Vidadi İsgəndərli öldü .....                     Sahil Babayevin nazirliyinin OFİS YEYİNTİSİ .....                     Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır .....                     AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq etdi .....                     Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən 31 milyard dollar artıb .....                     Xankəndini bir də belə görün .....                     "Anam belə dünən bilib... .....                     Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər .....                     Məhkəmə MÜƏMMASI .....                     "Müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar" .....                     Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR... .....                     “Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib .....                     Pezeşkian Zəngəzurdan NİYƏ DANIŞMIR Kİ? .....                     Sahib Məmmədova müşavir TƏYİN EDİLDİ .....                     Yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var .....                     Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi .....                     Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb .....                     Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... .....                     “Azera Holdinq”də yeni təyinat .....                     Vahid Ələkbərovun sərvətinin dəyəri açıqlandı .....                     "Elmar Qasımov maaşlarımızı gecikdirirdi, pulları həyat yoldaşının adına yazırdı" .....                     Tanınmış aktrisa bacısını itirdi .....                     Əlillik dərəcəsi ala bilmir, müalicəsi üçün BÖYRƏYİNİ SATIR... .....                     Yens Stoltenberq NATO-nun Baş katibi vəzifəsini tərk edib .....                     Zay məhsulu satmaları bir yana... .....                     Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi .....                     İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb .....                     “Gümrü-Qars dəmir yolu...” .....                     Bakı şəhər DYP-dən MÜHÜM TƏDBİR .....                     Burada təhsildən daha çox puldan danışılır... .....                     Ermənistanın ədliyyə naziri istefa verib .....                     KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq .....                     “Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” .....                     Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? .....                     Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır .....                     "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib .....                     KAPİTAL BANK müştəriləri belə risqə atır... .....                     Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? .....                     İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər .....                     Pənah Hüseyn niyə istefa vermədi? .....                 

Hacıbala Abutalıbovun şəbəkəsi hədəfdə... - GƏLİŞMƏ
Tarix: 1-02-2019, 12:24 | Çap et
Hacıbala Abutalıbovun şəbəkəsi hədəfdə...
Yarımkeçiricilərin kvant elektronikası üzrə elmlər doktoru olan H. Abutalıbov bu elmi sahəni cəmiyyətə tətbiq etmək üzrə bəşər tarixində imza atan nadir şəxslərdən biridir. Belə bir ideya ilə şüalanma siyasətini bürokratiyanın komprador maraqları çərçivəsində uzlaşdırmaqla, fizikanın bu sahəsini əndrəbadi idarəetmə sisteminə pərçimləyə bilib. O, 2001-ci ildə Bakı meri təyin olunanda əksər peşəkar mütəxəssislər heyrət içində idilər. Şəhərsalma və idarəetmə üzrə bilgisi olmayan H.Abutalıbovun Bakı kimi meqapolisin öhdəsindən necə gələ biləcəyi heç kimin ağlına sığmırdı. Sən demə, həmyerliləri olan ordubadlılardan ibarət “xüsusi çete” yaradıb, qanunsuzluqların fövqündə durmaqla hər şeyə nail olmaq asanmış. Beləcə, düz 18 il Bakı şəhərini talan etməklə minbir məkrli planları həyata keçirmək olarmış.

İş başındakı çetenin şəbəkəsi

Bakı şəhər İcra Hakimiyyəti H. Abutalıbov başçı vəzifəsinə təyin olunana qədər şəhər təsərrüfatını bilən peşəkar mütəxəssislərdən ibarət formalaşdırılmışdı. Onun gəlişindən sonra, bütün işçilər məcburi şəkildə vəzifədən uzaqlaşdırıldılar. Bunun qarşılığında öz həmyerliləri, yəni ordubadlılardan ibarət məmur çetesi quruldu. İlk addım N. Nərimanov rayon prokurorunun köməkçisi işləmiş Əli Hacıyev İcra aparatının rəhbəri vəzifəsinə gətirildi. Məcburi qaçqınlar və köçkünlər üzrə şöbənin müdiri Namiq Məmmədov, hüquq şöbəsinə Sani Nəsibov, katibliyin rəisi Bəxtiyar Fərəcbəyli, təşkilat şöbəsinə Rasim Quliyev, xarici əlaqələr üzrə departamentin rəisi H. Abutalıbovun oğlu İsrafil Abutalıbov, yaşıllaşdırma idarəsinə Vaqif Novruzov, ticarət departamentinə Ramiz Hacıyev, mənzil kommunal təsərrüfatı departamentinə Ənvər Quliyev, nəzarət şöbəsinə Ülvi Zeynalov, iqtisadiyyat şöbəsinə Eldar Yunusov, tikinti şöbəsinə Gündüz Məmmədov, öncə qəbul şöbəsinin, sonra isə içərişəhərin meri Mübariz Quliyev, mənzil şöbəsinə Vüqar Seyidov, humanitar şöbənin rəis müavini Eldar Xəlilov, xarici əlaqələr üzrə departamenti rəisinin müavini Vahid İsmayılov, iqtisadiyyat komitəsinə Eldar Yunusov, Suraxanı İcra Hakimiyyəti başçısının keçmiş müavini və indi mənzil şöbəsinin müdiri Vüqar Seyidov, məktəbəqədər təhsil şöbəsinə Eldar Yunusov, ictimai əlaqələr şöbəsinə Sima Məmmədova (Namiq Məmmədovun qızı), tərcümə və redaktə şöbəsinə Oqtay Abutalıbov (H. Abutalıbovun bacısı oğlu və qardaşı Osmanın kürəkəni), təsərrüfat şöbəsi rəisinin məsləhətçisi Mirhəsən Həsənov, əvvəlcə adi bir makinaçı və sonradan şəhər təsərrüfatının baş məsləhətçisi Gülşad Baxşəliyeva (N. Məmmədovun qohumu), nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov (N. Məmmədovla kirvədir), “İnterservisin müdiri və “Tapança Nazim” ayaması ilə tanınan Nazim Əsgərov (əvvəllər şəhər 1 saylı avtoparkının, sonradan nəqliyyat departamentinin müdiri vəzifəsinə irəli çəkilib, protokol şöbəsinin müdiri Zülfiyyə Nəcəfovanın xalasıqızının əri) və digər məmurlardan ibarət çete formalaşdırıldı. Onlar nəzarət etdikləri sahə üzrə müəssisələrdə yaxın qohum-əqrabalarını yerləşdirmək siyasətini yürüdürdülər. Beləcə, meriya və tabeliyindəki bütün təşkilatlar əslən ordubadlılardan ibarət şəbəkənin əlinə keçmişdi. Bakı meriyasında ordubadlı olmayan kadrları barmaqla saymaq olardı. H. Abutalıbovun işlədiyi müddətdə əsas gücünü bu çete təmin edib. Ona görə də istənilən qanunsuzluqları, mülkləri ələ keçirməkdə və sənədlərin saxtalaşdırılmasında problemlər yox idi. Bir vaxtlar acından ölən, bu gün ən zəngin insanlara çevrilən bu çete hələ də iş başındadır.

Kimlər necə zənginə çevrildi?

Mirhəsən Həsənov meriyada “şəhər təsərrüfatı” şöbəsinin baş məsləhətçisi olmaqla yanaşı, həm də “Çernobıl Əlilləri Cəmiyyəti”nin sədridir. Vaxtilə keçmiş sosial təminat naziri Əli Nağıyevin ən yaxın kadrlarından biri sayılıb. Çernobıl əllillərinin adlarına dövlət büdcəsindən ayrılan çoxsaylı mənzillərin mənimsənilməsi, Xətai rayonundakı “Tikinti Bazarı”nın, şəhərdaxili bir neçə avtobus marşrutunun və çoxsaylı göydələnlərin, N. Nərimanov rayonunda bir neçə “Şadlıq Sarayı”nın, “Gənclik” metrosu yaxınlığında bir neçə “Avto Salon”nun, Nəsimi rayonunda “Çernobıl Əlilləri”nə məxsus binanın və əlillərə dövlət büdcəsindən ayrılmış maşınların mənimsənilməsi, çoxsaylı mənzillərin və bağ evlərinin sahibidir. H. Abutalıbov mer vəzifəsindən çıxarılandan sonra, indiki himayədarı deputat Hadı Rəcəblidir. O, meriyada çalışdığı müddətdə heç işə də gəlmirdi. Onu nadir hallarda iş başında görmək olardı.
Namiq Məmmədov Bakı meriyasına Suraxanı rayonundan H. Abutalıbovla birlikdə gəlib və qaçqınlar və məcburi köçkünlər üzrə şöbənin müdiri vəzifəsinə təyin olunub. Bununla yanaşı dünyada analoqu olmayan, H. Abutalıbovun telefonlarına cavab verən köməkçisi vəzifəsini icra edib. Sonradan H. Abutalıbovun himayədarlığı ilə ümumi şöbənin müdiri vəzifəsinə təyin olunub. Onun fəaliyyətini araşdıran Maliyyə Nazirliyi və Bakı Maliyyə İdarəsinin apardığı yoxlamalar zamanı işində cinayət tərkibi olan əməllərini ifşa ediblər. Kompüterlər, mebellər, maşınlar və digər texnikaların dəyərindən qat-qat baha qiymətə alınması və sonra sıradan çıxarılması, digər korrupsiya əməlləri ifşa olunub. Məsələnin qaranlıq tərəfi odur ki, N. Məmmədovun əməllərinə cinayət işi açılmayıb. O, həm də H. Abutalıbovun himayəsi ilə Bakının 8-ci mkrn. ərazisində bahalı “Şadlıq Evi”nin, çoxsaylı mənzillərin və bağ evlərinin sahibidir. Xidməti maşınını isə özəlləşdiribdir.
Bakı şəhər İcra Hakimiyyətinin icra aparatının indi keçmiş rəhbəri sayılan Əli Hacıyev H. Abutalıbovun həmyerlisi kimi ən etibarlı və sədaqətli kadrlarından biri hesab olunur. Ə. Hacıyev Xəzər dənizi sahilləri boyunca hektarlarla ərazilərin, bir neçə çimərliyin sahibinə çevrilib. İcra aparatının rəhbəri olduğu dönəmdə misli görünməyən rəzalətə imza atan məmur kimi adını tarixə yazıb. Tabeçiliyində olan məmurların hər birinə maaşlarından tutulmaqla aylıq “haqq” qoymuşdu. Vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə işdən qovulsa da, şefi H. Abutalıbovun himayədarlığı ilə qanunsuz yolla əldə etdiyi “obyektlər”i idarə etməkdə davam edir.

Bir neçə vəzifə də tutmaq olurmuş

Əli Hacıyevdən sonra bu vəzifəyə irəli çəkilən digər ordubadlı, H.Abutalıbovun ən çox dəyər verdiyi kadrlardan biri kimi tanınan Bəxtiyar Fərəcbəyli tikinti işləri və fərdi evlərin inşa edilməsi üzrə sərəncamlara nəzarət edib. Qısa zamanda bu “sevimli kadr” Bakının sayılıb-seçilən milyonçularından birinə çevrilib. Əli Hacıyevin iştah kəməri məsələsində əndazəni aşdığına və öz qanunsuz əməllərinin ifşa olacağından qorxan H. Abutalıbov B. Fərəcbəylini şəhər təsərrüfatı şöbəsinin məsləhətçisi vəzifəsinə endirib. Beləliklə, qeyri rəsmi şəkildə “sərəncam” portfelinin şefinə çevrilib. Əslən Ordubadlı, uzun müddət H. Abutalıbovun yaxın kadrlarından biri sayılan Mübariz Quliyev əvvəlcə şefinin qəbul otağının müdiri, sonra İçərişəhərin meri vəzifəsini daşıyıb. Demək olar ki, İçərişəhərdə mer işlədiyi dönəmdə tarixi abidələr bərbad günə qoyuldu, qanunsuzluğun miqyası pik həddinə çatdı. Tarixi məkanda mənzillərin və qeyri yaşayış yerlərinin özəlləşdirilməsi, bir sıra tarixi abidələrin simasının dəyişdirilməsi, İçərişəhərin memarlıq ənənələrinə zidd olan binaların inşa edilməsinə görə verilən sərəncamlarla bağlı M. Quliyev zənginlər siyahısında ilk yerlərdə mövqe tutdu. Bircə faktı sadalamaq yetər. 2001-ci ildən sonra İçərişəhər Qoruq ərazisində nə qədər qanunsuz tikililər varsa, bunların hamısına M. Quliyev rəhbərlik edib.
H. Abutalıbov yaxın qohumu Eldar Xəlilovu birbaşa Ordubaddan gətirib. Dərhal onu Bakı merinin baş məsləhətçisi təyin edib. Sonra isə “Yaşıl Teatr”ın direktoru vəzifəsinə irəli çəkib. Bununla yanaşı, şəhərdəki musiqi məktəblərinin birində müəllimdir. Deyilənə görə həyat yoldaşını və qızının adını musiqi məktəblərində müəllim ştatına yazdırıbdır.

Uşaq baxçalarına göz dikənlər

H. Abutalıbovun himayədarlıq etdiyi “Ordubad klanı” sadəcə iriçəkili vəzifələrə deyil, Bakı İcra Hakimiyyətinin tabeliyindəki “məktəbəqədər müəssisə”ləri də xüsusi qaydada nəzarətə almışdılar. Faktiki olaraq, şəhər meriyasında işləyən ordubadlı məmurların ailə üzvləri, yaxın qohumları uşaq baxçalarına müdir vəzifəsinə təyin olunmuşdular. H. Abutalıbovun ən çox etibar etdiyi və hazırda Bakı Lift İdarəsinin müdiri olan Xalid Ələkbərov da qısa zaman içində zənginləşən kadrlardan biridir. Onun həyat yoldaşı isə baxça müdiri vəzifəsini daşıyır. Guya “ehtiyac” içində yaşayırlar. Məktəbəqədər təhsil müəssisələrinin müdiri Eldar Yunusovun rəhbərliyi altında əksər uşaq baxçalarının rəhbərliyi ordubadlı kadrlardan komplektləşdirilib. O da bəllidir ki, bu gün dövlət müəssiəsi sayılan uşaq baxçalarında qeyri-rəsmi ödəmələr, körpə uşaqlara verilən qidaların “pullu xidmət”ə keçirilməsi sayəsində milyonlara sahib çıxmaq deməkdir.
Eldar Əzizovun İcra Hakimiyyəti vəzifəsinə gətirilməsindən sonra, əsas görünən odur ki, H. Abıtalıbov və çetesinin Bakını böyrü üstə qoyması məsələsində müdhiş və ilginc faktlar üzə çıxmaqdadır. E.Əzizov dövlətə vurulan ziyanın dərhal ödənilməsi kimi sərt şəkildə tələblər irəli sürüb. H.Abutalıbov və onun sevimli komandası müəyyən müddət dirəniş göstərsələr də, sonucda hamının həbs təhlükəsini hiss etdikdən sonra quzuya dönüblər. Bizi təəccübləndirən budur ki, əgər bir məmurun işində cinayət əməli varsa, cərimələməklə və zərəri ödməsi ilə yanaşı həm də onların haqqında məhkəmə qərarları olmalıdır. Bu, həmin vəzifəli şəxslərin bir daha dövlət qulluğunda işləyə bilməməsi maddəsindən ibarət olmalıdır. Demokratik dünyada belə bir qanunverici təcrübə çoxdan mövcuddur.

(Ardı var)
Hurriyyet.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vidadi İsgəndərli öldü - 2 gün əvvəl yaşadığı evdə...
Bu gün, 13:27
Sahil Babayevin nazirliyinin OFİS YEYİNTİSİ - Onlarla ofis icarəsinə... MİLYONLAR AXIDILIR!
Bu gün, 13:23
Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır
Bu gün, 13:18
AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq etdi - VİDEO
Bu gün, 13:14
Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən 31 milyard dollar artıb – “Bloomberg”
Bu gün, 13:12
Xankəndini bir də belə görün - VİDEOREPORTAJ
Bu gün, 13:05
"Anam belə dünən bilib... - Heç kimə demədim"
Bu gün, 13:02
Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər - FOTO
Bu gün, 12:57
Məhkəmə MÜƏMMASI – Həkimlər niyə həmişə “haqlı” ÇIXIRLAR?
Bu gün, 12:52
"Müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar" - Eldəniz Quliyev
Bu gün, 12:45
Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR... - Məktəblərə XƏBƏRDARLIQ OLUNDU
Bu gün, 12:42
“Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib - ƏMR
Bu gün, 12:40
Pezeşkian Zəngəzurdan NİYƏ DANIŞMIR Kİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:34
Sahib Məmmədova müşavir TƏYİN EDİLDİ - FOTO
Bu gün, 12:32
Yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:30
Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi
Bu gün, 12:27
Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb
Bu gün, 12:25
Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... - Proses pozuldu
Bu gün, 12:14
“Azera Holdinq”də yeni təyinat - FOTO
Bu gün, 12:11
Vahid Ələkbərovun sərvətinin dəyəri açıqlandı
Bu gün, 12:08
"Elmar Qasımov maaşlarımızı gecikdirirdi, pulları həyat yoldaşının adına yazırdı" - Sığorta şirkətinin direktorunun məhkəməsi
Bu gün, 12:03
Tanınmış aktrisa bacısını itirdi
Bu gün, 12:01
Əlillik dərəcəsi ala bilmir, müalicəsi üçün BÖYRƏYİNİ SATIR... - "...qanunsuz olaraq imtina cavabı verilir"
Bu gün, 11:59
Yens Stoltenberq NATO-nun Baş katibi vəzifəsini tərk edib
Bu gün, 11:46
Zay məhsulu satmaları bir yana... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:42
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi - MƏQALƏ
Bu gün, 11:29
İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb
Bu gün, 11:28
“Gümrü-Qars dəmir yolu...” - Erməni nazirin müavini
Bu gün, 11:27
Bakı şəhər DYP-dən MÜHÜM TƏDBİR - FOTO
Bu gün, 11:24
Burada təhsildən daha çox puldan danışılır... - Və yaxud Əmrullayevin YIXDIĞI EV...
Bu gün, 11:21
Ermənistanın ədliyyə naziri istefa verib - KİV
Bu gün, 11:15
KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq - DETALLAR
Bu gün, 11:10
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” - NARAZILIQ VAR...
Bu gün, 11:04
Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? - “Ay xanım, siz kimsiniz, məni niyə narahat edirsiniz?”
Bu gün, 11:01
Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:54
"Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
Bu gün, 10:40
KAPİTAL BANK müştəriləri belə risqə atır... - BU DA FAKT!!!
Bu gün, 10:39
Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? - ETİRAZ VAR...
Bu gün, 10:30
İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər - Ekspert danışır...
Bu gün, 10:19
Pənah Hüseyn niyə istefa vermədi? - Özü açıqladı
Bu gün, 10:16
Bu şirkət nizamnamə kapitalını yenə azaltdı - bu dəfə 1,2 milyon manat vəsait geri çəkildi
Bu gün, 10:14
“BazarStore”da yeni təyinat - FOTO
Bu gün, 10:14
Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... - NARAZILIQ VAR...
Bu gün, 10:06
"Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" - REAKSİYA
Bu gün, 10:01
Bıçaqlanan məktəb direktoru ilə katibə arasında məhkəmə çəkişməsi davam edir
Bu gün, 09:58
23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar barədə qərar açıqlanıb
Bu gün, 09:57
Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan iş adamının şirkəti ilə bağlı qərar verdi
Bu gün, 09:56
"Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..." - deputat
Bu gün, 09:54
Nazir rektorun oğluna yeni vəzifə verdi - ƏMR
Bu gün, 09:50
Mişustini İrəvana aparan DAHA BİR SƏBƏB - AKTUAL
Bu gün, 09:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru