Saxta diplomla dövləti vəzifə tutanlar haqqında şok faktlar - Göygölün icra başçısı diplomu 15 min dollara alıb
Tarix: 31-07-2014, 13:43 |
Çap et
DİA.AZ: - Saxta diploma qalmaqalı əslində bu gün daha çox məmur korpusuna aid olanları narahat etməlidir. Çünki zaman-zaman Azərbaycan Beynəlxalq Universiteti və digər bu kimi «təhsil bazarlarının» hesabına «ali savad» yiyəsi olub, saxta yolla diplom əldə edən məmurları bu gün çox yüksək vəzifələrdə görməkdəyik.
DİA.AZ-a bu dəfə daxil olan məlumatda isə bildirilir ki, hazırda Göygöl rayonuna rəhbərlik edən Adil Seyidovun da diplomu saxtadır. Belə ki, xəbəri verən qaynaq Göygölün icra başçısının ikinci ali təhsilinin saxta olduğunu iddia edir.
Mənbənin dia-az.life-a söylədikləri: «Azərbaycan kənd təsərrüfatı institutunun iqtisadiyyatını bitirən Adil Seyidov sonradan saxta yolla Gürcüstan Dövlət Aqrar Universitetinin hüquq fakultəsinin diplomunu əldə edib. Əslində icra başçısı ola bilməsi üçün ona elə bir ali təhsili yetərli idi. Amma nədənsə Adil Seyidov «hüquqşünas» kimi də tanınmaq istəyib və o, həmin diplomu zamanında 15 min ABŞ dollarına satın alıb».
Mənbəmiz iddia edir ki, bu gün ümumiyyətlə təkcə Göygöl rayonunda deyil, əksər dövlət qurumlarında saxta diplomla çalışan məmurlar yetətrincədir: «Məsələn, bu gün dövlət gömrük komitəsinin rəhbərliyində, vergilər nazirliyində, hətta təhsil nazirliyinin özündə belə saxta diplomlular var».
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…