Samir Şərifovun adamına qarşı ilginc ittihamlar seriyası - Əməlli-başlı mafiya babası imiş...
Tarix: 13-08-2014, 12:23 | Çap et
Qəzetimizin ötən sayında "Qaradağ rayon Maliyyə İdarəsinin müdiri ailə dostunu necə həbs etdirdi?" başlıqlı məqalə dərc etmişdik. Həmin məqalədə Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 5 saylı Xəzinə İdarəsinin müdiri (Qaradağ rayon Maliyyə Şöbəsində) vəzifəsində çalışan, ailənin etibarından aldatma yolu ilə sui-istifadə edən Mirzə Mirzəyevin "Tac Holdinq" MMC-yə görə ailəvi dost olduqları Xəlilovlar ailəsinin başına oyun açmış və son olaraq da ailənin övladı Xəlilov Namiq Xudaverdi oğlunu həbs etdirmişdir.
Redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən, Namiq Xəlilovun atası Xudaverdi Xəlilov Mirzə Mirzəyevin onların ailəsinin başına necə oyun açdığını, bu işdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Teyyub adlı əməkdaşı ilə necə əlbir olmaları barəsində bəhs etmişdik. Baş verənləri qəzetimizin ötən sayında diqqətinizə çatdırdığımızdan, yenidən həmin məsələlərə qayıtmaq fikrində deyilik. Sadəcə olaraq, ötən sayımızda qeyd etdiyimiz kimi, Xudaverdi Xəlilovun dedikləri əsasında Qaradağ rayon Maliyyə Şöbəsinin rəisi Mirzə Mirzəyevin bu vaxta kimi hansı qanunsuz hərəkətlərə yol verdiyini diqqətinizə çatdırırıq.
Mirzə Mirzəyev 1999-cu ildə Əzizbəyov rayonunda Maliyyə Şöbəsinin rəisi işləyərkən "Emabank" bankını təsis edib və "Emabank"-ın bank şurasına sədrlik edib. Həmin vaxt M.Mirzəyev kredit şəkilində Azərbaycan Beynəlxalq Bankından 300.000 ABŞ dolları alıb və qısa zaman kəsiyində "Emabank"-ı Xuraman adlı xanıma satarkən, o, həmin məbləği saxta sənədlərlə zavallı xanıma sırıyıb. Bir müddət keçəndən sonra qadın bank işi ilə bağlı məhkəmə məsuliyyətinə veriləndə Xuraman həmin məbləğin onun tərəfindən deyil, M. Mirzəyev tərəfindən mənimsənildiyini göstərib Respublikanın Ali Məhkəməsinin Cinayət İşləri Üzrə Məhkəmə Kollegiyasına şikayət vermişdir. İş araşdırılarkən həmin məbləğin Xuraman tərəfindən deyil M.Mirzəyev tərəfindən mənimsənildiyindən kollegiyanın qərarı ilə 4 may 1999-cu il tarixdə M.Mirzəyevin əleyhinə CM-nin 93.8 maddəsinin 4-cü hissəsilə cinayət işi qaldırılıb istintaq aparılması üçün respublika prokurorluğuna göndərilmişdir.
2-ci FAKT: 1999-cu ildə İsmət Məmmədov rəhbəri olduğu M.M. "İslam" qeyri-bank birliyinin vasitəsi ilə M.Mirzəyevin rəhbərlik etdiyi "Emabank"-dan kredit alaraq pul götürüb. Lakin o götürdüyü pulu qaytara bilmədiyi üçün M.Mirzəyev borcun əvəzində İsmətdən yaşadığı 3 otaqlı evin onun adına keçirilməsini tələb edir. İsmət məcburiyyət qarşısında qalıb borc hesabına evini Mirzənin adına keçirməyə razı olur. Notariat kontoruna alqı-satqı üçün gələndə Mirzə oğlum Namiq Xəlilova deyib ki, biz uzun illərin sınaqdan çıxmış ailəvi dostuyuq, bilirsən ki, mən dövlət məmuruyam, vəzifəli şəxsəm, əgər evi indiki şəraitdə adıma alsam, ola bilsin ki, İsmət məndən şikayət etməli olsun. Bu isə bir məmur kimi mənim gələcəkdə karyerama xətər gətirə bilər. Ona görə də, evin alqı-satqısını sənin adına yazdıraq, ara sakitləşəndən sonra evi sənin adından çıxarıb arvadımın qohumuna satacağam. Onu da bildirirəm ki, həmin vaxt oğlum N.Xəlilovun adına Ata Türk prospektində 3 otaqlı şəxsi evi olub və başqa heç bir evə ehtiyacı olmayıb. Beləliklə, M.Mirzəyev İsmətin ona olan borcu hesabına 3 otaqlı mənzilini notariat kontorunda 08.12.1997-ci il tarixdə 024790 ¹-li qərarla oğlum N.Xəlilovun adına rəsmiləşdirib. Aradan 10 ay keçdikdən sonra M.Mirzəyev həmin evi formal qaydada oğlumun adından çıxarıb və notariusun 07.11.1998-ci il tarixli 069381 ¹-li alqı-satqı müqaviləsi ilə qohumu Əzimova Qəndab Bayram qızına satıb. Beləliklə, qeyd edilən tarixdə M.Mirzəyev oğlum N.Xəlilovla İsmət Məmmədov arasında ədavət yaradıb və hazırda M.Mirzəyev oğlumun əlehinə İsmət Məmmədov kartından istifadə edir.
3-cü FAKT: 1999-cu ildə İsmət Məmmədov M.M. "İslam" qeyri-bank birliyi yaratmaq üçün oğlum N.Xəlilovdan 01.03.1999-cu il tarixdə 11.000 ABŞ dolları alıb və 4 nəfərin içində həmin məbləği 30.04.1999-cu il tarixdə qaytaracağını bildirməklə, o öz əli ilə qəbz yazıb imza etməklə şirkətin möhürü ilə yazılı qəbzi təsdiq edib. O, həmin ərəfədə həbs edilərək 10 il azadlıqdan məhrum edilib. O, həbsdən qayıdandan sonra da aldığı pulu qaytarmayıb (qəbzin surətini ərizəyə əlavə edirəm).
Bütün bunlar Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq yolu ilə araşdırılmalı idi. Bəs nə üçün araşdırılmamışdır?
Səbəbi aşağıdakılardan ibarətdir: Ona görə ki, oğluma tələ qurub külli miqdarda pulunu ələ keçirib özünü də həbs etdirən dələduzlar, bu gün yüksək elitalarda vəzifə tutan, bir telefon zənginə istədikləri haqsızlıqların haqq üzərində qələbəsini təmin edən, vəzifə sahiblərinin qohum-əqrabalarıdırlar.
Belə ki, 2007-ci ildən bu günə kimi, "Tac Holding" şirkətində gizli biznes fəaliyyəti ilə məşğul olan və öz əli ilə yazdığı rəqəmlərdə zavodun gəlir-çıxarını hesablayan, məmur M.Mirzəyevin zavoddakı gizli 450.000 manat pay pulu, şəriki Sadiq adlı şəxsin arvadı, Yeganə Mahmudovaya məxsus zavoddakı pay pulunun üstündə fırlanır. Ona görə də bu gün M.Mirzəyevin bütün işlərini pay şəriki Sadiq düzüb-qoşur. Sadiq isə bu düzüb-qoşmada arvadı Yeganə Mahmudovanın Baş Prokurorluqda yüksək vəzifə tutan qohumu Bəhruz Mahmudovdan və Bəhruz Mahmudovun Prokurorluqda Korrupsiyaya Qarşı Mübarizə İdarəsində müstəntiq işləyən oğlu Rəşad Mahmudovdan istifadə edir. Məhz bunun nəticəsidir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə verdiyimiz çoxsaylı şikayətlər edilən təsir nəticəsində burada uzun müddət hərəkətsiz saxlanılmış və sonda analoqu olmayan tərzdə qanun pozuntusu edilərək şikayət materiallarını Mirzə Mirzəyevin müdafiəsində duran və vuraraq oğlum N.Xəlilovun dişini sındıran Mirzəyevin dostu Teyyubun işlədiyi MCQMİ-nə göndərilmişdir.
Gündəlik istehsal gücü 20 ton olan qiyməti 2.000.000 manata yaxın civarında hesablanan, siqaret almağa pulu zorla tapan, guya zavodu alan bəs Cəlal Qocayev hansı vəzifə adamının qohumudur?
Cəlal Qocayev Azərbaycan Dövlət Mərkəzi Bankının monitorinq şöbəsində işləyən Asif adlı şəxsin yeznəsi, Asif isə Mərkəzi Bankın sədri Elman Rüstəmovun xalası oğludur.
M.Mirzəyevin dostu vəzifədə kiməsə güvənib son dərəcə vəzifəsindən sui-istifadə edib, vəzifə səlahiyyətlərini aşmaqla dələduzluğa şərait yaradan notarius Ə.F.Kərimov da onlar kimi.
Dünyanın heç bir yerində görünməyib ki, haqqını yeyib, əmlakını dələduzluq yolu ilə ələ keçirən və sənə külli miqdarda ziyan vuran dövlət məmurundan şikayət verəsən, şikayət olunan məmur qala kənarda, əvəzində şikayət verən vətəndaşın hüququ hüquq-mühafizə orqanları tərəfindən pozularaq həbs edilsin.
Qanunları bu dərəcədə ayaq altında tapdalamaq, haqsızlığa, özbaşınalığa yol vermək, insanların hüquqlarını pozub haqqını yemək, sadə kasıb vətəndaşları dövlət idarələrində adam yerinə qoymamaq, vəzifədə özünə, ailəsinə, qohum-qardaşına və dost-tanışlarına qulluq göstərənlər bilməlidirlər ki, nəyə görəsə insanların əsəbi ilə oynayıb onları qurduqları dövlətdən və dövlətçilikdən narazı salmaq olmaz.
Ona görə də Prokurorluq tərəfindən oğlum haqqında yol verilmiş haqsızlıqla bağlı verdiyimiz şikayətin MCQMİ-dən alınıb obyektiv istintaq üçün Prokurorluqda baxılmasına müdaxilə etməyinizi xahiş edirəm.
Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq… \\ gundelik-bakı \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32 |
|
|
|
• Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23 |
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
|