Əkbər Hacıyevin Balakəndəki adamının "yuxusu" sakinlərə problem yaradır - Tam nəzarətsizlik
Tarix: 11-07-2014, 12:55 |
Çap et
Müdrik atalarımızın heç ağlına da gəlməzdi ki, onların dediyi “qaz vurub qazan doldurmaq” məsələsi nə vaxtsa Zaqatala Qaz İstismar İdarəsinin Balakən Xidmət Sahəsinin rəisi cənab Asim Məmmədovun həyat şüarına çevriləcək.
Bəli, bəzi məmurlar təbiətin və uca Allahın xalqımıza bəxş etdiyi yeraltı sərvətləri öz dədəsinin malı kimi istifadə edir.
Balakən rayonunda yaşayan tanınmış ziyalımız Tahirə xanım Sultanın paylaşdığı məlumata görə sahə rəisi Asim Məmmədov Balakən sakinlərinin başına olmazın oyunlar açır. Onun əsas iş prinsipi vətəndaşların qazını kəsərək öz cibini doldurmaqdır. Əlbəttə hər bir sakinin sərf etdiyi qaza görə pul ödəmək öhdəliyi var. Ancaq Asim Məmmədov gecə yatıb yuxuda nə görürsə səhər açılan kimi müştərilərin ünvanına nə az, nə çox 200-300 manatlıq bildirişlər göndərir. Guya vətəndaş bu məbləğdə qaz işlədib. Bu rəqəmlərin Asim Məmmədovun ağlına haradan gəldiyini onun özündən başqa kimsə bilmir. Axı, bir vətəndaşın az vaxtda 200-300 manatlıq qaz işlətməsi mümkün olan deyil… Həm də maraqlı budur ki, bu rəqəmlər qaz sayğaclarında göstərilmir. Ona görə də hər gün Qaz Sahəsinin qarşısına xeyli narazı insan yığışır.
Hörmətli Tahirə xanım Sultan Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) bildirdi ki, dəfələrlə ərizə ilə müraciət etməyimə baxmayaraq heç bir əsas olmadan mənim də mənzilimin qazını kəsiblər.
Tanınmış ziyalı “Azəriqaz” İstehsalat Birliyinin sədri Əkbər Hacıyevdən xahiş edir ki, bu biabırçılığa son qoysun.
Problemin aktuallığını nəzərə alaraq gündəmdə saxlayacağıq.