"Accessbank qanunu pozaraq rəqəmlərini şişirdir” - İTTİHAM
Tarix: 15-03-2019, 12:08 | Çap et
Borclu sahibkarları tutduran, hədə ilə daşınmaz əmlaklarını əllərindən dəyər-dəyməzə alan Accessbank qanunu pozaraq rəqəmlərini şişirdir”.
Unikal.org xəbər verir ki, bunu bank üzrə ekspert Əkrəm Həsənov bildirib.
Bank mütəxəssisin "“ACCESSBANK”IN BÖYÜK YALANI" başlığı ilə məqaləsində hesab edir ki, borclu sahibkarları tutduran, hədə ilə daşınmaz əmlaklarını əllərindən dəyər-dəyməzə alan bank qanunu pozaraq rəqəmlərini şişirdir:
"Dünən ölkə mətbuatı ötən ili zərərlə başa vurmuş 5 bankdan biri olan “Accessbank”a yeni səhmdarların daxil olması və onun nizamnamə kapitalının artması haqda xəbərlər yayıb. Belə ki, bank bildirib ki, nizamanamə kapitalı 118,5 mln. manat artaraq 258 milyon manata çatdırılıb. Bu, ağ yalandır! Belə ki, bankın saytına (https://www.accessbank.az/…/Balans_hesabat%C4%B1_(31.12.201…) əsasən ötən ilin sonuna onun kapitalı (xalis aktivi) cəmi 56,569 mln. manat olub. Deməli, dünən bəyan edilmiş artımdan sonra bankın nizamnamə kapitalı 258 mln. manat deyil, 175,069 mln. manat olub (56,569 mln.+ 118,5 mln.). Təxmini 83 mln. manat şişirtmə faktı göz qabağındadır! Bank bu fokusu necə edib? Çox sadə! Belə ki, onun qeydiyyata alınmış nizamnamə kapitalı 140,25839 mln. manatdır (əslində, bankda bu pul çoxdan yoxdur!). Dünən bəyan etdiyi artım rəqəmini (118,5 mln. manat) avtomatik olaraq qeydiyyata alınmış nizamnamə kapitalının (140,25839 mln. manat) üstünə gəlir və utanmaz-utanmaz deyir ki, nizamnamə kapitalım 258 mln. oldu. Əslində, bu, kobud qanun pozuntusudur! Belə ki, Mülki Məcəllənin 103.5-cü maddəsinə əsasən əgər maliyyə ili başa çatarkən səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azalmasını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Yəni nizamnamə kapitalını faktiki xalis aktivinə uyğunlaşdırmalı, əlində olmayan vəsaitlə ictimaiyyəti çaşdırmamalıdır. “Accessbank”ın dünənədək nizamnamə kapitalı kağız üzərində 140,25839 mln. manat olsa da, xalis aktivləri cəmi 56,569 mln. manatdır. Buna görə də sözügedən maddəyə əsasən əvvəlcə nizamnamə kapitalını azaltmalı, yəni 56,569 mln. manat kimi müəyyən etməli, yalnız bundan sonra artıma getməli idi. Bu halda da, qeyd etdiyim kimi, artımdan sonra onun nizamnamə kapitalı 258 mln. manat deyil, 175,069 mln. manat olacaq".
Ekspert “Accessbank”ın niyə belə bir addım atmasını da açıqlayıb:
"“Accessbank” niyə belə edir? İctimaiyyəti, müştərilərini çaşdırmaq, vəziyyətini olduğundan daha yaxşı göstərmək istəyir. Əslində isə vəziyyəti yaxşı deyil. Məhz buna görə də onun təsisçiləri banka əlavə pul qoymaq istəmədi və o, yeni səhmdarlar axtarmağa vadar oldu. Yaxşı işləyirsənsə, mövcud sahiblərin niyə paylarının azalmasına razı oldu? Təsadüfi deyil ki, ötən il “Fitch” agentliyi bankın reytinqini “C”-yə endirdi, yəni müflisləşmə ehtimalı olduqca böyükdür (bəziləri bu reytinqi müflisləşmənin qaçılmaz olduğu kimi tərif edir).
P.S. Əvvəllər bildirdiyim kimi, “Accessbank”ın ağır vəziyyətinin əsas səbəbi yüksək həcmdə olan problemli kreditləridir. Konstitusiya Məhkəməsi də bu il bankın illərlə tətbiq etdiyi kredit limiti sxeminin nöqsanlarını təsdiqlədi. Nəticədə bankın ötən il təyin olunmuş xarici rəhbəri istefa verdi və tarixində ilk dəfə banka yerli kadr rəhbərlik etməyə başladı. Bu rəhbər də dərhal kreditlərin qaytarılmasını yenicə yaradılmış və qanunsuz fəaliyyət göstərən kollektor şirkətinə tapşırdı. Üstəlik hüquq-mühafizə orqanlarına müraciət edərək borclu sahibkarların ondan qanunsuz kredit götürdüyünü bildirdi (halbuki, buna görə ilk növbədə elə bankın rəhbərliyi məsuliyyət daşıyır). Faktiki olaraq isə illərlə ona etimad etmiş sahibkarların “qara mühasibat”ını açıqladı. Nəticədə xeyli sahibkar həbs olundu, daşınmaz əmlakları hədə ilə əllərindən dəyər-dəyməzə alındı. Bununla da məlum oldu ki, səhmdarları beynəlxalq maliyyə qurumları, şüarı isə “Sizin yerli Avropa bankınız” və devalvasiyadan sonra müştərilərinə güzəşt etməmiş yeganə bank olan “Accessbank” yerli kapitallı banklardan daha qəddar və irticaçıdır. Ən əsası isə məlum oldu ki, bank artıq yaşamaq uğrunda deyil, sadəcə pulunu qaytarmaq üçün fəaliyyət göstərir. Çünki bu qədər qanunsuz kredit vermiş və müştərilərini kütləvi şəkildə hüquq-mühafizə orqanlarının ayağına verən banka böyük ehtimalla əmanətçilər və borcalanlar etimad etməyəcək. Bu bankın ətrafındakı qalmaqal həmçinin xaricdə yerləşən “milli” mətbuatımızın da iç üzünü açdı. Yerli bankları ən xırda şeylərə görə tənqid edən həmin mətbuat “Accessbank” barədə bir kəlmə də yazmadı və demədi! Bir sıra sahibkarlara qarşı “Accessbank”ın təşəbbüsü ilə başlanmış cinayət işləri üzrə yaxında məhkəmə prosesləri də başlayır. Çox maraqlı olacaq! İlk növbədə elə bu bankın öz iç üzü açılacaq...".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|