NAZİRLƏ GENERALIN ŞƏRİKLİ BİZNESİ... - Şirvan Dövlət Qoruğunun necə ələ keçirildiyi ortaya çıxır...
Tarix: 25-10-2022, 10:32 | Çap et
“Hürriyyət”in ötən sayında “Məmurlar indi də dövlət qoruqlarını zəbt edir…” sərlövhəli məqalə dərc etmişdik. Həmin yazıda Şirvan Dövlət Qoruğunun 518 hektar ərazisinin mənimsənildiyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin isə bu fakt qarşısında susqunluq nümayiş etdirdiyi qeyd olunurdu.
Xatırladaq ki, iki həftə öncə sosial şəbəkələrdə və mətbuatda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Ceyhun Həsənovun Şirvan Dövlət Qoruğunun 518 hektar torpaq sahəsini zəbt etdiyi haqda informasiya yayılmışdı. İddia olunurdu ki, Salyan rayonunun 512 hektar yararsız ərazisi Şirvan Dövlət Qoruğunun balansına keçib, əvəzində əkinə yararlı 518 hektar torpaq sahəsi İcra Hakimiyyətinin sərəncamına verilib. “Salyanın icra başçısı Sevindik Hətəmov isə həmin ərazini hektarı 2 manatdan 99 illiyə Ceyhun Həsənovun “Salyanpomidor MMC”-sinə icarəyə verib”, - deyən mənbənin sözlərinə görə, general leytenant həmin sahədə pomidor əkməyi düşünür.
Məlumat üçün bir daha qeyd edək ki, bu informasiyanın nə dərəcədə həqiqətə yaxın olduğunu aydınlaşdırmaq üçün iki həftə əvvəl “Hürriyyət” olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərdik. Nazir Muxtar Babayevin adına ünvanladığımız məktubda qeyd olunurdu:
“Cənab nazir!
Diqqətinizə çatdırmaq istəyirik ki, son günlər mətbuatda Şirvan Dövlət Qoruğunun 518 hektar ərazisinin uzunmüddətli müqavilə əsasında, həmin sahələrdə pomidor yetişdirilməsi məqsədilə, “Salyan Aqro” MMC-yə icarəyə verildiyi haqda informasiyalar dərc olunub.
Sizdən xahiş edirik ki, bu informasiyanın həqiqətə uyğun olub-olmadığı ilə bağlı “Hürriyyət” qəzetinin bilgiləndirilməsi üçün müvafiq qurumlara göstəriş verəsiniz”.
Təbii ki, bu sorğunu göndərməkdə məqsədimiz Şirvan Dövlət Qoruğuna məxsus 518 hektar torpaq sahəsinin hansı əsaslarla icarəyə verildiyini aydınlaşdırmaq idi. Lakin ötən yazımızda da qeyd etdiyimiz kimi, 3 gün ərzində sorğumuza heç bir cavab ala bilmədik. Odur ki, telefon vasitəsilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb, suallarımıza cavab tapmağa çalışdıq. Mətbuat xidmətinin xanım əməkdaşı göndərdiyimiz məktubla tanış olduğunu və gün ərzində “Hürriyyət”ə yazılı cavab veriləcəyini bildirsə də, həmin gün müraciətimizə heç bir cavab gəlmədi.
Məqalə “Hürriyyət” qəzetində və Hurriyyet.az saytında dərc olunduqdan sonra nazirliyin mətbuat xidmətinin rəhbəri redaksiyamızla əlaqə saxlayaraq, yazıda yer alan “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin suallarımıza cavab verməməsi belə qənaətə gəlməyə əsas verir ki, hörmətli nazir Muxtar Babayevin bizə deyəcək sözü yoxdur”, - fikrinə etiraz etdi. Onun sözlərindən belə anlaşıldı ki, əksinə, nazir M.Babayev “Hürriyyət”in məktubuna cavab verilməsi üçün müvafiq şöbəyə göstəriş verib.
Qarşı tərəfin mövqeyini dərc etmək bizim ilk növbədə peşə borcumuz olduğundan, nazirliyin mətbuat xidməti rəhbərinin diqqətinə çatdırdıq ki, sorğumuza cavab gələcəyi halda saytda dərc olunan məqaləyə dəyişiklik etməyə və qəzetin növbəti nömrəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyini əks etdirən yazı dərc etməyə hazırıq. Lakin çox təəssüflə qeyd edirik ki, nazirlik bizə cavab veriləcəyini bildirsə də, artıq ikinci həftədir Şirvan Dövlət Qoruğunun hansı əsaslarla zəbt olunması ilə bağlı suallarımıza reaksiya yoxdur.
Yuxarıda da vurğuladığımız kimi, ötən yazımızda nazirliyin sorğumuza cavab verməməsini onunla əsaslandırmışdıq ki, “hörmətli nazir Muxtar Babayevin bizə, yəni mətbuata deyəcəyi söz yoxdur”. Buradan isə belə bir qənaət irəli sürmüşdük ki, görünür, “Şirvan Dövlət Qoruğuna məxsus 518 hektar ərazi məhz nazirin xeyir-duası ilə zəbt olunub”.
Təbii ki, nazirliyin iki həftəlik susqunluğu deyilən ehtimalları bir qədər də gücləndirir. Yəni, cənab Babayevin sorğumuzu cavabsız buraxması onu düşünməyə əsas verir ki, bu məsələdə onun da şəxsi marağı olub. Sözsüz ki, burada da ancaq 2 ehtimal üzərində fikir yürütmək olar: ya hansısa qanunsuz yollarla naziri “susmağa” məcbur ediblər, ya da general-leytenant onu da öz biznesinə şərik qoşub. Hər halda, bunlar sadəcə versiya olduğundan, həqiqəti cənab nazirin dilindən eşitmək daha düzgün olardı. Unutmayaq ki, həqiqət nə qədər “acı” olsa da, onun vaxtında üzə çıxmaması bəzən çox ciddi problemlərə səbəb olur. Bu baxımdan, hörmətli Muxtar Babayevin “518 hektarlıq həqiqət”ini hər an dinləməyə hazır olduğumuzu bildiririk.
Əlbəttə, sual oluna bilər ki, bizim bu məsələnin üzərinə getməkdə nə kimi marağımız var? Xüsusən də Ekologiya və Təbii Sərvətlər Nazirliyində bu suala cavab axtaranların olduğunu dəqiq bildiyimizdən, onları daha çox intizarda saxlamaq istəməzdik. Şübhəsiz, burada yalnız dövlət marağından söhbət gedə bilər. Çox təəssüflə qeyd edirik ki, bütün dünyada ekoloji problemlərə böyük diqqət ayrıldığı halda, indi Azərbaycanda “yaşıl soyqırım” adi hal alıb. Hətta son vaxtlar vəziyyət o həddə çatıb ki, artıq işbazlar dövlət qoruqlarını da məhv etməyə girişib. Bunun rəsmi təsdiqi kimi, ötən həftə “Hirkan” Milli Parkı ərazisində ağacların qırılması ilə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ortaq “əməliyyat” keçirməsini göstərə bilərik. O cümlədən, Şirvan Dövlət Qoruğunun ərazisinin şəxsi biznesin inkişafı məqsədilə məmurlara satılması da deyilənlərin bariz nümunəsi hesab oluna bilər.
Qeyd edək ki, hazırda iqlim dəyişikliyi, şirin su ehtiyatının getdikcə tükənməsi və s. məsələlər qlobla güclərin, dünyanın aparıcı dövlətlərinin əsas müzakirə mövzusuna çevrildiyindən, indi ekoloji tarazlığın pozulması olduqca həssas məsələ hesab edilir. Odur ki, bu sahədə Azərbaycanda baş verən neqativ olaylar ölkəmizin imicinə çox böyük zərbə olur. Hətta bu səbəbdən bir çox nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycandan üz çevirirlər.
Bunlara misal kimi, dünyanın ən iri təbiəti mühafizə təşkilatlarından olan Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) adını çəkə bilərik. Hansı ki, milyondan artıq tərəfdaşı və dünyanın 130-dan artıq ölkəsində nümayəndəliyi olan bu təşkilat son illər Azərbaycanla işləməkdə maraqlı görünmür.
Həmçinin, nüfuzlu “BirdLife International” şirkətini də misal göstərə bilərik. Məlumat üçün bildirək ki, bu təşkilatın prioritetlərinə quş növlərinin yox olmasının qarşısının alınması, quşlar üçün vacib yerlərin müəyyənləşdirilməsi və qorunması, əsas quş yaşayış yerlərinin saxlanılması, bərpası və dünya miqyasında mühafizəçilərin səlahiyyətlərinin artırılması və s. daxildir. 2,5 milyondan çox üzvü olan “BirdLife International”ın Kral Quşları Qoruma Cəmiyyəti, Yaponiyanın Vəhşi Quşlar Cəmiyyəti, Milli Audubon Cəmiyyəti və Amerika Quş Mühafizəsi də daxil olmaqla, 116 ölkənin tərəfdaş təşkilatı ilə əməkdaşlığı mövcuddur. Yeri gəlmişkən, “Birdlife İnternational” təşkilatının təklifi ilə 03 oktyabr bütün dünyada “Ümumdünya Quşların Müşahidəsi Günü” kimi qeyd olunur. Təəssüf ki, ölkəmizdə günbəgün artmaqda olan ekoloji problemlər səbəbindən bu təşkilt, belə demək olarsa, Azərbaycanla “iplərini” qoparıb.
Eynilə, 1948-ci ildə yaradılan, mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşən Beynəlxalq Təbiəti Qoruma Birliyi - (International Union for Conservation of Nature and Natural Resources) haqqında da bu fikirləri deyə bilərik. Belə ki, sözügedən qurum 89 dövlət, 800-dən çox qeyri-hökumət təşkilatı və elmi tədqiqat institutu ilə əməkdaşlıq etsə də, hazırda Azərbaycanla əlaqələri dondurulmuş vəziyyətdədir.
Bütün bu hadisələr fonunda isə onu demək olar ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin uğursuz siyasəti, rəhbər vəzifələrdə təmsil olunan məmurların şəxsi çıxarlarını dövlət maraqlarından üstün tutması ölkəmizin beynəlxalq nüfuzunu zərbə altında qoyur. Odur ki, nə qədər gec deyil, problemlərin həlli istiqamətində qəti addımlar atılmalıdır. Bu problemdən çıxış yolu isə dövlət qoruqlarını məhv etmək yox, daha da çoxaltmaq, ölkədə “yaşıl soyqırım”ın qarşısını almaqdan keçir.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
|