40 faizlə kredit, yoxa çıxan qızıllar: .....                     Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz .....                     Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi .....                     Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib .....                     Ermənistanın qisas istəyi sadəcə intihardır .....                     Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" .....                     “İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” .....                     Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? .....                     Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı .....                     Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər .....                     "Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" .....                     Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... .....                     Sepahın komandiri Suriyada ölüb .....                     İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi .....                     Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb .....                     Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR .....                     Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? .....                     İki avantüristin görüşü .....                     Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? .....                     “Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...” .....                     İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır .....                     Erməni politoloq nədən narahatdır? .....                     Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? .....                     1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur .....                     Rövşən Binnətli vəzifəsindən azad olundu .....                     Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı .....                     Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq” .....                     Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? .....                     Lənkəranın prokuroru işdən çıxarıldı .....                     "5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " .....                     İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? .....                     AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... .....                     Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır .....                     Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib .....                     Ermənistana qaz sataq? .....                     Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... .....                     "Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir .....                     Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? .....                     Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu .....                     "Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" .....                 

Hesablama Palatası Gədəbəyi narın-narın təftiş etməyindədir... - Ramiz Yediyarovun arzuolunmaz günləri...
Tarix: 22-10-2014, 12:42 | Çap et
Hesablama Palatası Gədəbəyi narın-narın təftiş etməyindədir...
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun xeyir-duası ilə bu rayonda həyata keçirilən müxtəlif maxinasiyalar, çoxsaylı korrupsiya halları və digər məmur özbaşınalıqlarına dair redaksiyamıza yeni məlumatlar daxil olmaqdadır. İlk növbədə qeyd edək ki, aldığımız bu məlumatlardan biri qəzetimizin ötən sayında toxunduğumuz məqama aydınlıq gətirə bilməsi baxımından xüsusi maraq doğurur. Belə ki, mövzuya dair dərc etdiyimiz son materialda qeyd olunmuşdu ki, bir müddət bundan əvvəl Milli Qəhrəman İlham Əliyev adına 1 saylı Gədəbəy şəhər orta məktəbin yaxınlığında yeni bağçanın inşası üçün xüsusi ərazi ayrılmışdı. Hətta burada bağça binasının özülü də atılmış və müəyyən başqa işlər də görülmüşdü. Lakin az sonra tikinti işləri qəflətən dayandırıldı. Bu günə qədər də bağçanın inşası yarımçıq saxlanılıb. Ehtimallara görə bu ərazini də Ramiz Yediyarovun “gözü tutub”. Buna görə də nəzərdə tutulan bağçanın yerində bir müddət sonra yeni kommersiya obyektinin ucalacağı tamamilə gözləniləndir.Lakin yeni aldığımız məlumat inşaat işlərinin dayandırılması ilə bağlı bir qədər fərqli ehtimal doğurur. Məlumatda bildirilir ki, analoji vəziyyət hal-hazırda 2 saylı Qumlu kənd orta məktəbinin yaxınlığında inşa olunan digər bir uşaq bağçasının tikintisində də yaşanmaqdadır. Məsələ bundadır ki, bu uşaq bağçasının tikintisini təftiş etmək məqsədilə buraya gələn komissiyaya “inşaatçılar” tərəfindən heç bir sənəd təqdim olunmayıb. Məlum olub ki, tikintini aparacaq müəssisənin müəyyən edilməsi üçün də heç bir tender keçirilməyib. Başqa sözlə desək, rayon rəhbərliyi bağçanı özləri tikib, ayrılan pulları da özləri götürmək qərarına gəliblər. Buna görə də məlumatı təqdim edən mənbə eyni durumun 1 saylı Gədəbəy şəhər orta məktəbin yaxınlığında tikilən bağçada da mövcud olması ehtimalını irəli sürüb.Aldığımız digər bir məlumat da Ramiz Yediyarovun aqrar məsələlər üzrə müavini Rüstəm Nağıyevin yol verdiyi qanun pozuntuları barəsindədir. Həmin məlumatda ilk növbədə bildirilir ki, R.Nağıyev son vaxtlar rayonda fəaliyyət göstərən fermerlərə qarşı tətbiq etdiyi “haqq” yığımlarının yeni, natural formasına əl atıb. Belə ki, mənbənin sözlərinə görə fermerlərdən qoyun sürülərinə örüş sahələrində yer ayrılması məqsədilə indi də iki quzu rüşvət alınır. Lakin bu heç də o demək deyil ki, Rüstəm Nağıyevin Azərbaycan manatına olan rəğbəti azalıb. Məsələn, digər bir məlumatda aqrar məsələlər üzrə müavinin məhz milli valyuta ilə aldığı rüşvətdən bəhs olunur. Bu xüsusda bildirilir ki, bir müddət bundan əvvəl R.Nağıyev Rafiq Nağıyev adlı bir şəxsdən 7000 (yeddi min) manat məbləğində pul alıb. Bunun müqabilində isə Rafiq müəllim həmin şəxsə rayon baytarlıq idarəsinin müdiri vəzifəsini boyun olub. Lakin aradan bir müddət keçdikdən sonra məlum olub ki, bu iş düzələn deyil. Alınan pulu geri qaytarmaq isə Gədəbəy məmurlarına qətiyyən xas olmayan bir cəhətdir. Amma Rüstəm Nağıyev pulu qaytara bilməməsinin səbəbini də aydın şəkildə izah edir. Onun deməyinə görə həmin pul birbaşa Ramiz Yediyarova təhvil verilib. İndi isə bu məbləği başçıdan tələb etmək “yaxşı düşməz”.Yeni aldığımız məlumatlarda adı çəkilən daha bir məmur da Gədəbəy RİH başçısının Gədəbəy şəhəri üzrə nümayəndəsi Şahbaz Bayramovdur. Bu məmurun onu yenidən gündəmə gətirən əməli isə, şəhərin mərkəzi su anbarının ərazisindən müəyyən sahəni fərdi yaşayış evinin tikintisi üçün bir vətəndaşa satması olub. Mənbələr bu əməli icra nümayəndəsinin pula olan hərisliyi ilə bağlasalar da, bizim bu xüsusda fərqli mülahizəmiz də var. Məsələ bundadır ki, Şahbaz Bayramov bir müddət bundan əvvəl Gədəbəy rayon Sukanal idarəsinin rəisi vəzifəsində işləyib. Lakin aşkarlanmış mənimsəmə faktları səbəbindən “Azərsu” ASC-nin kollegiyasının qərarı ilə bu vəzifədən azad edilib. Ola bilsin ki, su anbarının ərazisinin satılması da Şahbaz müəllim tərəfindən həyata keçirilmiş bir “qisas aktıdır”...Əlbəttə ki, bu gün Gədəbəydən aldığımız məlumatlarda şəxsən Ramiz Yediyarov tərəfindən yol verilimiş hər hansı qanun pozuntusu barədə açıqlamalara rast gəlməsək, biz özümüz də çox təəccüblənərik. Amma hələ ki, buna heç bir əsas yoxdur. Hətta son aldığımız məlumatda icra başçısının öz əməllərinə Hesablama Palatısının rəhbərliyini də şərik etmək cəhdlərindən bəhs olunur. Məlum olduğu kimi hazırda Gədəbəy rayonunda Hesablama Palatasının əməkdaşlarından ibarət komissiya müvafiq yoxlamalar keçirir. Bu isə rayon məmurlarını son dərəcə narahat edən bir haldır. Buna görə də Ramiz Yediyarov öz ətrafını panikadan qurtarmaq üçün belə bir fəndə əl atıb. Başçı rayonda bəyan edib ki, komissiyanın Gədəbəyə gəlməsindən bir qədər əvvəl o, özü Hesablama Palatasına vasitəçilər göndərib. Bu vasitəçilər isə guya ki, HP-nın rəhbərliyi ilə müəyyən razılıq əldə edə biliblər. Buna görə də rayonda gedən yoxlamalar elə bir ciddi qanun pozuntuları “aşkar etməyəcək”. Maraqlıdır, görəsən bu yoxlamaların nəticələri məlum olandan sonra Ramiz Yediyarov hələ ki, ürək-dirək verdiyi məmurlarına nə cavab verəcək..?
\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
40 faizlə kredit, yoxa çıxan qızıllar: - Lombard və BOKT-lara "dur" deyiləcək?
Bu gün, 19:10
Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz - NƏ ETMƏLİ?
Bu gün, 19:00
Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 18:56
Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib - ƏMR
Bu gün, 18:54
Ermənistanın qisas istəyi sadəcə intihardır - Şahnazarov
Bu gün, 18:17
Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" - Kredit portfeli 3 dəfədən çox azalıb
Bu gün, 18:12
“İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” - MƏHKƏMƏ
Bu gün, 18:07
Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? - Günahkar valideynlərdir , yoxsa....
Bu gün, 18:04
Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı - İNCƏLƏMƏ
Bu gün, 18:03
Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər - DETALLAR
Bu gün, 18:01
"Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" - Səfir
Bu gün, 18:00
Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... - ARAŞDIRMA
Bu gün, 17:59
Sepahın komandiri Suriyada ölüb - İSNA
Bu gün, 17:58
İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi - DETALLAR
Bu gün, 17:56
Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb - VİDEO
Bu gün, 17:50
Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 17:48
Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - AÇIQLAMA
Bu gün, 17:46
İki avantüristin görüşü - Makron Paşinyanı yeni təlimatlandırır
Bu gün, 17:43
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? - TƏFƏRRÜAT
Bu gün, 17:41
“Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...” - Ovannisyan
Bu gün, 17:38
İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır - İcazə verin, şübhələnək...
Bu gün, 17:36
Erməni politoloq nədən narahatdır? - KİV
Bu gün, 17:34
Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? - Ekspertlərdən fərqli TƏKLİFLƏR
Bu gün, 17:27
1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur – Problem nə zaman həll olunacaq?
Bu gün, 17:24
Rövşən Binnətli vəzifəsindən azad olundu - ƏMR
Bu gün, 17:22
Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı
Bu gün, 16:09
Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq”
Bu gün, 16:08
Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? – Ekspertdən açıqlama
Bu gün, 16:07
Lənkəranın prokuroru işdən çıxarıldı - FOTO
Bu gün, 16:03
"5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " - AÇIQLAMA
Bu gün, 16:01
İran İsraillə mübarizədə bu yanlışı buraxacaqmı? - GƏLİŞMƏ
Bu gün, 15:59
AQTA hara baxır ki..: `GÜRCÜ XƏNGƏLİ` adı altında ZƏQQUTUN... - ÖZBAŞINALIQ!
Bu gün, 15:55
Sumqayıtın möhtəşəm gecə görüntüləri şəhərə yeni rəng qatır - FOTO
Bu gün, 15:40
Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib
Bu gün, 14:17
Ermənistana qaz sataq? – İrəvan Moskvadan Bakıya sığınmaq istəyir
Bu gün, 14:02
Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... - GƏLİŞMƏ
Bu gün, 14:00
"Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir
Bu gün, 13:56
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Bu gün, 13:09
Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu – Məhkəmə təcrübəsini müəyyənləşdirən qərar
Bu gün, 13:06
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" - Ekspert
Bu gün, 13:03
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Bu gün, 12:59
Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Bu gün, 12:55
Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:53
Silah siyasətimiz neft siyasətimizdən önə keçir -ŞƏRH
Bu gün, 12:48
Ən çox zərər edən 10 Rusiya şirkəti - SİYAHI
Bu gün, 12:43
“Access Bank” medianı susdurmağa çalışır? - BU NƏDİ BELƏ?!
Bu gün, 12:40
Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu - Paşinyan
Bu gün, 12:38
Döyülən xəstəxana direktoruna cinayət işi açıldı - HƏBS OLUNUR?
Bu gün, 12:22
"Uşaqlarım beton üstündə yatır..." - GİLEY
Bu gün, 12:20
Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ – “Mal-qaradan çox, özümüzə görə narahatıq”
Bu gün, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru