Dillər Universitetində GİZLİ MÜDAFİƏ .....                     Kremlin blef və şantajı: Putin həm qorxur, həm qorxudur .....                     Sülh masası uğrunda müharibə: Nyu Yorkdan sonra Moskva... .....                     Nikol Bakının önündə geri çəkildiyini elan etdi .....                     Makron dünyanı Azərbaycana qarşı qaldırır .....                     Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib .....                     3 il əvvəl Azərbaycan bazarına daxil olmuş BƏƏ şirkəti .....                     Qarabağda 7 kəndə su çəkilir .....                     Dia-az.İnfo-da TEXNİKİ FASİLƏ .....                     Qaradağ rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi .....                     COP29-a qədər sülh sazişi imzalanacaq? .....                     Xocalı-Xankəndi yolunda tullantıların yandırılmasına görə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib .....                     Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib .....                     Nyu-Yorkda sülh müzakirəsi: yenə “bir addım irəli” atılacaq, yoxsa... .....                     “Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb .....                     Nəcməddin Sadıkovun adı hallanan 143 milyonluq oğurluq işi .....                     Dövlətə xəyanətdə ittiham olunan şəxs qərardan narazıdır .....                     Sakinlər TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... .....                     Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib .....                     ABŞ Güney Qafqazda güclənmək istəyirsə... .....                     Naxçıvanda YENİ İŞSİZLƏR ORDUSU .....                     Banklar Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində təmsil olunacaq .....                     Rusiya Çində gizli PUA hazırlayır .....                     Vaxtı keçmiş məhsullar ENDİRİM adı altında satılır... .....                     İsrail və Hizbullah arasında atəşkəs bir neçə saat ərzində qüvvəyə minəcək .....                     MİDA-nın rəhbərliyinə 2 ildə .....                     Erməni ekstrasensdən şok iddia: .....                     Şahin Bağırov da YARITMADI... .....                     Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI .....                     Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir .....                     Toy geyimində DƏRSƏ GƏLƏRLƏR? .....                     "Gücüm, ilhamım, həmişəlik dostum" .....                     Naxçıvan Ali Məclisi sədrinə yeni müavinlər seçilib .....                     Bəxtiyar Məmmədov Naxçıvan Ali Məclisinin sədr müavini seçilib .....                     Kanada Azərbaycana necə təzyiq edə bilər ki? .....                     Milli Müdafiə Universitetinə məxsus stend maraqla izlənilib .....                     Yerin altı tıxac, üstü tıxac .....                     `Leo Bank` faiz tutdu, müştərisi İMTİNA ETDİ... .....                     Vilayət Eyvazov onları İŞƏ GÖTÜRDÜ .....                     Paşinyan komanda yoldaşlarını .....                 

Bakıda tikinti şirkəti sakinlərə cəhənnəm yaşadır - NARAZILIQ VAR...
Tarix: 13-09-2024, 11:38 | Çap et
Bakıda tikinti şirkəti sakinlərə cəhənnəm yaşadır
Bakının Nizami rayonunda tikinti şirkəti sakinlərə "qan uddurur". Bu barədə Sputnik Azərbaycan-a Nizami rayonu Kamil Balakişiyev küçəsində yaşayan sakinlər məlumat verib.
Sakinlər bildiriblər ki, "Kursus-Nizami" Mənzil-Tikinti Kooperativi sakinləri illərdir yaşadığı mənzildən məcburən çıxmağa vadar edir. MTK binanın qəzalı olduğunu bəhanə edib Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsində yerləşən 2519-cu məhəllədə yerləşən 39, 41, 43, 45, 47/13 nömrəli üçmərtəbəli binaları, eləcə də onların həyətində yerləşən ikimərtəbəli uşaq bağçasını, qazanxananı, qeyri-yaşayış obyektlərini sökmək barədə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılığa gəlib.

Sakinlərin qara günləri də elə o vaxtdan başlayıb. Sakinlərin dediyinə görə, tikinti şirkəti binanın qəzalı olduğunu bəhanə gətirərək sakinləri öz şərtləri ilə razılaşmağa məcbur edir. Halbuki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun rəyində binanın qəzalı olduğuna dair bir kəlmə də yazılmayıb:
"Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun rəyinə əsasən, Nizami rayonu, Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək vəziyyətdədir".
Sakinlərin agentliyə təqdim etdiyi rəydə də binanın texniki cəhətdən məhdud-işlək vəziyyətdə olduğu qeyd olunub. Sakinlər 1960-cı ildə inşa olunmuş binalarda zəlzələdən sonra çatların belə yaranmadığını, binanın texniki vəziyyətindən narazı olmadıqlarını bildiriblər. Onların sözlərinə görə, sadəcə, olaraq tikinti şirkəti kommersiya məqsədilə yeni binalar inşa etmək üçün ərazidəki binaları sökmək istəyir.

Beləliklə, binada yaşayan sakinlərin bir qismi ilə razılığa gələn tikinti şirkəti onların təklifi ilə razılaşmayan sakinləri incidir.
Bu iddia ilə sakin Dina Adreyeva çıxış edib. O, müsahibəsində bildirib ki, tikinti şirkəti sakinlərin istəyini nəzərə almadan, heç bir layihə təqdim etmədən işə başlayıb. Bu səbəbdən də şirkət nümayəndələrinin təklifləri ilə razılaşmayan sakinlər məhkəməyə verilib.
"MTK bizi məhkəməyə verib məhkəmənin qərarı ilə bizi illərlə yaşadığımız şəxsi mənzilimizdən çıxarmağa çalışır. Məhkəmənin isə onların iddiasını necə qəbul etdiyini anlamıram. Şirkət sakinlərin yaşadıqları mənzillərin ölçüsü barədə məhkəməyə yalnış məlumatlar təqdim edib. Şərtlər yalnız tikinti şirkəti tərəfindən irəli sürülməməlidir, sakinlərin də öz şərtləri var. Hər hansı şəkildə qarşılıqlı razılığa gəlmək mümkün olduğu halda, şirkət nümayəndələri sakinlərin heç bir təklifini qəbul etmir, bizə qarşı heç bir güzəştə getmirlər. Onlar razılaşmanı birtərəfli formada tərtib edir, öz şərtlərini diktə edirlər. Biz bir sıra dövlət qurumlarına müraciət etsək də, hələ ki, heç bir qurumdan müraciətimizə cavab gəlməyib. Hətta yerli icra hakimiyyətinə də müraciət etmişik – onlar da şirkətin tərəfindədir" - sakin şikayətlənib.
İrina Koşinova adlı sakin isə deyir ki, tikinti şirkəti əraziyə gəlməmişdən əvvəl bina tam istismara yararlı olub. Onlar gəldikdən sonra sakinlərin yaşadığı binanı yararsız vəziyyətə salıblar.
"Evimizi qəzalı vəziyyətə salıblar, pəncərələri, qapıları çıxarıblar, işıqları söndürüblər. Bir çox sakinlər evlərini tərk etmək istəmirlər, çünki şirkət nümayəndələri onların istəklərini ümumiyyətlə nəzərə almır və onları məhkəməyə verir. Bizim əmlak toxunulmazlığı hüququmuz var. Şəxsi mülkiyyət qanunla toxunulmazdır. Amma tikinti şirkəti bizə qarşı tam qanunsuz hərəkət edir, öz şərtlərini diktə edir. Bizə öz mənzillərimizin ölçüsündən çox kiçik mənzil verir. Biz hazırda yaşadığımız şəraitdən məmnunuq və bu binada yaşamaq istəyirik. Nəyə görə rahat evimizdən köçüb kirayədə qalmalıyıq? Azərbaycanın möhtərəm prezidenti İlham Əliyev məmurlara xalqı incitməməyi tapşırıb. Ümid edirəm ki, prezidentimiz bizim səsimizi eşidəcək" - sakin bildirib.

Sözügedən binalardan birinin sakini Olqa Ağadadaşova isə qeyd edib ki, şirkətlə 10 aya yaxındır məsələ ilə bağlı danışıqlar aparılır, lakin onlar heç bir nəticəsi yoxdur.
“Onlar bizdən daim güzəşt tələb edirdilər. Biz onlara təslim olanda isə dərhal növbəti güzəşt tələb etdilər. Üstəlik, öz variantımızı əldə etmək üçün bizdən əlavə ödəniş tələb edirlər. Məgər bu ədalətlidir?! Bu, onların güzəştidir ki, biz onlara əlavə pul ödəməliyik?” - sakin bildirir.
Onun sözlərinə görə, binanın qəzalı olması barədə hər hansı sənədi olmayan inşaatçılar onu qəsdən qəzalı vəziyyətə gətirirlər.
"Üstəlik, razılıq üçün öz variantımızı təklif edəndə, buna cavab olaraq deyirlər ki, "başqa çarən yoxdur, qəbul etməlisən. Bu azmış kimi, şirkət əməkdaşları sakinlərdən verdikləri sözə əməl etməyi və dedikləri sözləri unutmamağı tələb etsə də, eyni zamanda, hər gün özlərinə uyğun şəkildə mövqelərini dəyişirlər” - Ağadadaşova qeyd edib.
Sakin onu da vurğulayıb ki, şirkətin sakinlərə qarşı təzyiq göstərmək və onların binadan çıxmasına nail olmaq üçün başqa metodlara əl atacağından, məsələn, binada suyu və ya işığı kəsəcəyindən ehtiyat edir.
Timur Əmirxanov adlı digər sakin isə 20 ilə yaxındır yaşadıqları evdən məcburi çıxarıldıqlarını söyləyib. Bildirib ki, söküntü aparan tikinti şirkəti onları geniş həyəti olan binadan çıxararaq kirayə evə köçürür:
"Bu bina qəzalı deyil. Amma tikinti şirkəti binanın qəzalı vəziyyətdə olduğunu bəhanə edib sakinləri mənzillərindən çıxarır. Bizi isə minimum üç illik kirayə mənzillərə köçməyə məcbur edir. Hansı sakinlə razılaşırlarsa, o mənzilin qapı-pəncərələrini çıxarırlar. Gördüyünüz kimi, tikinti şirkəti binanı qəsdən qəzalı vəziyyətə salır ki, yerdə qalan sakinlər də çarəsiz qalıb onların təklifi ilə razılaşsın. Tikinti şirkəti isə bizə mənzilimizin əvəzində yeni çoxmərtəbəli binadan mənzil verməyi təklif edir. Şirkət qazanmalıdır deyə, biz illərlə kirayələrdə qalmalı, geniş həyəti olan binamızı, şəraitli mənzillərimizi tərk etməliyik? Onlar sakinlərin heç bir istəyini nəzərə almırlar".
"Kursus-Nizami" Mənzil-Tikinti Kooperativinin sədri Elnur Hüseynov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, BŞİH-in verdiyi sərəncama əsasən, FHN-nin rəyi əsasında sökülməsi nəzərdə tutulan köhnə binalarda yaşayan 139 ailənin köçürülməsi həyata keçirilib. Binaların yerində müasir tipli on altı mərtəbəli binalar inşa ediləcək.

"139 ailədən 115 ailə ilə qarşılıqlı razılığa gəlinərək notariusda müqavilə bağlanıb. 29 ailə ilə isə razılığa gəlinməyib. Buna da səbəb 29 ailənin 50 kv mənzilə 500-600 min manat pul, bir otaqlı mənzilə əlavə 80 kvadrat/metrlik iki mənzil tələb etməsidir. Şirkət bu fantastik məbləğlə razılaşa bilməz. Biz notarius xərcini, kirayə haqları və yüklərin daşınmasına çəkilən xərcləri ödəyirik. Hər mənzilin kvadratından 20-25 faiz sakinlərə mənzil veririk. Əvəzləşdirmə etməklə bağlı razılığa gəlməyənlər şirkətdən pul tələb edirlər. Biz isə sakinlərə demişik ki, mənzillərə görə pul yox, mənzillər veriləcək" - şirkət rəhbəri bildirib.
Şirkət rəsmisi binanın pəncərələrinin şirkət tərəfindən sökülmədiyini də bildirib. Deyib ki, razılığa gələn sakinlər köçdükdən sonra mənzilin pəncərə və qapılarını çıxararaq bağ evlərinə aparırlar.
E.Hüseynov onu da deyib ki, sakinlərin çıxmaması söküntü və tikinti işlərini ləngidir. O, hazırda binada yaşayan 6 sakinlə məhkəmədə çəkişmələrin davam etdiyini bildirib.
Nizami Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavid Qafarov isə sözügedən ərazidə söküntü işlərinin pilot layihə əsasında aparılmadığını, tikinti şirkəti ilə sakinlərin öz aralarında razılığa gəlməli olduqlarını söyləyib. Bildirib ki, bu məsələ rayon icra hakimiyyətinin səlahiyyətində deyil. Amma sakinlər tikinti şirkətinin qanunsuz əməlləri ilə bağlı şikayət ediblərsə, bu faktlar araşdırılacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dillər Universitetində GİZLİ MÜDAFİƏ - BU NƏDİ BELƏ?!
Bu gün, 09:17
Kremlin blef və şantajı: Putin həm qorxur, həm qorxudur - NƏ BAŞ VERİR?
Bu gün, 09:13
Sülh masası uğrunda müharibə: Nyu Yorkdan sonra Moskva... - İNCƏLƏMƏ
Bu gün, 09:10
Nikol Bakının önündə geri çəkildiyini elan etdi - GƏLİŞMƏ
Bu gün, 09:08
Makron dünyanı Azərbaycana qarşı qaldırır - Emanuelin məkrli planı
Bu gün, 08:52
Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Bu gün, 04:45
3 il əvvəl Azərbaycan bazarına daxil olmuş BƏƏ şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
Qarabağda 7 kəndə su çəkilir - 15 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 00:02
Dia-az.İnfo-da TEXNİKİ FASİLƏ - LÜTFƏN... NƏZƏRƏ ALIN...
26-09-2024, 14:16
Qaradağ rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi
26-09-2024, 14:16
COP29-a qədər sülh sazişi imzalanacaq? – Qabil Hüseynlinin ŞƏRHİ
26-09-2024, 14:12
Xocalı-Xankəndi yolunda tullantıların yandırılmasına görə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib
26-09-2024, 14:09
Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib
26-09-2024, 14:08
Nyu-Yorkda sülh müzakirəsi: yenə “bir addım irəli” atılacaq, yoxsa... - HƏQİQƏTƏN DƏ...
26-09-2024, 14:00
“Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb
26-09-2024, 12:00
Nəcməddin Sadıkovun adı hallanan 143 milyonluq oğurluq işi – SABAH MƏHKƏMƏ OLACAQ
26-09-2024, 11:49
Dövlətə xəyanətdə ittiham olunan şəxs qərardan narazıdır - MƏHKƏMƏ
26-09-2024, 11:40
Sakinlər TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - Başçının NƏZƏRİNƏ...
26-09-2024, 11:36
Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib
26-09-2024, 11:29
ABŞ Güney Qafqazda güclənmək istəyirsə... - AKTUAL
26-09-2024, 11:27
Naxçıvanda YENİ İŞSİZLƏR ORDUSU - ETİRAZ VAR...
26-09-2024, 11:25
Banklar Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində təmsil olunacaq - AÇIQLAMA
26-09-2024, 11:22
Rusiya Çində gizli PUA hazırlayır - - "Defense Express"
26-09-2024, 11:19
Vaxtı keçmiş məhsullar ENDİRİM adı altında satılır... - "Bravo"ya BƏRƏKALLAH...
26-09-2024, 11:18
İsrail və Hizbullah arasında atəşkəs bir neçə saat ərzində qüvvəyə minəcək - "Channel 13"
26-09-2024, 11:13
MİDA-nın rəhbərliyinə 2 ildə - YARIM MİLYON MANAT ÖDƏNİLİB
26-09-2024, 11:00
Erməni ekstrasensdən şok iddia: - Bu tarixdə müharibə olacaq, Paşinyan öldürüləcək
26-09-2024, 10:56
Şahin Bağırov da YARITMADI... - "Qaçaqmalçılıqla mübarizə adı altında..."
26-09-2024, 10:53
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI - TƏFƏRRÜAT
26-09-2024, 10:50
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir - MƏQALƏ
26-09-2024, 10:46
Toy geyimində DƏRSƏ GƏLƏRLƏR? - REAKSİYA
26-09-2024, 10:44
"Gücüm, ilhamım, həmişəlik dostum" - İlkindən xanımına
26-09-2024, 10:42
Naxçıvan Ali Məclisi sədrinə yeni müavinlər seçilib - ADLAR
26-09-2024, 10:36
Bəxtiyar Məmmədov Naxçıvan Ali Məclisinin sədr müavini seçilib - Vasif Talıbovun kadrı sayılır...
26-09-2024, 10:34
Kanada Azərbaycana necə təzyiq edə bilər ki? - ŞƏRH
26-09-2024, 10:32
Milli Müdafiə Universitetinə məxsus stend maraqla izlənilib - VİDEO
26-09-2024, 10:26
Yerin altı tıxac, üstü tıxac - Mənzil başına necə çataq?
26-09-2024, 10:22
`Leo Bank` faiz tutdu, müştərisi İMTİNA ETDİ... - Bank isə deyir ki...
26-09-2024, 10:21
Vilayət Eyvazov onları İŞƏ GÖTÜRDÜ - VİDEO
26-09-2024, 10:06
Paşinyan komanda yoldaşlarını 2031-ci il seçkiləri haqda düşünməyə çağırdı...
26-09-2024, 10:02
Bu gün VII çağırış Naxçıvan MR Ali Məclisinin birinci sessiyası keçiriləcək
26-09-2024, 10:01
Akademik azadlığın vacib hissəsi: - Təhsil İdarəsindən qısa ətək və şalvar açıqlaması
26-09-2024, 09:59
“Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...” - Erməni politoloq
26-09-2024, 09:46
Azərbaycan və Türkiyənin regional rolu gözardı edilə bilərmi? - GƏLİŞMƏ
26-09-2024, 09:42
Dəhliz bu qafiklə açılır: İran razılıq verdi - Şərtlər belədir
26-09-2024, 09:41
Paşinyandan Bakıya təklif: COP29-a kimi imzalayaq! - ALAYARIMÇIQ...
26-09-2024, 09:40
"Bina hər an çökə bilər..." - Yardımlıda təhlükəli DURUM
26-09-2024, 09:37
"Mən görəsən, nə etmişəm və ya nə edim ki, layiq ola bilim sənə?" - FOTO
26-09-2024, 09:35
"Aylarla iş aparmaq lazımdır" - deputat
26-09-2024, 09:33
Makrondan YEKƏBAŞ AÇIQLAMALAR - Deyir ki, Ermənistana dəstək üçün mütləq regionda olmalıdır...
26-09-2024, 09:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru