Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? .....                     İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib .....                     "Bu gün niyə tez parlayanlar tez də sönürlər?" .....                     6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... .....                     Rusiya nüvə silahından istifadə edəcək .....                     Həftəsonu quru sərhədlər AÇILIR? .....                     Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı .....                     4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq .....                     “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” .....                     Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi .....                     Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... .....                     “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” .....                     Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi .....                     Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? .....                     Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş .....                     ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb .....                     Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Mətbuat katibinin qızı YÖS imtahanında I oldu .....                     “Huner Group” MMC-nin direktoru dəyişdirilib .....                     “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır .....                     Gəncənin yollarını 10 milyon manata bu şirkət .....                     Bakı həbsxanasında .....                     Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu .....                     Həmin rəislər hakim qarşısına çıxarılır .....                     Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib .....                     FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir? .....                     “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib .....                     “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... .....                     Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının .....                     Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... .....                     Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... .....                     Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ .....                     Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə .....                     Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... .....                     Üçüncü Dünya müharibəsi başladı? .....                     Kommunal xidmətlər bahalaşacaq? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir .....                     "Kabinetdə oturanda belə yırtıq yaranır” .....                     Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... .....                     Araqçı və Mirzoyanın intensiv telefon danışığının .....                 

Tibbimizin yırtığı: Onurğa sütununda korrupsiya əməliyyatları - ARAŞDIRMA
Tarix: 9-09-2024, 10:54 | Çap et
Tibbimizin yırtığı: Onurğa sütununda korrupsiya əməliyyatları
Azərbaycanda İcbari Tibbi Sığorta (İTS) sistemi tətbiq olunana qədər insanlar aylarla, illərlə hansısa xəstəliklə yaşayırdılar. Xüsusən də cərrahi müdaxilənin vacib olduğu xəstəliklərdən əziyyət çəkənlər. Çünki xəstəxanalarda, əsasən də özəl klinikalarda tibbi müayinə və əməliyyat xərcləri yüksək idi. Çoxlarının bu xərcləri qarşılamaq imkanı olmurdu.
Ancaq İTS-nin tətbiqindən, sığorta zərfinin genişlənməsindən sonra vəziyyət xeyli dəyişib və səhiyyə xidmətinin əlçatanlığı getdikcə daha da artır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bu ilin mayında açıqladığı "2023-cü il üzrə fəaliyyətə dair hesabat" da dediklərimizi təsdiq edir. Belə ki, ötən il dövlət tibb müəssisələrinə 5 milyon şəxs 22 milyondan çox müraciət edib. Bu o deməkdir ki, ölkə əhalisinin 50%-i icbari tibbi sığortadan yararlanıb. İTS-nin tətbiq olunduğu tibb müəssisələri üzrə 2023-cü il ərzində 33%-i (1 664 080 ) uşaq olmaqla (0-17 yaş) 5 011 538 vətəndaş tibbi xidmətlərdən faydalanıb. 2022-ci il ilə müqayisədə bu göstərici 10% artıb.
İTS-nin tətbiqi ilə icra olunan cərrahiyyə əməliyyatlarının sayında da artım müşahidə olunur. 2022-ci illə müqayisədə 2023-cü ildə cərrahi əməliyyatların sayı da 10% artıb.

İTS-nin bir çox insanlara sağlamlıqlarını yaxşılaşdırmaq imkanı yaratdığına dair başqa arqument və rəqəmlər də gətirmək olar. Amma buna ehtiyac yoxdur. Çünki yeni sistemin tətbiqinin müsbət nəticələrini heç kim inkar etmir. Ancaq təəssüf ki, İTS ilə bilavasitə cərrahiyyə əməliyyatlarının icrası zamanı bir çox qanunsuz, hətta deyərdik ki, dələduzluq əməllərinə yol verilir ki, bu da yalnız həkimlərin deyil, bütövlükdə Azərbaycan səhiyyəsinin, icbari sığortaya cavabdeh qurumların gördüyü işə kölgə salır.
Bəs, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bundan xəbəri varmı? Onların belə neqativ hallara münasibəti necədir?
Bu barədə bir qədər sonra...
DƏLƏDUZLUĞUN İMPLANT SƏVİYYƏSİ
Hələliksə həmin neqativ halların yalnız biri barədə danışmaq istəyirik.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda cərrahiyə əməliyyatlarının sayı ildən-ilə artır. Son vaxtlar cərrahların ən çox həyata keçirdiyi əməliyyatlardan biri də fəqərələrarası disk yırtığının aradan qaldırılması ilə bağlıdır.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, İTS sistemində əsas qanunsuzluqlardan biri bu əməliyyatın icrası zamanı həyata keçirilir.
Belə ki, cərrahlar icbari tibbi sığorta ilə əməliyyata gələn pasiyentlərə fiksasiya əməliyyatı edirlər. Yəni əməliyyatdan əlavə pasiyentlərin fəqərələri arasına implant yerləşdirirlər.
Məsələ burasındadır ki, bu implantlardan xüsusi göstərişlə, yalnız zəruri hallarda istifadə olunmalıdır.

Mütəxəssislərin bildirdiyinə görə, pasiyentin fəqərəsinə implant yalnız instabil hallar müşahidə oldunduqda, yaxud belə bir halın yaranacağına dair ciddi əlamətlər olduqda icazə verilir.
Dəhşətlisi odur ki, hazırda Azərbaycandakı dövlət xəstəxanalarının əksəriyyətində ağına-bozuna baxmadan, kimə gəldi fiksasiya əməliyyatı edirlər.
Təbii olaraq, sual yaranır: Həkimlər niyə bu addımı atırlar? Ehtiyac olmadığı halda niyə fəqərələrarası disk yırtığı əməliyyatı ilə kifayətlənmir, əlavə olaraq, fiksasiya əməliyyatı icra edib pasiyentin fəqərələri arasına implant qoyurlar?
Əldə etdiyimiz məlumata görə, bunun sığortalı xəstələrə şamil olunması təsadüfi deyil. Belə ki, sığorta ödənişi ilə əməliyyat zamanı həkim anlayır ki, pasiyentdən əlavə pul ala bilməyəcək. Ona görə də o, belə bir dələduzluğa əl atır. Xəstəyə bildirir ki, sizə implant qoymalıyıq, implantın pulunu isə sığorta ödəmir, onu özünüz verərsiniz. Hər xəstədən 1000 manat alan həkim onun 500-nü implant üçün ödəyir, 500-nü isə cibinə qoyur. Bununla da ayda 10-20 əməliyyat edən həkim maaşdan əlavə 5-10 min manat qazanc əldə edir.
Beləliklə, əlavə qazanc naminə fəqərələrarası disk yırtığı əməliyyat üçün müraciət edən pasiyentləri ucdantutma fiksasiya əməliyyatı edirlər.

HƏKİMLƏRİ DƏLƏDUZLUĞA MƏCBUR EDƏN AMİL
Qeyd edək ki, rəsmi statistika da son vaxtlar icbari tibbi sığorta hesabına fəqərələrarası disk yırtığı əməliyyatlarının sayının artdığını göstərir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanladığımız sorğuya bildirilib ki, təkcə 2024-cü ilin ilk 6 ayı ərzində 2014 sayda fəqərələrarası disk yırtığı əməliyyatı icra olunub:
"Bunlardan 792-si TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, 1222-si isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində həkim göstərişi əsasında aparılıb".
Göründüyü kimi, ildə təqribən 4 mindən artıq fəqərələrarası disk yırtığı əməliyyatı İTS ödənişləri ilə ya dövlət xəstəxanalarında, ya da Agentliklə müqaviləsi olan klinikalarda həyata keçirilir.

Maraqlıdır, bəs İTS-nin dövlət xəsətxanalarında işləyən cərrahlar niyə bu dələduzluğa əl atırlar?
Araşdırmalarımız zamanı bu sualın cavabı da aydın oldu. Proses barədə bilgili olan həkimlərdən aldığımız məlumata görə, sözügedən əməliyyatların xeyli hissəsi məhz dövlət xəstəxanaları və ya İTS ilə müqaviləsi olan klinikalara yönləndirilir:
"Həkimlərə deyirlər ki, gedib özəl klinikalarda işləməyin, gəlin dövlətdə işləyin, sizə əməliyyat verəcəyik. İşə cəlb olunanlara fiks maaş verirlər. Məsələn, hazırda uzman həkimlərə 5-8 min manat arası maaş verilir. Adi həkimlərə isə 1100-1400 manat. O da baxır hansı sahənin həkimidir. Çoxtapılan həkimdirsə, ona 1100 manatdan artıq maaş vermirlər. Xəstədən də xüsusi hallar xaric pul almağa qoymurlar. Həkim də baxır ki, 1 əməliyyatdan ona 17-25 manat bonus yazılır. Ona görə də heç kim 17-25 manata görə xəstə ilə üz-üzə qalmaq istəmir. Çünki bu riskə dəymir. Deyək ki, 1100 manat maaş alan cərrah ayda lap 100 əməliyyat edir. 20 manatdan götürsək, maaşdan əlavə 2000 manat bonus alır. Ümumilikdə aylıq qazancı 3000-3500 manat olur. O da düşünür ki, 12 il əziyyət çəkib 3-4 minə görə oxumamışam ki... Ona görə də belə həkimlər xəstə yaxınlarını aldadıb guya, xəstənin fiksasiya əməliyyatına ehtiyacı olduğunu bildirilər".
İndi isə qayıdaq yuxarıda qoyduğumuz suallara: TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bundan xəbəri varmı? Pasiyentin müvafiq tibbi göstəriş arasında əməliyyat olunmasına kim nəzarət etməlidir?
Məsələ ilə bağlı hər iki dövlət qurumuna sorğu ünvanladıq, davamı olacaq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37
İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34
"Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23
6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20
Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17
Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15
Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05
4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
“Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Dünən, 19:50
Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Dünən, 19:45
Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:02
“Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Dünən, 19:00
Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Dünən, 18:58
Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Dünən, 18:14
Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Dünən, 18:11
ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Dünən, 18:06
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 18:03
Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Dünən, 18:01
“Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 17:56
“Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Dünən, 17:52
Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Dünən, 17:50
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44
Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:42
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Dünən, 17:40
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 17:38
FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Dünən, 17:35
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Dünən, 17:34
“Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Dünən, 16:38
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Dünən, 16:32
Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Dünən, 16:30
Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Dünən, 16:26
Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Dünən, 16:19
Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Dünən, 16:18
Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Dünən, 16:05
Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Dünən, 16:01
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Dünən, 15:51
"Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Dünən, 15:45
Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Dünən, 15:32
Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Dünən, 15:29
“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Dünən, 15:22
Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Dünən, 15:19
Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Dünən, 14:00
"Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 13:58
Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Dünən, 13:26
Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Dünən, 13:13
“Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir - DETALLAR
Dünən, 13:10
“Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” – Meyxanaçı Xəyyam
Dünən, 13:06
Məhkəmə -Hüquq Şurası bu rayonun məhkəməsini yoxlayır - İLGİNC SƏBƏB
Dünən, 13:03
Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi - FOTO
Dünən, 12:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru