Şok: Şəkidə "vətənə xəyanət" ittihamı ilə həbsdə olmuş şəxsə vəzifə verilib - İcra başçısından ilginc addım
Tarix: 4-12-2014, 12:23 | Çap et
Şəki Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Elxan Usubovun adı indiyə qədər müxtəlif qalmaqallarda, xoşagəlməyən məsələlərdə hallandırılıb. Məmur isə müxtəlif media qurumlarına verdiyi açıqlamaların demək olar ki, hamısında barəsində yazılanların həqiqət olmadığını bildirib. Bu, ölkəmizdə sanki ənənə halını alıb.
Yəni bu vaxta kimi hansısa vəzifəli şəxslərin mətbuatda özü ilə bağlı gedən tənqidlərə sağlam münasibət göstərməsinin şahidi olmamışıq. Bu öz yerində. Məlum olduğu kimi, yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxslərini, yəni icra başçılarını vəzifəyə prezident təyin edir. Ölkə başçısı vəzifəyə qoyduğu şəxslərə etimad göstərir. Əfsus ki, bəzi məmurlar cənab prezidentin etimadını istənilən səviyyədə doğrulda bilmirlər. Belə ki, icra başçılarından bir neçəsi yerli sakinlərə əlavə problemlər yaradır ki, nəticədə əyalətlərdə narazılıq halları artır. Digər tərəfdən, əksər hallarda icra başçıları özlərinə düzgün komanda yarada bilmirlər. Şəkidəki etibarlı mənbələrdən aldığımız məlumatlara görə, icra başçısı Elxan Usubovun rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin etdiyi Nizami İsmayılovun keçmişi qaranlıq məqamlarla zəngindir. Mənbənin verdiyi bilgilərə görə, adıçəkilən şəxs bir neçə il əvvəl dövlətə xəyanətdə ittiham edilərək həbs olunub. Elxan Usubov isə dövlətə xəyanət maddəsi ilə ittiham edilərək həbsdə yatmış Nizami İsmayılovu Şəki Şəhər İcra Hakimiyyətində məsul vəzifəyə təyin edib: "Məlumatınız olsun ki, Elxan Usubov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Şəki Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilən zaman rayona tək gəlməyib. İcra başçısı Nizami İsmayılovu da özü ilə bərabər Ağstafadan Şəkiyə gətirib və icra hakimiyyətində şəhər təsərrüfatı şöbəsinə baş məsləhətçi təyin edib. Deyilənə görə, Nizami İsmayılov Ağstafa İcra Hakimiyyətində işlədiyi vaxtlarda Elxan Usubovla birgə bir sıra qeyri-qanuni işlərə imza atıb. Onlarla səmərələşdirici və elmi təklifin müəllifi kimi təqdim edilən Elxan Usubovun bu addımını isə səmərələşdirici saymaq çətindir. Çünki Şəki İcra Hakimiyyətində baş məsləhətçi işləyən Nizami İsmayılov dövlətə xəyanət edib. Belə bir şəxsə vəzifə verilməsi heç cür başadüşülən hal deyil". Mənbənin verdiyi məlumatda o da bildirilir ki, Elxan Usubovla yaxın münasibətlərə malik olan Nizami İsmayılov icra başçısından sonra Şəkidə əsas söz sahibidir: "Baş məsləhətçi başçının bəzi işlərini aparır. Hətta Elxan müəllimin müavinləri belə ona artıq-əskik söz deyə bilmirlər. Rayon rəhbəri dövlətə xəyanət etdiyinə görə həbsdə yatan şəxsə geniş imkanlar yaradıb. Şəki camaatı Nizami İsmayılovu icra başçısının "sağ əli" kimi tanıyır, habelə onu rayonun ikinci icra başçısı adlandırırlar. Şəkidə həyata keçirilən abadlıq, təmir və tikinti işləri zamanı hansı idarə rəhbərinin nə qədər yardım edəcəyini məhz Nizami İsmayılov müəyyən edir. Belə ki, baş məsləhətçi bir müddət əvvəl Mərkəzi Xəstəxananın baş həkimi Məcid Əliyevi və Suvarma Sistemləri İdarəsinin rəisi Fərahim Qarayevi rayonda aparılan təmir-tikinti işlərinə cəlb edib. Halbuki, onun bunu etməyə haqqı və ixtiyarı yoxdur". Xatırladaq ki, bu ilin may ayında prezident tərəfindən dövlətə xəyanət edən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı Cinayət Məcəlləsinin 274-cü maddəsinə təklif edilən dəyişiklik Milli Məclisə göndərilib. Dəyişikliyə əsasən, dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq ölkə vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Təbii ki, ən böyük cinayət dövlətə, prezidentə xəyanət etmək və onun maraqlarını satmaqdır. Kim dövlətə və onun maraqlarına xəyanət edirsə, heç bir halda bağışlanmamalıdır. Bizə çox maraqlıdır görəsən, Elxan Usubov hansı xidmətlərinə görə, Nizami İsmayılovu icra hakimiyyətində baş məsləhətçi vəzifəsinə təyin edib. Məgər, 180 min nəfərə yaxın əhalisi olan Şəkidə başqa adam tapılmadı ki, həmin vəzifəyə qoyulsun. Görünür, Nizami İsmayılov Ağstafada Elxan müəllimin işinə yaradığı üçün onu özü ilə Şəkiyə gətirib. Amma biz və bizim kimi on minlərlə insan dövlətə xəyanət edən şəxslərin vəzifədə oturmasının əleyhinəyik. Yəqin ki, yuxarı instansiyaların söz sahibləri məsələyə dərhal öz münasibətini bildirəcək. \\ gundelik-baku.com \\ Qarşı tərəfi də dinləyə bilərik...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|