Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                     Nazirlik 2 milyonluq tenderinin .....                     Nazirlərin Nyu-York görüşü .....                     "Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək" .....                     “Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” .....                     Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü .....                     Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq .....                     Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək .....                     "Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... .....                     “Zəngəzur dəhlizi açıla bilməz...” .....                     Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir .....                     “Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək .....                     Bayraq meydanında bayrağımız yenidən dalğalanır .....                     Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: .....                     Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? .....                     “Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” .....                     Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb .....                     İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? .....                     "Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim" .....                     Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı .....                     Elarizin nəvəsi ilə “dueti” .....                     Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? .....                     ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir .....                     Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib .....                     Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi .....                     Paşinyan açıqladı .....                     ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib .....                     "Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, .....                     Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər .....                     Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir .....                     Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir .....                     Bu insanlara sərhəddə güzəşt edilməlidir! .....                     Qərb Gürcüstana niyə “ögey övlad” kimi .....                     Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi .....                 

SÜLEYMAN MİKAYILOVUN DURUMU AĞIRDIR
Tarix: 25-06-2012, 12:17 | Çap et
SÜLEYMAN MİKAYILOVUN DURUMU AĞIRDIR

SAHİBKARLARA DİVAN TUTAN İCRA BAŞÇISININ PA-DA İZAHATI ALINIB

DİA.AZ: - Qaradağ rayonundan olan sahibkarlar rayon icra hakimiyyəti tərəfindən aparılan söküntülərdən şikayət edirlər. Redaksiyamıza şikayət edən sahibkarlar Ağahüseyn Ağayev, Mirzəkərim Hüseynov və Fuad Məmmədov deyirlər ki, yeni icra başçısı gələndən obyektləri sökə-sökə gedir. Qalıblar məhkəmə qapılarında. Məsələn, Ağahüseyn Ağayev bildirib ki, oğlunun adına olan dörd obyektdən üçü icra başçısının göstərişi ilə sökülüb. Biri isə əlindən alınıb.

Ağahüseyn Ağayev: «İcra başçısı üç obyektimi qanunsuz sökdürüb, birini də qanunsuz olaraq yaxın adamının adına özəlləşdirib. Məndən başqa, 10 nəfər sahibkarın əmlakı də qanunsuz özəlləşdirilib. Oğlumun adına olan mağazanın bir hissəsini - 238 kvadratmetrini sökdü, məhkəməyə müraciət etdim. Məhkəmə həmin mağazanın yerində əvvəlcə bank binası tikilməsi barədə qərar qəbul etdi. Mən özüm uzun illər həmin rayonda icra başçısının müavini olmuşam və xəritə üzrə hansı binaya hansı ərazidə bina tikintisi üçün yer ayrılmasını da yaxşı bilirdim. Bunu məhkəmədə sübut edəndən sonra, hakim əvvəl mənim xeyrimə qərar çıxartdı. Həmin günün ikinci yarısı məni tələsik məhkəməyə çağırdılar, hakim qərarını dəyişdi. Belə izah etdi kİ, Bakı şəhər İcra hakimiyyətinin tikintiyə dair sərəncamı var. Ancaq bu dəfə mağazanın yerində bank binası üçün yox, xəzinədarlıq idarəsinin tikintisi üçün qərar çıxartdı. Mən Prezident Administrasiyasına şikayət yazdım, ərizəm Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə İdarəsinə göndərilmişdi. Gecə ilə Xəzinədarlıq idarəsinin tikilmiş bir hissəsi söküldü, yer özümüzə qaytarıldı».

Ağahüseyn Ağayev 1 saylı İqtisadi-İnzibat məhkəməsində Qaradağ rayon İcra Hakimiyyətinə qarşı dəymiş zərərin ödənilməsinə dair iddia qaldırıb. 2 illik süründürməçilikdən sonra məhkəmə onun iddiasını təmin edib və ona dəymiş zərərin müqabilində 285 min manat kompensasiya ödənilməsinə dair qərar çıxarıb. Ağahüseyn Ağayev deyir ki, bu məbləğ mağazanın 190 kvadratmetrini kompensasiya edir. Sökülən mağazanın sahəsi isə 238 kvadratmetr olub.

Ağahüseyn Ağayev: «İndi apelyasiya şikayəti vermişik, Biz itirilmiş faydaya görə də kompensasiya tələb edirik. Başçı mağazanı sökdürəndə mənim orada olan 100 min manatlıq malım zay olub. 21 aydan da çoxdur mağaza işləmir və gəlirdən məhrum olmuşuq».

Ağahüseyn Ağayev DİA.AZ-a onu da bildirib ki, bundan başqa, oğluna məxsus olan üzlü plitə sexi də icra başçısının göstərişi ilə qanunsuz sökülüb. O, 1 saylı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə ona əldən çıxmış fayda kimi aylıq 1000 manat hesablamaqla 19 min manat, dağıdılmış avadanlığa görə 22 min manat kompensasiya ödənilməsinə və sexin tikilib bərpa edilərək özünə qaytarılmasına dair qərar çıxarıb. Ancaq nə Qaradağ icra hakimiyyəti nə də sahibkar qərardan razı qalmayıb.

Sahibkar icra hakimiyyətinin rəhbərliyinə qarşı cinayət işi başlanmasına görə, xüsusi qərar çıxarılması üçün qərardan apelyasiya şikayəti verib. İcra hakimiyyəti isə söküntünün qanuni olduğunu iddia edərək həmin instansiyaya müraciət edib.

«Daha bir obyektimiz Bakı-Salyan yolunun 15-ci kilometrliyindədir. Sahəsi 300 kvadratmetr olan ticarət obyekti idi. Onu da sökdürdü. Ona görə məhkəmə bizim xeyrimizə qərar çıxarıb. Bazarın qarşısındakı ticarət cərgəsində isə 11 ticarət mağazasını sökdürüb ki, onlardan biri də mənim ailəmə məxsus olub. Ona görə hələ məhkəməyə müraciət etməmişik, çünki söz verib ki, o mağazanın əvəzinə başqa ərazidən yer ayrılacaq bizə».

Sahibkar Mirzəkərim Hüseynov isə bildirib ki, mağazası ondan xəbərsiz keçirilən məhkəmə qətnamələri ilə əlindən alınıb. Yuxarı instansiya məhkəmələri də onun sahibkar kimi pozulmuş hüquqlarını bərpa etməyib:

«Ailələrimiz 1 il yarımdır ki, ac-susuzdur. Ailədə 9 nəfərik, o mağaza bizim yeganə qazanc yerimiz idi. İndi o boyda ailə 250 manat pensiyanın ümidinə qalıb. Mağazaya mal almaq üçün banklardan götürdüyüm 20 min dolları ödəyə bilmirəm. 2 ildir ordan-burdan borc tapa-tapa ödəyirəm. Pul da getdi, mal da getdi, mağaza da getdi».

Digər sahibkar Fuad Məmmədov isə bildirib ki, indi əllərindən çıxmış mağazanı vaxtilə onun ailəsinə elə dövlət özü verib:

«12 ildir mağazanı işlədirdim, xəbərim olmadan Qaradağ məhkəməsi bazarda olan mağazamın bağlanması barədə qətnamə çıxarıb. Guya bazar sahibinin mənimlə olan icarə müqaviləsinə xitam verilib. Halbuki, mağaza sərəncamla mənə məxsusdur və mənim heç kəslə icarə müqaviləm yoxdur. Kommunal müqaviləni icarə müqaviləsi kimi işə tikib saxta qətnamə çıxarıblar».

Onu da bildirək ki, Qaradağ rayonunun «Çakır» ləqəbli icra başçısı Süleyman Mikayılova qarşı cinayət işinin açılma ehtimalları var və bir neçə gün əvvəl belə bir xəbər yayılmışdı. Birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adamı kimi tanınan Süleyman Mikayılovu mühafizə edən çətirin «deşiləcəyi» isə heç şübhəsizdir. Ən azından Ramiz Mehdiyevin mövqelərinin son günlər zəifləməsi bu təəssüratı yaradır.

Mötəbər mənbələrdən DİA.AZ-a daxil olan son məlumatda isə vurğulanır ki, artıq sahibkarların məsələsi ilə əlaqədar Süleyman Mikayılov PA-ya yağrılıb: «Maraqlıdır ki, onu PA-da Ramiz Mehdiyevə əks qütbdə dayanan simalar qəbul edərək, baş verənlərlə bağlı izahatını alıblar. Başçının diqqətinə çatdırılıb ki, məsələ birbaşa olaraq prezident İlham Əliyevin diqqətindədir və izahat da prezidentə təqdim olunacaq».

Xatırladaq ki, prezident İlham Əliyev Qaradağ rayonundan deputat olub və onun millət vəkilliyi dönəmində və onun rəhbərliyi altında inşa olunan obyektlərin böyük əksəriyyəti Süleyman Mikayılov tərəfindən «plana salınaraq», Qaradağ rayonunun arxitektur quruluşuna zidd obyektlər kimi təqdim olunub.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Bu gün, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Bu gün, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Bu gün, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Bu gün, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Bu gün, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
Dünən, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
Dünən, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
Dünən, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
Dünən, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
Dünən, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
Dünən, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
Dünən, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
Dünən, 16:02
“Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün eskalasiyada maraqlı görünür”
Dünən, 16:00
Bayraq meydanında bayrağımız yenidən dalğalanır
Dünən, 15:56
Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: - Bizi illərdir qapı ağzında gözlədənlər...
Dünən, 15:51
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
Dünən, 15:41
“Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” - Abramyan
Dünən, 15:30
Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb
Dünən, 15:27
İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? - AKTUAL
Dünən, 15:23
"Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim"
Dünən, 15:21
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT
Dünən, 15:14
Elarizin nəvəsi ilə “dueti” - VİDEO
Dünən, 15:10
Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? - NƏ BAŞ VERİR?
Dünən, 15:07
ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir - FAKT BUDUR!
Dünən, 15:00
Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib - ISNA
Dünən, 14:45
Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi - "Spiegel"
Dünən, 14:10
Paşinyan açıqladı – Əliyevin tələbi yerinə yetiriləcək
Dünən, 14:07
ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO
Dünən, 14:01
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
Dünən, 14:00
Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər - GƏLİŞMƏ
Dünən, 13:59
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir - MƏQALƏ
Dünən, 13:54
Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir - FAKT BUDUR!
Dünən, 13:29
Bu insanlara sərhəddə güzəşt edilməlidir! - Deputatın təklifi reallaşa bilərmi?
Dünən, 13:27
Qərb Gürcüstana niyə “ögey övlad” kimi DAVRANIR?
Dünən, 13:23
Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi - "Heç kim heç nədən sığortalanmayıb"
Dünən, 13:14
İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib
Dünən, 13:09
“AFB Bank”ın rəhbərliyinə təyinat - FOTO
Dünən, 12:48
Bərdə probasiya şöbəsində nə baş verir? - TƏFƏRRÜAT
Dünən, 12:44
Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir - TENDER NƏTİCƏSİ
Dünən, 12:40
AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR - Biz arxasızıq deyə bunu edirlər
Dünən, 12:28
İran İsraillə birbaşa qarşıdurmaya girir? - AÇIQLAMA
Dünən, 12:26
Azərbaycanda da restoranları olan məşhur pizza şəbəkəsi müflis oldu - FOTO
Dünən, 12:24
"Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi 1000 il bundan əvvəlki selləmə suvarma sistemidir"
Dünən, 12:21
"Hizbullah" lideri Şeyx Həsən Nəsrullah öldürülüb - İsrail mediası
Dünən, 12:16
Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən danışdı: - "Uşağımı xəstəxanaya aşpaz çatdırıb"
Dünən, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru