Səfər Mehdiyevin MÜBHƏM `VADİ`Sİ... - Bütün qara işləri...
Tarix: 3-10-2022, 10:26 | Çap et
 Bu ilin iyul ayının 16-da Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev işdən çıxarıldı. Avqustun 8-də isə ölkə mediasında S.Mehdiyevin idarə etdiyi avtomobilin yol polisi tərəfindən saxlanılmasını əks etdirən görüntülər yayıld. 90-AA-978 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobili saxlanılması zamanı sabiq gömrük generalının yol polisləri ilə kobud davrandığı görünürdü.
Maraqlıdır ki, 90AA978 dövlət qeydiyyat nişanlı avtomobil nə DGK-ya, nə də Səfər Mehdiyevə məxsus deyildi. Gundeminfo.az-a daxil olan məlumata əsasən sabiq sədr adətən özünə məxsus olan və ölkə gömrüyündə böyük imtiyazlara sahib olan şirkətlərə məxsus bahalı, lüks avtomobillərdən istifadə edir.
Elə 90AA978 qeydiyyat nişanlı avtomobil də S.Mehdiyevə məxsus, lakin rəsmi sənədlərdə başqa bir iş adamının adına olan həmin lüks avtomobillərdən biri idi. Mənbə iddia edir ki, “Vadi MMC”yə məxsus olan bu avtomobil, əslində elə Səfər Mehdiyev tərəfindən yaradılmış və gömrükdə xüsusi imtiyazlara malik şirkətə məxsus olub.
Araşdırmalar zamanı məlum olub ki, həmin bahalı avtomobil "Vadi-4" MMC adlı şirkətin üzərinə qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Nəsir Məhərrəm oğlu Cəfərovdur. O isə Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin həmkəndlisi, Naxçıvanın Babək rayonu Nehrəm kəndinin sakini və S.Mehdiyevin qohumudur.
Gömrük Komitəsinin sədri olduğu dönəmdə məhz vadi.az karqo daşımaçılıq şirkətinə böyük imtiyazlar verilibmiş. Məlumatlara əsasən bəyan edilən məhsullar digər karqo şirkətlərinin məhsullarından daha sürətlə gömrükdən keçə bilirmi. “Vadi” çuvalları (bir çuvalda 70 bağlama olur) heç bir maneə olmadan daxili anbarlara çata və bir gün sonra müştəriyə verilirmiş. Rəqabət mühitində “Vadi” daha sürətlə çalışır və digər karqo şirkətləri ilə müqayisədə tarifləri çox aşağı olaraq təklif edib. “Qrama-qram” kampaniyası ilə bazarda aldığı xüsusi imtiyazlar hesabına bui karqo şirkəti ciddi uğurlar əldə edib. Səfər Mehdiyev öz “Vadisi”ndə pusuya düşdü Lakin Səfər Mehdiyevin vəzifəsindən azad edilməsindən dərhal sonra adıçəkilən şirkətə verilmiş “imtiyazlar” ləğv edilib. Redaksiyamıza danışan “Vadi” müştəriləri bildirir ki, artıq onlar həmin şirkətin qiymətləri kəskin bahalaşdırması səbəbindən imtina edirlər. Artıq bir aydan da çoxdur ki, qeyd etdiyimiz və Səfər Mehdiyevə məxsus olduğu iddia edilən “Vadi”də karqo qiymətləri bahalaşıb. “Standrt tarif” olaraq tətbiq edilən qiymətlər isə kütləvi olaraq narazılıqlara, müştərilərin isə həmin şirkətdən üz döndərməsinə səbəb olub.
Bundan başqa saytımıza daxil olan informasiyaya əsasən qeyd edilən şirkətdə artıq gömrükdə bəyan etmə, çuvallara baxış keçirilməsi də ləngiyib. Bildirilir ki, son bir ayda bir neçə dəfə daxili anbarlara təslim alma prossedurunda problem olduğuna görə, həmin karqo şirkətinin işçilərinə gömrük məntəqələrinə dəvət ediblər. Onu da əlavə edək ki, karqo bazarında inhisarçılıq olmasına dair yerli mediada dəfələrlə məlumatlar yayılıb. Əsasən də Səfər Mehdiyevin yaxın qohumları, dostları və həmkəndliləri tərəfindən bu sektorun inhisara alınması narazılıqlara səbəb olurdu. Hazırda DGK-nın yeni sədri Şahin Bağırovun bu sektorda hansı yenilikləri edəcəyi, bu sahədə normal rəqabət yaradıb-yaratmayacağı da bəlli deyil. Çünki DGK hər zaman olduğu kimi media üçün qapılarını bərk-bərk qıfıllayır. Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. //Gundeminfo.az//

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|