Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                     Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? .....                     Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                     Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir? .....                     Xırdalanın abadlaşdırılması 2 milyon manata .....                     “2 gün mən, 2 gün də saxta həkimlər...” .....                     NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? .....                     Rusiya ABŞ-yə cavab olaraq Asiyada .....                     Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə .....                     Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... .....                 

“Rafael Cəbrayılov işi” "DALAN"DA... - Zərərçəkənlər istintaqın ləngliyindən narazıdırlar
Tarix: 21-01-2021, 11:50 | Çap et
“Rafael Cəbrayılov işi” "DALAN"DA...
Borclu olması səbəbindən deputat mandatını girov qoyması və çoxsaylı dələduzluq əməllərinə görə gündəmdən düşməyən Milli Məclisin keçmiş deputat Rafael Cəbrayılovdan şikayətçi olan vətəndaşların sayı artmaqdadır.

Rafael Cəbrayılovun külli miqdarda maddi zərər vurduğu şəxslərdən biri olan Bəhruz Məmmədov Yenicag.az-ın redaksiyasına müraciətində keçmiş deputatın “tor”una necə düşməsindən danışıb.

Bəhruz Məmmədov bildirib ki, dostu vasitəsilə Rafael Cəbrayılova 2 il əvvəl verdiyi pulu hələ də geri ala bilmir:

“Texniki Universitetdə təhsil alarkən müəllimim olmuş Fərhad Kərimov vasitəsi ilə Tibb Universitetinin daxili xəstəliklər kafedrasının dosenti vəzifəsində işləyən Mirəsgər Əsgərovla tanış olmuşam. Bu tanışlıq daha sonra dostluğa çevrilmişdi. Mirəsgər Əsgərov həkimdir. O, biləndə ki, əmimin nəvəsinin İqtisad Universitetində problemi var, dedi, dostum Rafael Cəbrayılov vasitəsi ilə tələbənin problemini həll edə bilərik.

Tələbənin atası ilə Mirəsgəri görüşdürdüm. Onların arasında pul sövdələşməsi olub. Amma mən bu işə müdaxilə etməmişəm. Mirəsgər görüşdə bildirdi ki, Rafael Cəbrayılovla danışmışam, 20 min manata məsələni həll edəcək. Görüşümüz Nəsmi rayonu ərazisindəki “Semaşko” xəstəxanasının yaxınlığında baş tutdu. Mirəsgər məni həmin ünvanda gözlədi, gedib 20 min manatı gətirib ona verdim.

Rafael Cəbrayılovla danışdı, “Gənclik” mehmanxanasının arxasındakı qızıl dükanları olan yerdə görüşdük. 03 mart 2019-cu ildə Mirəsgər Əsgərov avtomobildən düşdü və pulu aparıb Rafael Cəbrayılovun əyləşdiyi maşında ona təqdim etdi. Mirsəgər qayıdıb gəldi, bildirdi ki, narahat olma, hər şey yaxşı olacaq”.

Şikayətçinin sözlərinə görə, Rafael Cəbrayılov pulu alsa da, tələbənin problemini həll etməyib:

“Rafael Cəbrayılova zəng etdim. Birinci danışığımızda mənə dedi ki, o tələbə Mirsəgər tərəfindən deyilib, İqtisad Universitetinin rektoru Ədalət Muradova xahiş etmişəm, o tələbəyə kömək olunmalı idi. “Hələ də həll olunmayıb?”, – deyə sual verdi.

Bizdən bir həftə vaxt istədi. Müddət başa çatdıqda, ona zəng etdim, tələbinin probleminin həll olması üçün yenə vaxt istəyəndə, dedim, vaxt istəmirik, pulumuzu qaytarın. Cavab verdi ki, pulunuzu bir həftədən sonra Mirsəgərə verəcəm, o da sizə qaytaracaq.

Mirsəgər bir həftə sonra bizə dedi ki, ona pul verilməyib, Rafael Cəbrayılova zəng et. Cəbrayılova zəng edəndə dedi ki, gələn həftənin ikinci gününə qədər Mirsəgər səndən alınan əmanəti qaytarmasa, “Mütəşəkkil”ə (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi – red.) deyəcəm, onun qulağından tutub, atsın içəri.

Növbəti dəfə zəng vuranda isə məni təhqir etdiyi üçün ona artıqlaması ilə cavab verdim. Bundan sonra zənglərimizə cavab vermədi. Tələbənin valideyini Rafael Cəbrayılova zəng edəndə ona bildirdi ki, mən pulu sizdən almamışam, Mirəsgər alıb, o da qaytaracaq.

Bu proseslər çirkinləşdikdə, Mirsəgərin qudası hal-hazırda Milli Məclis sədrinin müavinlərindən biri olan Fəzail İbrahimli ilə telefon əlaqəsi yaratdım. Fəzail İbrahimli bizimlə söhbətdə Rafael Cəbrayılovla bağlı çox sayda şikayətlərin olduğunu dedi. Mənə təklif etdi ki, problemin həlli üçün spiker Oktay Əsədovun qəbuluna düşüm. Ancaq spikerin qəbuluna getsəm də, onunla görüşə bilmədim.

Məcbur olub yenidən Fəzail İbrahimli ilə əlaqə saxladım. O bildirdi ki, bəli, Mirsəgər Əsgərov mənim qudamdır, ancaq o ailənin nicatı Mirsəgər Əsgərovun ölümündədir. Artıq biz onun əlindən boğaza yığılmışıq, bununla bağlı mənə zəng etmə.

Bundan sonra Mirsəgər Əsgərovun özünü Dövlət Təhülkəsizliyi Xİdmətinin əməkdaşı kimi təqdim edən oğlu İslam Əsgərovla telefon əlaqəsi yaratdım. O da məni təhdid edərək dedi ki, bir də onu narahat etsəm, cibimə nəşə atıb, tutduracaq. Mirsəgər Əsgərovun evinə getdim, onun həyat yoldaşı mənə dedi ki, bizim Rafael Cəbrayılova gücümüz çatmır”.

İş bi həddə çatdıqdan Bəhruz Məmmədov problemin həlli üçün hüquq-mühafizə orqanlarına üz tutub:

“Bütün materiallar toplanaraq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərildi və araşdırılma başlanıldı. Araşdırma zamanı dediklərim tam sübuta yetrildiyi üçün və Mirsəgər Əsgərovon pulu bizdən alıb Rafael Cəbrayılova verməsinə dair 5 qəbz, Mirsəgər Əsgərovun səs yazısını və mesajlarını təqdim etdiyimə görə cinayət işi başlanıldı”.

Bununla belə, şikayətçi istintaqın çox ləng aparılmasından, dəyən maddi zərərin hələ də ödənilməməsindən narazıdır:

“İstintaq bir ilə yaxındır davam etsə də, nə Rafael Cəbrayılov, nə də Mirsəgər Əsgərov barəsində həbs qətimkan tədbiri seçilməyib, mənə və digər zərərçəkmişlərə dəyən zərər ödənilməyib. İstintaqı aparan baş müstəntiq Ceyhun Rzayev bu işdə süründüməçiliyə yol verir. Görünür, Rafael Cəbrayılovun deputat mandatını itirsə də, özünün təsir imkanlarını qoruyub saxlayıb. Rafael Cəbrayılov şəxsən özü telefonda mənə deyib ki, iki qızının Tibb Universitetini bitiriməsinə Mirsəgər Əsgərov kömək edib”.

Qeyd edək ki, son bir neçə ildə sabiq deputat Rafael Cəbrayılovun çoxsaylı dələduzluq əməlləri ilə bağlı mediada saysız-hesabsız materialların dərc edilməsinə baxmayaraq, geridə qalan müddət ərzində nə onun barəsində ciddi tədbir görülüb, nə də maddi ziyana uğrayan vətəndaşlara vurulan zərər ödənilib.

Çox maraqlıdır, Bəhruz Məmmədovun da qeyd etdiyi kimi, ortada konkret faktlar olduğu halda, istintaq çox anlaşılmaz qaydada təhqiqatı uzadır, bununla da keçmiş deputatın öz layiqli cəzasını alması və vətəndaşlara dəyən ziyanın ödənilməsini ləngidir.

Mövzunu davam etdirəcəyik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18
Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14
Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12
Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04
Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02
Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru