
TOQQUŞMALAR ZAMANI YÜZDƏN ARTIQ İNSAN HƏLAK OLUB
Suriya ordusunun silahlı müxalifətlə qarşıdurmaları nəticəsində yüzdən artıq insan həlak olub.
Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Hüquq müdafiəçiləri bildirirlər ki, Suriya ordusu Homs, Hula və İdlib şəhərlərini atəşə tutub.