir.
- Gözəl qalmağınızın sirri nədir?
- Mən özümə çox dəyər verən xanımam. Vaxtında yatıram-dururam, rahatlığımı düşünürəm. Qadın zərif məxluqdur. Çalışıram, sakitlikdə dincəlim. Yataq otağında yalnız düşünürəm. O an heç bir musiqiyə qulaq asmıram. Hami kimi özümə qulluq etməyi sevirəm. Paxıllıqdan uzağam, stressdən uzaq oluram. Normal həyatda istədiyim məşğuliyyətdən zövq alıram. Səhər açırsan pəncərəni, bülbüllərin səsi, ağacların qıjıltısı - bu mənə zövq verir.
- Səkinə xanım, olubmu ki, hansısa bir gənc müğənni sizinlə duet oxumaq istəsin?
- Olur, amma mənimlə kimsə duet oxumaq istəyərsə, mənim fikrimlə getməlidir, hər şey mənim səviyyəmdə olmalıdır. Mən hansı fikri söyləyirəmsə, ona cavab verməlidir. Maraqlı ifaçı olmalıdır. Mən deyən boğazları etməlidir. Bu yaxınlarda bir tələbəm var, iranlı qızdır, onunla duet ifa etdim, çox gözəl də qarşılandı. Məclislərdə bir də görürsən ifaçılar yaxınlaşır, hansısa fikri olanda həmişə kömək edirəm. Hansısa muğamı öyrənmək istədiklərini bildirəndə dəstək oluram. Gənclər bizim gələcəyimizdir.
- Bəs siz necə, muğamı sintez edib ifa etmək istəmisinizmi?
- Muğamda bəzi ilkləri mən etmişəm - qadınlardan üçlük edib 90-cı illərdə mən çıxdım İran səhnəsinə. O vaxt bir çox şeylər orada qadağan idi. İslam Respublikasında azərbaycanlı xanəndə kimi ilk dəfə olaraq mən konsert verdim. Muğam festivalında, hind müğənnisi Basri var, onunla ilk dəfə muğamı sintez edib ifa etdim. Böyük bir layihə idi, çox gözəl alındı. Bir çox layihələrim var. İnşAllah yeniliklər olacaq.
- Torpaqlarımız işğaldan azad olunanda ilk dəfə hara ayaq basacaqsınız?
- İnanın, sevincdən hara gələr gözümə, o anı deyə bilmərəm, ora qaçaram. İnşAllah o gün olacaq, əminəm. Kəlbəcərdə olmuşam, İlahi, bir gözəllik var idi. Hara gedirəm, gözümün qarşısından getmir. Şuşada Vaqif Poeziya gecəsində iştirak etmişəm. İnşAllah Cıdır düzünü görmək nəsib olar bizlərə. Qara bulud yox olar. Əvvəllər heç bir rayona gedə bilmirdim. Hara gedirdimsə, Kəlbəcərin dağları, meşələri, bulaqları gözümün önündən getmirdi.
- Sonda deyin görüm, şəlalə nə deməkdir sizin üçün?
- Mənim üçün yaxşı dostdur. Şəlalə adı daşıyan xanımdır. Şəlalə bir çox dağlarda şırıltısı ilə təbiəti gözəlləşdirəndir, təbiətin gözəlliyidir. Bir çox ölkələrdə qismət olub ki, şəlalələr görmüşəm. Viktoriyanı, Niaqaranı görmüşəm, çox gözəldir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|