“ƏVƏZ ZEYNALLI HƏBSDƏN SİYASİ SİFARİŞLƏ AZAD OLA BİLƏR”
Tarix: 23-06-2012, 15:32 |
Çap et
“KİMİNSƏ KÖMƏK ETMƏSİNİ İSTƏMİRƏM”
“Əvəz Zeynallı ilə məhkəmədən-məhkəməyə görüşə bilərəm”. Bu sözləri Modern.az saytına açıqlamasında həbsdə olan “Xural” qəzetinin baş redaktorunun həyat yoldaşı Məlahət Zeynallı deyib. M.Zeynallı onun səhhətində bəzi problemlərin olduğunu bildirib. “Lakin bunlar həbsdən öncə də var idi. Gözləyirik həbsdən çıxsın, müalicə olunsun. İndi istəmirik, çünki əks-təsir edə bilər”.
M. Zeynallı “Xural”ın dostlarının onlarla əlaqə saxladıqlarını və hər zaman onların mənəvi köməyini hiss etdiklərini qeyd edib. “Buna görə onlara çox təşəkkür edirəm. Maddi köməyə gəlincə isə özüm işləyirəm və kiminsə kömək etməsini istəmirəm”.
Əvəz Zeynallının məhkəməsinə gəlincə, M.Zeynallı bildirib ki, onun həbsi necə siyasi sifariş əsasında olub, həbsdən azad olunması da siyasi sifarişlə olacaq.
“İstintaq işinin məhkəmə prosesinə çox zəif təsir edə bilər”.