Əli Həsənovdan Minsk qrupuna AÇIQ İTTİHAMLAR - "Ötən 27 il ərzində..."
Tarix: 25-02-2019, 11:14 | Çap et
Ötən 27 il ərzində Minsk qrupunun həmsədr ölkələri münaqişənin ədalətli həlli üçün Ermənistana qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıblar.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Facebook" səhifəsində yazıb.
Ə.Həsənov bildirib ki, XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “Böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirmiş, nəticədə 1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbay-canlılar yaşayan 200-dən artıq yaşayış məntəqəsini viran qoymuş, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüşlər:
"Bu prosesin davamı olaraq, 1917-ci ilin dekabrında Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin edilən S.Şaumyan azərbaycanlıların kütləvi qırğınının təşkilatçısı və rəhbərinə çevrildi. Erməni silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvəllərindən 1918-ci ilin mart ayına qədər olan dövrdə İrəvan quberniyasında 197 kənd, Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd dağıdılmış, digər bölgələrdə 60 yaşayış məskəni məhv edilmiş, yandırılmış və viran qoyulmuşdur. 1918-ci il martın 31-də və aprelin ilk günlərində minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülmüşdür. Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmişdir".
O əlavə edib ki, 1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür:
"XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. 1988-ci ildən başlayaraq qonşu Ermənistan dövləti beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, BMT üzvü olan digər bir suveren ölkəyə - Azərbaycana qarşı ərazi iddiaları qaldıraraq, ölkəmizin Dağlıq Qarabağ Muxtar Vilayətini və ətrafdakı 7 rayonunu işğal etmiş (dövlətin ümumi ərazisinin 20%), bir milyondan artıq dinc əhalini (ölkə əhalisinin hər 8 nəfərindən birini) öz doğma yurd-yuvasından didərgin salmaqla etnik təmizləmə həyata keçirmişdir. Ermənistanın bölgədə apardığı təcavüzkar siyasətin nəticəsi olaraq 30 ilə yaxındır ki, Cənubi Qafqazda silahlı münaqişə və qanlı toqquşmalar davam edir. Azərbaycanın və beynəlxalq sülhyaratma qurumlarının, ilk növbədə BMT və ATƏT-in bütün səylərinə baxmayaraq hələ də Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilmək istəmir və bölgədə dayanıqlı sülhün bərqərar olmasına ciddi maneə törədir. Hazırda Cənubi Qafqazda hər an yeni silahlı toqquşmalar və qanlı müharibələr başlaya bilər ki, bu da yeni-yeni insan fəlakətlərinə səbəb olar".
Ə.Həsənov qeyd edib ki, davakar erməni millətçiləri son iki əsrə yaxın bir müddətdə dövlət səviyyəsində Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqları və Türkiyənin Şərqi və Cənub-Şərqi Anadolu ərazilərində mifik “Böyük Ermənistan” dövləti yaratmaq ideyasını gerçəkləşdirmək məqsədilə davamlı olaraq Türkiyə türklərinə və azərbaycanlılara qarşı qanlı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törətməkdə davam edirlər: "Onlar yenə də dövlət səviyyəsində rəsmi millətçi-şovinist ideologiya həyata keçirərək, erməni “alim”lərinin əli ilə bölgənin real tarixini saxtalaşdırmış, erməni xalqının bir neçə nəslinə milli müstəsnalıq, türk-müsəlman xalqlarına qarşı düşmənçilik ruhu aşılamış, kəskin mənəvi təcavüz kampaniyası apararaq indiki Ermənistan ərazisini yerli azərbaycanlılardan tam təmizləmişlər. Cənubi Qafqazda yaşanan və beynəlxalq hüquqa zidd bütün belə proseslər, törədilən bütün insanlığa sığmayan hadisələr dünyadakı erməni diasporu tərəfindən bilərəkdən təhrif edilmiş, dünya ictimaiyyətinin nəzərində “əzabkeş və məzlum” erməni, “zalım” türk-müsəlman və azərbaycanlı obrazları yaradılmışdır".
Prezidentin köməkçisi vurğulayıb ki, XX əsrin 80-ci illərinin ikinci yarısında da ermənilər SSRİ-də yaranmış siyasi vəziyyətdən istifadə edib dərhal Azərbaycana qarşı açıq ərazi iddiası irəli sürmüş, bir neçə günün içərisində Ermənistanda yaşayan 200 minə qədər azərbaycanlını kütləvi şəkildə deportasiyaya məruz qoymuş, ardınca Dağlıq Qarabağın azərbaycanlı icmasına qarşı kütləvi terror və qırğınlar həyata keçirməyə başlamışlar:
"Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi barədə hüquqa zidd qərar qəbul etmiş və bununla da Dağlıq Qarabağ probleminin əsil mahiyyətinin Azərbaycana qarşı əsassız ərazi iddialarından ibarət olduğunu nümayiş etdirmişdir. Eyni federativ dövlətdə birləşən bir respublikanın digər respublikaya qarşı ərazi iddiasına heç bir hüquqi reaksiya verilməmiş, əksinə, Sovet İttifaqının o zamankı rəhbərliyinin ermənipərəst siyasəti mövcud vəziyyətin getdikcə kəskinləşməsinə, DQMV ərazisində və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı terror, kütləvi qırğın və etnik təmizləmə cəhdlərinin geniş miqyas almasına təkan vermişdir. Qeyd etmək lazımdır ki, Ermənistan Ali Sovetinin həmin qərarı sonra da ləğv edilməmiş, Robert Köçəryan 1989-cu ildə Ermənistan parlamentinin deputatı, 1998-ci ildə isə Ermənistan prezidenti seçilərkən həmin qərarın ona tamhüquqlu Ermənistan vətəndaşlığı verməsi “faktı”na istinad etmişdir. Eyni “hüquq”dan sonradan onun varisi olan Serj Sarkisyan da bəhrələnmişdir".
Ə.Həsənov qeyd edib ki, 1992-ci ilin əvvəllərindən Ermənistan silahlı qüvvələri öz təcavüzkar siyasətlərini genişləndirərək Dağlıq Qarabağ və ətraf ərazilərdəki azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrini bir-birinin ardınca işğal etməyə başlamışdır. Qısa zaman kəsiyində Xocavənd, Cəmilli, Meşəli, İmarət-Qərvənd, Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı və digər kəndlər zəbt olunmuş, əhalinin bir qismi əsir götürülmüş, onların əmlakı və mal-qarası mənimsənilmişdir:
"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan dövlətinin nizami hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək, bir gecənin içində onu yerlə yeksan etmişlər. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri ahıl qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmişdir".
O bildirib ki, Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıdaraq onun suverenlik əzmini qırmaq, ərazi bütövlüyü uğrunda apardığı mübarizədən çəkindirmək və torpaqlarını zorla ələ keçirmək idi. XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə xüsusi fərqlənən Xocalı soyqırımı təcavüzkar erməni siyasətinin ən qanlı səhifəsidir. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı və sonrakı rəhbərliyinin, həmçinin Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür:
"Ermənistan Xocalı faciəsini törətdikdən sonra Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirmiş, sərəncamında olan qoşunlarının dəstəyi ilə Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq daha 7 rayonu işğal etmiş, bir milyona yaxın azərbaycanlını öz doğma ev-eşiyindən didərgin salaraq qaçqın və məcburi köçkünə çevirmişdir".
Ə.Həsənov vurğulayıb ki, Azərbaycan dövləti başda Ümummilli Lider Heydər Əliyev olmaqla, sonrakı 15 ildə isə Prezident İlham Əliyevin rəhbərliyi altında Xocalı soyqırımının dünyada tanıdılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, təcavüzkarın ifşası və işğal edilmiş torpaqlarımızın azad olunması üçün bütün zəruri addımları atıb və atmaqdadır:
"Azərbaycan dövləti belə taleyüklü məsələnin həlli ilə bağlı bütün milli resursların, o cümlədən də diaspor qurumlarının imkanlarından həmişə istifadə etmiş, bu istiqamətdə irəli sürülən əksər ictimai təşəbbüsləri dəstəkləmişdir. Son illərdə Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyada geniş vüsət almış “Xocalıya ədalət” (Justice for Khojaly) beynəlxalq kampaniyasına Azərbaycanda və xaricdə fəaliyyət göstərən çoxsaylı vətəndaş cəmiyyəti institutları da qoşularaq, ayrı-ayrı ölkələrin dövlət qurumlarını və ictimaiyyətini, beynəlxalq təşkilatları bu faciəyə adekvat qiymət verməyə çağırırlar.
Hazırda dünyanın 13 ölkəsi parlament səviyyəsində, ABŞ-ın 22 ştatı parlament səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanımışdır. Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən etmişdir. Bundan başqa, Azərbaycanın ərazi bütövlüyü məsələsi və Ermənistanın işğalçı dövlət olması faktı BMT Təhlükəsizik Şurasının 1993-cü il aprel-noyabr aylarında qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrində, ATƏT-in 1996-cı il Lissabon Sammitinin qərarında, BMT Baş Assambleyasının 60-cı (2006) və 62-ci (2008) sessiyalarının çıxardığı “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələrində, AŞ PA-nın (2005) qərarında, Avropa Parlamentinin (2010) qətnaməsində, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Sammitinin Bəyannaməsində (2017), Avropa İttifaqı-Azərbaycan “Tərəfdaşlıq Prioritetləri” razılaşmasında (2018), Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının XVI (Tehran, 2012) və XVII (Marqarita, 2016) sammitlərinin qərarlarında, İslam Əməkdaşlıq Təşkilatının(İƏT) dövlət və hökumət başçılarının VII (Mərakeş, 1994), VIII(İran, 1997) və IX konfranslarında (Qətər, 2000) qəbul edilmiş qətnamələrdə, XI (Seneqal, 2008) və XII (Misir, 2013) zirvə toplantılarının yekun sənədlərində, eləcə də İƏT xarici işlər nazirləri şurasının müxtəlif konfranslarında qəbul edilmiş çoxsaylı qətnamə və yekun sənədlərində, ECO-nun 13-cü Sammitinin (İslamabad, 2017) yekun bəyanatında və s. beynəlxalq qurumların qərarlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmiş, münaqişənin məhz bu prinsiplər əsasında həllinin vacibliyi qeyd olunmuşdur. Eyni zamanda, NATO-nun 2006-cı ildən bəri keçirilən əksər zirvə toplantılarının, o cümlədən Nyuport (2014), Varşava (2016) və Brüssel (2018) sammitlərinin yekun kommunikelərində Cənubi Qafqazdakı münaqişələrin ölkələrin ərazi bütövlüyü, suverenliyi və Helsinki Yekun Aktına əsaslanaraq həlli prinsipinin öz əksini tapması Azərbaycanın mənafeyinə cavab verir".
PA rəsmisinin sözlərinə görə, bütün bunlara baxmayaraq, hazırda Ermənistan beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasətini davam etdirir və Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasına ciddi maneçilik törədir: "Lakin dünyadakı erməni diasporu və lobbisi Dağlıq Qarabağ problemini, Ermənistan dövlətinin işğalçılıq siyasətini, evindən qovulmuş bir milyona yaxın azərbaycanlının böyük faciəsini, Azərbaycan torpaqlarının işğal altında saxlanması faktını, Xocalı qətliamını və bu qəbildən olan digər qanlı cinayətləri unutdurmaq, diqqətdən kənarda saxlamaq məqsədilə xüsusən də bizim fəallaşdığımız ildönümü tədbirləri zamanı, davamlı olaraq, 1915-ci il hadisələrini gündəmə gətirib qardaş Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” iddiası qaldırırlar.
Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi AKP hakimiyyətə gəldikdən sonra ilk atdığı addımlardan biri 1915-ci il hadisələri ətrafında aparılan kampaniyanın qərəzini ifşa etmək olmuş, Türkiyə bu yöndə bir çox beynəlxalq tədbirlərin təşəbbüsçüsü və ev sahibi kimi çıxış etmişdir. Təəssüf ki, cənab Ərdoğanın tarixin obyektiv araşdırılması üçün arxivlərin açılması və birgə komissiyaların təşkili haqqında çağırışları əks tərəfdən gərəkli dəstək almamışdır. Bu gün Türkiyə və Azərbaycan prezidentləri həm ölkələrimizin daxilində, həm də beynəlxalq müstəvidə türk-müsəlman dünyasının maraqlarının müdafiəsi, problemlərinin həlli naminə nümunəvi birgə fəaliyyət, həmrəylik nümayiş etdirirlər".
Ə.Həsənov qeyd edib ki, bu həmrəylikdən örnək götürərək həm Azərbaycanın, həm də qardaş Türkiyənin vətəndaş cəmiyyəti təşkilatları, əli qələm tutan bütün ziyalıları rəsmi dövlət orqanlarının həyata keçirdiyi tədbirlərə hər cür dəstək verməklə Xocalı soyqırımı və Azərbaycan torpaqlarının işğalı, eləcə də 1915-ci il hadisələri ilə bağlı gerçək faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalı, tarixin obyektiv qavranılmasına və adekvat hüquqi-siyasi qiymətinin almasına çalışmalıdırlar:
"Ümumiyyətlə, bu işləri daha fəal, davamlı və sistemli şəkildə həyata keçirməklə biz mütləq nəticələr əldə edə bilərik. Bu məqsədlə Azərbaycan və türk diaspor təşkilatları da öz çevikliyini və mütəşəkkilliyini artırmalı, koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidir. 2007-ci ilin noyabrında Türkiyə və Azərbaycan prezidentlərinin birgə təşəbbüsü ilə Bakıda keçirilmiş Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlılara qarşı erməni işğalçıları tərəfindən törədilmiş soyqırımı, terror aktları və digər cinayətlərin beynəlxalq miqyasda ifşası istiqamətində türkdilli ölkələr və icmalar tərəfindən birgə tədbirlərin görülməsi haqqında tövsiyələrin həyata keçirilməsi ilə bağlı fəaliyyətlərini genişləndirməlidir.
Bilirsiniz ki, bəzi dövlətlər qondarma “erməni soyqırımı” haqqında əsasız qərarlar qəbul ediblər. Biz həmin ölkələrdə də ardıcıl iş aparılmalı, onların vətəndaş cəmiyyətləri ilə işləməyin məqbul səmərəli üsullarını tapmalıyıq".
Prezidentin köməkçisi bildirib ki, soydaşlarımız yerli və beynəlxalq ənənəvi media, eləcə də sosial şəbəkələr vasitəsilə geniş kampaniyalar təşkil etməli, soyqırımı problemlərini, o cümlədən Xocalı faciəsinə dair real faktları elmi konfranslarda, simpoziumlarda və digər toplantılarda təqdim etməlidirlər:
"Məlumdur ki, münaqişənin nizama salınması üçün aparılan danışıqlarda da Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən isə, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir. Bununla yanaşı, keçən 27 il ərzində ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa həmsədrlik edən dövlətlər “ikili standartlar” prinsipindən çıxış edərək, münaqişənin ədalətli həll olunması üçün Ermənistana qarşı heç bir təzyiq göstərmək niyyətində olmamışlar. Buna baxmayaraq, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda Azərbaycanın ilk növbədə sülh variantına üstünlük verdiyinə sübutdur".
Ə.Həsənov deyib ki, münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır: "Yəni problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Eyni zamanda, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir.
Bu səbəbdən, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını genişləndirməli və Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq aləmdə ifşa olunmasına nail olmaq üçün bütün qüvvələrimizi birləşdirərək bundan sonra da daha ciddi çalışmalı, Azərbaycan dövlətinin bu istiqamətdə apardığı siyasətə öz töhfəmizi verməliyik".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|