KAMBOCADA NAMƏLUM XƏSTƏLİK YAYILIB
Tarix: 5-07-2012, 13:07 |
Çap et
3 AYDA 60 UŞAQ DÜNYASINI DƏYİŞİB
İyulun 5-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, Kamboca həkimləri son 3 ayda 60 uşağın ölümünə səbəb olan müəmmalı xəstəliyin səbəblərinin axtarışındadır.
ÜST sözçüsü Aphaluck Bhatiasevi deyib ki, aprel ayından bəri «tanınmayan sindrom» hospitala yerləşdirilən 62 uşaqdan 61-nin ölümü ilə nəticələnib, amma bu xəstəliyin insandan insana keçməsinə dair hər hansı göstərici yoxdur.
Onun sözlərinə görə, tibb işçiləri müəyyənləşdirməyə çalışırlar ki, bütün hallar eyni xəstəlikdir, yoxsa müxtəlif.
Xəstəliyə düçar olan uşaqlar 10 yaşa qədər olanlardır. Onlarda ilk növbədə yüksək temperatur, ardınca isə nevroloji simptomlar və ağır respirator problemlər müşahidə olunub.
Naməlum xəstəlik əsasən Kambocanın cənubunda qeydə alınıb. \ Azadlıq Radiosu \