Təzə sayğac adı ilə KÖHNƏSİNİ SIRIYIRLAR... - "Azəriqaz" şefinin NƏZƏRİNƏ...
Tarix: 30-08-2024, 10:37 |
Çap et
"Avqustun 27-də Astara qaz idarəsinin işçiləri qardaşım Məmmədov Mədaim Mütəllim oğluna aid Astara şəhəri,H.Əliyev prospekti -26 ünvanında qaz sayğacını dəyişiblər". Dia-az.İnfo xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatına (NHMT) edilən müraciətdə qeyd olunur.
Narazı vətəndaş daha sonra yazır: "Köhnə sayğac 2012-ci ildə qoyulmuşdu. Sayğacı qoyub gedəndən sonra baxdıq ki, bu saygac da köhnədir.
Həmin sayğacda 20 min kub sərfiyat var.
Qaz nəzarətçisi Ramil adında adamdır. Bunlar əhalinin başına min oyun gətirirlər.
Qardaşım ona müraciət edib ki, köhnə sayağcın əvəzinə yenə köhnəsini qoymusuz. Gəl, onu dəyiş... Deyir ki, sayğac laboratoriyadan keçib. Deyirsən orda sərfiyat var. Deyir ki, narahat olma.
Bu "Azəriqaz" harda dələduz var yığıb başına..."
Dia-az.İnfo xəbər verir ki, məsələ ilə bağlı NHMT sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədovmüraciət ünvanlayıb. Bu barədə özünün "facebook" səhifəsində yazan NHMT sədri sözügedən qurumun rəhbərliyinə xitab edərək məsələnin araşdırılmasına ciddi ehtiyac duyulduğunu da vurğulayıb.