Dünyanı çalxalayan İslam Dövləti Yaxın Şərqin ən güclü ordusudur? - Azərbaycan bu orduya qarşı savaşa hazırdır
Tarix: 26-09-2014, 12:26 | Çap et
“Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) İslam Dövləti ilə bağlı analitik araşdırmasıBu gün bütün dünyanın nəzəri iki nöqtəyə zillənib: bir Ukrayna, bir də İraq və Suriyada güclənməkdə davam edən İslam Dövləti (İD), əvvəlki adı ilə tanıyanlar üçün İraq və Şam İslam Dövləti (İŞİD). Araşdırmalar apararkən, Al-Arabiya televiziyasının baş meneceri Abdulrahman Al-Rashedin bir sıra açıqlamalrı ilə tanış olduqdan sonra ciddi düşünməyə vadar olduq. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hesablamalarına görə iki il öncə İD-in sıralarında bir neçə yüz döyüşçü olub. Bir neçə ay öncə isə onların sayı 10,000 yaxınlaşıb. Amma, sentyabr ayı üçün MKİ etiraf etdi ki, İD döyüşçülərinin sayı üç dəfə artaraq 30,000 çatıb. Bu, təbii ki, həyacanlandırıcı məlumatdır. Məhz, bu kəşfiyyat məlumatlarından sonra ABŞ Terrorla Mübarizə əleyhinə Koalisiya formalaşdırmağa başlayıb. Məsələnin qorxulu tərəfi bundadır ki, məhz ABŞ və İngiltərə əsrilərinin başını kəsərək internetə yerləşdirən və bu dövlətlərə müharibə elan edən kəslər elə ABŞ və İngiltərə vətəndaşlarıdır. Onların biri təmiz Amerika ləhcəsində, o biri isə təmiz Şərqi London ləhcəsində danışır. Düşündürücü fakt nədən ibarətdir? Demək olmaz ki, ABŞ və İngiltərədən Suriyaya döyüşməyə gedən bu döyüşçülər pis həyat, ədalət axtarışı və daha yaxşı yaşamaq üçün ora gediblər. Verilən məlumatlar onu deyir ki, Avropa və ABŞ-ı tərk edib gedənlərin maliyyə durumları çox yaxşı olub. Əgər bu gün yaxşı və dinc həyatı atıb gedərək ölümlə üzbəüz qalmağı göz önünə alanlar varsa, onlarla vuruşmaq çox çətindir. Onlar inandıqları dini ideologiya uğrunda savaşır və bu yolda ölməyi şəhidlik zirvəsi qəbul edirlər. Bu baxımdan onlar üzərində tam qələbə çalmaq gün-gündən çətinləşməkdədir.
Ən böyük İslam hərb təşkilatı?
Hazırda İD dünyada hərbə söykənən ən böyük islam təşkilatıdır. Onun hərbi potensialı Kuveyt ordusundan iki dəfə böyükdür. İD maliyyə cəhətdən, gizlənmə yerlərinin çoxluğuna və silahlarının müasirliyinə və sayına görə də regionun ən böyük terror gücüdür. Bu ordu həm də döyüş səhnəsində ölməyi şəhidlik kimi qəbul etdiyinə və bundan sonra da birbaşa cənnətə düşdüyünə inandığına görə dünyanın ən təhlükəli ordusuna çevrilib. İD-nin hər bir döyüşçüsü ölməyi arzulayır. Amma, ölmədən öncə daha çox kafiri öldürməyi Allah qarşısında müqəddəs borc bilir. Məlumatlar var ki, bir neçə yüz döyüşçü hazır vəziyyətdə özünü partlatmaq üçün zamanını gözləməkdədir. Kəşfiyyat məlumatları təsdiqləyir ki, bir İD döyüşçüsü 10 sıravi əsgərə bərabərdir. Hətta, təsdiq olunmamış məlumatlar da yayılır ki, İD-nin bu günkü gücünü müqayisə etmək üçün onu yaxşı silahlanmış və müasir silahlara malik ABŞ ordusu ilə müqayisə etmək lazımdır. Bu faktın özü onu təsdiqləyir ki, İD-nə qarşı aparılan müharibə heç də asan olmayacaq. Bu yazdıqlarımızdan əlavə, “Associated Press” agentliynin yaydığı hesabat da reallığı ortaya qoyub. Hesabatda bildirilir ki, qanunsuz neft gəlirləri sayəsində İŞİD tarixin ən varlı terror təşkilatına çevrilib. Hazırda “İslam Dövləti” qruplaşması Suriya və İraq ərazisində 11 neft yatağına nəzarət edir. Bu yataqlardan hasil olunan neft avtosisternlərlə İordaniya, Türkiyə və İraqın qara bazarlarında satılır. “İslam Dövləti”nin satdığı neftin qiyməti bir barrel üçün 25 dollardan 60 dollara qədər dəyişir. Lakin, dünya bazarlarında neftin bir barrelinin qiyməti 100 dollara yaxındır. Biznes müharibə zamanlarında da öz şəxsi mənafeyini daha üstün tutub. Bu gün ABŞ onların maliyyə imkanlarını kəsmək istəsədə, həm Türkiyədə, İraqın özündə, Suriya, İordaniyada və digər region ölkələrində İD ilə hərbi və neft üzrə əməkdaşlığı edən hökumət və biznes strukturları olacaq. İstisna etmək olmaz ki, elə ABŞ və İngiltərə şirkətləri arasında da varlanmaq istəyənlər mövcuddur.
Bununla bərabər, İD işğal etdiyi ərazilərdə də kifayət qədər pul vəsaiti ələ keçirib. İyun ayının 10-da Mosul işğal olunan zaman İD şəhərin Mərkəzi Bankından 500 milyard İraq dinarı (429 milyon ABŞ dolları) ələ keçirmişdi. Əlavə olaraq, qiyməti milyonlarla ölçülən qızıl külçələr də götürülmüşdü. Hələ o zaman, İD-nin dünyanın ən varlı terrorist təşkilatı olması vurğulanmışdı.
Bu deyilənlərə əlavə olaraq “İslam Dövləti” həmçinin soyğunçuluqdan, oğurladıqları insanların əvəzinə aldığı puldan və qul alverindən də milyonlar qazanır.
Hava yoxsa Quru müharibəsi
Artıq Vaşinqtonda çox gözəl başa düşülür ki, hava zərbələri ilə İD-ni məğlubiyyətə uğratmaq mümkün deyil. ABŞ ordusu Koalisiya qüvvələri ilə quru savaşına başladıqda isə verdiyi qurbanların sayı birinci və ikinci İraq müharibəsində verdiyi qurbanlardan daha çox ola bilər. Bunun üçün də, Koalisiya daha çox Kürdləri və Şiələri silahlandırmaqda və onlara dəqiq koordinatlar verməkdə maraqlıdır. Çünki, Qərbin canlı itgilər verməsi onlara qarşı daxili müxalifəti daha da gücləndirə bilər. Digər yandan, ABŞ üçün 3-cü İraq müharibəsi başlamaq və bunu ictimaiyyətə qəbul etdirmək çox çətindir. Elə buna görə də İranın İraq şiələrini silahlandırması və İD-nə qarşı döyüşlərdə iştirak etməsi ABŞ üçün qəbulediləndir. Digər zaman olsaydı, İranın bu addımı beynəlxalq güclər tərəfindən İraqın daxili işinə qarışmaq kimi dəyərləndirilə bilərdi. İran prezidenti və Böyük Britaniya baş naziri arasında keçirilən görüş də İranın Koalisiyaya qoşulması və mümkünsə quru əməliyyatlarında iştirakını mümkün edə bilər. Yuxarıda qeyd etdiyimiz kimi, NATO qüvvələri canlı itgilər vermək niyyətində deyillər. Amma, İran buna hazıdır. O, bunu etməklə İranın beynəlxalq gücünü nümayiş etdirmək niyyətindədir. İD-ə qarşı bəzi Ərəb ölkələri İraqa quru qoşunları göndərməyi də təklif edir. Bunu Yaxın Şərqə səfərinin yekunları ilə əlaqədar ABŞ dövlət katibi Con Kerri də dilə gətirmişdi. Belə görünür ki, yalnız hava zərbələri ilə İD-i məğlubiyyətə uğratmaq mümkün görünmür. Digər tərəfdən isə, ABŞ öz əsgərlərinin İraq səhralarında ölməsini də istəmir. Bunun üçün də Kürdlər və şiələrlə bərabər, İD-i ilə vuruşmaq istəyən istənilən ölkəni də silahlandırmağa və hərbi yardım göstərməyə hazırdır.
Suriya barədə
ABŞ-ın Suriya ərazisində İD-nə hava zərbələri endirməsi Bəşər Əsəd rejiminin maraqlarına uyğun varıantdır. Amerika prezidenti Barak Obamanın İD ilə bağlı bütün açıqlamalarında Suriya müxalifətinə də yardım göstəriləcəyini vurğulayır. Azad Suriya Ordusunun (ASO) 3000 üzvünün hərbi təlimlərə cəlb olunması və silahlandırılması nəzərdə tutulur. Hərbi təlimlərə və silahlara ABŞ 500 milyon dollar pul ayırıb. Bu proses isə bir il yarım–iki il civarında davam edən məsələdir. Belə görünür ki, Bəşər Əsədin bir il hakimiyyətdə qalması mümkündür. ASO-nun silahlandırılması Bəşər rejimini qane etməsədə, İD-nin Suriyadan qovulması fonunda ona vaxt qazandırır. Bu zaman ərzində Bəşər Qərblə münasibətlərini normal hala gətirməyə çalışmaqla bərabər, Rusiyanın da onu daha ciddi səylə müdafiə edəcəyi düşüncəsindədir. Əlavə olaraq, İran Bəşər Əsəd rejiminə və Bəşəri müdafiə edən Livanın Hezbollah təşkilatına ciddi hərbi və maliyyə yardımı göstərməkdədir. Digər bir maraqlı təzad da var. ASO-nun 3000 döyüşçüsü təlimlərdə iştirak edəcək, amma yalnız Hezbollah təşkilatının Suriyada olan döyüşçülərini sayı 6 minə qədərdir. Onlar yaxşı silahlanmış və yaxşı hərbi təlim görmüş, döyüş təcrübəsinə malik hərbiçilərdir.
Azərbaycan və İslam Dövləti
Bu məsələ çox da aktual olmadığına görə bu barədə çox yazmağa ehtiyac da yoxdur. Amma, zaman-zaman İD Azərbaycana da sirayət etmək üçün fikirlər səsləndirib. Kəşfiyyat məlumatlarında İD-nin hədəfində Azərbaycanın da olması göstərilib. Azərbaycandan yüzlərlə insan döyüşmək üçün Suriyaya gedib və İslam Dövlətinə qoşulub. Sentyabr ayında (bir neçə gün öncə) Azərbaycana Milli Təhlükəsizlik Nazirliyi 26 nəfəri həbs edib və onların Suriyada döyüşlərdə iştirak etdiyi barədə də kadrlar yayımlanıb. Təbii ki, məsələ bununla bitmir. Bəlkə də yüzlərlə azərbaycanlı Suriyada döyüşüb və qayıdıb, qalanları isə döyüşməkdədir. Onlar Azərbaycana dönəndən sonra, burada İD-nin sözçüsünə və gizli ordusunun nümayəndələrinə çevriləcəklər. İstənilən an, onlar bu və ya digər məqsəd üçün istifadə oluna bilərlər. Bunun üçün də, təhlükə Azərbaycan üçün qalmaqdadır və daha ciddi tədbirlərin görülməsi ölkənin təhlükəsizlik konsepsiyasına daxil edilməlidir. Xüsusən, sosial şəbəkələrdə İD-ni təbliğ edən yüzlərlə profillər var və onlar başqa adlar altında fəaliyyət göstərirlər. Əlavə olaraq, minlərlə İD-nin öz zamanını gözləyən tərəfdarları var və hər zaman göstəriş gəldiyi zaman hərəkətə keçə bilərlər. Bu gün Azərbaycanda bir çoxlarını düşündürən məsələ həm də Azərbaycanın İD-nə qarşı formalaşdırılan Anti-terror Koalisiyasına ABŞ tərəfindən dəvət olunub olunmaması məsələsidir. Azərbaycan iqtidarı İD üzvlərini həbs etməklə, dəvət olduğu təqdirdə Koalisiyaya qoşulacağı mesajını göndərmiş oldu. Lakin, ABŞ tələsmir. Məsələ burasındadır ki, Azərbaycan son zamanlar insan hüquqları və demokratiya barəsində ciddi tənqid olunmaqdadır. ABŞ prezidenti Barak Obamanın “Klintonun Qlobal Təşəbbüsü” konfransındakı çıxışında birbaşa Azərbaycanı hədəf alması bu dəvətin reallaşmayacağından xəbər verir. ABŞ və NATO üzvlərinin İD-ni vurmaq üçün dəstək aldığı kifayət qədər müsəlman ölkəsi var və Azərbaycana ciddi ehtiyac duyulmur.
Nələr ola bilər?
Belə görünür ki, Suriyada vəziyyət İraqdakından daha çətin olacaq. Çünki, Kürd Pəşmərgə qüvvələri, bir sıra potensial Ərəb dövlətlərinin qoşunları və hətta İran quru əməliyyatlarında İraq ordusuna İD-nin ölkədən tam qovulmasına qədər tam dəstək verəcəyi kimi görünür. Amma, Suriyada Koalisiya qüvvələrinin quru qoşunlarının əməliyyat aparması hələ ki, real görünmür. Bunun üçün də İD-nin Suriyada Bəşər Əsəd qədər ömrünün olacağı mümkündür. Qərb başqa bir yolu da sınaqdan keçirə bilər. Çünki, ABŞ prezidenti bəyan edib ki, İD heç bir yerdə təhlükəsiz yaşaya bilməyəcək və onlar bütün dünyada ovlanacaq. Suriyada ABŞ-ın yalnız hava zərbələri ilə İD-ni məğlub etməsi mümkün deyil, Bəşər Əsədin qüvvələrinin quru əməliyyatlarına dəstək də verilməsi qəbuledilməzdir və bu Bəşər rejiminin ömrünü uzadardı. Koalisiya qüvvələrinə isə Rusiya və Çin Suriya ərazisinə girməyə imkan tanımır. Belə olan halda, ABŞ və müttəfiqləri nə barədə razılığa gələ bilərlər? Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması və yeni hökümətin ABŞ və müttəfiqlərini ölkəyə dəvət etməsi. Bu zaman Rusiya və Çinin edəcəyi bir imkan qalmamaqdadır. Vacib olan məsələ İranın Bəşər Əsədin arxasından geri çəkilməsinə nail olmaqdır. Bəlkə də 1979-cu ildən bəri ilk dəfə Böyük Britaniyanın baş naziri David Kameron və İran prezidenti Həsən Ruhani arasında Nyu Yorkda baş tutan tarixi görüş də buna hesablanıb...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|