ZAQATALANIN HAKİMİ YUXARI VƏZİFƏYƏ GƏTİRLİR
Tarix: 25-06-2012, 15:13 |
Çap et
BU MƏSƏLƏYƏ 29 UYUNDA BAXILACAQ
Zaqatala rayon Məhkəməsinin hakimi daha yuxarı vəzifəyə təyinat alacaq. APA-nın xəbərinə görə, hakim Elçin Hüseynovun yuxarı instansiya məhkəməsinə təyin edilməsi məsələsinə Milli Məclisin növbədənkənar sessiyasının iyunun 29-da keçiriləcək iclasında baxılacaq. Onun Şəki Apellyasiya məhkəməsinə hakim təyin ediləcəyi gözlənilir.
Qeyd edək ki, 1963-cü il təvəllüdlü Hüseynov Elçin Şirin oğlu 2007-ci ildən indiyədək Zaqatala rayon Məhkəməsinin hakimi işləyir.