"Muğanbank" onlara vermədiyi kreditin əvəzində evlərini müsadirə etdirir... - QALMAQAL
Tarix: 1-05-2020, 09:43 | Çap et
 Son dövrlər banklarla vətəndaşlar arasındakı məhkəmə çəkişmələrinin predmetlərindən biri saxta kredit müqavilələri iddiasıyla bağlıdır. Bu mübahisələrdə söhbət böyük məbləğdə (bir neçə yüz minlik) kreditlərdən gedir. Bank iddia edir ki, həmin kredit verilib və ödənilməsini tələb edir, qarşı tərəf isə bildirir ki, müqavilə saxtadır, ona kredit verilməyib.
DİA.AZ-ın məlumatına görə, məcburi köçkün Təranə Ərizanova deyir ki, saxtakarlıq üzündən Bakıdakı evini də itirmək təhlükəsiylə üzləşib. Onun sözlərinə görə, "Muğanbank" onlara vermədiyi kreditin əvəzində evlərini müsadirə etdirir.
T.Ərizanovanın həyat yoldaşı Bəxtiyar Abbasov sahibkardır. Həyat yoldaşının sözlərinə görə, o, daha iki şərikiylə birlikdə 2007-ci ildə "Muğanbank"dan 240 min manat kredit götürüb. Əvəzində T.Ərizanovanın adına olan öz evini və daha iki ortağının ailələri ilə birlikdə yaşadıqları evi girov qoyublar: "Krediti 32 faizlə götürmüşdük. Ödənişlərdə çətinlik çəkirdik, problem yaranırdı. 7 ay sonra danışıqlar oldu, bank razılaşdı ki, illik 13 faizlə 7 illik eləsinlər. O zaman 240 min manat 300 min dollar eləyirdi. Əvvəlki müqaviləni də dəyişib, 300 min dollarlıq müqavilə elədilər".
2017-ci ildə isə bank onların və daha iki şəriklərinin girov qoyduqları evlərin hərraca çıxarılıb satılması barədə məhkəmədə iddia qaldırıb. İddia olunub ki, 300 min dollarlıq kredit müqaviləsinin 240 min manata aidiyyəti yoxdur, o pul ayrı verilib və kredit ödənilməyib.
T.Ərizanova isə deyir ki, yalandır, onlara ikinci dəfə 300 min dollar pul verilməyib: "Birinci krediti ödəməkdə çətinlik çəkən adama bir ilin içində ikinci dəfə 300 min dollar kredit verməzlər axı, məntiq var. Yoldaşıma müqavilənin dəyişdirildiyini deyib, qol çəkdiriblər, indi də ondan istifadə edirlər. Bankdan pulu verəndə məxaric qəbzinə qol çəkdirirlər. Biz də o sənədi tələb edirik. Deyirik ki, 300 min dolları vermisinizsə, məxaric orderini ortaya qoyun. Qoya bilmirlər, çünki yoxdur, ola da bilməz".
Üç ildir ki, tərəflər arasında məhkəmə çəkişməsi gedir. Bu mübahisəyə bir dəfə Nərimanov rayon Məhkəməsi, iki dəfə Bakı Apellyasiya Məhkəməsi, bir dəfə də Ali Məhkəmə baxıb. İndi iş yenə Ali Məhkəməyə gəlib çıxıb. Aprelin 20-nə təyin edilsə də, ölkədə COVID-19 pandemiyasıyla əlaqədar xüsusi karantin rejiminə görə məhkəmə təxirə salınıb.
Bakı Apellyasiya Məhkəməsi elə məxaric orderinin olmamasına görə bankın iddiasını rədd edib. Bank Ali Məhkəməyə şikayət verib. Bu instansiyada həmin qərar ləğv olunub və yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılıb. İkinci dəfə isə apellyasiya məhkəməsi bankın xeyrinə qərar çıxarıb. İndi də ev sahibləri Ali Məhkəməyə üz tutub.
T.Ərizanova gileylənir ki, üç aydır Mərkəzi Bankdan da konkret cavab ala bilmirlər: "Özüm ikinci qrup əliləm, qan xərçəngiyəm. Kimlərsə bankın pullarının başına oyun açıb, indi bizim kimilərdən çıxmaq istəyirlər. Düşdüyümüz durumla əlaqədar vitse-prezidentə məktub yazmışdım. Oradan katibliyin rəisi Altay Həsənov məsələnin araşdırılması üçün Mərkəzi Banka məktub göndərib. Mərkəzi Bank da fevralın 12-də bizə yazıb ki, "hazırda araşdırma aparılır, sizə məlumat veriləcək". Üç aydır heç bir xəbər yoxdur. Bizim üçün əsas məxaric orderidir, onu ortaya qoysunlar".
"Muğanbank"dan isə T.Ərizanovanın iddiasının həqiqətəuyğun olmadığını, 300 min dollarlıq kredit müqaviləsində onun həyat yoldaşının imzası olduğunu bildirirlər.
T.Ərizanova isə deyir ki, həyat yoldaşına müqavilələrin dəyişdiyini (restrukturizasiya) deyib, o müqaviləyə imza atdırıblar.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|