Rövşən Binnətli vəzifəsindən azad olundu .....                     Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı .....                     Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq” .....                     Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? .....                     Lənkəranın prokuroru işdən çıxarıldı .....                     "5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " .....                     İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? .....                     AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... .....                     Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır .....                     Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib .....                     Ermənistana qaz sataq? .....                     Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... .....                     "Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir .....                     Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? .....                     Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu .....                     "Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" .....                     Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ .....                     Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Silah siyasətimiz neft siyasətimizdən önə keçir .....                     Ən çox zərər edən 10 Rusiya şirkəti .....                     “Access Bank” medianı susdurmağa çalışır? .....                     Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu .....                     Döyülən xəstəxana direktoruna cinayət işi açıldı .....                     "Uşaqlarım beton üstündə yatır..." .....                     Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ .....                     Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır .....                     Masaya yalnız bir variant qoydular .....                     “Kəpəz”in ən böyük problemi nədir? .....                     “TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi .....                     Bank of Baku-da .....                     Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub .....                     Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında .....                     Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... .....                     “İkinci NATO” olmayacaq .....                     Paşinyan rəsmən BURCUDUR... .....                     "Hər şeydən əlini üzən müğənni olur" .....                     1 milyon “qanpulu”nu belə “yeyib”lər .....                     Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib .....                     ”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib .....                 

Təhsil Nazirinin qanını qaraldacaq suallar - Və yaxud Mikayıl Cabbarova hesab dərsi: “408 : 32 = 17”
Tarix: 26-01-2015, 13:19 | Çap et
Təhsil Nazirinin qanını qaraldacaq suallar - Və yaxud Mikayıl Cabbarova hesab dərsi:
“Azərbaycanda tənqidi fikrə görə,
ümumiyyətlə fikrə görə heç kim
təqib olunmur.” İlham Əliyevin
Angela Merkellə keçirdiyi birgə
brifinqdən. Berlin, 21 yanvar, 2015.



Hamımıza məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamı Mikayıl Cabbarovun təqdimatı əsasında imzalanıb. Sərəncamın yaratdığı narazılığın və çaşqınlığın məsuliyyəti də onun üzərinə düşür. İnanmıram ki, sərlövhədəki “müəllimlərin dərs yükü” ifadəsi ilə həftəlik iş həcmi norması – stavkanın fərqini ondan başqa kimsə anlamamış ola. Hamımız şahidik ki, bu vaxta qədər Prezident heç zaman belə çətin anlaşılan sərəncam imzalamayıb. Bu sərəncamın adı 120 min region müəllimlərini Prezidentdən narazı saldı, paytaxt müəllimlərini isə əvvəl sevindirdi, sonra isə məyus etdi. Bu məyusluğun səbəbini dəyərli oxucu bir az irəlidə biləcək. Bu sərəncamın layihəsi də eynilə regional təhsil idarələrinin yaradılması haqqında sərəncam layihəsi kimi, Prezidentin masası üzərinə birbaşa qoyulmuşdur. Güman ki, bu sərəncamın da aqibəti törətdiyi fəsadlar aşkar olunduqdan sonra həmin sərəncamın aqibəti kimi olacaq.
Gələk Mikayıl Cabbarovun efirdə sərəncama dair açıqlamalarına. Az adam tapılar ki, o verilişdən sonra başağrı dərmanı qəbul etməsin. Mikayıl Cabbarov hardan bilsin ki, cümlə bitmiş bir fikri ifadə etməlidir. Fikirləri bir-birinə qaynaq etmək anlaşılmazlıq yaradır. Axı onun iki il təhsil aldığı Amerikada cümlənin mübtəda və xəbəri “yoxdur”. Bunlar “aaaaaa...” və “ıııııı...” ilə əvəzlənib. Onun həmin çıxışda nisbətən konkret görünən bircə fikrini dərk etməyə çalışaq. “Azərbaycanda müəllimlərin 64%-i il ərzində 408 saatdan az dərs deyir. Bu isə o deməkdir ki, onların həftəlik dərs yükü 17 akademik saatdan azdır.” Yaxşı ki, bu cümlədə “akademik” sözü işlədilib, yoxsa müəllimlər akademik saatla işlədiklərini “bilməyəcəkdilər”. Görəsən 408 ədədini Mikayıl Cabbarov haradan götürüb? Bu, hansı standartdır? Tədris ili 32 həftədir, müəllimin həftəlik dərs saatlarının miqdarı isə natural ədədlə ifadə olunur. Heç bir natural ədədi 32-yə vuranda 408 alınmır. Hesablamanın niyə məhz 408-ə nəzərən aparılmasını nazirlikdə anlayan olsa, bizi də başa salsın. İkinci cümlədən isə belə çıxır ki, 408-i 32-yə böləndə 17 alınır. Hə, bax bu, riyaziyyatda yeni “kəşf” sayıla bilər. Bu da dil savadına “heyran qaldığımız” M.Cabbarovun ibtidai sinif həcmində olan elementar riyazi savadı. Ölkədə savadsızlığın ləğvinə haradan başlanmalı olduğu göz önündədir. Təhsildən isə sonra danışarıq.
Özünün dediyi kimi, onun qarşısında duran əsas məqsədlərdən biri şagird-müəllim nisbətinin (yəni bir müəllimə düşən şagird sayının) artırılmasıdır. Riyaziyyatçılar yaxşı bilir ki, bu nisbətin artması üçün ya şagird sayı kəskin şəkildə artırılmalıdır, ya da müəllim sayı kəskin şəkildə azaldılmalıdır. Aydındır ki, Mikayıl Cabbarov ölkədə uşaq doğumunu artırmaq iqtidarında deyil. Deməli, qarşıya qoyduğu məqsədə çatmaq üçün mütləq müəllimləri kütləvi şəkildə ixtisar etməlidir. Gördüyümüz kimi, onun efirdən söylədiyi “müəllimlər ixtisar olunmayacaq” fikri əsassızdır. Buradan belə çıxır ki, o, ya nisbətin nə olduğunu bilmir, ya məntiqi nəticə çıxarmaq qabiliyyəti yoxdur, ya da səmimi deyil, yalan danışır. Bu gün ölkədə müəllimlərin həftəlik orta dərs yükü 12 saatdan aşağıdır. Sözügedən sərəncam hər bir müəllimə həftədə 18 saat dərs yükü tələb etməyə hüquqi əsas verir, və bu sərəncama uyğun olaraq həmin 12 saatı 18-ə çatdırmaq üçün müəllimlərin ən azı 33,3%-i yəni təxminən 50 min nəfəri öz işini itirməlidir və onların bir daha öz ixtisası üzrə yenidən işə düzəlmək şansı olmayacaq. Hazırda minlərlə işsiz gənc mütəxəssis və ali pedaqoji təhsil alan on mindən artıq tələbə isə gələcəkdə peşəsinə uyğun iş tapmaq arzusunu bu gündən dəfn etməlidir. Düşünürəm ki, Mikayıl Cabbarovun bu siyasəti anti-millidir və dövlətimizin sosial siyasəti ilə daban-dabana ziddir.
İndi də gəlin təşəbbüskarı Mikayıl Cabbarov olan bu sərəncamın Bakı müəllimlərinə nə verəcəyini aydınlaşdıraq. Sərəncamın birinci hissəsi birmənalıdır. Stavkanın 1,5 dəfə artırılması müəllimin çiyninə qoyulan yükün ağırlığını 1,5 dəfə artırmaqdır və bunun müəllimin ziyanına olmasını deməyə ehtiyac yoxdur. Ulu öndərimiz Heydər Əliyev təhsildə inqilabi dəyişiklik etməyin qəti şəkildə əleyhinə idi. Bəlkə Mikayıl Cabbarov təhsil sferasını ondan yaxşı bilir? Rəhbərlik etdiyi sahədə peşəkar olmayan adamdan bundan artıq heç nə gözləmək olmaz.
Sərəncamın ikinci hissəsini bir qədər ətraflı şərh edək. Tutaq ki, bu gün müəllim həftədə 12 saat (1 stavka) dərsə görə X manat alır. Bundan sonra 18 saat (1 yeni stavka) dərsə görə iki dəfə çox, yəni 2X manat alacaq. Onda əvvəl bir saat dərsin əməkhaqqı X : 12, sərəncamdan sonra isə 2X : 18 = X : 9 olur. İkincini birinciyə bölsək, artımın bir tam üçdə bir dəfə və ya üçdə bir qədər, yəni, təqribən 33,3% olduğunu görərik. Deməli, heç bir tutulma aparılmadan, hesablanan artım təqribən 33,3%-dir. Tutulmalardan sonra əlinə 200 manat alan müəllim üçün əməkhaqqı artımını hesablayaq. Tutaq ki, 200 manat əməkhaqqı üçün tutulmalarsız hesablanan məbləğ X-dir. Sosial sığorta və həmkarlar üçün birgə 5 % bütün məbləğdən tutulur. 14% gəlir vergisi isə bu məbləğin minimum əməkhaqqı qədər hissəsindən (140 manat) tutulmurdu. Yəni
X – 0,05X – (X – 140) x 0,14 = 200
Buradan X  223 manat alınır. Deməli, əvvəl 223 manat əməkhaqqı hesablananda ələ alınan məbləğ 200 manat olurdu. Yeni sərəncama uyğun artımı tətbiq edəndə 223 manatı 33,3% artırırıq. 223 + 223 : 100 x 33,3 = 297 manat hesablanan əmək haqqıdır. İndi tutulmaları nəzərə alaq. Vergi qaydalarına görə, məbləğ 250 manatdan az olduqda onun 140 manatından vergi tutulmur. Çox olduqda isə bütün məbləğdən tutulur. 14% – vergi, 3% – sosial sığorta, 2% – həmkarlara. Cəmi 19%. 297 – 297 : 100 x 19 = 297 – 56 = 241 manat. Əvvəl ələ alınan əməkhaqqı 200 manat idisə, sərəncamdan sonra 241 manat olur. Deməli, buradan göründüyü kimi, ələ alınan pulun artımı cəmi 20% civarındadır.
Asiya İnkişaf Bankının hesablamalarına görə, 2014-cü ildə Azərbaycanda inflyasiya 9% olmuşdur. Paytaxtda istehlak qiymətlərinin artımı yüksək, bölgələrdə isə aşağı olduğu məlumdur. Mütəxəssislərin fikrincə, Bakıda illik inflyasiya 13-14%, bölgələrdə isə 6-7% olmuşdur. Müəllimlərin əmək haqqı axırıncı dəfə 2013-cü ilin avqust ayında 10% artmışdır. Həmin vaxtdan keçən il yarım müddətində Bakıda inflyasiya 20% civarında olub. Sonuncu sərəncamla müəllimlərin ələ aldığı əməkhaqqının 20% artırılması bu inflyasiyanın əvəzidir. Yəni bu sərəncamın icrasından sonra paytaxt müəlliminin maddi durumu 2013-cü ilin sentyabr ayında necə idisə, elə olacaq. Neftin qiymətinin enməsi ilə əlaqədar manatın məzənnəsi düşsə (bu qaçılmazdır), müəllimin maddi durumu daha da pisləşəcək. Bir şeyi bilmək lazımdır ki, bu sərəncamda məqsəd müəllimin sosial durumunun yaxşılaşdırılması deyil, bunun sabit saxlanmasıdır. Təşəbbüskarı Təhsil Nazirliyi olan bu sərəncamda hədəf aşağıdakılardır:
1. Stavkanı 18 saata qaldırmaq.
2. Müəllimlərin əməkhaqqının vergiyə cəlb olunmayan hissəsini də vergiyə cəlb etmək.
3. Neftin qiymətinin düşməsinin büdcədə yaratdığı problemlərlə əlaqədar kütləvi ixtisarlar aparmaq.
4. Mikayıl Cabbarova lazım olan “islahat” görüntüsü yaratmaq.
5. Sosial durumundan narazı müəllimlərə bir müddət “əməkhaqqınızı təzəcə iki dəfə artırmışıq, daha nə istəyirsiniz” demək.
Gördüyünüz kimi, bunların hamısı müəllimin və təhsilin ziyanınadır. Dövlət Qoruğundan gələn adam müəllimin, təhsilin mənafeyinimi qorumalı idi? Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin də bununla bağlı mövqeyini bilmək bu təşkilatın büdcəsinə ildə yüz milyon manatdan artıq üzvlük haqqı ödəyən müəllimlər ordusu üçün maraqlı olardı. Sözümüzün sonunda onu xatırladaq ki, Türkiyədə cumhuriyyətin ilk illərində prokurorluq orqanlarında çalışanların əməkhaqqının nə qədər olması barədə Mustafa Kamal paşanın fikrini soruşduqda o, belə cavab vermişdi: “öyrətmənlərin maaşından artıq olmasın”...


Məhəmməd Bayramov,
təhsil eksperti.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rövşən Binnətli vəzifəsindən azad olundu - ƏMR
Bu gün, 17:22
Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı
Bu gün, 16:09
Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq”
Bu gün, 16:08
Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? – Ekspertdən açıqlama
Bu gün, 16:07
Lənkəranın prokuroru işdən çıxarıldı - FOTO
Bu gün, 16:03
"5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " - AÇIQLAMA
Bu gün, 16:01
İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? - GƏLİŞMƏ
Bu gün, 15:59
AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... - ÖZBAŞINALIQ!
Bu gün, 15:55
Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır - FOTO
Bu gün, 15:40
Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib
Bu gün, 14:17
Ermənistana qaz sataq? – İrəvan Moskvadan Bakıya sığınmaq istəyir
Bu gün, 14:02
Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... - GƏLİŞMƏ
Bu gün, 14:00
"Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir
Bu gün, 13:56
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Bu gün, 13:09
Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu – Məhkəmə təcrübəsini müəyyənləşdirən qərar
Bu gün, 13:06
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" - Ekspert
Bu gün, 13:03
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Bu gün, 12:59
Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Bu gün, 12:55
Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:53
Silah siyasətimiz neft siyasətimizdən önə keçir -ŞƏRH
Bu gün, 12:48
Ən çox zərər edən 10 Rusiya şirkəti - SİYAHI
Bu gün, 12:43
“Access Bank” medianı susdurmağa çalışır? - BU NƏDİ BELƏ?!
Bu gün, 12:40
Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu - Paşinyan
Bu gün, 12:38
Döyülən xəstəxana direktoruna cinayət işi açıldı - HƏBS OLUNUR?
Bu gün, 12:22
"Uşaqlarım beton üstündə yatır..." - GİLEY
Bu gün, 12:20
Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ – “Mal-qaradan çox, özümüzə görə narahatıq”
Bu gün, 12:16
Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:07
Masaya yalnız bir variant qoydular - “İran məhv edilməlidir”
Bu gün, 12:05
“Kəpəz”in ən böyük problemi nədir? - AÇIQLAMA
Bu gün, 12:04
“TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi - SƏBƏB
Bu gün, 12:00
Bank of Baku-da - YENİ TƏYİNAT
Bu gün, 11:48
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub - MƏQALƏ
Bu gün, 11:44
Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında –QAN DAVASININ CİNAYƏT DOSYESİ
Bu gün, 11:41
Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... - CAVAB VERMƏLİDİRLƏR NƏHAYƏTDƏ...
Bu gün, 11:37
“İkinci NATO” olmayacaq - GƏLİŞMƏ
Bu gün, 11:30
Paşinyan rəsmən BURCUDUR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:28
"Hər şeydən əlini üzən müğənni olur" - Xalq artisti
Bu gün, 11:26
1 milyon “qanpulu”nu belə “yeyib”lər – “Ona bu şəraiti baş həkim Xuraman xanım yaratmışdı”
Bu gün, 11:24
Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib - ƏMR
Bu gün, 11:11
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
Bu gün, 11:09
"Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" - 160 minlik avtomobil verilən deputat
Bu gün, 11:07
Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb – Problem qarşısında “JEK” də ACİZDİR
Bu gün, 11:05
ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! - vətəndaş üçün DAHA BİR TƏLƏ
Bu gün, 11:02
Bakı-Balakən dəmiryol xətti niyə işləmir? - "ADY-nin monopoliyasına son qoyulmalıdır"
Bu gün, 10:58
Xalqın və dövlətin TRİBUNASI… – 15 illik yol
Bu gün, 10:55
"Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" - ŞƏRH
Bu gün, 10:48
İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... - Xaçikyan
Bu gün, 10:41
Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... - GİLEY
Bu gün, 10:37
Bostankeşdən... Dİ GƏL KEÇ... - RİH-in İŞİ YARIMÇIQ QALIB!
Bu gün, 10:27
"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." - Bir acı AMEA gerçəkliyi...
Bu gün, 10:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru