TÜRKİYƏLİ DEPUTAT AZƏRBAYCANDA DİNCƏLƏCƏK
Tarix: 23-06-2012, 15:28 |
Çap et
“ƏVVƏLLƏR İSTİRAHƏT ETMƏK İMKANIM OLMAYIB”
Yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milliyətçi Hərəkat Partiyasından (MHP) olan deputatı, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) direktoru Sinan Oğan Azərbaycana səfərə gələcək. Bu barədə SalamNews-a S.Oğan özü məlumat verib.
Səfərinin işgüzar olmadığını diqqətə çatdıran türkiyəli deputat, yay tətilini Azərbaycanda keçirəcəyini söyləyib. O, TBMM-nin yay tətilinə çıxan kimi Bakıya gələcəyini bildirib. “İndiyədək Azərbaycana 1-2 günlük rəsmi səfərə gəlmişəm, istirahət etməyə imkanım olmayıb. Çox adam yay tətilini ABŞ, Fransa və digər ölkələrdə keçirir, mən isə bu il yay tətilini Azərbaycanda keçirmək qərarına gəldim”, - Sinan Oğan deyib.