"“TOYLAR KRALI” KİMİ VERİLİŞLƏRİ YIĞIŞDIRSALAR YAXŞIDIR"
Tarix: 15-06-2012, 12:53 | Çap et
“DAŞIM DÜŞÜB BƏZİLƏRİNİN BAŞINA!”
Azərbaycan şou biznesinin istisnasız olaraq hər bir üzvü toylara getməyə can atır. Çünki yerli şou biznes toy-biznes mənasını verir. Amma nədənsə bəziləri mətbuat qarşısına çıxarkən sırf sənətlə məşğul olduqlarını, şou biznesdə olmadıqlarını bildirməklə yanaşı, qibtə etdikləri müğənniləri istehza ilə “toy müğənnisi” adlandırırlar. Yəqin ona görə ki, onlar özləri toy müğənnisi ola bilməyiblər.
Toy məhəbbətin təntənəsini, irsiliyin davamını, adət-ənənələri, birliyi, gələcək həyatı və digər insani dəyərləri tərənnüm edən ən möhtəşəm və təkrarolunmaz şənlikdir. Deməli, həyatımızda bu qədər önəm daşıyan bir hadisənin aparıcısı da önəmli insan olmalıdır.
Şəlalə rubrikasının bugünkü qonağı İbrahim Borçalıdır.
- Özünüz haqda məlumat verərdiniz...
- 1975-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun aşağı Saral kəndində anadan olmuşam. Musiqi təhsilim yoxdur. Vladiqafqazda Hüquq fakültəsini bitirmişəm. Ailəliyəm, bir qızım, bir oğlum var.
- Necə oldu ki, bu sənəti seçdiniz?
- Biz Rusiyada türk müğənnisi Selami Şahinlə bizneslə məşğul olurduq. Məhz ona bildirdim ki, oxumaq istəyirəm, gedək Türkiyəyə, orada kaset çıxardım. Mənə məsləhət gördü ki, gəlim kasetimi Azərbaycanda çıxardım. Səbəb də o oldu ki, Türkiyə şou-biznesinə qoşulmaq çətindir. Sonra isə özüm bəstələdim, özüm oxudum.
- Bəs bəstəkar mahnıları necə, ifa etmisiniz?
- Yox, ifa etməmişəm. Sırf özüm üçün mahnı bəstələyib, ifa edirəm. “Mənim həyatim sənindir” mahnımı Elnarə oxuyub, Aynur Dadaşova ilə duetim olub. Amma gələcəkdə çox yeniliklərim olacaq. Belə də baxanda bəstəkarlardan nəyim əskikdir ki?
- İbrahim, niyə prodüseriniz yoxdur?
- Mən çox vaxt Rusiyada oluram. Bakıda az-az oluram. Xoşlamıram ki, telefonuma kimsə cavab versin. Mən şou-proqramlara getmirəm. Ayda üç-beş toy olur, toya gedirəm. Məni elə yuxarı vəzifəli dostlarım axtarır ki, nəyə lazımdır prodüser cavab versin? Özüm özümün sponsoruyam.
- Niyə şou-proqramlara getmirsiniz ki?
- Özümə yaraşdırmıram. Çünki 100 manat alıb, şou-proqramda yeddi nəfərin qarşısına çıxıb oxuya bilmərəm. Bunu özümə ar bilərəm.
- Sirr deyilə, toylara neçəyə gedirsiniz?
- Bütün toyu ansamblla 5 000 manata , tək 2 000 – 2 500 manata gedirəm.
- Sizcə, şou-biznesin qanununu kim yazır?
- Hərə özünə bir qanun yazır. Mənə aidiyyatı yoxdur. Sadəcə kim şou-biznesdə qanun yazırsa, ondan xahiş edərdim ki, piratları yığışdırsınlar, biz də kasetlərdən pul qazana bilək.
- Bəs şou-biznesin açarı kimdədir?
- Aygün Kazımovada.
- Qalmaqal nə deməkdir sizin üçün?
- Qalmaqal boş şeydir. Həmişə istəyirlər ki, məni qalmaqala salsınlar. Amma mən qalmaqaldan uzaq qaçıram. Şou-biznesdə kimsə mənə ilişirsə, qadın xeylağıdırsa, cavab vermirəm, çünki mən kişiyəm, amma görsəm ki, ağ eləyir, lazımi yerdə başa salmağa gücüm var. Amma kişi müğənnisi olanda gecə gedib arvadının yanından durğuzub, başa salıram. Arvadı yoxdursa, atasının, anasının yanından durğuzub başa salıram.
- Mümkünsə ad çəkin, əgər qorxursunuzsa çəkməyin...
- Mən Allahdan başqa heç kimdən qorxmuram. Sözüm olanda da kimi lazımdırsa, qorxmadan gecə saat 5-də gedib durğuzuram. Ad çəkməyəcəm, özləri biləcək kimi deyirəm. Gedəndə də tək gedirəm. On dörd il karate ilə məşğul olmuşam. Bu sənətdə tez-tez olur ki, kimlərisə başa salıram.
- Bu sənət sizə nə verdi?
- Yüksək təbəqədə rütbəli dostlar qazandım. Çoxları ilə ünsiyyətim yarandı, tanındım.
- Toy müğənnisi deyəndə nə başa düşürsünüz?
- Toy bizim adət-ənənəmizdir. Toy qazanc yeridir. Çörəkpulunu qazanırsan.
- İbrahimin titulu nədir?
- Mən bəstəkar müğənniyəm.
- Kim verib bu adı sizə?
- Kimsə verməlidir, bəyəm? Özüm özümə vermişəm.
- Niyə bir çox şou-biznes nümayəndələri sizi bəyənmir?
- Çünki paxıllığımı çəkirlər. Mən sonradan görənlərdən deyiləm. Fikirləşmirlər ki, Rusiyada Azərbaycanı təmsil edirəm, bir çox konsertlər verirəm, festivallarda çıxış edirəm. Daşım düşüb bəzilərinin başına, bir gün sınacaq başları. Bəziləri var ki, istər kişi olsun, istər qadın, Moskvaya gedəndə saunalarda dincəlib, kafedə oxuyub, gəlib də deyirlər ki, getdik Azərbaycanı təmsil etdik. Bax, mən hər şeyi yaxşı bilirəm. Çünki yetərincə mən orada sevilirəm. Hər insanın işi deyil ki, Kremlin səhnəsində konsert versin. Mən çoxlarına kömək eləmişəm ki, o səhnəyə çıxıb ifa eləsinlər.
- İbrahim hansı sənətçiləri nəzərdə tutur?
- Ad çəkməyəcəm. Konsert adı ilə gedib, iş adamları ilə görüşüb, pullarını alıb, gəlirlər. Sadəcə kimsə tanıdıqlarımdan mənə söz atarsa, təbii ki, efirə çıxıb adını çəkəcəm. Şou-biznesdə çoxdur elələri.
- Kumiriniz kimdir?
- Heç kim.
- İlhamə xanımla münasibətiniz necədir? Məndə olan məlumata görə, aranız soyuyub.
- İlhamə xanım əvvəllər mənə dəstək olub. Amma bu yaxınlarda efirdə mənə qarşı aqressiv çıxışı elədi.
- Səbəb nə idi?
- Məncə səbəb Flora Kərimova idi. Çünki mən Flora xanımla çox yaxın dostam. Oğlumun kiçik toyunda da Flora xanım axıra qədər iştirak etdi. İlhamə xanım məndən böyük olduğuna görə özüm istəmədim ki, ona cavab qaytarım.
- Ola bilər ki, qorxdunuz?
- Yox, niyə qorxmalıyam ki? Sadəcə tərbiyəm yol vermədi. Flora xanım mənə dedi ki, istəyirsən çıxaq efirə, cavabını verək. Mən istəmədim, susmaq gözəl şeydir. Bildim ki, qısqanclıq rəmzi idi. Axı Flora Kərimova ilə dostam.
- Müğənnilikdən başqa hansı sahədə çalışırsınız?
- Moskvada restoranlarım, mağazalarım var.
- Həyatda ən böyük səhviniz nə olub?
- İlk dəfə sizə deyəcəm, artıq ürəyimdə saxlamaq istəmirəm. Bir nəfərə pislik eləmişəm. Uzun illər bundan qabaq Moskvada diskotekada adam döymüşəm, özü də pis döymüşəm. Kim bilir, bəlkə də ölüb. Bu hadisədən sonra bir müddət Moskvadan uzaqlaşdım, sonra qayıtdım. O vaxtdan bu günə kimi həmin hadisəni sirr saxlayırdım.
- İlk məhəbbətinizi unutmamısınız ki?
- VII sinifdə oxuyanda olub. Həyatda bir dəfə sevmək olar. İlk məhəbbət hər an ürəkdə qalır. O biriləri gəlib keçir.
- Əsil kişi necə olmalıdır?
- Əsil kişinin ailəsi möhkəm olmalıdır. Bir də güclü iradəsi olmalıdır.
- Cavanşir Məmmədov bu yaxınlarda şou-biznesin 98%-ni yalançı adlandırdı. Siz özünüzü o siyahıda görürsünüz?
- Xeyr, görmürəm. Yalançı çoxdur. Amma mən hər yerdə öz təbəqəmi qoruyub saxlamışam.
- Müsbət və mənfi cəhətləriniz nədir?
- Müsbət tərəfim - əliaçığam, hamıya hörmət edirəm. Mənfi cəhətim - əsəbi insanam. Əsəbimdən iki dəfə böyrəkdən əməliyyat olmuşam.
- Qısqanc insansınız?
- Çox, həddindən çox qısqancam.
- Şou-biznesdə hansısa müğənniyə hədiyyə almısınız?
- Çox almışam, ad çəkməyəcəyəm. Bir çoxlarına qızıl üzük, bilərzik almışam. Sənətdə olmayanlara da almışam.
- Rəqibiniz kimdir?
- Heç kim.
- Sizcə kənardan necə təsir bağışlayırsınız?
- Yekəxana kimi görürlər. Amma qətiyyən elə deyil, çox gözəl ürəyim var.
- Sənətdə rəngli müğənnilər var?
- Çoxdur. Əsas da indi gələn gənclərin əksəri rənglidir. Belə insanların da bəlasını Allah verəcək.
- Şəlalə nə deməkdir sizin üçün?
- Gözəl bulaqdır.
- Toyda başınıza maraqlı hadisə gəlibmi?
- Çox olub hadisələr, Moskvada da olub. Aygün xanımla, Azəri qızı Günellə dəfələrlə bir səhnəni bölüşmüşəm. Bakıda da olub, amma yadımda deyil.
- Çox maraqlıdır, İbrahim üçün “Toylar kralı” kimdir?
- Bax, deyim sizə. ANS TV-də “Toylar kralı” gedir. Bu verilişə pis baxıram. Heç demək olar ki, baxmıram. Bu cür verilişləri yığışdırsalar yaxşıdır. Sən hansısa toylarda çıxış edirsənsə, kral adını toyun yiyəsi sənə verə bilər. Yoxsa hər yerindən duran deyir ki, mən kralam, özü də SMS-lə. Mənim üçün boş şeydir.
- Yaradıcılığında nə kimi yeniliklər var?
- Yeni mahnılarım çoxdur. “Bir dənəsən” adlı yeni mahnımı yazmışam, İnşAllah klip çəkdirəcəm.
Toy məhəbbətin təntənəsini vəsf edən möhtəşəm tacqoyma mərasimidir. O, sarayda keçirilir. Deməli, onun kralı bəy, şahzadəsi gəlindir.
Toyun aparıcıları isə tacqoyma mərasimini həyata keçirən, ona şahidlik edən, insanların sevilib-seçilən nümayəndəsi, elçisidir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
|