Travmotologiya İnstitutunda Canbaxışovun “canfəşanlığı”nın sirri: - həkim səhvindən ayağı axsaq qalan gənc nələr danışdı?
Tarix: 17-04-2021, 11:40 | Çap et
Bərdə şəhər sakini, 1994-cü il təvəllüdlü Orxan Talıbov 2018-ci ilin yanvarın 6-da yol keçərkən avtomobil tərəfindən vurulub.
O.Talıbovun Rublika.Az-a bildirdiyinə görə, Bərdə Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub, ayağına mil qoyulub. O.Talıbov deyir ki, düz 1 il mil onun ayağında qalıb. Amma gənc Orxanın ayağında gödəklik əmələ gəlib, axsamağa başlayıb. Onu əməliyyat edən Bərdə RMX-nın həkimi Xaliq Məmmədov deyib ki, mil çıxandan sonra gödəklik olmayacaq. Amma həkimin səhlənkarlığından onun ayağında gödəklik qalır. “Mil çıxandan sonra gəzmişəm, amma 2 santimetr gödəklik yaranıb. Yəni, həkimin ucbatından ayağım axsayır. Mənə demişdi ki, problemin olmayacaq. Əvvəl iki çəliklə gəzirdim, sonra tək çəliklə gəzdim. İndi çəliksiz gəzirəm, amma axsayıram. Əvvəllər sağlam bir adam olmuşam, heç bir travma, yaxud anadangəlmə bir qüsurum olmayıb. Həkim Xaliq Məmmədov 1 il ayağımı mildə saxladı, axırda ayaq 2 sm gödək oldu”, - deyə O.Talıbov danışır. Onun sözlərinə görə, ayağındakı problemlə əlaqədar Baş Prokurorluğa müraciət edib, oradan tibbi ekspertizaya göndərilib. O.Talıbov bildirir ki, ekspertiza üçün Bakıda yerləşən Elmi - Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda müayinə olunub. Şikayətçi qeyd edir ki, institutun travmatologiya bölməsinin elmi rəhbəri, tanınmış həkim Qələndər CanBaxışov gözlənilmədiyi halda pasientə qarşı kobud, yersiz münasibət sərgiləyib. Q.Canbaxışov O.Talıbova “Sən niyə şikayət etmisən? Nə üçün mətbuata və prokurorluğa yazmısan? Onsuz da uduzan tərəf olacaqsan” deyib sanki Bərdədəki həmkarı X.Məmmədovn müdafiəsinə qalxıb. Ayağının axsadığını, 2 sm gödəklik olduğunu Q.Canbaxışova deyən O.Talıbov həkimdən “Heç bir həkim səhvi yoxdur” cavabını alıb. Şikayətçi deyir ki, Canbaxışovdan həkim səhvi yoxdursa, bəs niyə ayağında gödəklik olduğunu soruşub: “Mənə dedi ki, ola bilər. Amma bu həkim səhvi deyil. Dedi ki, şükür elə səni əməliyyat edib, yeriyirsən. Mənə qayıtdı ki, şikayətini geri götür”. Amma Elmi - Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun o boyda travmatologiya bölməsinin elmi rəhbəri çox maraqlıdır ki, Bərdədə həkim səhvinin olduğunu nəinki etiraf etməyib, üstəlik, vətəndaşdan şikayətini geri götürməyi tələb edib. Görəsən Canbaxışov niyə prokurorluğa şikayət edilməsinə görə həyəcanlanıb və canfəşanlıq edir. O.Talıbov bildirir ki, onun prokurorluğa müraciət etməsinin səbəbi həkim səhvini araşdırmaq, onun cəzalanmasına nail olmaqdır. “Mən ekspertiza üçün Travmotologiya və Ortopediya İnstitutuna getmişdim. Ayağımda 2 sm gödəklik qalmasının əsl səbəbini üzə çıxarmaq istəyirəm. Ancaq əvəzində Qələndər Canbaxışov mənə deyir ki, boş yerə şikayət edirsən, get şikayəti geri götür. Başa düşmürəm ki, onun bunu deməklə məqsədi nə olub? Mən Baş Prokuror cənab Kamran Əliyevdən xahiş edirəm ki, bu iş düzgün araşdırılsın və həkim səhvi sübuta yetirilsin”.
Bu xüsusda üzə çıxan digər nüans isə səhiyyə sistemində özbaşınalıqların, səhlənkarlıqların vətəndaşlara zərbə vurması ilə yanaşı həm də həkimlərin özlərini müstəntiq kimi aparması, həmkarlarının səhvi olduğunu təsdiqləmək yerinə onlara qahmar çıxmasıdır. Q.Canbaxışov da onlardan biri kimi təəssürat yaratmaqdadır. Onun ayaqda 2 sm gödəklik yaranmasının günahını Bərdə RMX-dəki X.Məmmədovda axtarması əvəzinə onun əməlini ört-basdır edir. Yeri gəlmişkən, elə Q.Canbaxışovun özünün də şikəst qoyduğu xəstə olub. Bu haqda mətbuatda yayılan şikayətləri yada salmaq kifayətdir. Bir müddət əvvəl Ucar şəhəri, S.Vurğun küçəsi, ev 21 sakini Əhmədov Hüseyn Canpolad oğlu Qələndər Canbaxışovdan şikayətlənmişdi. Onun sözlərinə görə, Canbaxışov pulunu alıb, səhv cərrahiyyə əməliyatı aparıb, ömürlük şikəst edib, ziyan vurub: “Belə ki, ayağımda topuğun qamış sümüyü sınmasına görə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Bölməsinin rəhbəri Qələndər Canbaxışova müraciət etdim. Qələndər həkim məndən 800 manat pul alıb cərrahiyyə əməliyyatı etdi. Amma əməliyyatdan bir neçə gün sonra yeriyən zaman məlum oldu ki, sağ ayağım 5 sm yerə çatmır. Bunun isə Qələndər Canbaxışovun səhv cərrahiyyə əməliyyatı nəticəsində baş verməsi müəyyən olundu. Qələndər həkim mənə məsləhət gördü ki, sən intensiv masaj terapeyası keçməlisən ki, ayağındakı şikəstlik düzəlsin. Bundan sonra mən inanıb, həmin xəstəxanada günü 20 manata 1 ay masaj olundum, ancaq heç bir faydası olmadı. Bu xəstəxanada Qələndər həkimin rəhbərliyi ilə məni soydular. Cərrahiyyə əməliyyatına 800 manat, ayağımdan şurub çıxarılması üçün 200 manat, sarğı açıb-bağlamaq üçün hər gün 20 manat və sairə xərclərlə məni borca salsalar da, sağalmamağım mənə iki qat ziyan vurdu”. Təkcə bu şikayət məktubundan aydın olur ki, Canbaxışov nə üçün Bərdədə olan həkimin tərəfini saxlayıb, həkim səhvi olmadığını iddia edirmiş. Çünki özü də vətəndaşı şikəst qoyub. Bununla belə, hörmətli Canbaxışovun mövqeyini işıqlandırmağa hazırıq. Rubrika.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
|