MƏHƏMMƏD MURSİ ABŞ-IN MARAĞINDADIR
Tarix: 6-07-2012, 13:18 |
Çap et
HİLLARİ KLİNTON ONUNLA GÖRÜŞƏ BİLƏR
ABŞ dövlət Katibi Hilari Klinton gələn həftə Misirin yeni prezidenti Məhəmməd Mursi ilə görüşə bilər.
SalamNews-un "İterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə cümə axşamı ABŞ Dövlət Departamnetinin rəsmi nümayəndəsi Patrik Ventrell məlumat verib.
“Ehtimal edirik ki, Misirin yeni prezidenti ilə görüş dövlət katibinin bu ölkəyə səfəri zamanı baş tutacaq”, - diplomat brifinqdə söyləyib.
Daha öncə verilən məlumat əsasən, H.Klinton iyulun 14-də Misirə, 16-17-də isə İsrailə səfər edəcək.