Sumqayıtda bir binanın sakinlərinin həyatları risq altına atılıb - Eldar Əzizovu vətəndaşların taleyi maraqlandırmırmı? - FOTOLAR
Tarix: 6-01-2015, 14:20 |
Çap et
DİA.AZ: - Redaksiyamıza Sumqayıt şəhəri, Sülh küçəsi, 36-cı məhəllənin sakinləri adından şikayət məktubu daxil olub.
Narazı vətəndaşlar DİA.AZ-a yazdıqları müraciətlərində binalarının fasadlarının təmir olunması zamanı yol verilən qanunsuzluqdan şikayətçidirlər.
Onların bildirdiyinə görə, əməkdar memar İlqar İsbatovun layihə müəllifi olduğu binanın hazırki durumu nə memarlıq baxımından gözoxşayan deyil, nə də təhlükəsizlik baxımından.
Binanın əvvəlki vaxtının da şəklini yollayan sakinlər bildirir ki, fasad yenilənməsi zamanı binanın digər yanlarına da pəncərələr əlavə olunub ki, bu da sakinlərdə narazılıq və narahatçılıq yaradıb: «Hər halda, bu binanın müəllifi olan memar hansı istiqamətdən pəncərə açmağı yaxşı bilirdi və bu əlavə pəncərələr binanın dayanıqlılığına da mənfi təsir göstərəcək».
Sakinlər dia-az.life-a müraciətlərində onu da əlavə ediblər ki, dəfələrlə aidiyyatı qurumlara şikayət etmələrinə baxmayaraq, onları dinləyən olmayıb: «Bütün bunların məsuliyyəti Sumqayıt şəhər icra hakimiyyətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun üzərinə düşür. Yəni onlarla ailənin həyatını risqə atan bu dövlət qurumlarıdır».
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…Binanın indiki və əvvəlki hallarını şəkillərdən də müqayisə etmək olar...