
KƏMƏRDƏ BƏRPA İŞLƏRİ HƏYATA KEÇİRİLİR
Magistral qaz kəmərində baş verən qəza səbəbilə Rusiya qazının Gürcüstan ərazisindən Ermənistana verilişi dayandırılıb.
APA-nın məlumatına görə, Gürcüstan tərəfi bununla əlaqədar “ArmRosqazprom”u məlumatlandırıb. Gürcü tərəfi diametri 1000 millimetr olan Qazax-Saquramo qaz kəmərində artıq bərpa işlərinə başlayıb.