Sakinlərə zülm edən “Şəki Xan Klub” restoranı hansı məmurundur? - Yasamal Rayon İcra Hakimiyyətnin rəhbərliyi restoran sahibindən niyə çəkinir?
Tarix: 29-03-2016, 17:12 | Çap et
DİA.AZ: - Prezident İlham Əliyev bu yaxınlarda keçirilmiş müşavirədə demişdir:"Mən xalqın birinci xidmətçisiyəm, dövlət məmuru da xalqın xidmətçisidir". Gözləmək olardı ki, dövlət başçısının bu mesajından bəzi harınlamış məmurlar və vəzifə sahibləri ciddi nəticə çıxaracaq, öz şəxsi mənafeləri və var-dövlət toplamaq naminə insanlara yuxarıdan aşağı baxmayacaq, kimlərinsə rahatlığını pozub, özlərinə kef məclisləri qurmayacaq. Təəssüf ki, bəzi harınlamış məçmurlar yenə öz bildiklərini edir, sanki sadə insanların rahatlıqlarını pozmaqdan, onlara əzab-əziyyət verməkdən həzz alırlar. Belələrindən biri də Yasamal rayonunun Mustafa Sübhi küçəsi 16-da yerləşən “Şəki Xan Klub” restoranının sahibidir.
Qabaqcadan deyək ki, heç bir ölkədə, o cümlədən Azərbaycanda yaşayış məhəlləsinin tən ortasında, insanların sıx yaşadığı bir ərazidə restoran və ya ictimai-iaişə obyekti açmaq yolverilməzdir. Çünki restoranda bişirilən xörəklərin iyi, həmçinin buradakı səs-küy, əxlaqsız qadınlarla eyş-işrət məclisləri təşkil etmək milli dəyərlərimizə, əxlaqımıza və azərbaycanlı adına ləkədir. Təəssüf ki, bu gün belə əxlaqsızlıqlarla hələ də üzləşirik.
DİA.AZ xəbər verir ki, əgər axşam saatlarında, gecə saat 1-də, 2-də yolunuz Mustafa Sübhi küçəsi 16- da yerləşən “Şəki Xan Klub” restoranına düşsə, çoxlu sayda xoşagəlməz hadisələrin şahidi olarsınız. Ilk növbədə bu restoran yaşayış məhəlləsinin ortasında yerləşir. Restoranın yerləşdiyi ərazi əvvəllər yaşayış evlərindən ibarət olub. Hansısa bir məmur bir neçə ailənin yaşadığı evləri alaraq, yerində “Şəki Xan Klub” restoranını inşa edib. Restoranın sahibi çox yaxşı bilirdi ki, burada belə bir obyektin inşası qanuna ziddir. Çünki dörd bir tərəf yaşayış evindən ibarətdir. Bu restoranın tikintisinə icazə verən icra hakimiyyəti orqanının rəhbərini də ətrafda yaşayan insanların rahatlığı əsla maraqlandırmayıb. Əgər maraqlandırsaydı, bu vaxta qədər verilən şikayətlər barəsində qəti mövqe nümayiş etdirərdi. Bu barədə bir qədər sonra.
“Şəki Xan Klub” restoranı tikilən zaman Süleyman Tağızadə küçəsi 41-də yaşayan 3 ailənin mənzillərinin pəncərələri tamailə tutlub və onların yaşayəş hüquqları kobud şəkildə pozulub. Qaranlığa qərq olmuş bu ailələr təbii havadan və günəş işığından məhrum olublar. Üstəlik burada bişirilən yeməklərin qoxusu, həyətə gələn maşınların səsi və tüstüsü, gecəədən xeyli keçmiş qadınların əcaib səsləri sakinlərin günlərini göy əskiyə bükülüb. Bu barədə restoranın işçilərinə şikayət edəndə cavab isə çox sərt oldu:”Heç bilirsiniz buranın sahibi kimdir? Başınıza oyun açarlar. Gedin lal-dinməz oturun. Yoxsa, sizin də evlərinizin yerində restoran tikərlər”. Sakinlər əvvəllcə qorxularından dillənmədilər. Lakin buradakı səs-küy, xüsusilə gecələr qadınların çıxardıqları əcaib səslər bu qorxu-hürküyə, hədələrə üstün gəldi. Sakinlər bu barədə Yasamal Rayon İcra hakimiyyətinin başçısı İbrahim Mehdiyevə müraciət etdilər. Səs-soraq çıxmadı. Yenə müraciət olundu. Bu dəfə iki nəfər gəlib baxdı və birdəfəlik getdi. Üçüncü dəfə müraciət olundu. Yenə də baxan olmadı. Bu yerdə Prezident İlham Əliyevin icra hakimiyyəti orqanlarına vətəndaşların ərizə və şikayətlərinə baxılması haqqında tapşırıq və tövsiyələrini bəzi dövlət məmurlarının yadına salırıq.
Sakinlər bu dəfə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət etdilər. Hər dəfə də ərizələr tədbir görülmək üçün Yasamal Rayon İcra Hakimiyyətinə göndərildi. Son vaxtlar Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamovun imzası ilə şikayətçilərə 3 müxtəlif məzmunlu cavab məktubu göndərilib. Birincidə tövsiyə olunur ki, Yasamal Rayon Gigiyeniya və Epidemiologiya Mərkəzinə müraciət edin. Sonra tövsiyə olunur ki, Məhkəməyə müraciər edin. Sonrakı məktubda isə bildirilir ki, restoranın sahibi söz verib ki, hər şey qaydasına düşəcək.
İndi birinci müavindən soruşmaq istərdik ki, “Şəki Xan Klub” restoranının tikintisinə Gigiyeniya və Epidemiologiya Mərkəzi, yoxsa rayon məhkəməsi icazə verib? Bəs gecələr qadınların çıxardıqları əcaib səslərin qarşısını almaq üçün kimə müraciət olunsun? Maşınların səsini almaq, tüstüsünü kəsmək üçün kimə müraciət etsinlər? Pəncərələrin qarşısına vurulmuş taxtaları kim qoparmalı, sakinlərin təbii hava və günəş işığı ilə təmin olunmasından ötrü kimə müraciət etsinlər?
İndi də sakinlərə hədə-qorxunun yeni variantı çatdırılıb: “Özünüzü yığışdırın. Bura hörmətli bir deputata məxsusdur”. Bunu deyən savadsıza xatırlatmaq istərdik ki, deputatın bizneslə məşğul olması qanunla qadağandır.
Əlacları hər yerdən kəsilmiş sakinlər Prezidentə müraciət etmək məcburiyyərində qalıblar. Çünki hiss edirklər ki, bəzi icra hakimiyyəti orqanlarının rəhbərləri sakinləri yaşamaq hüququndan məhrum etmiş restoranın sahibindən çəkinirlər. Prezident isə hər bir vətəndaşın Prezidenti, güvənc və ümid yeridir.
Sakinlər onlara hədə-qorxu gələnlərə bildirmək istəyirlər ki, qoy o “Şəki Xan Klub” restoranının sahibi kimdirsə, unutmasın ki, Azərbaycan Prezidenti İlham Əliyev deyib:"Mən xalqın birinci xidmətçisiyəm, dövlət məmuru da xalqın xidmətçisidir".
Afiq Sadıxov, Bakı şəhəri
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42 |
|
|
|
• "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36 |
|
|
|
• Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34 |
|
|
|
• Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33 |
|
|
|
• "Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28 |
|
|
|
• "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20 |
|
|
|
• Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13 |
|
|
|
• Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09 |
|
|
|
• Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06 |
|
|
|
• "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47 |
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
|