NAZİRLƏRİMİZİN «ÇÖRƏK UĞRUNDA» İLGİNC DAVASI
Tarix: 22-06-2012, 13:27 | Çap et
«BAKER» ZAVODU BİNƏQƏDİ ŞEFİ XALƏDDİN İSGƏNDƏROVUN ƏLİNƏ KEÇDİ
DİA.AZ: - Məlum olduğu kimi, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Xaləddin Şahmar oğlu İsgəndərovun Bakı şəhəri Binəqədi rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzaladı. Bildirək ki, Xaləddin Şahmar oğlu İsgəndərov birbaşa olaraq fözqəladə hallar naziri Kəmaləddin Heydərovun adamıdır və zamanında Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin rəis müavini vəzifəsini tutub.
Məlumatlarda həmçinin Xaləddin İsgəndərovun vergilər naziri Fazil Məmmədovun yaxın qohumu olduğu da söylənilir və bildirilir ki, o, nazirin bacısının həyat yoldaşıdır.
Onu da xatırladaq ki, Binəqədi rayonuna indiyədək Milli Məclisin sədri Oqtay Əsədovun qudası Alı Qocayev başçılıq edib. O, prezident İlham Əliyevin az əvvəlimzaladığı sərəncamla vəzifəsindən azad olunaraq, Samuxa icra başçısı göndərilib.
Və bu xəbərlərin ardından yayılan məlumatlarda da qeyd olunurdu ki, Xaləddin İsgəndərovun Binəqədiyə rəhbər təyin edilməsilə əslində adıkeçən rayon əl dəyişdirmiş oldu. Belə ki, birbaşa olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kurasiyasına verilən Binəqədi eyni zamanda Oqtay Əsədovdan alınmış hesab olundu.
Onu da bildirək ki, Kəmalədin Heydərov son günlərdə Qəbələ rayonunu da əldən verib, amma bunun müqabilində ölkənin dördüncü iri şəhəri hesab olunan Mingəçeviri ələ keçirib. Hazırda Mingəçevirə rəhbərlik edən Niyazi Bayramov FHN şefinin adamı hesab olunur və nazir son günlər Mingəçsevirdə davamlı olaraq görünməkdədir. Bu barədə verdiyimiz məlumatımızda da bildirmişdik ki, Kəmaləddin Heydərov Mingçevirdəki köhnə balıq vətəgələrini də ələ keçirib və sözügedən obyektlər «Caspian Fish»in monapoliyası altındadır. Son məlumatlarda isə bildirilir ki, Kəmaləddin Heydərovun adından yeni icra başçısı Mingəçevirin sahibkarları üzərində də hökm etməyə başlayıb. Məlumatlı mənbənin bildirdiyinə görə, qum çıxarılan karxanaların sahiblərinə təzyiqlər edilir ki, onlar obyektlərini dəyər-dəyməzinə FHN şefinin adamlarına satsınlar. Bildirək ki, inşaat sektorunda Mingəçevir qumu kifayət qədər samballı imicə sahibdir. Bu isə o deməkdir ki, Kəmaləddin Heydərov Mingəçevirdəki qum karxanalarına göz dikməklə heç də boşuna həvəslənməyib.
Amma əsas olaylar Binəqədi rayonunda baş verir. Bu barədə məlumatı verən mötəbər qaynağın sözlərindən belə aydın olur ki, birbaşa olaraq iki nazirə - vergilər naziri Fazil Məmmədova və fövqəladə hallar naziri Kəmaləddin Heydərova güvənən Xaləddin İsgəndərov ilk günlərdən öz mizan-tərəzisini ortaya qoyaraq, hökmünü yeritməyə başlayıb. Amma yenə də köhnə vergi işçisi olan Xaləddin müəllim əvvəlki peşə xüsusiyyətlərini də davranışlarında hiss etdirməyə başlayıb.
Mötəbər mənbənin DİA.AZ-a bildirdiyiinə görə, yeni icra başçısı bir müddət əvvəl Binəqədi rayon icra hakimiyyətinin binasında yerli sahibkarlarla mini-görüş keçirib. Mənbənin söylədikləri: «Təbii ki, sahibkarların nə əqədr pul qazandığını Xaləddin İsgəndərov bir vergi işçisi kimi yaxşı bilir və onu kimsə aldada bilməz. Hətta özü ilə bərabər o, Binəqədi ərazisindəki iş yerlərinin statistikasını da çıxararaq, görüşə hazırlıqlı vəziyyətdə gəlibmiş».
Məlumatlara görə, sahibkarlara köhnə vergi işçisi kimi aylıq haqq qoyan Xaləddin İsgəndərov eyni zamanda bəzilərini əməlli-başlı məngənəyə də salıb: «Təbii ki, həmin «bəzilərinin» əsas günahları onların keçmiş icra başçısı Alı Qocayevə yaxın olmalarıdır. Xaləddin İsgəndərov da onların qarşısında daha ağır şərtlər qoyub. Bu isə o deməkdir ki, işləmək istəyirlərsə, «çətirlərini» dəyişməli olacaqlar».
Bildirək ki, bu gün bir çox dükan və macazalarda satışa çıxan «Baker» çörəklərini bişirən zavod da Binəqədi rayonu ərazisində yerləşir və əslində həmin zavodun Elçin adlı şəxs tərəfindən yönəldilməsi də simvolik xarakter daşıyır və zavod birbaşa olaraq Alı Qocayevə məxsusdur. Bunu gözəl bilən Xaləddin İsgəndərov həmin toplantıda ən çox «Baker» zavodunun işini tənqid hədəfinə tutmaqla yanaşı, mətbuatda da bu zavodun məhsullarının daha çox tənqid olunduğunu dilə gətirib: «Əslində, bununla başçı həm də «Baker»in rəhbərliyinə vaxt vermiş olub. Ya deyilən yüksək hədli aylıq haqqı çatdırmalıdır, ya da Binəqədidən daşınmalıdır».
Redaksiyamıza daxil olan son məlumatlardan isə aydın olur ki, iki gün əvvəl Xaləddin İsgəndərov «Baker» çörək zavodunun sahibliyini ələ keçirib. Bu barədə məlumatı verən mötəbər mənbənin sözlərindən belə aydın olur ki, icra başçısı zavodun Elçin adlı sahibinə bunun müqabilində cəmi-cümlətanı 500 min manat pul vəd edib və nağd şəkildə 200 min manat ödənilib. Halbuki «Baker» markalı məhsulları istehsal edən zavodun real qiymətinin dəfələrlə artıq olduğu söylənilir.
Bir sözlə, Xaləddin İsgəndərov «Baker»i yağmalayıb və ona bu işğalında isə həm Vergilər Naziri Fazil Məmmədovun və həm də Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun birbaşa dəstək olduğu söylənilir. Mənbəmiz iddia edir ki, «Baker»ə bundan sonra elə FHN şefinin adamı rəhbərlik edəcək.
Hətta bir başqa məlumatlarda isə bildirilir ki, «Baker» zavodunun «Gilan» Holdinqin çətiri altına düşməsi də gözlənilir: «Hələlik bu istiqamətdə heç bir rəsmiləşdirmə aparılmayıb. Amma gözlənilir ki, belə bir addım atılsın. Və bu gün «Baker»ə faktiki olaraq FHN şefinin adamının rəhbərlik etməsi də «Gilan» Holdinqin çörək biznesinə nüfuz etməsi üçün bir şərait yaratmış olur».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|