Səlim Müslümov nazirlikdə əsas kadr islahatlarını hansı səbəblərdən yubadır? - Sentyabrdan sonra həngamə qopacaq…
Tarix: 30-06-2014, 14:02 |
Çap et
DİA.AZ: - «Bu gün əmək və əhalinin sosial müdafiəsi nazirliyində və xəttində yüzə yaxın vəzifə var ki, hələ də təyinatını gözləyir, taleyi qaranlıq olaraq qalır». Bu şok məlumatı DİA.AZ-a nazirlikdəki mötəbər mənbə verib.
Xəbəri verən qaynaq bildirir ki, bu gün həm ƏƏSMN-yə rəhbərlik edən və həm də Dövlət Sosial Müdafiə Fondu üzərində nəzarət gücünü qoruyub sayaxlayan Səlim Müslümov hər iki dövlət qurumlarında əksər kadr islahatlarını ertələyib.
Mənbənin dia-az.life-a söylədikləri: «Səlim Müslümovun 14 TSEK sədrini bir iclasdaca qovması və daha bu cür əməlləri onun DSMF-dəki imicinin dağıdılmasına, ƏƏSMN rəhbəri kimi yenidən bir mövqe qazanılması üçün hesablanmış gedişlər idi. Lakin hər kəs yaxşı bilir ki, əsas kadr islahatları sentyabr ayından sonra başlayacaq».
Belə ki, xəbəri verən qaynaq keçən ilin 22 oktyabr tarixində Fizuli Ələkbərovun yerinə nazir təyin olunan Səlim Müslümov qarşısında kadr dəyişiklikləri ilə bağlı qəti tapşırıq qoyulub: «Burada əsas tapşırıq islahatlar zamanı kimdənsə rüşvətin alınmaması ilə bağlıdır. Görünür , bu gün ƏƏSMN-dəki və DSMF-dəki təyinatların yubanması da məhz bununla bağlıdır. Çünki sentyabr ayına qədər vaxtları var və bu vaxta qədər onlar DÜRÜST işləmək məcburiyyətindədirlər».
Onu da bildirək ki, bu gün hər iki dövlət qurumundakı kadr islahatı prosesinə ƏƏSMN-yə Səlim Müslümovun əmri ilə aparat rəhbəri təyin edilmiş Əjdər Olun nəzarət etdiyi söylənilir.