KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir .....                     Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? .....                     DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi .....                     Bakıdan Makrona göndəriləsi “hədiyyə” .....                     Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? .....                     Tovuzun kəndlərində məktəblər niyə boşalır? .....                     "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" .....                     Benzinin qiymətini kimə həvalə etməli? .....                     Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? .....                     Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə .....                     Yeni lizinq şirkəti təsis edilib .....                     Azərbaycan Ukraynaya soğan göndərə bilər? .....                     Tiflis məhkəməsi qərar verdi: .....                     Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                 

Azərbaycana böyük təhlükə vəd edən "səfərbərlik maxinasiyası"... - Arzu Rəhimovun çətiri altında
Tarix: 26-05-2014, 11:04 | Çap et
Azərbaycana böyük təhlükə vəd edən "səfərbərlik maxinasiyası"...
Bildiyiniz kimi, general-leytenant Arzu Rəhimovun rəisi olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi üzrə bu ilin yanvar ayında tibbi müayinədən keçirilmiş ehtiyatda olan hərbi vəzifəlilərin adlı siyahısını nəzərinizə çatdırmışdıq. Qeyd edək ki, sözügedən siyahıda yüzlərlə, hətta daha artıq şəxsin adı, soyadı, atasının adı, qeydiyyat ünvanı və hansı maddə ilə nə vaxt müayinədən keçdiyi öz əksini tapıb. Sözügedən məsələyə toxunmazdan öncə bildirmək istərdik ki, Səfərbərlik Xidmətinin Şəmkir rayon şöbəsinin sabiq rəis müavini, 1971-ci il sentyabr ayında Tovuz rayonunun Aşağı Ayıblı kəndində anadan olmuş mayor Aydın Lətif oğlu Namazov xidmətin sözügedən şöbəsinin rəisi Həsrət İsmayılovun 1999-cu ildən Şəmkirdə hərbi komissar, daha sonra şöbə rəisi kimi çalışdığını vurğulamaqla yanaşı, onun bir sıra qanundankənar hərəkətlərə yol verdiyini iddia edib:

«İzahatlarımın hamısında da göstərmişəm ki, Həsrət İsmayılov 14-cü ildir Şəmkir rayonunda komissar, şöbə rəisi vəzifəsində çalışır və hər çağırışda yarım milyon rüşvət alır. Qeyd etmişəm ki, bu adamın gözünü qan örtüb. Tələb etdim ki, bunlar araşdırılsın. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kadrlar idarəsinin rəisi mənim yanımda Şəmkirin çağırış bölməsinin rəisi mayor Zaur Əliyevə zəng vurdu və bildirdi ki, bu gündən müvəqqəti olaraq orda rəis vəzifəsini sən icra edirsən, hər şeyi səndən soruşacağıq. Kadrların rəisi Zaur Əliyevə dedi ki, əlaqə saxlamaq üçün mənə çıxırsan, mənimlə əlaqə saxlaya bilməsən bizim baş zabitimiz Rövşən Məmmədova çıxırsan. Bu günə qədər də məni çağırmırlar. Məndən sonra isə Həsrət İsmayılovu xidmət yerinə qaytarıblar. Həsrət İsmayılov gəlib burda saxta gördüyü işlərin üstünü basdırmaqla, üzümə adam qoymaqla, başqa-başqa işlərlə məşğuldur. Yəni artıq bu insanın gözünü qan örtüb. Artıq mən onun öhdəsindən gələ bilmirəm».

«Tələb edirəm ki, 2012-ci ilin aprel ayından 2014-cü ilin aprel ayınadək Şəmkir şöbəsində xəstəliklə ehtiyata verilmiş çağırışçılar təkrar yoxlanılsın»

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi Həsrət İsmayılovun Arzu Rəhimovun müavini Zaur Abdullayev tərəfindən müdafiə olunduğunu deyən Aydın Namazovun sözlərinə görə, hazırda onun əlində kifayət qədər ciddi faktlar var: «Xidmətin Şəmkir rayon şöbəsində işlədiyim dövrdə Həsrət İsmayılovun mənə təhvil vermədiyi bölmənin siyahısını ələ keçirmişəm. Həmin siyahıdakı şəxslər 2014-cü ildə komissiyadan keçməlidirlər. Onların ümumi sayı 1598 nəfərdir. 1598 nəfərdən yanvar və fevral ayında düşənlərinin əksəriyyəti artıq komissiyadan keçiriliblər. 70-80 faizi isə heç bir həkim komissiyasından keçmədən Həsrət İsmayılovun imzası ilə möhür vurulub vətəndaşa təhvil verilib. Beləliklə, vətəndaşa 3 möhlət verilib. Hazırda tələbim odur ki, əlimdə olan həmin siyahı prokurorluq orqanları tərəfindən araşdırılsın, hər şey yoxlanılsın, həmin adlı siyahıda adları olan çağırışçılar dəvət olunsun, nəzarət qaydasında hospitalda komissiyadan keçirilsin, onların sağlamlığı müəyyən olunsun. Bundan sonra onlar açıq-aşkar şəkildə ilkin «neqodnı» olanda, yəni xəstəliklə ehtiyata veriləndə kimlərə rüşvət verdiklərini etiraf edəcəklər. Tələb edirəm ki, 2012-ci ilin aprel ayından 2014-cü ilin aprel ayınadək Şəmkir rayon şöbəsində xəstəliklə ehtiyata verilmiş çağırışçılar təkrar yoxlanılsın. Bunlar açıqlansın, araşdırsınlar, əgər cinayətim varsa, o zaman məni də həbs etsinlər. Mən buna razıyam».

«Zaur Abdullayev xidmət rəisinin müavini kimi gələndə velosipedlə gəlmişdi. İndi isə «Land Cruiser» minir»

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsində yaşanan olaylarla bağlı ölkə başçısına, Milli Təhlükəsizlik Nazirliyinə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Hərbi Prokurorluğa, eləcə də Səfərbərlik Xidmətinin rəisi Arzu Rəhimova rəsmi qaydada müraciət etdiyini vurğulayan Aydın Namazov kifayət qədər böyük haqsızlıqlarla üzləşdiyini qeyd etdi: «Belə haqsızlıq olmaz. Bizim cənab general (söhbət Arzu Rəhimovdan gedir-red.) polkovnik Zaur Abdullayevə inanır. Zaur Abdullayev isə kimi faizə oturtdurubsa onları dəstəkləyir, həmin şəxsləri təsdiqlətdirib yerlərində oturdurub. Mənim kimi yetim-yesirlər isə xidmət rəisinin yanına gələndə təzyiqlərlə zəlil elədilər. Bu xidmət yaranandan Zaur Abdullayev şəxsiyyətli zabitlərin şəxsiyyətinə toxunub. O, keçmiş komissarlıqdan qalan zabitlərin əksəriyyətini ləkələyib. Mənə qarşı qarayaxma hamısı Zaur Abdullayevlə Həsrət İsmayılovun oyunudur. 2012-ci ilin aprel ayından 2014-cü ilin aprel ayına qədər xidmətin Şəmkir rayon şöbəsində xəstəliklə ehtiyata verilmiş çağırışçılar təkrar yoxlanılsın. Onda Həsrət İsmayılovun möhlət verdirtdiyi sağlam çağırışçıların hamısı ortaya çıxacaq. Məlum olacaq ki, onların hamısı Həsrət İsmayılova 5 min manat verib «neqodnı» elətdiriblər. Mənim ailə üzvlərimin hər biri Yeni Azərbaycan Partiyasının üzvləridir. Mən isə hərbçi olduğum üçün dondurmuşam. Atam seçki məntəqəsinin sədridir. Bizim kəndin 20 min əhalisi var. Atam kəndin ağsaqqalıdır, onun xüsusi hörməti var. Bizi niyə nüfuzdan salırlar?.. Cənab prezidentin xəbəri yoxdur bu işlərdən. Bizim kimi fəhlə, kasıb, kəndli balalarını tapdalayırlar. Belə şeylər olmaz. Mən heç kimin qarşısında gözü kölgəli deyiləm. Hər zaman sözümü hər yerdə deməyə hazıram. Beyləqandan Şəmkirə gəldiyim köç pulum hələ bu günə qədər verilməyib. Mən çağırıb on gün Bakıda saxlayıblar və aldığım maaşı da orda xərcləmişəm. Mən kommunal xərcimi ödəyə bilmirəm. İşıqpuluna 800 manatdan artıq borcum var. Bunlar Azərbaycan zabitinə belə baxırlar. Onlar mənim şəxsiyyətimi təhqir edir, Azərbaycan zabitini ləkələyirlər. Həsrət İsmayılov hər kvartalda yarım milyon qazanır, Zaur Abdullayevin cibini doldurur. Zaur Abdullayev xidmət rəisinin müavini kimi gələndə velosipedlə gəlmişdi. İndi isə «Land Cruiser» minir. O, hardan maliyyələşir? Məgər biz azərbaycanlı deyilik. Niyə mənim kimi yaxşı, halal, zəhmətilə dolanan insanı ləkələyirlər. Mən də Azərbaycanın oğluyam. Mən də Azərbaycan zabitiyəm. İndi nə edim?

Kimlər, nə vaxt və hansı maddə ilə Şəmkir rayon şöbəsi üzrə tibbi müayinədən keçirilib?

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi üzrə bu ilin yanvar ayında tibbi müayinədən keçirilmiş ehtiyatda olan hərbi vəzifəlilərin adlı siyahısını əldə etmişik. Buyurun, həmin siyahının bir hissəsini sizlərə təqdim edirik. Beləliklə, 1993-cü il təvəllüdlü, Qaqarin 7 ünvanında qeyddiyyatda olan Hacalıyev Hüseyn Hacı oğlu 34b maddəsilə 30.01.2014-cü il tarixdə, 1993-cü il təvəllüdlü, Cavanşir 27 ünvanında qeyddiyyatda olan Quliyev Sənan Alı oğlu 68b maddəsilə 25.01.2014-cü il tarixdə, 1980-ci il təvəllüdlü Musayev Məhər Dilman oğlu 68b maddəsilə 11.01.2014-cü il tarixdə, 1992-ci il təvəllüdlü, İ.Qayıbov 15 ünvanında qeydiyyatda olan Qəribov Ülvi Elxan oğlu 68b maddəsilə 25.01.2014-cü il tarixdə müayinədən keçib. Ə.Vahid 3 ünvanında qeydiyyatda olan, 1992-ci il təvəllüdlü Əsgərbəyli Yusif Səxavət oğlu 25b maddəsilə 25.01.2014-cü il tarixdə, 1992-ci il təvəllüdlü Əsgərov Bayram Arif oğlu 21b maddəsilə 29.01.2014-cü il tarixdə, 1993-cü il təvəllüdlü, M.Rəsulzadə 69 ünvanında qeydiyyatda olan Səfərli Ramid Niyaz oğlu 45b maddəsilə 29.01.2014-cü il tarixdə, 1993-cü il təvəllüdlü, M.Hüseynzadə 27 ünvanında qeydiyyatda olan Rüstəmli Cavid Arif oğlu 52c maddəsilə 24.01.2014-cü il tarixdə, 1993-cü il təvəllüdlü, S.Vurğun 53 ünvanında qeydiyyatda olan Cəfərov Elçin İlqar oğlu 68b maddəsilə 30.01.2014-cü il tarixdə müayinədən keçib. Əliyev Elşad Dəmir oğlu (1980. İrmaşlı. 35b) 13.01.2013-cü il tarixdə, Həsənov Vüsal Zakir oğlu (1982. İrmaşlı. 2c) 15.01.2014-cü il tarixdə, Alırzayev Rasim Sakit oğlu (1985. İrmaşlı. 57c) 18.01.2014-cü il tarixdə, Süleymanov Qövsi Zahid oğlu (1992. Qaracəmirli. 35b) 24.01.2014-cü il tarixdə, Mehdili Yasin Rabil oğlu (1992. Qaracəmirli. 62b) 29.01.2014-cü il tarixdə, Hüseynzadə Vüqar Tahir oğlu (1992. Qaracəmirli. 62b) 29.01.2014-cü il tarixdə, Həsənli Sahib Qalib oğlu (1992. Qaracəmirli. 14b) 30.01.2014-cü il tarixdə, Bədəlov İslam Valeh oğlu (1993 Qaracəmirli 20b. 68b) 25.01.2014-cü il tarixdə, Bayramov Eşqin Ramiz oğlu (1989. Sabirkənd. 84c) 28.01.2014-cü il tarixdə, Abduraxmanov Elçin Nizami oğlu (1991. Sabirkənd. 84c) 28.01.2014-cü il tarixdə, Xəlilov Raqif Mübariz oğlu (1992. Sabirkənd. 2c) 30.01.2014-cü il tarixdə, Sadıqov Aydın Sahib oğlu (1992. Sabirkənd. 68b. 25.01.2014), Məmmədov Nicat Nəriman oğlu (1992. Sabirkənd. 22b. 30.01.2014), Musayev Namiq Rafiq oğlu (1992. Sabirkənd. 38a. 25.01.2014), Allahverdiyev Fuad Arif oğlu (1992. Sabirkənd. 62c. 24.01.2014), Allahverdiyev Murad Xaləddin oğlu (1992. Sabirkənd. 17b. 30.01.2014), Hüseynov Namiq İntiqam oğlu (1993. Sabirkənd. 17b. 30.01.2014), Vəlizadə Afiq Cavanşir oğlu (1992. Keçili kənd. 2c. 29.01.2014), İsrafilov Gündüz Qiyas oğlu (1983. Çaparlı. 34b. 11.01.2014), İsrafilov Vüsal Şahbaz oğlu (1985. Çaparlı. 22c. 24.01.2014), Yusifli İlqar Rövşən oğlu (1992. Çaparlı 40b. 80b. 29.01.2014), İsmayılov Roman Fazil oğlu (1992. Çaparlı. 56b. 29.01.2014), Ramazanov Səhman Oruc oğlu (1993. Əliyaqublu. 73b. 29.01.2014), Ədilov Vüsal Mail oğlu (1980. Düyərli kənd. 71b. 08.01.2014), Dəmirov Azər Babakişi oğlu (Düyərli kənd. 68b. 13.01.2014), Məhərrəmov Tacəddin Tofiq oğlu (1982. Düyərli kənd. 67c. 10.01.2014), İsrafilov Rəşad Nüşirəvan oğlu (1982. Düyərli kənd. 29b. 26.01.2014), Məsimov Əfqan İsmayıl oğlu (1985. Düyərli kənd. 29b. 10.01.2014), Mehdiyev İnqilab İlham oğlu (1986. Düyərli kənd. 40c. 07.01.2014), Cəfərov Pərviz İlqar oğlu (1986. Düyərli kənd. 14b. 10.01.2014), Hacıyev Mübariz Sakit oğlu (1986. Düyərli kənd. 63b. 19.01.2014), Alıyev Rasim Zahid oğlu (1987. Düyərli kənd. 38a. 17.01.2014), Verdiyev Eldəniz Kamran oğlu (1988. Düyərli kənd. 14b. 29.01.2014), Fazilov Urfan Vidadi oğlu (1989. Düyərli kənd. 11c. 19.01.2014), Süleymanov İbrahim (1989. Düyərli kənd. 68b. 19.01.2014), Məzahirov Elşad Arzu oğlu (1989. Düyərli kənd. 22c. 10.01.2014), İsmayılov Tural Sakit oğlu (1989. Düyərli kənd. 80b. 25.01.2014), Cəlilov İlkin Zöhrab oğlu (1989. Düyərli kənd. 14b. 13.01.2014), Hüseynov Ayaz Bayram oğlu (1989. Düyərli kənd. 84c. 24.01.2014), Vəliyev Əfqan Taryel oğlu (1990. Düyərli kənd. 17b. 10.01.2014), Muradov Şahbaz Nemət oğlu (1992. Düyərli kənd. 2c. 30.01.2014), İsayev Ramin Mais oğlu (1992. Düyərli kənd. 71b. 25.01.2014), Vəliyev Səxavət Müqabil oğlu (1992. Düyərli kənd. 34b. 29.01.2014), Məhərov Eşqin Arzu oğlu (1993. Düyərli kənd. 2c. 29.01.2014), Allahverdiyev Fariz Zahid oğlu (1993. Düyərli kənd. 42c. 30.01.2014), Məhərrəmli Nizami Çərkəz oğlu (1992. Qılınçbəyli. 2c. 30.01.2014), Qurbanov Ruslan Müzəffər oğlu (1982. Şiştəpə. 2b. 12.01.2014), Daşdəmirov Elməddin Ziyəddin oğlu (1983. Şiştəpə. 29b. 21.01.2014), Həsənov Seyfəddin Nizaməddin oğlu (1984. Şiştəpə. 49b. 07.01.2014), Cəfərov Eldəniz Şəmistan oğlu (1985. Şiştəpə. 88b. 17.01.2014), Əhmədov Samir Yolçu oğlu (1985. Şiştəpə. 23c. 17.01.2014), Allahverdiyev Elyar Sabir oğlu (1988. Şiştəpə. 71b. 17.01.2014), Abdullayev Elvin İsa oğlu (1989. Şiştəpə. 38a. 26.01.2014), Vəliyev Laçın Saleh oğlu (1990. Şiştəpə. 71b. 24.01.2014), Həsənov Yasin Tahir oğlu (1992. Şiştəpə. 51b. 30.01.2014), Aşırov Elvin Əzəmət oğlu (1992. Şiştəpə. 42c. 30.01.2014), Abdullayev Nicat Novruz oğlu (1992. Şiştəpə. 80c. 30.01.2014), Mayılov Mayıl Tofiq oğlu (1980. Zəyəm qəs. 49a. 12.01.2014), Babazadə Seyid-Arzu Mir-ələm oğlu (1993. Natavan 12. 62b) 29.01.2014-cü il tarixdə, Hüseynov Qələbə Faiq oğlu ( 1992. M.Rəsulzadə 41. 62b) 30.01.2014-cü il tarixdə, Hüseynov Qələbə Faiq oğlu ( 1992. M.Rəsulzadə 41. 62b) 30.01.2014-cü il tarixdə, Mirzəyev Muraz Vilayət oğlu (1992. SMU-28\18. 67b) 25.01.2014-cü il tarixdə, Məmmədov Mətləb Zahid oğlu (1992. İpək yolu 110. 67c) 29.01.2014-cü il tarixdə, Nəsirov Ramin Nəsir oğlu (1992. İpək yolu qəs. 29. 2c) 29.01.2014-cü il tarixdə, Rzayev Süleyman Firudin oğlu (1991. S.Vurğun 240. 57c) 25.01.2014-cü il tarixdə, Həsənov Abdal Namiq oğlu (1990. Ü.Hacıyev 11. 29b) 28.01.2014-cü il tarixdə, Cəfərov Kamil Füzuli oğlu (1988. S.Murğun 144. 2c) 24.01.2014-cü il tarixdə, Quliyev Elvin Şakir oğlu (1985. Sabir 72. 62c) 30.09.2014-cü il tarixdə, Məsimov Ülvi Mail oğlu (1984. S.Vurğun 139. 35b) 14.01.2014-cü il tarixdə, Sadıqov Ramin Sədi oğlu (1982. h\şəh DOS 9 mən 28. 63b) 18.01.2014-cü il tarixdə, Hüseynov Eldəniz Ələddin oğlu (1980. O.Mirzəyev 4. 58b) 27.01.2014-cü il tarixdə, İsayev Alxaz Rüfət oğlu (1980. Əcəmi 6. 59b) 10.01.2014-cü il tarixdə, Qarayev Pərviz Nəriman oğlu (1982. Şəmkir 90. 55a) 26.01.2014-cü il tarixdə, Qarayev Vüqar Səfər oğlu (1984. E.Hüseynov 136. 34c) 12.01.2014-cü il tarixdə, Əliyev Elmar İlyas oğlu (1984. V.Xuluflu 8\4. 49a) 14.01.2014-cü il tarixdə, Sadıqov Elvin Nəsib oğlu (1985. Sərxan 8. 17b) 14.01.2014-cü il tarixdə, Sadıqov Pərvin Yusif oğlu (1986. S.Vurğun 4. 68c) 30.01.2014-cü il tarixdə, Əliyev Elmar Firudin oğlu ( 1988. C.Cabbarlı 43. 14b) 28.01.2014-cü il tarixdə, Süleymanov Elşən Mövsüm oğlu (1991. Telman 10. 62b) 24.01.2014-cü il tarixdə, Əlbərov Ramazan Hidayət oğlu (1991. 01 may 02. 66c) 25.01.2014-cü il tarixdə, Ocaqverdiyev Orxan Eldar oğlu (1992. S.Sərxanlı 21. 29b) 30.01.2014-cü il tarixdə, Musalı Həbib Azad oğlu (1992. Atatürk 18. 14b) 29.01.2014-cü il tarixdə, Kazımov Rauf Vasif oğlu (1992. Qarağ 31. 65c) 25.01.2014-cü il tarixdə, İbrahimli Ramil Elman oğlu (1992. S.Vurğun 10\1. 71b) 29.01.2014-cü il tarixdə, İslamlı Ramin Sahib oğlu (1992. S.Sərxanlı 13. 47a. 13d) 29.01.2014-cü il tarixdə, Zirəddinli Ramil Nizami oğlu (1992. Vidadi 18. 23c) 30.01.2014-cü il tarixdə, Fərmanlı Firdus Firudin oğlu (1993. R.Qədirov. 58b) 30.01.2014-cü il tarixdə, Məmmədov Etibar İlham oğlu (1993. R.Əliyev 46. 52c) 29.01.2014-cü il tarixdə, Quliyev Pərviz Vaqif oğlu ( 1993. M.Əhmədov 4. 51b) 29.01.2014-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi üzrə tibbi müayinədən keçiriliblər. Ehtiyatda olan və Həsrət İsmayılovun rəhbərlik etdiyi şöbə tərəfindən müayinədən keçirilmiş digər hərbi vəzifəlilərin siyahısı ilə növbəti sayımızda tanış ola bilərsiniz.

«Şəmkirin nə qədər kənd qəsəbəsi varsa, onların hər birində Həsrət İsmayılovun əlaltı işçiləri var»

Nəzərinizə çatdıraq ki, Arzu Rəhimovun rəisi olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin sabiq rəis müavini mayor Aydın Namazovun redaksiyamıza açıqladığı ən son bilgilərdə qeyd olunur ki, hazırda prokurorluq orqanları tərəfindən xidmətin Şəmkir rayon şöbəsində gedən yoxlama obyektiv aparılmır: «Mənim siyahısını verdiyim 21 nəfər qeyri-qanuni yolla hərbi xidmətdən yayınan çağırışçıların məsələsi yayındırılır. Həsrət İsmayılov imkan vermir ki, izahat verməyə gəlsinlər. Mənim verdiyim 21 nəfər siyahı Şəmkir rayon Seyfəli qəsəbəsindəndir. Seyfəli qəsəbəsində Həsrət İsmayılov qeyri-qanuni olaraq sovet hökumətinin vaxtından qalan Məhəmmədəli adlı kişini, hərbi stolu işlədir. Həmin hərbi stol heç bir yerdə işləmir, ağsaqqal adamdır. Gah deyilir icra nümayəndəliyinin işçisidir, gah da deyilir Səfərbərlik Xidmətinin işçisidir. Qeyri-qanuni olaraq Həsrət İsmayılov tərəfindən işlədilir. Hər təkrar tibbi komissiyadan sonra Həsrət İsmayılov ona 20-30 manat pul verir. Həsrət İsmayılov qeyri-qanuni xəstəliklə hərbi xidmətdən yayındırdığı çağırışçılardan aldığı 5000 manatdan hər dəfə ona 100-200 manat pul verir. Onu bu cür yolla maliyyələşdirib işlədir. Buna görə də onunla əlbir olub hazırda mənim təqdim etdiyim qeyri-qanuni yolla hərbi xidmətdən yayındırılmış 21 nəfərin xidmətin Şəmkir rayon şöbəsində araşdırma aparan prokurorluğa izahat verməsinə imkan vermirlər. Səhər Şəmkirə gələn prokurorluğun nümayəndəsilə «zavtrık»ı bir yerdə oteldə edirlər, orda söhbətləşirlər. Axşam da birlikdə otelə yığılıb söhbətləşir, məsləhətləşir, öz işlərini qururlar. İki gündür ki, Hərbi Prokurorluğun nümayəndəsi Məhərrəm adlı şəxs Şəmkirdə araşdırma aparır. Bu günə qədər məni ora dəvət etməyib. Halbuki araşdırmaya şikayətçi mənəm. Araşdırmanı mənimlə bir yerdə aparsa, ona hər şeyi açıqlayaram ki, vəziyyət bu yerdədir. Nə üçün həmin 21 nəfər gəlib izahat vermir? Nə üçün onlar hərbi xidmətə getməyiblər?.. Xidmətin Təhqiqat İdarəsi tərəfindən aparılan 8 biletin sahibindən soruşurlar ki, sən niyə təkrar komissiyadan belə keçibsən. Nə üçün onlar təkrar komissiyanı soruşurlar? Niyə soruşmurlar ki, sən nə üçün, hansı əsasla bu qədər vaxt hərbi xidmətdən yayınıbsan? Onlar sağlam, «bık» kimi uşaqlardır. Həsrət İsmayılov bu gün oturub vəzifəsində, möhürü də əlindədir. O, yenə də öz maxinasiyaları ilə məşğuldur, istədiklərini edir. O, yenə də iyul «prizivi»nə düşən çağırışçıların hamısını komissiyadan keçirib oyunlarını oynadır. Bundan başqa, Həsrət İsmayılov xidmət rəisinin əmrilə ixtisara düşmüş sürücüsünü yanında yenə də sürücü kimi işlədir. Hal-hazırda Şəmkirin nə qədər kənd qəsəbəsi varsa, onların hər birində Həsrət İsmayılovun əlaltı işçiləri var. Hansı ki, heç biri ya icra nümayəndəliyinin, ya da Səfərbərlik Xidmətinin işçiləri deyil. Həsrət İsmayılov Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndindəndir. Həmin kənddə Həsrət İsmayılovun Elçin adlı qohumu var. Həsrət İsmayılov onunla əlbir olaraq öz kəndini ona işlətdirir. Bütün kəndlərin hamısında onun adamları var. Hazırda prokurorluq tərəfindən araşdırma gedən, qeyri-qanuni yolla hərbi xidmətdən yayındırılan çağırışçıları qoymur ki, izahat versinlər. Çünki onda Həsrət İsmayılovun paxırının üstü açılacaq. Onlar gəlib tibbi komissiyadan keçərkən nəzarət qaydasında sağlam çıxanda həmin çağırışçalıran valideynləri Həsrət İsmayılovun xırtdəyindən çapışacaqlar ki, Həsrət İsmayılov biz sənə 5 min, 4 min manat pul vermişik, nəyə görə bizim uşağımız komissiyadan sağlam çıxıb əsgər gedir?..»

«O, günorta «Qala» deyilən restorandan sifariş edir və prokurorluğun əməkdaşlarına yemək gəlir»

Aydın Namazov iddia edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi Həsrət İsmayılov qeyd olunan faktları gizlətmək, əməllərini ört-basdır etməkdən ötrü bütün gücünü səfərbər edib: «Bunların hamısını gizlətmək üçün Həsrət İsmayılov əlindən gələn var qüvvəsilə bütün variantlardan istifadə edir. Səfərbərlik Xidməti tərəfindən də buna şərait yaradılır. Ona şərait yaradılır ki, get otur vəzifəndə və nə qədər qeyri-qanuni işlərin varsa çalış hamısının üstünü basdır. Həsrət İsmayılovu da mənim kimi sərəncama götürsünlər və bütün region da bilsin ki, o artıq sərəncama götürülüb. Görün, o zaman Həsrət İsmayılovun nə qədər qeyri-qanuni işləri ortaya çıxacaq. Lakin bu gün Həsrət İsmayılov vəzifədə oturmaqla həmin işləri gizlədir, onların üstünün açılmasına imkan vermir. O, şöbənin qapısının qarşısına adamlar, işçilər qoyub və onlara tapşırıb ki, gələn vətəndaşları geri qaytarın, prokurorluq var burda. O, özünü reklam edir, günorta vaxtı «Qala» deyilən restorandan sifariş edir və prokurorluğun əməkdaşlarına yemək gəlir. Həsrət İsmayılov bütün respublikanın demək olar ki, 80 faizini ələ alıb. Xidmət rəisi, xidmət rəisinin müavini hara baxırlar. Onlar nə üçün Həsrət İsmayılov üçün xidmətin Şəmkir şöbəsində şərait yaradıblar ki, o, bütün qeyri-qanuni əməllərinin üstünü basdırsın?.. Niyə onu sərəncama götürmürlər. Onu da sərəncama götürsünlər. Nə günahım vardı ki, məni sərəncama götürdülər, lakin onu götürmürlər?.. Bu günə qədər də məni çağırıb heç maraqlanan da yoxdur. Mənə də məlumatlar gəlir ki, Həsrət İsmayılovun sürücüsü deyirmiş ki, nə etdi Aydın Namazov, paxıllığı özünə qaldı, özünə cinayət işi açıldı.

Deməli, bu fikirləri Həsrət İsmayılov sürücüsünün yanında hardasa, kiminləsə danışıb ki, sürücüsü də indi bunları deyir.

Bir daha qeyd edirəm ki, əgər Həsrət İsmayılov sərəncama götürülsə, onda onun qeyri-qanuni işlərinin sayı kütləvi şəkildə artacaq, səsi çıxacaq. Həsrət İsmayılov Vətən xainidir! Vətənimiz bu gün müharibə vəziyyətində olduğu bir dövrdə Həsrət İsmayılov Şəmkir rayonunun yarısını xəstəliklə ehtiyata verib…»

(ardı var) \\ azetrinfo.org \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir - FAKT BUDUR!
Bu gün, 07:17
Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? - GƏLİŞMƏ
Bu gün, 07:15
DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32
Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23
Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36
Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34
"Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30
Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28
Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25
Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02
Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27
Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru